Sual: Vəzifə təlimatları nədir?

Sual: Vəzifə təlimatları nədir?
Cavab: Vəzifə təlimatları müəssisənin işçilərinin təşkilati-hüquqi vəziyyətini, funksiyalarını, hüquq və vəzifələrini, məsuliyyətini, ona qarşı irəli sürülən ixtisas tələblərini müəyyən edir. Vəzifə təlimatının mətni aşağıdakı hissələrdən ibarət olur:
Ümumi müddəalar - burada işçinin fəaliyyətinin sahəsi, vəzifəyə təyin edilmə və vəzifədən azad edilmə qaydaları, işçi olmadığı zaman əvəz olunma qaydaları, vəzifənin ixtisas tələbləri, işçinin tabeçiliyi (tabe olduğu şəxs, və ona tabe olan şəxslər), işçinin fəlaiyyəti zamanı mütləq bilməli olduğu və istifadə etdiyi hüquqi aktların və normativ sənədlərin siyahısı.
Funksiyalar - burada işçinin fəaliyyət istiqamətləri müəyyən edilir;
Vəzifə öhdəlikləri - burada işçinin üzərinə qoyulan öhdəliklər, yerinə yetirməli olduğu əmək prosedurlarının təsviri, idarəetmə prosesində iştirak forması (rəhbərlik edir, yerinə yetirir, təsdiqləyir, nəzərdən keçirir, təmin edir, nəzarət edir, hazırlayır, təqdim edir, razılaşdırır və s.)
Hüquqlar - burada işçinin üzərinə qoyulmuş vəzifə öhdəliklərinin icrası zamanı öz səlahiyyətləri çərçivəsində malik olduğu hüquqları əks olunur.
Məsuliyyət - burada işçinin üzərinə qoyulmuş vəzifələrinin keyfiyyətsiz və vaxtında yerinə yetirilməməsinə görə, və ona həvalə edilmiş hüquqlardan istifadə etmədiyinə görə məsuliyyətə cəlb ediməsi halları, məsuliyyət növləri və tədbirləri əks olunur.
Qarşılıqlı əlaqələr və xidməti münasibətlər - burada işçinin fəaliyyəti zamanı əlaqədə olduğu və məlumat mübadiləsi apardığı vəzifəli şəxslərin dairəsi, məlumatların təqdim edilməsi və alınması müddətləri, sənədlərin imzalanması, razılaşdırılması və təsdiqlənməsi qaydaları müəyyən edilir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.