• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2023 7-mart, 11:52

Şaban ayının fəzilətləri və bu ayın əməlləri


Şaban ayının fəzilətləri və bu ayın əməlləri
Şaban ayının fəzilətləri
Şaban ayı insanın Allaha tərəf yönəlməsində və bu yolda böyük məsafələr qət etməsində mühüm rol oynayır. Hədislərə əsasən bu ay dua, ibadət və istiğfar ayıdır. İmam Əlidən (əleyhissalam) nəql olunan hədisə əsasən Allah bu ayda xeyir-bərəkəti səpələdiyi üçün bu ay Şaban adlandırılmışdır. Möminlər bu ayı qənimət bilib, bu ayın bərəkətindən istifadə etməlidirlər. Bir hədisdə nəql olunur ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında Şaban ayının fəzilətlərindən danışıldıqda belə buyurdu: “Şaban ayı çox şərafətli aydır. Bu ay mənim ayımdır və ərşi daşıyan mələklər bu ayı çox hörmətli bir ay sayırlar və onun haqqını bilirlər. Bu ay elə bir aydır ki, bu ayda möminlərin ruziləri çoxaldılar. Bu ayda olan hər bir ibadətin yetmiş qat əcri vardır. Pis əməllər və günahlar bu ayda bağışlanar, xeyir əməllər isə qəbul olunar...”[1]
Şaban ayında istiğfar etməyin fəziləti
Allahdan bağışlanma diləmək və tövbə etmək üçün münasib olan aylardan biri də fəzilətli Şaban ayıdır. Belə ki, İmam Rza (əleyhissalam) buyurur: “Hər kim bu ayda 70 dəfə istiğfar etsə (Əstəğfirullahə rəbbi və ətubu ileyh desə), Allah təala həmin şəxsin günahlarını bağışlayar. Hətta onun günahlarının sayı göydəki ulduzlar qədər olsa belə”.[2] Bu da Allahın öz bəndələrinə rəhmətidir ki, bu ayda hətta gündə on dəqiqə müddətində az bir vaxt ayırmaqla insan bütün günahlarını bağışlada bilər.
Şaban ayında oruc tutmağın fəzilətləri
Həzrət Rəsuli-Əkrəm (sallallahu əleyhi və alih) bu ayı oruc tutardı və bu ayın orucunu Ramazan ayına birləşdirərdi. Həmçinin, müəlmanlara da bu ayda oruc tutmağı tapşırardı və buna “Peyğəmbərin məhəbbətinə və Allaha yaxınlıq” adını verərdi. Bu ayda oruc tutanların fəzilətlərinə dair bir çox hədislər nəql olunmuşdur. Lakin, ixtisara riayət etmək üçün Peyğəmbərdən nəql olunan bir hədisi əziz oxuyuculara təqdim etməklə kifayətlənirik. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Hər kim Şaban ayının birinci gününü oruc tutsa, Allah həmin bəndəyə 70 həsənə yazar ki, bu həsənələrin hər biri bir illik ibadətin savabına bərabərdir. Hər kim bu ayda iki gün oruc tutsa, həmin bəndənin böyük günahları silinər. Hər kim bu ayda üç gün oruc tutsa, cənnətdə onun üçün dürr və yaqutdan yetmiş dərəcə ucaldılar. Hər kim bu ayda dörd gün oruc tutsa, həmin şəxsin ruzisi çoxalar. Hər kim bu ayda beş gün oruc tutsa, Allah bəndələrinin sevimlisi olar (insanların sevgisini qazanar). Hər kim bu ayda altı gün oruc tutsa, 70 növ bəla ondan uzaqlaşar. Hər kim bu ayda yeddi gün oruc utsa, bütün ömrü boyü şeytan və onun qoşununun şərindən amanda qalar. Hər kim bu ayda səkkiz gün oruc tutsa, müqəddəs hovuzdan içməmiş dünyadan getməz. Hər kim bu ayda doqquz gün oruc tutsa, Münkər və Nəkir qəbrində həmin bəndəylə mehriban olarlar. Hər kim bu ayda on gün oruc tutsa, onun qəbri yetmiş zira geniş olar. Hər kim bu ayda on bir gün oruc tutsa, nurdan olan 11 minarə onun qəbrinə təyin edilər (qəbri üstündə ucalar). Hər kim bu ayda on iki gün oruc tutsa, 70 min mələk qiyamətə qədər onu qəbrində ziyarət edər. Hər kim bu ayda on üç gün oruc tutsa, 7 göyün mələkləri onun üçün istiğfar edərlər. Hər kim bu ayda on dörd gün oruc tutsa, dördayaqlılar, yırtıcı heyvanlar və balıqlar onun üçün istiğfar edərlər. Hər kim bu ayda on beş gün oruc tutsa, Allah həmin bəndəyə belə xitab edər: “Mən səni odda yandırmayacağam”. Hər kim bu ayda on altı gün oruc tutsa, 70 od dəryası ondan uzaq olar. Hər kim bu ayda on yeddi gün oruc tutsa, cəhənnəmin bütün qapıları onun üzünə bağlı olar. Hər kim bu ayda on səkkiz gün oruc tutsa, cənnətin bütün qapıları onun üzünə açıq olar. Hər kim bu ayda on doqquz gün oruc tutsa, onun üçün cənnətdə dürr və yaqutdan hazırlanmış yetmiş qəsr ucaldılar. Hər kim bu ayda iyirmi gün ouc tutarsa, cənnətdə ona 70 min huri verilər. Hər kəs bu ayda iyirmi bir gün oruc tutsa, mələklər qanadlarını həmin bəndənin üzərinə çəkər və “Xoş gəldin” deyərlər. Hər kim bu ayda iyirmi iki gün oruc tutsa, onun əyninə ipək və atlasdan olan 70 libas geyindirilər. Hər kim bu ayda iyirmi üç gün oruc tutsa, qəbrindən xaric olduqda nurdan olan bir miniyə minər və cənnətə tərəf qanad çalar. Hər kim bu ayda iyimi dörd gün oruc tutsa, münafiqlikdən qorunar. Hər kim bu ayda iyirmi beş gün oruc tutsa, ona icazə verilər ki, tovhid əhlindən 70 min günahkara şəfaət etsin. Hər kim bu ayda iyirmi altı gün oruc tutsa, Allah ona siratın üstündən (rahatlıqla) keçməyə icazə veriər. Hər kim bu ayda iyirmi yeddi gün oruc tutsa, Allah onu cəhənnəm odundan qoruyar. Hər kim iyirmi səkkiz gün oruc tutsa, qiyamət günü onun üzü nurlu olar. Hər kim bu ayda iyirmi doqquz gün oruc tutsa, Allahın razılığını və cənnəti qazanar. Hər kim bu ayda otuz gün oruc tutsa, Cəbrail ərşdən ona belə bir nida edər: “(Ey bəndə) Əməllərinə yenidən başla. Çünki, Allah sənin keçmişdə etdiyin bütün günahları bağışladı”. Allah isə həmin bəndəyə belə buyurar: “Əgər sənin günahların göydəki ulduzlar, yağış damlaları, ağacların yarpaqları, səhranın qumları qədər və dünyanın günləri qədər olsa belə mən onları bağışlayıram. Allahın bu rəhməti və mərhəməti sənin üçün uzaq deyildir. Çünki, sən Şaban ayını oruc tutmusan!”[3] Qeyd etdiyimiz kimi bu barədə olan hədislər çoxdur.
Şaban ayının əməlləri
Bu ayın əməlləri iki yerə bölünür. Onlardan bəziləri bu ayın bütün günlərində yerinə yetirilə bilər. Bəziləri isə bu ayın müəyyən günlərinə məxsusdur.
Müştərək əməllər
Bu ayın müştərək əməlləri bir neçə cürdür. Qeyd etdiyimiz kimi bu əməllər əzəmətli Şaban ayının istənilən günündə yerinə yetirilə bilər.
  1. Hər gün 70 dəfə “Əstəğfirullahə və əs əluhut-təvbə” (Alladan bağışlanma diləyir və ondan tövbə istəyirəm) demək.
  2. Hər gün 70 dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qayyum və ətubu ileyh” (Rəhman, Rəhim, diri və Qəyyum olan Allahdan bağışlanma diləyir və tövbə edirəm) demək.
Hədislərə əsasən bu ayda yetmiş dəfə istiğfar etmək başqa aylarda 70 min istiğfara bərabərdir.
  1. Sədəqə vermək. Əgər sədəqə bir xurmanın yarısı qədər olsa belə insanı oddan xilas edər. İmam Sadiqdən (əleyhissalam) nəql olunmuş hədisdə belə buyurulur: “Bu ayda ən yaxşı əməl sədəqə vermək və Allahdan bağışlanma diləməkdir. Kim Şaban ayında sədəqə verərsə, dəvə öz balasını tərbiyə etdiyi kimi Allah təala da onu tərbiyə edər və bu sədəqə qiyamət günü Uhud dağı boyda (savab olaraq) sahibinin qarşısına çıxar”.
  2. Bütün ay boyu min dəfə “La ilahə illəllahu və la nəbudu iyyahu, muxlisinə ləhud-dinə vəl ləv kərihəl-muşrikun” (Allahdan başqa ilah yoxdur və yalnız ona ibadət edirik. Müşriklər istəməsə belə dini məhz Allaha aid bilirik) demək. Bu zikri etməklə insanın əməl dəftərində min illik ibadət yazılar.
  3. Bu ayın hər cümə axşamında iki rükət namaz qılmaq və oruc tutmağın böyük savabı vardır. Hər rükətdə Həmd surəsindən sonra yüz dəfə İxlas surəsini oxumaq və salamlardan sonra yüz dəfə salavat zikr etmək lazımdır. Bəndə bu namaz vasitəsilə bütün dünya və axirət istəklərinə çatar. Rəvayətə əsasən bu ayın hər cümə axşamı günlərində Allah səmanı bəzəyir və mələklər belə dua edirlər: “İlahi, bu gün oruc tutanları bağışla və onların dualarını qəbul et!”
  4. Bu ay boyu çoxlu salavat zikr etmək.
  5. Dua kitablarında “Şabaniyyə münacatı” adıyla qeyd olunan münacatı oxumaq.
  6. Həmçinin bu ayda mənasız, bihudə sözlərdən və mübahisələrdən çəkinmək və ibadətə daha çox vaxt ayırmaq lazımdır.
Bu ayın müştərək əməlləri barədə də dua kitablarında geniş yazılmışdır. İxtisara riayət edərək bunlarla kifayətlənirik.
Hər günün özünəməxsus əməlləri
Birinci gecənin əməlləri: Bu gecə üçün bir neçə əməl qeyd olunmuşdur ki, onlardan biri də 12 rükətli (6 dəfə 2 rükət) namazdır. Bu namazın hər rükətində Həmd surəsindən sonra 11 dəfə İxlas surəsi oxunmalıdır.
Birinci günün əməlləri: Bu gün oruc tutmağın böyük fəziləti vardır. İmam Sadiqdən (əleyhissalam) nəql olunan rəvayətə görə bu gün oruc tutan şəxsə cənnət vacib olar.
Üçüncü günün əməlləri: Bu mübarək gündə İmam Huseyn (əleyhissalam) dünyaya gəlmişdir. Bu gündə oruc tutmaq və İmam Huseynə məxsus olan ziyarətnamələr və münacatlarla onu yad etmək lazımdır.
On beşinci gecənin və gününün əməlləri: İmam Sadiq atası İmam Baqirdən (əleyhimassalam) nəql edir ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli olan gecədir. Bu hədisə əsasən, bu gecədə Allah təala öz bəxşiş qapısını bəndələrin üzünə açar və bəndələri öz kərəm və lütfü ilə bağışlayar. Bu gecə elə bir gecədir ki, Allah təala öz müqəddəs zatına and içmişdir ki, bəndələrinə günahdan başqa nə istəsələr versin. Bu gecənin başqa üstünlüklərindən biri də Həzrət İmam Zamanın (əccəllallahu fərəcəh) bu gecənin səhəri dünyaya gəlməsidir. İmam hicri-qəməri tarixilə 255-ci ildə Samirra şəhərində dünyaya göz açmış və bu gecənin daha da fəzilətli olmasına səbəb olmuşdur. Bu gecənin əməllərindən biri də qusl almaqdır ki, günahların yüngülləşməsinə səbəb olar. Bu gecəni oyaq qalıb, dua, istiğfar və ibadətlə keçirmək lazımdır. Hədisə əsasən kim bu gecə oyaq qalsa, bütün qəlblər ölən günü onun ürəyi diri olar. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də İmam Huseyni (əleyhissalm) ziyarət etməkdir. Ziyarətə gedə bilməyənlər ən azından evin damına çıxıb (və ya açıq havada hündür bir yerə) sağa-sola baxsınlar və başlarını göyə qaldırıb belə desinlər: “Əs-salamu əleykə ya Əba-Əbdillah. Əs-salamu əleykə və rəhmətullahi və bərəkatuh”. Harada olmasından aslı olamayaraq o Həzrəti kim bu cür qayda ilə ziyarət etsə, ona Həcc və Ümrənin savabı yazılar. Həmçinin dua kitablarında bu gecəyə məxsus olan ziyarətnamələri və münacatları oxumaq lazımdır. Çox və uzun olduqlarından onları qeyd etmirik. Həmçinin bu gecə Kumeyl duasını oxumaq, Cəfər Təyyar namazını qılmaq da bəyənilən əməllərdəndir. Həmçinin 15-ci gündə İmam Zaman ağanı da ziyarət etmək, məxusən onu Samirrada yerləşən sərdabda ziyarət etmək və o Həzrətin zühurunun tezləşməyi üçün dua etmək tövsiyə olunan əməllərdir.
Bu ayın qalan günlərinin əməlləri: İmam Rzadan (əleyhissalam) nəql edilmişdir ki, hər kim Şaban ayının axırından üç gün oruc tutub, Ramazan ayına birləşdirərsə, həmin şəxsə iki ayın savabı yazılar. İmam Rzadan nəql olunmuş hədisə əsasən, İmam tövsiyə edir ki, bu ayın son cümə günü keçmişdə edilən günahlara görə bağışlanma dilənməli, Quran oxunmalı və tövbə edilməlidir. Bu gündə insan öz qəlbindən kin-küdurəti çıxarmalı, dua etməli və Allaha təvəkkül etməlidir. Həqiqətən Allah, Ramazan ayının hörmətinə görə bu gündə bir çox bəndələri cəhənnəm odundan qurtaracaq.[4] Həmçinin geri qalan günlərdə dua kitablarında müfəssəl şəkildə qeyd olunmuş duaları oxumaq lazımdır. Onların hamısı çox olduğu üçün bura qədər yazdıqlarımız ilə kifayətlənirik. Allah təala, Əhli-beytə (əleyhimussalam) xatir bizləri bu ayın bərəkətindən binəsib etməsin!

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam / Xəbərlər
    Mübarək Rəcəb ayının müştərək əməlləri
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslamda Ailə
    İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    Ərəfə gününün əməlləri
    Vacib / İslam
    Qədr gecəsinin əməlləri.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
    İslam
    İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    MÜAVİYƏNİN ÖLÜMÜ VƏ YEZİDİN MƏKTUBU
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    Vacib / İslam
    Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
    İslam
    Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
    İslam
    İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    İslam
    İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
    İslam
    İSLAMDA ƏXLAQ. DƏSTƏMAZ.
    İslam
    ŞABAN AYININ FƏZİLƏTLƏRİ VƏ ƏMƏLLƏRİ

2023 7-mart, 11:52

Tarix

İslam

Bölmə
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam / Xəbərlər
Mübarək Rəcəb ayının müştərək əməlləri
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
İslamda Ailə
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
İslam
Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
Ərəfə gününün əməlləri
Vacib / İslam
Qədr gecəsinin əməlləri.
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
İslam
İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
MÜAVİYƏNİN ÖLÜMÜ VƏ YEZİDİN MƏKTUBU
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
Vacib / İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
İslam
Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
İslam
İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
İslam
İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
İslam
İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
İslam
İSLAMDA ƏXLAQ. DƏSTƏMAZ.
İslam
ŞABAN AYININ FƏZİLƏTLƏRİ VƏ ƏMƏLLƏRİ
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Top Xəbərlər
Xəbərlər
Evləri söküləcək bu şəxslərə hər m²-ə görə 4 min ...
Xəbərlər
TƏCİLİ: Bakının bu qəsəbəsi ilanların hücumuna ...
Xəbərlər
Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi ...
Xəbərlər
Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım ...
Xəbərlər
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu ...
Xəbərlər
Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - ...
Xəbərlər
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Həsən Əskəri Dərnəyi
Başqasına vəsiyyət edilən evdən övlada pay ...
Xəbərlər
XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR
Xəbərlər
Azərbaycan İranla birgə hərbi təlim keçirir - ...
Xəbərlər
ETX: Vətəndaşlara "Azərpoçt"un adından saxta ...
Həsən Əskəri Dərnəyi / İslam / Əhkam / Xəbərlər
Ərəfə gününün əməlləri
Xəbərlər
Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobuslarda xüsusi ...
Xəbərlər
Bu ay 13 gün iş olmayacaq - TARİXLƏR
Hüquqi Məsələlər
Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
Hüquqi Məsələlər
Ailə vəziyyətinə görə hərbi xidmətə çağırışa ...
Xəbərlər
İlham Əliyev Vladimir Putini təbrik etdi
Hüquqi Məsələlər
Sosial müavinət alan insan əmək pensiyasına keçid ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum