• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
--- // Bu gün, 14:42

Hicaba görə şagird dərsə buraxılmırsa, valideyin cərimələnə bilərmi?

– Hüquqi mövqe və valideyin hüquqları

Son günlər valideynlər tərəfindən məktəbli qızların hicablı olduqlarına görə dərsə buraxılmaması, bu səbəbdən dərsə davamiyyətin pozulması və valideynlərin inzibati məsuliyyətə cəlb olunması ehtimalı ilə bağlı çoxsaylı suallar ünvanlanır.

Məsələ ilə bağlı hüquqi baxımdan mühüm bir məqamı diqqətə çatdırmaq istəyirəm: Valideyn övladını məktəbə gətirir, onun təhsil almasını istəyir, lakin məktəb şagirdi hicablı olduğuna görə dərsə buraxmırsa, bu vəziyyət valideynin uşağı təhsildən yayındırması kimi avtomatik qiymətləndirilə bilməz.

1. Təhsil hüququ qanunla qorunur

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Konstitusiyanın 48-ci maddəsi isə vicdan azadlığını təmin edir.

Eyni zamanda, «Ümumi təhsil haqqında» Qanun valideynlərin uşaqlarının icbari ümumi orta təhsil almasını təmin etmək vəzifəsini müəyyən edir.

Burada iki hüquqi öhdəlik mövcuddur: valideyn uşağın təhsil almasını təmin etməli, təhsil müəssisəsi isə qanunvericiliyə uyğun olaraq təhsil hüququnun həyata keçirilməsinə şərait yaratmalıdır.

2. Məktəbin hicaba görə şagirdi dərsə buraxmaması qanunidirmi?

21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Nazirlər Kabineti qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydalarına dair tələblər müəyyən edilmişdir.

Həmin qaydalarda məktəbli formasının vahidliyinə riayət olunması və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi nəzərdə tutulur.

Qərarda hicab ayrıca adlandırılmasa da, məktəblər bu müddəanı hicaba münasibətdə tətbiq edə bilirlər.

Lakin burada mühüm hüquqi sual yaranır: geyim qaydasının pozulması hesab edilən hal şagirdin təhsil almaq hüququnun faktiki məhdudlaşdırılması üçün hansı hüquqi prosedura əsas verir?

Məktəb rəhbərliyi hər bir halda öz qərarının konkret hüquqi əsasını göstərməli və qanunvericiliyin tələblərinə əməl etməlidir.

3. Valideynə cərimə tətbiq edilə bilərmi?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi valideynlərin uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməməsinə görə inzibati məsuliyyət müəyyən edir.

189.1-ci maddəyə əsasən, valideynin yetkinlik yaşına çatmayan uşağın təlim-tərbiyəsi vəzifələrini üzrlü səbəb olmadan yerinə yetirməməsinə görə xəbərdarlıq və ya 40 manatdan 60 manatadək cərimə nəzərdə tutulur.

189.2-ci maddədə isə icbari ümumi orta təhsil üzrə şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə, qanunla nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, 100 manat cərimə müəyyən edilir.

Ancaq burada əsas hüquqi fərq nəzərə alınmalıdır.

Valideyn uşağını məktəbə gətirir, onun dərsdə iştirak etməsini istəyir, lakin məktəb uşağı hicabına görə dərsə buraxmırsa, valideynin uşağı təhsildən yayındırdığı qənaətinə avtomatik gəlmək olmaz.

Belə halda valideynin təqsiri, dərs buraxmanın səbəbi və hadisənin bütün faktiki halları araşdırılmalıdır.

Başqa sözlə, məktəbin öz qərarı ilə dərsə buraxmadığı şagirdin davamiyyətsizliyinə görə valideynin avtomatik cərimələnməsi hüquqi baxımdan mübahisəlidir.

4. Belə vəziyyətdə valideyn nə etməlidir?

Valideynlərə aşağıdakı hüquqi addımları atmağı tövsiyə edirəm:

1. Məktəb direktoruna yazılı müraciət edərək uşağın hicaba görə dərsə buraxılmadığını rəsmiləşdirməyi tələb etsinlər.
2. Şagirdin məktəbə gəldiyini təsdiq edən sübutları saxlasınlar.
3. Məktəbdən dərsə buraxılmamanın konkret hüquqi əsasını və Pedaqoji Şuranın qərarını tələb etsinlər.
4. Şagirdin məktəbə gəldiyi, lakin dərsə buraxılmadığı günlərin davamiyyət uçotunda necə qeyd olunduğunu öyrənsinlər.
5. Məsələ həll olunmadıqda Elm və Təhsil Nazirliyinə və aidiyyəti regional təhsil idarəsinə rəsmi şikayət etsinlər.
6. Valideyn barəsində inzibati cərimə qərarı qəbul edilərsə, həmin qərarın surətini əldə edərək qanunla müəyyən edilmiş müddətdə şikayət versinlər.

5. Əsas hüquqi prinsip

Unutmamalıyıq ki, təhsil uşağın konstitusion hüququdur. Valideynin vəzifəsi uşağını təhsildən yayındırmaq deyil, onun təhsil almasını təmin etməkdir.

Eyni zamanda, məktəb də şagirdin təhsil hüququnun məhdudlaşdırılması ilə bağlı qərarlarını qanuni əsaslandırmalı, valideynə yazılı izahat verməli və müvafiq prosedurlara əməl etməlidir.

Hesab edirəm ki, valideyn övladını məktəbə gətirdiyi və onun təhsil almasına mane olmadığı halda, məktəbin uşağı dərsə buraxmaması nəticəsində yaranan davamiyyətsizliyə görə valideynin məsuliyyətə cəlb edilməsi məsələsinə xüsusi diqqətlə yanaşılmalıdır.

Heç bir valideyn uşağının təhsil hüququnu itirməsini istəməz. Buna görə də belə mübahisələrdə məqsəd valideyni cərimələmək deyil, ilk növbədə uşağın təhsil hüququnun təmin olunması və qanunvericiliyin tələblərinə əməl edilməsidir.

---

Hüquqi əsaslar:

- Azərbaycan Respublikası Konstitusiyasının 42 və 48-ci maddələri;
- «Ümumi təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi;
- Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    Xəbərlər
    Sual: Hicab və təhsil hüququnun qanunvericilikdə hüquqi
    Xəbərlər
    Nazirlikdən məktəbli formaları ilə bağlı direktorlara
    Hüquqi Məsələlər
    Yol polisi mənim qayda pozuntumu sübut etməmiş cərimə
    Xəbərlər
    “Azyaşlıların nişanlanmasına görə heç kəs məsuliyyətə cəlb
    Xəbərlər
    Məktəblilərin çantasından bunları DƏRHAL ÇIXARIN!
    Xəbərlər
    Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Xəbərlər
    Köhnə məktəbli formalarından istifadə olunmayacaq -
    Xəbərlər / Dünya
    Qətliamı törədən hər iki şagird hər gün saatlarla bu oyunu
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    Xəbərlər
    Boşanma və aliment məsələləri ilə bağlı - Qaydalar
    Xəbərlər
    Məktəbli formaları ilə bağlı - Xəbərdarlıq
    Xəbərlər
    Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır
    Hüquqi Məsələlər
    Sual: Aliment ödənilməsinə baxmayaraq ana uşağı atasına
    Hüquqi Məsələlər
    Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    Hüquqi Məsələlər
    Ailədə uşağın valideynlərindən biri ilə xarici ölkəyə getməsi
    Xəbərlər
    Məktəbli formaları ilə bağlı valideynlərə ÇAĞIRIŞ
    Xəbərlər / Səhiyyə
    Tibbi sığorta ilə əhatə olunacaq xidmət sahələrinin adları
    Xəbərlər
    Helikopter bu səbəbdən qəzaya uğrayıb – RƏSMİ
    Hüquqi Məsələlər
    Sual: İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar
    Hüquqi Məsələlər
    Sual: Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı
    İslam / Hədislər
    TİBBİ HƏDİSLƏR TOPLUSU. AĞIZI XOŞƏTİRLİ EDƏN VASİTƏLƏR.
    Xəbərlər
    Maaşından hər ay pul tutulanlara VACİB XƏBƏR - Dəyişiklik
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    Hüquqi Məsələlər
    Nikah pozulduqda keçmiş ər-arvad arasında əmlak hansı qaydada
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    Səhiyyə
    Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza
    Səhiyyə
    Anti-peyvənd təbliğatı aparan şəxslər hüquqi məsuliyyət
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    Dünya / Səhiyyə
    UŞAQLAR ARASINDA KÜTLƏVİ XƏSTƏLƏNMƏ -VALİDEYNLƏR TƏŞVİŞDƏ-
    Xəbərlər / Siyasət
    2024-cü ildə qüvvəyə minəcək QANUNLAR - FOTO
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    Xəbərlər
    Üç uşaqlı valideyinlər beş il tez pensiyaya çıxacaq? -
    Xəbərlər
    Valideynlərin diqqətinə: Ucuz məktəbli formaları ilə bağlı
    Xəbərlər
    Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə
    Hüquqi Məsələlər
    Sual: Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü?
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə

Bu gün, 14:42

Tarix

---

Bölmə

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Top Xəbərlər
Xəbərlər
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə ...
Xəbərlər
Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq ...
Xəbərlər
Sükan arxasında telefon işlədən sürücülərin ...
Hüquqi Məsələlər
Sual: Narkotik vasitələr dedikdə hansı maddələr ...
Xəbərlər
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası ...
Xəbərlər
Quru sərhədlərlə bağlı vacib açıqlama - ...
Xəbərlər
Telefona gələn SMS bütün sistemi çökdürür ...
Xəbərlər
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
Xəbərlər
Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə ...
Hüquqi Məsələlər
Sual: Çıxarışı olmayan evlərə sənəd almaq ...
Xəbərlər
Onlar üçün həftəiçi ilk gediş - 1 qəpikdir
Xəbərlər
Pensiya və sosial müavinətlər artırılır - Yeni ...
Hüquqi Məsələlər
Sual: Korrupsiya ilə əlaqədar hüquqpozmalar ...
---
Hicaba görə şagird dərsə buraxılmırsa, valideyin ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum