• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər / Foto / Mədəniyyət // 2024 8-noyabr, 13:23

İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət etdi - TAM MƏTN


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.

HESENESKERİ.AZ Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.

Prezident İlham Əliyevin müraciəti:

"Əziz həmvətənlər.

Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.

Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.

Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" demişdi. Biz onu məcbur etdik ki, bu gün "Qarabağ Azərbaycandır" deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.

İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, "İsgəndər M", "Toçka U", "Elbrus" və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Əksinə, dağıntılardan öz yaxınlarının meyitlərini çıxaran bizim soydaşlarımız bir amalla yaşayırdı ki, təki müharibə dayanmasın. Biz müharibəni vaxtında dayandırdıq və mən müharibənin ilk günündə demişdim ki, düşmən torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir - nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar, - bu, təbiidir, - hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq ermənipərəst qüvvələrin təzyiqinə davam gətirə bilməyə bilər və xalqımız narahat idi ki, işimiz yarımçıq qalacaq. Bu, təbiidir, çünki Azərbaycan o qədər də böyük dövlət deyil. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti bərpa edəcəyik, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.

2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq.

Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.

Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb. Bəli, heç bir güc tətbiq edilməmişdir, ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar.

Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar.

Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.

Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!"

***10:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.

Azərtac xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Siyasət
    İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir -
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    Xəbərlər
    Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
    İslam
    QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
    Xəbərlər / Foto
    Vətən müharibəsinin başlamasından dörd il keçir -
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    Xəbərlər / Dünya / Siyasət
    İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
    Xəbərlər
    Əzizimizə qovuşduğumuz gün: Şuşanın azad olunmasından bir il
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    Xəbərlər / Siyasət
    Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər
    Xəbərlər
    İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər
    Xəbərlər
    Əfv sərəncamı neçə nəfərə şamil olundu? - YENİLƏNİB
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    Xəbərlər / Dünya / Siyasət
    Xocalı soyqırımından 32 il keçir - FOTO
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    Xəbərlər
    Bakıda 301 şəhidin ad-soyadı həkk olunan Memorial Kompleksin
    Dünya / Siyasət
    Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    Xəbərlər / Siyasət
    Qiyamətə qalmayan qisas: Həbs edilən arayiklər,
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    Xəbərlər / Siyasət
    Prezdenti İlham Əliyev və İran İslam Respublikasının xarici
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    Xəbərlər
    “Bu vəziyyətdə məni kim sevəcək?” deyən qaziyə ərə gedən
    Hüquqi Məsələlər
    Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    Xəbərlər / Mədəniyyət
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
    Xəbərlər
    Dövlət Ehtiyatları Agentliyi yaradıldı - Fərman

2024 8-noyabr, 13:23

Tarix

Xəbərlər / Foto / Mədəniyyət

Bölmə
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Siyasət
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir -
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Xəbərlər
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
Xəbərlər / Siyasət
Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
İslam
QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
Xəbərlər / Foto
Vətən müharibəsinin başlamasından dörd il keçir -
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
Xəbərlər / Dünya / Siyasət
İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
Xəbərlər
Əzizimizə qovuşduğumuz gün: Şuşanın azad olunmasından bir il
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
Xəbərlər / Siyasət
Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər
Xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər
Xəbərlər
Əfv sərəncamı neçə nəfərə şamil olundu? - YENİLƏNİB
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
Xəbərlər / Dünya / Siyasət
Xocalı soyqırımından 32 il keçir - FOTO
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
Xəbərlər
Bakıda 301 şəhidin ad-soyadı həkk olunan Memorial Kompleksin
Dünya / Siyasət
Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
Xəbərlər / Siyasət
Qiyamətə qalmayan qisas: Həbs edilən arayiklər,
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
Xəbərlər / Siyasət
Prezdenti İlham Əliyev və İran İslam Respublikasının xarici
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
Xəbərlər
“Bu vəziyyətdə məni kim sevəcək?” deyən qaziyə ərə gedən
Hüquqi Məsələlər
Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
Xəbərlər / Mədəniyyət
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yaradıldı - Fərman
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Top Xəbərlər
Xəbərlər
Evləri söküləcək bu şəxslərə hər m²-ə görə 4 min ...
Xəbərlər
TƏCİLİ: Bakının bu qəsəbəsi ilanların hücumuna ...
Xəbərlər
Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi ...
Xəbərlər
Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım ...
Xəbərlər
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu ...
Xəbərlər
Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - ...
Xəbərlər
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Həsən Əskəri Dərnəyi
Başqasına vəsiyyət edilən evdən övlada pay ...
Xəbərlər
XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR
Xəbərlər
Azərbaycan İranla birgə hərbi təlim keçirir - ...
Xəbərlər
ETX: Vətəndaşlara "Azərpoçt"un adından saxta ...
Həsən Əskəri Dərnəyi / İslam / Əhkam / Xəbərlər
Ərəfə gününün əməlləri
Xəbərlər
Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobuslarda xüsusi ...
Xəbərlər
Bu ay 13 gün iş olmayacaq - TARİXLƏR
Hüquqi Məsələlər
Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
Hüquqi Məsələlər
Ailə vəziyyətinə görə hərbi xidmətə çağırışa ...
Xəbərlər
İlham Əliyev Vladimir Putini təbrik etdi
Hüquqi Məsələlər
Sosial müavinət alan insan əmək pensiyasına keçid ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum