İMAM HÜSEYN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
İmam Hüseyn (ə) hicrətin 60-cı ilində, zilhiccə ayının üçü, bəzi mənbələrə əsasən, zilhiccənin səkkizində Məkkə şəhərindən çıxdı. Bu zaman o Həzrət Müslümin şəhid olmasından xəbəri yox idi. Çünki, İmam Hüseyn (ə) Məkkədən çıxan günü Müslümi Küfədə şəhid etdilər. Rəvayət olunur ki, İmam Hüseyn (ə) İraqa tərf hərəkəti qərara aldıqdan sonra xalqın qarşısında durub buyurdu:
الْحَمْدُ لِلَّهِ وَ ما شاءَ اللَّهُ وَ لا قُوَّةَ إِلَّا بِاللَّهِ، وَ صَلَّى اللَّهُ عَلَى رَسُولِهِ وَ آلِهِ وَ سَلَّمَ، خُطَّ الْمَوْتُ عَلَى وُلْدِ آدَمَ مَخَطَّ الْقِلَادَةِ عَلَى جِيدِ الْفَتَاةِ، وَ مَا أَوْلَهَنِي إِلَى أَسْلَافِي اشْتِيَاقَ يَعْقُوبَ إِلَى يُوسُفَ، وَ خُيِّرَ لِي مَصْرَعٌ أَنَا لَاقِيهِ، كَأَنِّي بِأَوْصَالِي تَقَطَّعُهَا عُسْلَانُ الْفَلَوَاتِ، بَيْنَ النَّوَاوِيسِ وَ كَرْبَلَاءَ فَيَمْلَأَنَّ مِنِّي أَكْرَاشاً جُوفاً، وَ أَجْرِبَةً سُغْباً لَا مَحِيصَ عَنْ يَوْمٍ خُطَّ بِالْقَلَمِ، رِضَى اللَّهِ رِضَانَا أَهْلَ الْبَيْتِ، نَصْبِرُ عَلَى بَلَائِهِ وَ يُوَفِّينَا أُجُورَ الصَّابِرِينَ، لَنْ تَشُذَّ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ لَحْمَةٌ هِيَ مَجْمُوعَةٌ لَهُ فِي حَظِيرَةِ الْقُدْسِ تَقَرُّ بِهِمْ عَيْنُهُ، وَ يُنَجَّزُ لَهُمْ وَعْدُهُ، مَنْ كَانَ بَاذِلًا فِينَا مُهْجَتَهُ وَ مُوَطِّناً عَلَى لِقَاءِ اللَّهِ نَفْسَهُ، فَلْيَرْحَلْ فَإِنِّي رَاحِلٌ مُصْبِحاً، إِنْ شَاءَ للَّهُ
İmam Hüseyn (ə) Allah-Təalanı həmd səna edəndən sonravə Peyğəmbər (s)-a salavat göndərəndən sonra buyurdu: «Ölüm xətti Adəm övladları üçün çəkilibdir. Boyunbağının qızlar üçün zinət olduğu kimi ölüm də onların zinətidir. Yaqubun Yusifi görmək istədiyi qədər mən də öz ata-babamı görmək istəyirəm. Mənim şəhid olmağım üçün bir yer qərara alınıbdır və ora gedəcəyəm. Elə bil ki, Kərbala ilə Nəvavisin arasında olan səhrada. Səhra canavarlarının öz ac qarınlarını doydurmaq üçün mənim bədənimin üzvlərini parça-parça edib yeməsini görürəm. Bəli, taledən qacmaq olmaz. Allahın razılığına biz də razıyıq. Allah tərəfindən gələn bəlalara səbir edirik və Allah-Təala bizim əcrimizi verir. Biz AllahınPeyğəmbərinin (s) ürəyinin parasıyıq və o Həzrətdən ayrılmayacağıq, behiştdə də onunla bir yerdə olacağıq.BeləlikləAllahın Rəsulunun (s) sevinciəməli olacaq və Allah-Təala öz rəsuluna verdiyi vədəyə vəfa edəcək. Hər kəs bizim yolumuzda canından keçmək istəyir və Allahın görüşü ilə sevinirsə bizimlə gəlsin. Çünki, Allahınköməyi ilə biz sabah sübh çağı Məkkədən çıxıb yola düşəcəyik».
Əbu Cəfər Mühəmməd ibn Cərir Təbəri «Dəlailül-imamət» kitabında Əbu Mühəmməd Vaqidi və Zurarə ibn Xələcdən belə rəvayət edir: İmam Hüseyn (ə) İraqa getməmişdən qabaq biz o Həzrəti ziyarət etdik və küfəlilərin vəfasızlığını xəbər verdik. O Həzrətə ərz etdik: «Küfə xalqının ürəkləri səninlə, amma qılıncları isə sənin əleyhinədir».
Mühəmmər ibn Müsənna «Məqtəlül Hüseyn» kitabında rəvayət edir ki, zilhiccə ayının səkkizində Əmr ibn Səid ibn As böyük bir ordunun müşayiəti ilə Məkkə şəhərnə daxil oldu. O, Yezid tərəfindən məmur idi və İmam Hüseyn (ə)-ı öldürmək məqsədi ilə gəlmişdi. Yezidin fərmanına əsasən, əgər o Həzrəti öldürə bilməsə, onunla müharibə etməli idi. Amma İmam Hüseyn (ə) həmin gün Məkkə şəhərindən getmişdir.
Həzrət İmam Gəfər Sadiq (ə) rəvayət edir ki, İmam Hüseyn (ə) Məkkədən getməmişdən bir gün qabaq Mühəmməd ibn Hənəfiyyə o Həzrətin hüzuruna gəlib ərz etdi: «Əziz qardaşım, sən əvvəllər küfəlilərin atamıza və qardaşımıza qarşı etdikləri məkr və hiyləni görmürsən. Qorxuram ki, onlar sizinlə də bu cür rəftar etsinlər. Əgər məsləhətdirsə, Məkkədə qalın, çünki siz xalq arasında ən hörmətli və əziz şəxssiniz».İmam Hüseyn (ə) buyurdu: «Qorxuram ki, Yezid ibn Müaviyə məxfi şəkildə məni Allahın hərəmində şəhid etsin və mənim qanımı tökməklə Allah evini hörmətini sındırsın».Mühəmməd ibn Hənəfiyyə «Əgər bu cür etimal verirsinizsə, Yəmənə tərəf gedin. Çünki, orada sizin hörmətinizi saxlayacaqlar və Yezid sizə mane ola bilməyəcək. Ya da səhralara çəkilib orada qalın, bu halda heç kim səni tapa bilməz». İmam buyurdu: «Sənin təklifin haqqında fikirləşəcəyəm».
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.