MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
Bu zaman İmam Hüseyn (ə) ayaxa qalxıb rükn və məqamın arasında iki rükət namaz qıldı. O Həzrət bu mövzunun (küfəlillərin dəvəti) xeyirli olmasını Allahdan istədi. Sonra Müslüm ibn Əqili cağırıb, onu işin gedişindən xəbərdar etdi.İmam Hüseyn (ə) məktubların cavabını yazdı. Müslüm ibn Əqilə verib küfəlilərə göndərdi. İmam Hüseyn (ə) məktubda Küfə camaatının dəvətini qəbul etməsinə vədə verib, yazmışdır: «Mən öz əmim oğlu Müslüm ibn Əqili sizin yanınıza göndərdim, təki, sizin məqsədinizi bilib mənə xəbər versin».
Müslüm məktubu alıb, Küfə yə gəldi. Küfəlilər İmam Hüseyn (ə)-ın məktubunun yetişməsi və Müslümin gəldiyi üçün sevindilər. Müslüm Müxtar Əbu Übeydə Səqəfinin evinə apardılar. Şiələr Müslümlə görüşə gəldilər. Hər bir dəstə Müslümin yanına gələndə, o, İmam Hüseynin (ə) məktubunu onlar üçün oxuyurdu. Məktubu eşidənlər şövqlərindən ağlayır və İmam Hüseyn (ə)-la beyət edirdilər. Nəhayət, on səkkiz min nəfər o Həzrətlə beyət etdi.
Abdullah ibn Müslüm Bahili, Əmarət ibn Vəlid və Ömər ibn Səd Yezidə məktub yazıb, Müslümin gəlməyini ona xəbər verdilər. Onlar məktubda yazdılar ki, Nöman ibn Bəşiri işdən çıxarıb, Küfə şəhəri üçün başqa bir vali təyin etsin. Həmin zaman Übeydullah ibn ZiyadBəsrənin valisi idi. Yezidməktub yazıb, Küfənin rəhbərliyini də ibn Ziyada tapşırdı.Yezidİmam Hüseyn (ə) və Müslümün fəaliyyətini məktubda qeyd edib, ibn Ziyada hökm verdi ki, Müslümi tutub öldürsün. İbn Ziyad məktubu oxuyandan sonra Küfəyə getməyə hazırlaşdı.İmam Hüseyn (ə) Bəsrə şəhərinin böyük şəxsiyətlərindən bir dəstəsinə, o cümlədən Yezid ibn Məsud Nəhlili, Münzir ibn Carud Əbdiyə məktub yazıb, onları öz köməyinə və əmrinə itaət etməyə dəvət etdi. İmam öz qulamı Süleymanla onlar üçün məktub göndərdi.
Yezid ibn Məsud məktubu oxuyandan sonra Bəni-Təmin,Bəni-Hənzələ və Bəni-Səd qəbilələrini bir yerə toplayıb dedi: «Siz məni necə tanıyırsınız və sizin nəzərinizdə mən necə insanam? Dedilər: «And olsun Allaha, çox böyük hörmətli bir şəxsiyyətsən. Sən qəbilənin dirəyisən. Ən böyük iftixar sənə məxsusdur. Bütün adamlardan şərafətli və hamıdan üstünsən». Yezid ibn Məsud dedi: «Mən bir məsələ haqqında məşvərət etmək və sizdən kömək istəmək üçün sizi buraya çağırmışam».
Dedilər: «And olun Allaha, söz deməyə çəkinmirik və öz fikirlərimizi söyləyəcəyik. İndi siz öz sözünüzü deyin, biz də qulaq asaq». O dedi: «Ay camaat! Müaviyə öldü. And olsun Allaha, o, ən alcaq və qiymətsiz bir ölüdür. Onun həlakət və ölümü üçün əfsus etmək lazım deyil. Bilirsiniz ki, Müaviyənin ölümü ilə zülmün, günahın qapıları sındı, zülmkarlığın kökü yerindən qopdu. Müaviyə oğlu Yezidin xilafəti üçün xalqdan beyət aldı. O, elə güman edirdi ki, Yezidin xilafətini möhkəmlətmişdir, lakin belə deyil. And olsun Allaha! Müaviyə oğlunu hökümətə çatması məqsədinə nail olmadı. Hiyləgərlərlə məşvərət etdi, lakin xar oldu. İndi isə Müaviyənin şərabxor və zinakar oğlu Yezid onun yerində oturub, müsalmanlara hökümət etməyi iddia edir. Müsalmanların razılığı olmadan özünü xəlifə adlandırdı. Halbuki, Yezid helimsiz, səbirsiz və elimsiz bir cahildir. O, haqqı nahaqdan seçə bilmir. Belə olan halda ümmətə necə rəhbərlik edə bilər?!
فَأُقسِمُ باللهِ قَسَماً مَبرُروراً لَجِهادُهُ عَلیَ الدِّینِ أَفضَلُ مِن جِهادِ المُشرِکینَ
Yəni: And olsun Allaha! Dini qorumaq üçün Yezidlə müharibə etmək, müşriklərlə cihad etməkdən daha yaxşıdır.Amma İmam Hüseyn (ə) sizisn Peyğəmbərinizin qızı Fatiməyi-Zəhranın oğludur. O Həzrətəsil-nəsəbli, şərafətli və yaxşı fikirli insandır. İmam Hüseyn (ə) tərifə sığmaz fəzilətə və dərin elmə malikdir. OHəzrət xilafətə ən laiqli şəxsdir. Çünki, İsalm dinində onun keçmişi parlaq, yaşı çox və Allahın Rəsulunun (s) ən istəkli övladıdır. İmam Hüseyn (ə)uşaqlarla mehriban və böyüklərə hörmət edir. O, ən yaxşı İmam və rəhbərdir.Allah-Təalao Həzrətin vasitəsi ilə höccəti sizin üçün tamamlayıb, səadət yolunu sizə göstəribdir. Bəs, haqqın nuru qarşısında gözlərinizi yummayın və hidayət yolunu tanımadan batil quyulara düşməyin. Cəməl müharibəsində Səxr ibn Qeys sizin ətəklərinizi xarlıq və zillət ləkələri ilə bulaşdırdı. Amma bu gün siz gərək Peyğəmbər (s) övladına kömək etməklə həmin ləkələri yuyasınız. And olsun Allaha! Hər kəs İmam Hüseyn (ə) kömək etməsə Allah-Təala onu övladlarını zəlil və qohum-əqrabalarının sayını azaldacaq. Bilməlisiniz ki, mən döyüş paltarımı geyib zirehlənmişəm. Hər kəs ölməsə ölcək, heç vaxt ölümdən qaçmaq insana nicat verməyəcək. Allah sizi bağışlasın, mənim sözlərimə yaxşı cavab verin».
Bəni-Hənzələ qəbiləsi söhbətə başlayıb dedilər: «Ey Əba Xalid! Biz sənin kamanının oxlarıyıq, hansı hədəfi nişan alsan, boşa çıxmayacaq. Biz sənin tayfanın döyüşçüləri və fədakarlarıyıq. Hansı müharibəyə bizi göndərsən qələbə çalacaqsan. And olsun Allaha, hansı qorxulu işi yerinə yetirmək istəsən, biz də səninlə olacağıq və hansı çətinliklə qarşılaşsan biz də səninlə yanaşı həmin çətinliyin müqabilində duracağıq. And olsun Allaha, öz qılınclarımızla sənə kömək edəcək və bütün vücudumuzla səni qoruyacağıq. Hər nə istəyirsən et, biz də səni müdafiə edəcəyik».
Bəni-Hənzələ qəbiləsindən sonra Bəni-Səd qəbiləsi söhbəti davam etdirib dedilər: «Ey Əba Xalid! Bizim üçün hər şeydən pis səninlə müxalifətçilik etmək və sənin fərmanından çıxmaqdır. Amma Səxr ibn Qeys bizə əmr ediblər ki, müharibə etməyin. Biz də onun sözünü yerə salmayıb indiyə qədər müharibə etməmiş və öz izzətimizi qorumuşuq. İndi ki belədir, məşvərət etmək üçün bizə möhlət ver. Məşvərət edəndən sonra öz fikrimizi sizə deyəcəyik».
Bu zaman Bəni-Təmin qəbiləsi sözə başladı: «Ey Əba Xalid! Bizsənin tayfandan və səninlə həmpeymanıq. Əgər qəzəblənsən biz də qəzəblənəcəyik və səfərə getsə biz də səninlə gedəcəyik. Əmr və fərman vermək sənindir. Əmr et əməl edək, fərman ver itaət edək».
Yezid ibn Məsud üzünü Bəni-Səd qəbiləsinə çevirib dedi: «Ey Bəni-Səd tayfası! And olsun Allaha, əgər İmam Hüseyn (ə)-a kömək etsəniz Allah-Təala heç vaxt qan tökmə və fitnəkarlığı sizin aranızdan götürməyəcək, həmişə bir-birinizlə müharibə edəcəksiniz».
Sonra Yezid ibn Məsud İmam Hüseyn (ə)-a aşağıdakı məktubu yazdı: «Bismillahir-Rəhmanir-Rəhim. Sizin məktubunuzu ziyarət etdim. Başa düşdüm ki, sizə itaət etməkdən bəhrələnməyim üçün məni öz köməyinizə çağırmısız, təki, sizin vasitənizlə səadətə çatdım. Həqiqətən, Allah-Təala yer üzünü nicata, səadətə hidayət edən və xeyirli şəxslərsiniz qoymur. Siz xalq üçün Allahın höccəti və yer üzündə Allahın əmanətisiniz. Siz pak Əhmədin şəcərəsindənsiniz ki, onun əsli Mühəmmədin peyğəmbər(s) və budaqları sizsiniz. Bizim yanımıza gəl! Çünki, mən və Bəni-Təmim tayfası sizə kömək etmək üçün hazırıq. İndi vonların sizə kömək etmək üçün olan şəvqləri, susuz dəvələrin bir-biri ilə ötüşərək su içmək üçün olan şövqlərindən də çoxdur. Bəni-Sədi də sizə kömək etmək üçün hazırlamışam və onların kinli ürəklərini öz atəşli, moizəli sözlərimlə yumuşam».
İmam Hüseyn (ə) bu məktubu oxuyandan sonra çox sevindi. O Həzrət Yezid ibn Məsudu dua edərək buyurdu: «Allah-Təala qiyamətin günü qorxulu, vəhşətli gündə səni qoruyub əziz, qiyamətin şiddətli susuzluq günündə sirab etsin».
Yezid ibn Məsud İmam Hüseyn (ə)-ın hüzuruna getmək və o Həzrətə kömək etmək üçün hazırlaşdı. Lakin, Bəsrədən çıxıb bir müddət hərəkət edəndən sonra İmam Hüseyn (ə)-ı şəhid olmasını eşitdi. O, çox ağlayıb, həddindən artıq narahat oldu. Yezid ibn Məsudİmam Hüseyn (ə)-ın məktubunabu cür cavab verdi. Lakin, Münzir ibn Carud İmam Hüseyn (ə)-ın məktubu görəndə elə bildi ki, İbn Ziyad onu imtahan etmək istəyir və bu məktubu o özü yazıb göndəribdir.Buna görə də məktubu və məktub gətirəni İbn Ziyada təhvil verdi. İbn Ziyad dərhal qasidi dardan asdı. Sonra minbərə çıxıb çıxış etdi. O, öz çıxışında Bəsrə camaatını müxalifətçilikdən çəkindirdi. İbn Ziyad həmin gecə Bəsrədə qaldı. Səhəri gün qardaşı Osman ibn Ziyada öz yerinə təyin edib, tələsik Küfəyə tərəf yola düşdü. O, Küfənin yaxınlığında dayandı. Günəş batana qədər orada gözlədi. Günəş batandan sonra Küfəyə daxil oldu. Qaranlıq olduğu üçün Küfə camaatı elə bildilər ki, gələn İmam Hüseyn (ə)-dır. Onlar sevinclərindən öz dərilərinə sığçır və bir-birindən müştuluq alırdılar. Küfə camaatı ibn Ziyada yaxınlaşdılar. Onun ibn Ziyad olduğunu bilib qəm-qüssə içində, kor-peşman evlərinə qayıtdılar.İbn Ziyad isə (xalqın bu işindən qəzəblənmiş halda) «darül-imarə»yə gedib gecəni orada qaldı.
Səhər açıldı. İbn Ziyad saraydan çıxdı. O, minbərə çıxıb camaat üçün söhbət etdi. Öz çıxışında Yezidlə müxalifətçilik etmək istəyənləri qorxudub, ona itaət edənlərə yaxşılıq vədəsi verdi.
Müslüm ibn Əqili, İbn Ziyadın Küfəyə gəlməsi xəbərini eşitdi. Müslüm, İbn Ziyadın onun Küfədə olduğundan xəbər tuta biləcəyindən təşviş etdi. Çünki İbn Ziyad Müslümin Küfədəki fəaliyyətlərinin qarşısını ala bilərdi. Buna görə də Müslüm Muxtarın evindən çıxıb Haninin evinə getdi. Hani onu öz evində gizlətdi. Bu hadisədən sonra şiələr artıq Haninin evinə get-gəl edirdilər. İbn Ziyad Müslümin yerini öyrənmək üçün bir neçə casus təyin etmişdi. O, Müslümin yerini öyrəndi. İbn Ziyada Mühəmməd ibn Əşəsi, Əsma ibn Xaricəni və Əmribn Həccaçı öz yanına çağırıb dedi: «Nə üçün Hani bizimlə görüşməyə gəlmir?»Onlar dedilər: «Bilmirik, amma deyirlər ki, Hani xəstədir». İbn Ziyad dedi: «Eşitmişəm Hani sağalıbdır və evinin qabağında küşədə oturur. Əgər bilsəm xəstədir, onu yoxlamağa gedəcəyəm. Əvvəl siz gedib ona deyin ki, bizim haqqımızı tapdalamasın və bizimlə görüşməyə gəlsin. Çünki, onun kimi şərafətli insanın məndən uzaqlaşmasını istəmirəm».
Həmin üç nəfər axşam Haninin evinə getdilər. Onlar Haniyə dedilər: «Nə üçün İbn Ziyadla görüşməyə gəlmirsən? Halbuki, İbn Ziyad sənin hal-əhvalını bizdən soruşur. İbn Ziyada dedi ki, əgər Hani xəstə olsa, onun əyadətinə gedəcəyəm. O, eşidibdir ki, axşamlar keçədə oturursan və onunla görüşməyə getmədiyin üçün naratdır. Qüdrətli şəxs sənin kimi qəbilə başçısının etinasızlığına dözə bilməz. Allaha and veririk ki, atını minib bizimlə onun görüşünə gedəsən».
Hani paltarını dəyişib öz atına mindi və onlarla İbn Ziyadın yanına getdi. «Darül-imarə» sarayına yaxınlaşdılar. Haninin ürəyinə nə isə dammışdı. O narahat idi. Buna görə də Həssan ibn Əsma ibn Xaricəyə dedi: «Qardaş oğlu, and olsun Allaha, mənim İbn Ziyaddan gözüm su içmir. Bu haqda sən nə fikirləşirsən?» Həssan dedi: «Əmi, and olsun Allaha! Mənim sənin barəndə heç bir qorxum yoxdur, bu fikirləri başından çıxart».
Əlbəttə, Həssan, İbn Ziyadın Hanini nə üçün çağırdığını bilmirdi. Hani, ibn Ziyadın yanına getdi. İbn Ziyadın gözü Haniyə sataşan kimi dedi:
أَتَتکَ بِخَائِنٍ لَکَ رِجلاهُ
«Hər kəs sənə xəyanət etmək istəsə, onu öz ayaqları sənin yanına gətirəcək». Sonra İbn Ziyad yanında oturan Şüreyh Qaziyə üzünü çevirib, Haniyə işarə edərək bu beyti dedi:
غَدِیرُکَ مِن خَلِیلِلکَ عَن مُرَاد أُرِیدُ حَیَاتَهُ و یُرِیدُ قَتلِی
İbn Ziyadın Haniyə işarə edərək beyti oxumaqdan məqsədi bundan ibarətdir: «Mən Haninin yaşamağını istəyirəm, amma o, mənim ölümümü istəyir. O öz evində mənim əleyhimə iş görür». Hani dedi: «Ey əmir, bu sözlərdən məqsədin nədir?» İbn Ziyad qışqıraraq dedi: «Kəs səsini ey Hani! Bu nə deməkdir ki, öz evində Yezidin və müsalmanların əleyhinə iş görürsən. Müslüm ibn Əqili öz evinə aparıb, onun üçün silah, döyüşçü hazırlayıb, onları öz evinin ətrafındakı evlərdəgizlədibsən?!» Hani dedi: «Mən bu cür iş görməmişəm». İbn Ziyad dedi: «Xeyir, sən bu işləri görübsən». Hani yenə də inkar etdi. İbn Ziyad: «Qulum Müəqqələ deyin ki, bura gəlsin».
Müəqqəl İbn Ziyadın casusu idi. O, Müslimin və onun dostları haqqındakı xəbərləri toplayıb, çoxlu sirlərini İbn Ziyada demişdi. Müəqqəlgəlib İbn Ziyadın yanında durdu. Bunu görən Hani başa düşdü ki, Müəqqəl casus imiş. Müəqqəl hiyə işlədərək Haninin evinə gedib, Müslümü orada görmüşdü.
Hani dedi: «Ey əmir, and olsun Allaha! Mən Müslümü öz evimə dəvət etməmişəm. O, özü mənim evimə pənah gətiribdir. Mən də utandığımdan onu geri qaytara bilmədim və öz evimdə ona yer verdim. Buna görə də onu qorumaq mənim öhdəmə düşdü və onu qonaq kimi qəbul etdim. İndi ki, sən bu məsələni bildin, icazə ver gedim ona deyim ki, mənim evimdən çıxıb getsin. Hara istəsə getsin, təki, mən öz öhdəmdə olan vəzifəmi yerinə yetirim». İbn Ziyad dedi: «And olsun Allaha! Müslimi bura gətirməsən, səni heç yerə buraxan deyiləm». Hani İbn Ziyada kəskin və qətiyyətlə cavab verdi: «And olsun Allaha, mən heç vaxt Müslimi sənə təhvil verməyəcəyəm! Ey İbn Ziyad! Sən istəyirsən ki, öz qonağımı sənin əlinə verim və sən də onu öldürəsən?» Haninin cavabında qəzəblənmiş İbn Ziyad dedi: «And olsun Allaha, onu sənin əlinlə gətirdəcəyəm!» Hani dedi: «And olsun Allaha, mən onu gətirməyəcəyəm!»
Hani ilə İbn Ziyadın arasında şiddətli mübahisə getdiyi üçün Müslüm ibn Əmr Bahili dedi: «Ey Əmir! İcazə ver, mən özüm Hani ilə ayrıca söhbət edim». O, ayağa qalxıb Hanini «darül-imarə»nin başqa otağına apardı. İbn Ziyad onları görür və söhbətlərini eşidirdi. Müslüm ibn Əmr Haniyə dedi: «Ey Hani! Səni and verirəm Allaha, özünü ölüm ayağına vermə və öz qəbiləni müsibətə salma! And olsun Allaha, mən səni ölümdən qurtaracağam. Müslüm ibn Əqili bu camaatın əmisi oğludur. Onu öldürməyəcəklər və ona zərər yetirməyəcəklər. Sən Müslümi ibn Ziyada təslim et. Bu iş sənin üçün ar deyil. Çünki sən onu sultana təhvil verirsən, sultana təslim etmək nöqsan deyil». Hani dedi: «And olsun Allaha, bu iş məni rusvay edər. Müslüm mənim evimə pənah gətirib və o, mənim qonağımdır. Mən Peyğəmbər (s) övladını, İmam Hüseyn (ə)-ın nümayəndəsini heç vaxt düşmən əlinə vermərəm. Halbuki, qolum qüvvətli və köməyim çoxdur. And olsun Allaha, əgər heç kəs mənə kömək etməsə, yalqız qalsam və məni öldürsələr də Müslümü düşmənə təhvil etməyəcəyəm». Müslüm ibn Əmr Bahili ona and verməyə başladı və lakin Hani deyirdi: «And olsun Allaha, onu İbn Ziyada təslim etməyəcəyəm».
Bunu eşidən İbn Ziyad əsəbiləşib dedi: «Onu mənim yanıma gətirin!» Hanini onun yanına apardılar. İbn Ziyad dedi: «And olsun Allaha! Əgər Müslümi təhvil verməsən, başını bədənindən ayıracağam». Hani qeyzlə dedi: «Əgər məni öldürsən, evinin ətrafını qılınclar bürüyəcək». İbn Ziyad dedi: «Ey biçarə, məni qılınclarla qorxudursan?»
Hani elə fikirləşirdi ki, tayfası onun nə halda olduğunu biləcək. Səbir kasası dolmuş İbn Ziyad dedi: «Onu mənim yanıma gətirin!» Hanini İbn Ziyadın qarşısında oturtdular. O, əlindəki ağacla Hanini döyməyə başladı. O gədər vurdu ki, Haninin burnu sındı, paltarı al-qana bulaşdı və üz-közü yaralandı. Nəhayət, ağac sındı. Bunu görən Hani əlini atıb qarovulçulardan birinin qılıncını götürmək istədi. Lakin həmin qarovulçu Haniyə imkan vermədi və onun yaxasında tutaraq möhkəm saxladı. İbn Ziyad qışqırdı: «Onun əl qolunu bağlayın!»Hanini sürüyə-sürüyə «darül-imarə»nin otaqlarından birinə saldılar, otağın qapısını bağlayıb İbn Ziyadın fərmanı ilə bir neçə gözətçinin nəzarəti altında onu saxladılar. Bu zaman Əsma ibn Xaricə ya da Həssan ibn Əsma ayağa qalxıb dedi: «Ey əmir, bizə əmr etdin ki, Hanini sənin yanına gətirək, biz də onu gətirdik. Sən isə onun üz gözünü əzib, saqqalını qana buladın. İndi də onu öldürmək istəyirsən?»İbn Ziyad əsəbiləşib dedi: «Sən də bizim yanımızdasan?» O, əmr etdi ki, onu da döysünlər.Məmurlar onu susana qədər döydülər. Sonra əl qolunu bağlayıb zindana saldılar. Əsma ibn Xaricə (ya Həssan ibn Əsma) özünü bu halda görüb dedi:
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
«Hamımız Allah tərəfindən gəlmişik və Allaha tərəfinə qayıdacağıq». O, Haninin «darül-imarə»yədaxil olmamışdan söylədiyi sözləri yadına salıb dedi: «Ey Hani! İndi mən öz ölümümü sənə xəbər verərərm».
Əmr ibn Həccacın qızı Rəvihə Haninin əyalı idi. Əmr ibn Həccac Haninin ölüm xəbəri eşitdi. O, Məzhəc tayfasının hamısını toplayıb, «darül-imarə»ni mühasirəyə alaraq uca səslə dedi: «Mən Əmr ibn Həccacam və bu cəmiyyət Məzhəc tayfasının döyüşçüləri, böyük şəxsiyyətləridir. Biz padşahın itaətindən boyun qaçırmayıb və müsalmanlardan ayrılmamışıq. Lakin eşitmişik ki, bizim rəhbərimiz Hanini öldürüblər».
İbn Ziyad onların «darül-imarə»ni mühasirəyə almasını və söhbətlərini eşidəndən sonraŞürey Qaziyə əmr etdi: «Get, Hanini gör və onun tayfasına de ki, Hani diridir!» Şürey, İbn Ziyadın əmrini yerinə yetirdi və onlara dedi: «Hani ölməyibdir. O, «darül-imarə»də ibn Ziyadın qonağıdır». Məzhəc tayfası Şüreyhə inanıb öz evlərinə qayıtdılar.
Mənbə: Luhuf
Tərtib edən: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.