Sual: Kimlər pulsuz mənzil sahibi ola bilər?
Sual: Kimlər pulsuz mənzil sahibi ola bilər?Cavab: Belə ki, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
-2021-ci ilə kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış gözdən əlilliyi müəyyən olunan şəxslər;
-uşaqlar üçün sosial xidmət müəssisələrinin, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məzunları;
-2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri də pulsuz mənzil və ya fərdi evlə təmin olunurlar.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.




















































