İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ ƏMR ETMƏSİ..

Allah-təala Nuha (ə) bir gəmi düzəltməsini əmr etdi. Nuh (ə) öz qövmünə etdiyi dəvəti dayandırdı. Öncə kafirlər təəccüb etdilər: «Görəsən niyə Nuh (ə) doqquz yüz əlli ildən sonra sükut etdi? Niyə onları Allahı tanımağa dəvət etmir və daha heç kimin gözünə görünmür?»
Nuh (ə) böyük bir gəmi düzəltmək üçün şəhərdən bayırda bir yer seçdi. Nuh(ə) mahir dülgər idi. O, bu iş üçün çoxlu böyük taxtalar toplamalı idi. Möminlər bu işində Nuh peyğəmbərə (ə) kömək etdilər. Müxtəlif həcmlərdə taxtalar düzəltmək üçün xurma və digər ağacların gövdələrini topladılar. Gəmini düzəltmək asan iş deyildi. Çünki, o gəmi olduqca böyük olmalı idi. Nuhun (ə) düzəltmək istədiyi gəmi üç mərtəbədən təşkil olunmuşdu. Onun uzunluğu 200, eni 70, hündürlüyü isə 25 metr idi. Bütpərəstlər burada da Nuhu (ə) rahat buraxmadılar. Onun işlədiyi yerə gəlib, peyğəmbəri və onun yoldaşlarını məsxərə edirdilər. Nuh (ə) gəmini düzəldirdi. Ona iman gətirən şəxslər taxtalar gətirir, onların bəzisi taxtaları mıxlayır və bəzisi qırlayırdılar.
Bütpərəstlər isə onları ələ salıb, deyirdilər:
-Bu dəlilərə baxın, səhrada gəmi düzəldirlər.
Onlardan biri dedi:
-Nuh (ə) qocaldıqdan sonra ağlını itirmişdir.
Başqa birisi dilləndi:
-O dülgərlikdən başqa bir iş bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki, dəlidir.
-O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir.
Bütpərəst bir kişi qışqırdı:
-Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın?
Bütpərəstlər güldülər. Onların bəziləri qışqırdılar:
-Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları təlatümlü, küləkləri isə güclüdür.
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə buyurdu:
-Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik. Gəmidə işləmək çox çətin idi. Həddən artıq dözüm və səbir istəyirdi. Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və davamlı işə dözmək lazım idi. Nuhun (ə) düzəltdiyi gəmi çox böyük idi. Bu gəmi insan adlı məxluqun xilası və müxtəlif heyvanların tələfolma təhlükəsindən qorunması üçün düzəlirdi. Bizim Rəbbimiz iradə etmişdi ki, yeri fəsad və zülmlərdən paklasın, onu bütün günahlardan yusun.
Ona görə də Allah öz elçisi Nuha (ə) gəmi düzəltməyi əmr etmişdi; imanlı şəxslərin və pak insanların xilası üçün. Amma, ədaləti sevməyən və bərabərliyi xoşlamayan zalımların taleyi fəna və yoxluq olacaqdı. Gəminin işi uzun illər davam etdi. Nuh (ə) və ona iman gətirənlər davamlı olaraq 80 ilə qədər çalışdılar. Gəmi böyük, vəzifə və tapşırıqları olduqca əhəmiyyətli idi. O gəmi insan və heyvanların məhv olmaqdan xilas vasitəsi sayılırdı. Ona görə də Nuh (ə) və ona iman gətirənlər nicat gəmisinin işini tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər.
Bütpərəstlər Allahın peyğəmbərini və onun mömin dostlarını məsxərə edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir, zülm və təzyiqə məruz qoyurdular. Lakin, ümid və arzu möminlərin qəlbində günbəgün artırdı. Çünki, Allah-təala yeri zalımların fəsadından təmizləmək qərarına gəlmişdi. Sular yeri günah və çirkinliklərdən yuyacaqdı. Yer olduqca təmizlənəcək və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaşayacaqdılar. Bu minvalla möminlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin əzab və əzyytlərinə və işin ağırlığına dözürdülər.
-O dülgərlikdən başqa bir iş bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki, dəlidir.
-O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir.
Bütpərəst bir kişi qışqırdı:
-Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın?
Bütpərəstlər güldülər. Onların bəziləri qışqırdılar:
-Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları təlatümlü, küləkləri isə güclüdür.
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə buyurdu:
-Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik.
Gəmidə işləmək çox çətin idi. Həddən artıq dözüm və səbir istəyirdi. Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və davamlı işə dözmək lazım idi. Nuhun (ə) düzəltdiyi gəmi çox böyük idi. Bu gəmi insan adlı məxluqun xilası və müxtəlif heyvanların tələfolma təhlükəsindən qorunması üçün düzəlirdi.
Bizim Rəbbimiz iradə etmişdi ki, yeri fəsad və zülmlərdən paklasın, onu bütün günahlardan yusun. Ona görə də Allah öz elçisi Nuha (ə) gəmi düzəltməyi əmr etmişdi; imanlı şəxslərin və pak insanların xilası üçün. Amma, ədaləti sevməyən və bərabərliyi xoşlamayan zalımların taleyi fəna və yoxluq olacaqdı. Gəminin işi uzun illər davam etdi. Nuh (ə) və ona iman gətirənlər davamlı olaraq 80 ilə qədər çalışdılar. Gəmi böyük, vəzifə və tapşırıqları olduqca əhəmiyyətli idi. O gəmi insan və heyvanların məhv olmaqdan xilas vasitəsi sayılırdı. Ona görə də Nuh (ə) və ona iman gətirənlər nicat gəmisinin işini tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər.
Bütpərəstlər Allahın peyğəmbərini və onun mömin dostlarını məsxərə edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir, zülm və təzyiqə mə`ruz qoyurdular. Lakin, ümid və arzu mö`minlərin qəlbində günbəgün artırdı. Çünki, Allah-təala yeri zalımların fəsadından təmizləmək qərarına gəlmişdi. Sular yeri günah və çirkinliklərdən yuyacaqdı. Yer və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaşayacaqdılar. Bu minvalla mö`minlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin əzab və əzyytlərinə və işin ağırlığına dözürdülər. 80 il davamlı səylərdən sonra Nuh (ə) və imanlı şəxslər gəmini düzəldərək qurtardılar. Gəmi tamamilə hazır oldu və qırlandı. Onun yelkənləri quruldu.
Möminlər onun yanına gəlib, tamaşa edirdilər. Bu gəmi onların yaxşı yaşamaqları üçün ümid və arzuya çevrilmişdi; zülm və haqsızlıqlardan qurtuluş arzusu. Gəmi üç mərtəbədən təşkil olunmuşdu: Aşağı mərtəbə, orta mərtəbə və yuxarı mərtəbə. Bütün mərtəbələr kiçik pəncərələrlə təchiz olunmuşdu. Gəminin önündə və orta təbəqədə gəmini idarə etmək üçün otaq düzəldilmişdi. Hər şey hazır idi. Nuh (ə) və möminlər Allah-təalanın əmrini gözləyirdilər. Bütpərəstlərin əzab və əziyyətləri, onların məsxərələri, möminlərə etdikləri işgəncə və əzabları artırdı.
Qoca bir qarı öz kiçik qızı ilə Nuhun (ə) yanına gəldi. Nicat və xilas günü barəsində o həzrətə sual verdi. Ona dedi:
-Allah nə zaman bizi bu kafirlərin şərindən qurtaracaqdır?
Nuh (ə) o hadisənin nə vaxt baş verəcəyini bilmirdi. Ona görə də üzünü göyə tutdu. Yalnız Allah bilirdi. O anda vəhy mələyi endi və Nuha (ə) xəbər gətirdi.
Mələk Nuha (ə) dedi:
- Tufan, bu qoca qarının təndirindən su çıxan zaman baş verəcəkdir.
Nuh (ə) o qarıya buyurdu:
-Allah o gün üçün əlamət və nişanə qoymuşdur. Mələk vəhy etdi ki, tezliklə sənin evinin təndirindən su çıxacaqdır. Bu, nicat və xilas gününün nişanəsidir. Qarı Allahın bu lütfünə sevindi. Bu ümid və arzuya görə kiçik qızın dodaqlarında təbəssüm göründü. Mö`minlər hər gün o qarının evinə gedir və təndirə baxırdılar. Amma, bir xəbər yox idi. Nuh (ə) da ona baxırdı. Amma, hələ ondan su çıxmırdı.
Bir gün səma qara buludlarla doldu. Hava çox qaraldı. Nuh (ə) göyə baxır, Allahın əmrini gözləyirdi. Bütpərəstlər öz zülm və fəsadlarını daha da artırır, camaatı öldürür, oğurluq edir, pis və çirkin işlər görürdülər. Fəsad günbəgün artırdı.
Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi:
-Təndirdən su çıxır.
Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru vədəsinə əməl etmiş və təndir bir fəvvarəyə çevrilmişdi. Ondan çox möhkəm su qaynayırdı. Qoca qarı heyrət içində qalmışdı və nə edəcəyini bilmirdi. Möminlər gəlib, Allah-təalanın nişanəsinə baxdılar. Onların bə`zisi qorxu və ümidlə təndirə, bəzisi isə göyə baxır və şövqdən ağlayırdılar. Səma buludla doldu; qara və tünd buludlarla.
Aydın gündüz qaranlıq gecəyə çevrilmişdi.
Nuh (ə) uca səslə öz ardıcıllarına buyurdu:
-Gəmiyə doğru tələsin!
Hamı şəhərdən çıxaraq hərəkətə başladı. Gəmi öz yerində idi. Elə bil, möminləri gözləyirdi. Nuh (ə) möminlərin gəmiyə minmələrinə nəzarət edirdi. Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox güclü yağış yağmağa başladı. Mömin kişi və qadınlar bir-birinin ardınca gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi. Nuhun (ə) həyat yoldaşı da yox idi.
O, bütpərəst idi və həyat yoldaşının peyğəmbərliyinə iman gətirməmişdi. Heyvanların tələf olmaması üçün Allah-təala Nuha (ə) ilham etdi ki, hər heyvandan bir cütünü gəmiyə daxil etsin. Ona görə də Nuh (ə) əmr etdi ki, gəminin alt mərtəbəsi böyük heyvanlar üçün, üst mərtəbəsi isə quşlar üçün ayrılsın. Bütün yer üzündə bulaqlar qaynadı. Çöl və dağlıqlarda yağışların yağıntısı gücləndi. Möhkəm küləklər əsirdi. İldırımlar səmada parlayırdılar. Buludların gurultu səsləri hər yeri bürümüşdü. Yer fəvvarə kimi fantan vuran bulaqlara bənzəyirdi.
Göydən yağış sel kimi axırdı. Bütün heyvan və quşlar gəmiyə mindilər. Möminlər orta mərtəbədə durub, pəncərələrdən qəribə və dəhşətli tufana tamaşa edirdilər. Dağların başından sular axırdı. Çöl və səhralar su gölməçələrinə çevrilmişdi. Yağış çox qəribə bir güclə yağırdı və möhkəm küləklər əsirdi. Bütpərəstlər şəhərdən qaçdılar. Onlar dağlara tərəf çəkildilər və hələ də Nuhun (ə) sözlərinə inanmırdılar. Nuh (ə) oğlunun qayıtmasını gözləyirdi.
O, oğlunu mömin bilirdi. Yer üzü təlatümlü dalğalarla dolmuş böyük bir dənizə bənzəyirdi. Nuh (ə) oğlunu tapmaq ümidi ilə şəhərə tərəf baxırdı. Uzaqdan onun dağlara tərəf üzdüyünü müşahidə etdi. Nuh (ə) uca səslə oğlunu çağırdı:
-Oğlum, mənə sarı gəl! Övladım, gəmiyə tərəf gəl!
Oğlan qışqırdı:
-Yox, heç zaman! Mən dağa sığınacağam. Dağ məni sudan qoruyacaqdır.
Nuh (ə) güclü külək, dalğa və yağışların arasından qışqırırdı:
-Oğlum, bizimlə gəmiyə min! Səni heç kim bu acı taledən qurtara bilməz.
Nuh (ə) bu sözü ilə ona anlatmaq istəyirdi ki, Allahın fərmanı çatdıqda heç kəs ondan qurtula bilməz. Tezliklə yer, təpələr, dağlar və bütün ucalıqlar su ilə dolacaqdı. Çünki, Allah yeri zalım insanlardan paklamaq qərarına gəlmişdi. Nuh (ə) yenidən oğlunu çağırmaq istədi. Lakin, ağır və böyük bir dalğa onların arasında ayrılıq saldı. Dalğalar onun oğlunu tufanda qərq etmək üçün çox ucqar bir nahiyəyə atdı. Nuh (ə) oğlunun imanlı şəxslər zümrəsindən olduğunu güman edirdi.
Allah-təala Nuha (ə) söz vermişdi ki, həyat yoldaşından başqa onun bütün ailəsini xilas etsin.
Ona görə də Nuh (ə) başını göyə qaldırdı və dedi:
-İlahi, o mənim oğlumdur, mənim ailə üzvlərimdəndir və sənin vədin haqdır. Sən ən yaxşı hakimsən.
Allah-təala Nuha (ə) vəhy edib, buyurdu:
-Ey Nuh! O sənin ailəndən deyil. O əməlisaleh insan deyildir. Bilmədiyin işlər barədə məndən soruşma (bilmədiyin və başa düşmədiyin şeyi istəmə)! Nuh (ə) oğlunun bütpərəst olub, Allaha iman gətirmədiyini və atasının peyğəmbərliyini qəbul etmədiyini anladı. Ona görə də Allah dərgahından bağışlanmaq istəyərək dedi:
-İlahi! Bilmədiyim şey haqqında səndən soruşmağım üçün sənə pənah aparıram. Əgər məni bağışlamayıb, rəhm etməsən ziyankarlardan olaram. Dalğalar hər şeyi udurdu. Hər şey güclü tufan nəticəsində kökündən qopub, qərq olurdu. Gəmi suyun səthində hərəkətə gəldi.
Nuh (ə) uca səslə dedi:
«Ona Allahın adı ilə minin. Hərəkət edən və dayanan vaxt onu yad edin!» Nicat gəmisi qayaların arasından özünə yol açırdı. Yer böyük bir gölə çevrilmişdi. Orda su və dağ zirvələrindən başqa bir şey yox idi. Yağış eləcə yağırdı. Yerdən su fantan vururdu. Günlər ötürdü. Göydən güclü yağışlar yağır və möhkəm külək əsirdi. Dağ kimi güclü dalğalar yaranırdı. Qırx gün keçdi. Göydən düclü yağışlar yağırdı. Gəmi öz yolunu dağ kimi ağır dalğaların arasında yarıb, irəliləyirdi. Nuh (ə) və möminlər Allahı çağırırdılar. Onlar rəhmət, xilas və qurtuluş istəyilə Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.