Sual: Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir?
Cavab: Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsinə xitam verilə bilər.
Bəs, xəbərdarlıq müddəti gözlənilmədən işçinin işdən azad edilməsi hansı hallarda qanuni hesab olunur, belə qərarla razılaşmayan işçi hüquqlarını qorumaq üçün hansı addımları ata bilər və xəbərdarlıq müddətinin pozulması işəgötürən üçün hansı hüquqi məsuliyyət yarada bilər?
Mövzu ilə bağlı yalnız bir halda mümkündür: əgər işçinin razılığı varsa. Əks halda bu, pozuntu hesab olunur və işçi mediasiya prosesindən keçməklə məhkəməyə müraciət edə bilər.
İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin müvafiq maddəsində müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə birdəfəlik ödəniş etməklə əmək müqaviləsinə xitam verə bilər. Belə ki, azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə isə 2 misli məbləğində ödəniş edilə bilər. Əmək Məcəlləsinin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə isə orta aylıq əməkhaqqından az olmamaqla ödəniş bir dəfəyə həyata keçirilməklə əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Əgər əmək müqaviləsinə xəbərdarlıq müddəti başa çatmadan xitam verilirsə, həmin ödəniş xəbərdarlıq müddətinin keçmiş hissəsinə mütənasib olaraq azaldılır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
















































