Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?

Sual: Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün kimlər müraciət edə bilər?
Cavab: Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsilə həyata keçirilir.
Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, həmçinin onların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinə uyğun olaraq, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə, həmçinin orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilir.
Avtomatlaşdırılmış təyinatın əhatə dairəsinə düşməyən şəxslər, yəni müvafiq məlumatları elektron informasiya sistemlərində olmayanlar şəxsən və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsilə müvafiq sənədlərlə istənilən DOST mərkəzinə və ya Fondun istənilən yerli orqanına müraciət edə bilərlər.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.