İLAHİ ƏXLAQ. İXLAS.

İxlas dedikdə, niyyətin aludəçiliklərdən təmizlənməsi nəzərdə tutulur. Bu isə həyatın bütün sahələrində bizdən tələb olunmuş bir məsələdir. Onun insan həyatında olması əbədi səadət, olmaması isə ziyan sayılacaqdır. Buna görə də, Qurani-Kərimin bir çox yerlərində bəndələrin ixlas məsələsinə yer verilmiş, insanlar bu vəzifəyə şövqləndirilmişlər. Necə ki, oxuyuruq:
و وما أمروا إلا ليعبدوا الله مخلصين له الدين »
"Halbuki onlara әmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək... ibadət etsinlər. "
Digər ayədə buyurulur:
والا الله الذين الخالص.4
"Bil ki, xalis din (sırf ibadət, təmiz itaat) ancaq Allaha maxsusdur." Həmçinin digər ayədə oxuyuruq:
( إلا الذين تابوا وأصلحوا واعتصموا بالله واخلصوا دينهم الله »
"(Lakin) tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (əqidəsi və niyyətini) təmizləyənlər (ilahi əzabdan) müstəsnadır. "
"Əl-Kafi" kitabında İmam Rzadan (ə) nəql edilmiş bir hədisdə Əmirəl-möminin İmam Əli (ə) belə buyurduğu nəql olunmuşdur: "İbadət və dualarını yalnız Allah üçün xalisləşdirən, qəlbini gözlərinin gördüklərinə məşğul etməyən, qulaqlarının dinlədiyi onu Allah zikrindən ayırmayan və başqalarına verilənlərə görə hәsәd aparmayan şəxsin halına xoş olsun!"
(Qurani-Kərimdə buyurulur:)
و الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا »
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur." İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur: "(Ayədə mәqsәd daha çox (yaxşı) əməl edən deyil, əslində yalnız sadiq niyyət və Allah qorxusu ilə görülən əməl vasitəsilə hədəfə çatmaq olar."
Daha sonra buyurdu: "Əməli xalisləşdirmək üçün onun üzərində qalmaq əməlin özündən daha əhəmiyyətlidir. Xalis әmәl isə odur ki, onun üçün Allah taaladan başqa heç bir kəsdən tərif gözləməyəsən. Niyyәt әmәldәn daha üstündür. Agah olun ki, əməl niyyətin özüdür!
Həmin rəvayətə əsasən, İmam Sadiq (ə) sözünün davamında bu ayəni oxumuşdur:
و قل كل يعمل على شاكلته. »
"De: "Hər kəs öz qabiliyyətinə (bacarığı və xislətinə) görə iş görər." Imam Baqir (ə) buyurur: "Hər bir bəndə (insan) qırx gün müddətində imanını Allah üçün xalisləşdirsə (və ya: qırx gün müddətində Allahı yad etsa), Allah-taala onu dünyaya qarşı rəğbətsiz edər, ona dərdinin dərmanını tanıya biləcək bir bəsirət bəxş edər və hikməti onun qəlbində möhkəmlədərək dilini hikmətli sözlərlə danışığa gətirər."
İxlasın dərəcələri.
İxlas müxtəlif dərəcələr və mərtəbələrə malikdir:
1. Şükür edənlərin dərəcəsi; Şükür edənlərdə məqsəd, Allah-tәalanın nemətlərinə şükür etməklə Ona sitayiş və ibadət edənlərdən ibarətdir. Allah taala həmin nemətlər barədə belə buyurur:
وإن تعدوا نعمت الله لا تحصوها.»
"Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Əmirəl-möminin Əli (ə) "Nəhcül-bəlağə" kitabında buyurur:
عبدوا الله رغبة فبلك عبادة التجار وإن قوما عبدوا الله زهية فتلك عبادة العبيد وإن قوما عبدوا الله شكراً فتلك
إن قوما عبادة الأخرار
"Həqiqətən də, xalqın bir dəstəsi Allahı (Cənnət və savab) istəyi ilə ibadət edir ki, bu da tacirlərin ibadətidir. Xalqın (digər) dəstəsi (Cəhənnəm və əzab) qorxusundan ibadət edirlər ki, bu da qulların ibadətidir. Xalqın (digər) dəstəsi isə Allaha şükür etmək üçün ibadət edirlər ki, bu isə azad insanların ibadətidir."
2. Müqərrəblərin dərəcəsi; Müqərrəb o kəslərdir ki, Allaha yaxın olmaq üçün Ona pərəstiş edirlər.
Allaha yaxınlıq.
Allaha yaxınlıq dedikdə bir neçə məna nəzərdə tutula bilər. Onlardan biri mərtəbə və kamillik baxımından ola bilər. Belə ki, Allah-tәala hәr bir cəhətdən kamil, insan isə hər bir cəhətdən naqis olduğu üçün öz çatışmazlıqlarını aradan qaldırmaq üçün mənəvi baxımdan Allaha yaxınlaşmaq istəyir. Bununla bağlı bir hədisdə belə deyilmişdir: "Özünüzü ilahi əxlaqla bəzəyin!"
Allaha yaxın olmağın digər mənası məhəbbət və rabitə baxımından ola bilər. Necə ki, dünyanın şərqi və qərbində yaşayan, lakin buna baxmayaraq bir-biri ilə mehriban rabitədə olan, bir-birini unutmayan və bir-birinin üstünlükləri və yaxşılıqlarını yaymaqda çalışan iki şəxs barədə belə deyilir. "Onların arasında çox kamil və gözəl bir yaxınlıq (rabitə) mövcuddur".
Lakin (məkan baxımından) bir-birinə yaxın olduqları halda belə bir dostluq və məhəbbət rabitəsinə malik olmayan iki şəxs barədə belə deyilir: "Onların arasında çox uzaq bir məsafə (ayrılıq) mövcuddur". Burada hər iki cümlədə işlənmiş "yaxın" və "uzaq" ifadələrində məqsəd,mənəvi yaxınlıq və uzaqlıqdır.
3. Hәya sahiblərinin dərəcəsi; Həya sahiblərində məqsəd, bütün ibadət və itaətkarlıqlarını Allah-taaladan həya etdikləri üçün həyata keçirən insanlardır. Onlar Allah-taalanın onların daxilindən agah olduğunu, zehinlərindən keçəni bilməsini və onların bütün xırda əməllərindən xəbərdar olduğunu dərk edirlər və buna görə də, Allah qarşısında üsyan etməkdən həya edirlər, nəticə etibarı ilə ibadət və itaətə üz gətirirlər. Necə ki, hədisdə belə buyurulur: "Allaha sanki səni görən kimi ibadət et! Əgәr sәn Onu görmürsənsə, həqiqətən də o səni görür!"
Həzrət Loğman öz oğluna belə tövsiyə etmişdir: "Oğlum! Bir günah etmək istədikdə, elə bir yerə get ki, Allah-taala o yerdə səni görməsin!"
4. Ləzzət əhlinin dərəcəsi; Bunlar dünya əhlinin dünyəvi (maddi) nemətlərindən aldığı ləzzətlərdən daha çox ilahi ibadətdən ləzzət (mənəvi hәzz) alanlardır. "Əl-Kafi" kitabında İmam Sadiqdən (ə) nəql edilən hədisdə oxuyuruq: "Allah-tәala buyurmuşdur: "Ey mənim doğruçu bəndələrim! Dünya hayatında Mənim ibadətimdən bəhrələnin ki, tezliklə Axirətdə ondan bəhrələnəcəksiniz."
Imam Sadiq (ə) buyurur: "İnsanların ən üstünü ibadәtә eşq bәslәyәn, ona bağlanan, onu qəlbən sevən, həmçinin onu bәdәn üzvləri ila hәyata keçirən və özünü ibadət üçün hәr bir fikirdən boşaldan kәsdir. Belə bir şəxsin hansı vəziyyatdə, istər çətinlikdə, istərsə də narahatçılıqda yaşamaqdan qorxusu olmaz."
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənim gözümün işığı namazda qәrar verilmişdir."
5. Sevənlərin dərəcəsi; Sevənlərdə məqsəd, Allah ibadəti və itaətindən məhəbbətin ən uca dərəcəsinə nail olanlardır. Necə ki, Allah-tәala (Qurani Kərimdə) buyurur:
و يحبهم ويحبونة »
"(Allah) onları, onlar da (Allahı) sevərlər."
Həzrət Əli (ə) buyurmuşdur: "Ey mәnim Allahım! Əgәr Sәnin әzabına səbir etsəm bәs Sənin ayrılığına necə dözüm?
İmam Hüseyn (ə) "Ərәfә" duasında belə söyləyir: "(ilahi!) Sən Özündən başqalarını səni sevənlərin qəlbindən Səndən başqasını sevməsinlər və Səndən başqasına sığınmasınlar deyә qovansan!" Həmçinin deyir: "Ey Öz dostlarına Sənin qarşında yalvarsınlar deyə dostluğunun şirinliyini dadızdıran (Allah!)"
Imam Səccad (ə) "Inciliyyә" duasında belə deyir: "(Ilahi!) And olsun Sənin izzətinə! Mən Səni dostluğunun şirinliyi qəlbimdə yer tutan va canımın ona tam öyrəşdiyi bir tәrzda sevirəm!" O həzrət (ə) digər duada deyir: "(Ilahi!) Ey mənim mәbudum! Məni eşq ağacının sinələrində kök saldığı və məhəbbətinin qəlblərini fəth edən kəslərdən qərar ver!"
"Hədisi-qüdsi"də oxuyuruq: "Ey Musa! Mani sevdiyini güman edən bir halda gecədən sübhədək yatan insan bu sevgidə sadiq deyil. Hər bir sevgili öz sevgisi ilə xəlvətdə olmağı istəmirmi?"
6. Ariflərin dərəcəsi; Ariflərdə məqsəd, ibadət hədəfləri Allah-taalanın mütləq kamillik olması və yalnız Onun pərəstiş edilməyə layiqli olduğunu düşünənlərdir. Necə ki, İmam Əli (ə) buyurur: "Ey mənim Məbudum! Mən Sənə Cəhənnəm odunun qorxusundan va Cәnnәtinə olan tamaha görə pərəstiş etmədim. Əslində Səni ibadət və pərəstiş edilmək üçün layiqli gördüm."
7. İlahi mükafata nail olmaq və ilahi əzabdan nicat tapmaq üçün ibadət edənlərin dərəcəsi; İbadətin bu növü ilə bağlı alimlərin fikirləri müxtəlifdir. Əhli-beyt məzhəbinin Seyid ibn Tavus, Fazil Miqdad və İbn Əbi-Cümhur Əhsai kimi alimləri, həmçinin Şəhid Əvvəl "Durus" və "Qəvaid" adlı əsərlərində ibadətin belə bir növünü batil saymışlar. Onların bununla bağlı istinad etdikləri dəlil budur ki, bu qəbil hədəflərlə həyata keçən ibadət, Allah-taalanın diqqətini cəlb etmək üçün həyata keçən ibadət mənasında olan ixlasla müxalifdir. Belə bir niyyətdə olan şəxs Allah razılığını əldə etmək üçün deyil, əslində müəyyən bir xeyri əldə etmək və müəyyən zərər-ziyanları özündən uzaqlaşdırmaq üçün çalışır. Lakin belə bir ibadətin düzgün olması fikri həqiqətə yaxındır. İbadətin belə bir dərəcəsinin düzgün sayılması aşağıda qeyd edilən dəlillər əsasındadır:
Birinci dəlil: Savab almaq və əzabdan nicat tapmaq məqsədi ilə həyata keçən ibadəti təsdiq edən bir çox ayə və hədislər; Bununla bağlı mövcud olan ayələr aşağıdakılardan ibarətdir:
1. Allah-taala buyurur:
لمثل هذا فليعمل العاملون.»
"Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət, Cənnət və onun nemətləri uğrunda) çalışsınlar!"
2. Digər ayədə buyurulur:
ه وادعوة خوفا وطمعا »
"Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin."
3. Digər ayədə oxuyuruq:
( فاستجبنا له ووهبنا له يحيى وأصلحنا له زوجة إنهم كانوا يسارعون في الخيرات ويدعوننا
رغبا ورهبا وكانوا لنا خاشعين. -
"Biz (Zəkəriyyanın) duasını qәbul buyurduq, ona Yәhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Həqiqətən də, onlar xeyirli işlər görmәyә tәlәsәr (yaxşı әmәllәr etməkdə bir-birini ötməyə çalışar), ümid va qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə dua edirdilər. Onlar Bizə (Bizim əzəmətimiz qarşısında) təvazökar (müti) idilər."
4. Qurani-Kərimin digər ayəsində buyurulur:
و يا أيها الذين آمنوا اركعوا واسجدوا واعبدوا ربكم وافعلوا الخير لعلكم تفلحون »
"Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!"
5. Allah-taala Qurani-Kərimin digər ayəsində belə buyurmuşdur: رجال لا تلهيهم تجارة ولا بيع عن ذكر الله وإقام الصلوة وإيتاء الزكوة يخافون يوما تنقلب فيه القلوب والأنصار.
ليجريهم الله أحسن ما عملوا. »
"O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı yad etməkdən, namazı dirçəltməkdən və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar. (Onların vaxtlı-vaxtında, lazımınca ibadət etmələri, Qiyamət günündən qorxub pislikdən çəkinmələri ona görədir ki) Allah onlara gördükləri ən yaxşı işlərin əvəzini versin..."
Allah-tәala bu ayələrdə əzabdan qorxu və savaba ümid əsasında həyata keçən ibadətlər üçün aydın tərzdə savab və mükafat vədəsi vermişdir. Xüsusilə də, ikinci və üçüncü ayələrdə qorxu ilə tamah, həmçinin qorxu ilə ümid ifadələri bir-birinin kənarında qərar tutmuşdur.
Hədislər; (Savab almaq və azabdan nicat tapmaq hədəfi ilə həyata keçən ibadəti təsdiq edən birinci dəlilin ikinci hissəsi əldə olan hadis və ravayətlərdən ibarətdir.)
Əldə olan hədislərə əsasən, hər kəs müəyyən bir əməl müqabilində Allah tәala tərəfindən savab (mükafat) təyin edildiyini eşidib, o savaba nail olmaq hədəfi ilə həmin işi yerinə yetirərsə, o savab (əslində Allah-taala tərəfindən) təyin edilməsə belə, Allah-taala ona həmin savabı verәr.
Imam Sadiq (s) buyurmuşdur: "Bәndәlәr üç dәstәyә bölünür". Birinci: Bir dəstə Allaha (Cəhənnəm və əzab) qorxusundan ibadət edir ki, bu da qulların ibadətidir. İkinci: Bir dəstə Allaha savab əldə etmək üçün ibadət edir ki, bu da fəhlə sinfinin ibadətidir.
Üçüncü: Bir dəstə isə Allaha məhəbbət və sevgi üzündən ibadət edirlər ki, bu da azad insanların ibadəti olaraq ibadətin ən üstün növü sayılır.
Aydın məsələdir ki, üçüncü ibadət növünün daha üstün olması onun özündən öncə qeyd edilmiş iki ibadət növünün müəyyən fəzilətlərə malik olduğunu tələb edir.
Övlad sahibi olmaq, var-dövlət əldə etmək, xəstəlikdən şəfa tapmaq və xeyir tələb etmək kimi hacətlərin həyata keçməsi ilə bağlı əməllərdən söz açan hədislər çoxdur. Buna görə də, həmin dəlillərdən belə nəticə almaq olar:
1. Bu qəbil niyyətlər ibadətin batil olması ilə nəticələnərsə, ayə və hədislәrdә buyurulmuş bu kimi gözəl vəd və tövsiyələr bihudə və mənasız sayılacaq, bundan əlavə, müqəddəs Şәriәtin hәdәfi ilə ziddiyyət məqamında olacaq.dır.
2. Müqəddəs Şəriətin özü bu qəbil niyyətlərlə ibadət etmək barədə göstəriş vermişdir. Odur ki, həmin niyyətlə (müəyyən savaba nail olmaq və ya әzabdan nicat tapmaq niyyəti əsasında) ibadət edən şəxs (əslində) Allah-taalanın razılığını tələb edir.
• İkinci dəlil: Xeyri və ziyanı, ölüm və vəfatı, həmçinin Axirət aləmində (Allah qarşısında) qiyam etməsi başqasının ixtiyarında olan zəif bir bəndənin öz Mövlası tərəfindən özünə xeyir cəlb etmək və özündən zərər-ziyanlan uzaqlaşdırmaqdan ehtiyacsız olması necə mümkün ola bilər?
Üçüncü dəlil: Ümumi xalq kütləsini ali dərəcədə olan mənəvi mə qamlara mükəlləf etmək qeyri-mümkün bir məsələdir. Çünki insanların çoxunun belə bir ali niyyətlərlə ibadət etməyə bacarığı yoxdur. Əslində bu (mə nəvi) dərəcələr məsumlara (ə), və onlara bir mərhələ yaxın olan şəxslərə məsələn: Salman, Əbuzər və Miqdad kimi insanlara məxsusdur.
Belə bir məqama çatmağı yalnız o kəslər iddia edə bilərlər ki, Allah-tәalanın onları ibadət və itaətlərinə görə Cəhənnəmə, günahlarına görə isə Cənnətə aparacağına yəqin edən halda yenə də, özünə etimad göstərib, günah yoluna düşməsinlər. Halbuki insanların əksəriyyəti belə bir ali dərəcədən çox uzaqdır.
Əlbəttə, əgər niyyəti öncə qeyd edilmiş birinci və ya ikinci mənalarda qəbul etsək, bütün insanlar hökmən ali niyyətlərlə ibadət etməlidir. Lakin öncə niyyət üçün sadalanmış həmin iki mənanın səhv olduğunu bəyan etmişik. Çünki Allaha yaxın olmaq üçün müəyyən bir hədəf olmadıqda, müəyyən bir işi nəzərdən keçirmək və ya müəyyən sözləri dildə deməklə onu icad etmək olmaz.
Buna yaxşı tərzdə inanmaq üçün üstünlük və şöhrət qazanmaq hədəfi ilə tədris etmək sevgisinin sənə qalib olduğu zaman və ya digər insanların diqqətini özünə cəlb etmək üçün səndə ibadət etmək şövqünün oyandığı halda özünə bir az diqqət yetir. O zaman tədrisə və ya ibadətə başlamaq istədikdə, bu dərs və ya ibadatin Allaha yaxın olmaq fikrini özünə təlqin edəcəksən. Halbuki sən həmin zamanda ümumiyyətlə ixlas (və səmimiyyətdən) uzaqsan va etdiyin təlqinlər də, Şeytanın qәlblәrdә etdiyi vəsvəsələrdən biridir. Hər halda belə bir niyyətin sənə heç bir faydası olmayacaq və sənə Cəhənnəm әzabından nicat verməyəcək. Sən həmin zaman tox halında olan və yeməyə iştaha tapmaq üçün zehnindən müəyyən yeməkləri keçirən insana bənzəyirsən. Bir sözlə, ixlasa nail olmaq yolu nəfsani istəkləri sındırmaq, dünyadan tamahı üzmək və Axirət üçün hazırlıqdan ibarətdir. Bu minvalla (ixlasa malik olmaq üçün) hazırlıq qəlbini əhatə edəcəkdir.
"İnsanın qiyamətdən başqa düşünəcəyi ayrı bir məsələ olmamalıdır". Bəzən insan müəyyən əməllərin həyata keçməsi üçün çoxlu əzab-əziyyət çəkir və həmin əməlləri kamil ixlasla Allah rizası üçün həyata keçirdiyini güman edir. Lakin o, aldanmışdır və həqiqətdə belə deyildir. Çünki o öz əməllərində baş verən fəsadları görmür. "Bu məsələyə daha yaxşı diqqət yetirmək üçün aşağıda qeyd ediləcək əhvalatı oxuyun".
Bir əzizin belə dediyi nəql edilib: "Mən məsciddə və camaat namazının birinci sırasında qıldığım otuz illik namazlarımın qəzasını yenidən qılmışam. Namazlarımı yenidən qılmağımın sәbәbi bu idi ki, bir gün qarşıma çıxan müәyyən üzrlü səbəbə görə həmişə adət üzrə olduğundan bir az gec məscidə getdim. Məscidə daxil olanda camaat namazının birinci sırasının dolduğunu görüb, ikinci sırada dayanaraq namaz qılmağa məcbur qaldım. Lakin o zaman camaatın mәni ikinci sırada müşahidə etdiyindən xəcalət çəkdim. Bundan başa düşdüm ki, camaatın məni namazın birinci sırasında görməsi məni sevindirir və özümün də, xəbərim olmadan qәlbim bundan rahatlanırmış".
"Bu qəbil əhvalatlardan əldə olunur ki, əməldə ixlas o qədər fəsadlara malikdir ki, bəzən həmin fəsadlar insan üçün məchul qalır və insanın heç bir xəbəri olmadan uzun müddətdən sonra onun əməllərində xüsusi rola malik olur".
İxlasın olmaması o qədər dəqiq və qarışıq bir məsələdir ki, əməllərin çox az hissəsi ondan amanda qalır və çox az insanlar bu məsələyə qarşı diqqətli olurlar.
Dünya həyatında əməl ixlasından qəflətdə olan "və öz əməllərini diqqətlə araşdırmayan" şəxslər bir ömür boyu yaxşı (saleh) saydıqları əməllərini Qiyamət günündə xoşagəlməz bir vəziyyətdə görəcəklər. Həqiqətdə onun yaxşı əməl deyil, əslində özlərinin də, bilmədiyi bir halda onlardan baş vermiş günahlar olduğunu biləcəklər. Onlar öz günahlarından agah olduqda, heç vaxt güman etmədikləri (rüsvayçılıq və həsrәt) Allah-tәala tərəfindən onlar üçün zahir olacaqdır. Qurani-Kərimdə bununla bağlı belə buyurulur:
( قل هل ننبئكم بالأخسرين أعمالا. الذين ضل سعيهم في الحياة الدنيا ولهم يحسبون الهم يحسنون صنعا »
"(Ya Peyğəmbər!) De: "Sizә әmәllәri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?" O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar həqiqətən də, yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər."
Digər ayədə isə oxuyuruq:
و أفمن زين له سوء عمله فراه حسنا »
"Pis әmәli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.