• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2025 10-yanvar, 17:06

Boşanma və aliment məsələləri ilə bağlı - Qaydalar dəyişdi/VİDEO

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib.
​Heseneskeri.az​​​ Qafqaz.info- ya istinadən xəbər verir ki, sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.
Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.
S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:
“Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.
Həmçinin, məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq.

Bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzun müddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.

Əvvəlki təcrübədən fərqli olaraq, icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək”.

Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq:
“Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsası ilə davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətindən azad olacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək, alimentin artırılması ilə bağlı lüzumsuz davamlı məhkəmə çəkişmələrinin aradan qalxmasına yol açaraq indeksasiyanın dərhal reallaşması imkanını yaradacaq. Qətnamə ilə tutulmuş aliment konkret rəqəmlə ifadə edildiyi halda isə, maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ öz həllini tapacaq.

Bundan başqa, alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönələn davranışlarının qarşısını almaqla yanaşı uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək.

Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbə də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək”.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    Xəbərlər
    Aliment borcu bu hallarda silinə bilər
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam / Mədəniyyət
    Paytaxtda möhtəşəm Qədirxum bayramı keçirilib.
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    Hüquqi Məsələlər
    Nikah pozulduqda keçmiş ər-arvad arasında əmlak hansı qaydada
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    Xəbərlər
    Tarif Şurasının bu qərarı QÜVVƏYƏ MİNDİ
    Xəbərlər
    Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    Xəbərlər / Siyasət
    Ombudsman Aparatı Xocalı soyqırımının 30-cu ildönümü ilə
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
    Xəbərlər / Siyasət
    Məntəqələrdə seçici fəallığı müşahidə olunur - FOTOREPORTAJ
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    Xəbərlər
    Bu il itirdiyimiz MƏŞHURLAR
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    Xəbərlər
    Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq?
    İslam / Siyasət
    Deputatdan hicab müzakirəsi barədə: Övlada dini tərbiyə
    Hüquqi Məsələlər
    Aliment nədir və hansı hallarda ödənilir?
    Xəbərlər
    TARİF ŞURASI İCLAS KEÇİRTDİ BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    Xəbərlər
    Əfv sərəncamı neçə nəfərə şamil olundu? - YENİLƏNİB
    Xəbərlər / Siyasət
    2024-cü ildə qüvvəyə minəcək QANUNLAR - FOTO
    Xəbərlər
    Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
    Xəbərlər / Foto
    YAP Milli Məclisin buraxılması təşəbbüsünü irəli sürdü -
    Xəbərlər / Siyasət
    Qiyamətə qalmayan qisas: Həbs edilən arayiklər,
    Xəbərlər
    Azərbaycanda qazın və elektrik enerjisinin qiymətləri
    Xəbərlər / Mədəniyyət
    Müşfiqin ölümündə məşhur qadının iştirakı: siçovulla dolu
    Xəbərlər / Foto
    COP günlərində taksilər necə işləyəcək?
    Xəbərlər
    Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə
    Xəbərlər / Foto / Mədəniyyət
    Cərimələrin artması Bakını Sinqapura çevirəcək, yoxsa... -
    Xəbərlər / Dünya / Siyasət
    Xocalı soyqırımından 32 il keçir - FOTO
    Xəbərlər
    Artırılacaq rüsumların - Ümumi siyahısı
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    Həsən Əskəri Dərnəyi / İslam
    Bakıda möhtəşəm mövlud keçirildi
    Xəbərlər
    Əhmədin işində kritik məqam - Bu qərardan sonra azadlığa çıxa
    Səhiyyə
    Bu şəxslər üçün 2022-ci ildə pandemiya bitmiş olacaq
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    Xəbərlər
    200 manatlıq maddi yardım alacaq əmək pensiyaçılarının sayı
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    Xəbərlər
    Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat
    Xəbərlər
    Maliyyə Nazirliyindən “Sovetski” ilə bağlı AÇIQLAMA
    Xəbərlər
    Əhaliyə ŞAD XƏBƏR - Bu şəxslərin maaşı artacaq
    Səhiyyə
    Bu xidmətlərdən yalnız COVID-19 pasportu olan şəxslər
    Xəbərlər
    Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda
    Xəbərlər / Foto
    İlin ən dəhşətli cinayəti - Əhməd cinayəti necə törədib?
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ

2025 10-yanvar, 17:06

Tarix

Xəbərlər

Bölmə

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Top Xəbərlər
Xəbərlər
Evləri söküləcək bu şəxslərə hər m²-ə görə 4 min ...
Xəbərlər
TƏCİLİ: Bakının bu qəsəbəsi ilanların hücumuna ...
Xəbərlər
Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi ...
Xəbərlər
Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım ...
Xəbərlər
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu ...
Xəbərlər
Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - ...
Xəbərlər
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Həsən Əskəri Dərnəyi
Başqasına vəsiyyət edilən evdən övlada pay ...
Xəbərlər
XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR
Xəbərlər
Azərbaycan İranla birgə hərbi təlim keçirir - ...
Xəbərlər
ETX: Vətəndaşlara "Azərpoçt"un adından saxta ...
Həsən Əskəri Dərnəyi / İslam / Əhkam / Xəbərlər
Ərəfə gününün əməlləri
Xəbərlər
Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobuslarda xüsusi ...
Xəbərlər
Bu ay 13 gün iş olmayacaq - TARİXLƏR
Hüquqi Məsələlər
Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
Hüquqi Məsələlər
Ailə vəziyyətinə görə hərbi xidmətə çağırışa ...
Xəbərlər
İlham Əliyev Vladimir Putini təbrik etdi
Hüquqi Məsələlər
Sosial müavinət alan insan əmək pensiyasına keçid ...
Hüquqi Məsələlər
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum