İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ

Gecə oldu. İmam Hüseyn (ə) öz dostlarını bir yerə toplayıb Allaha həmd-səna deyəndən sonra, üzünü onlara tərəf tutub buyurdu:
أَما بَعدُ. فَإنِّي لا أَعلَمُ أَصحَاباً أَصلَحَ مِنكُم وَلا أَهلَ بَيتِِ أَبَرَّ، وَلا أَفضَلَ مِن أَهلِ بَيتِي، فَجَزاكُمُ اللهُ جَميعاً عَنِّى خَيراً وَهَذا اللَّيلُ قَد غَشِيَكُم فَاتَّخِذُوهُ جَمَلاً وَليَأخُذ كُلَّ رَجُلِِ مِنكُم بِيدِ رَجُلِِ مِن أَهلِِ بَيتِي وَتَفَرَّقُوا فِي سَوادِ هَذا اللَّيلِ وَذَرُونِي، وَهَؤُلَاءِ القَومِ فَإِنَّهُم لا يُرِيدُونَ غَيرِي.
«Mən heç sahəbini öz sahabəmdən ləyaqətli və heç Əhli-beyti öz Əhli-beytimdən fəzilətli və üstün bilmirəm. Allah sizə savab versin. İndi gecədir və qaranlıq gecə sizi ağuşuna alıbdır. Siz bu qaranlıq gecəni səfər etmək üçün hazırlanmış rahat dəvə kimi hesab edib hər biriniz mənim Əhli-beytimin kişilərindən olan bir nəfərin əlindən gecənin qaranlığında dağılışın. Mən bu qoşun ilə öz başıma qoyun. Çünki onlar məndən başqa heç kəs ilə işləri yoxdur». İmam Hüseyn (ə) qardaşları, övladları və Abdullah Cəfərin övladları yerlərindən qalxıb dedilər:
لَم نَفعَل ذالِکَ لِنَبقی بَعدَکَ؟ لا اَرنَا اللهُ ذالِکَ أَبَداً
«Nə üçün gedək? Səndən sonra sağ qalmaq üçün gedək? Allah heç vaxt o günü bizə nəsib etməsin». Bu sözü əvvəl Abbas ibn Əli (ə) dedi: Sonra başqaları da həmin məzmunda sözlər dedilər: Ondan sonra İmam Hüseyn (ə) üzünü Əqilin övladlarına tutub buyurdu: «Sizin üçün Müslümin şəhadəti kifayətdir. Mən sizə məsləhət görürəm ki, Kərbaladan çıxıb gedəsiniz». Başqa bir rəvayətdə yazılıbdır ki, həmin vaxt Hüseyn (ə)-ın qardaşları və Əhli-beyti dedilər: «Ey Peyğəmbər övladı, bu halda camaat bizə nə deyər? Biz onlara nə cavab verərik? Deyə biləri ki, «Biz Peyğəmbər (s) övladını, ağamızı, böyüyümüzü düşmənin yanında tək qoyduq, ona kömək etmədik, düşmənə tərəf nə ox atdıq, nə də nizə, nə də ki, qılıncla onları murdar bədənlərinə yara vurduq?» Yox! And olsun Allaha heç vaxt bu işi görmərik. Canımızla səni mühafizə edib Allah yolunda şəhid olacağıq və sənin kimi şəhadətə yetişəcəyik, axı səndən sonra yaşamağın nə mənası!»Sonra Müslüm ibn Ovsəcə ayağa qalxıb dedi: «Ey Peyğəmbər övladı,biz səni tək qoyub gedək? Halbuki, bu qədər düşmən səni mühasirəyə alıbdır. Yox. And olsun Allaha,bu işi heç vaxt görmərik. Allah səndən sonrakı yaşayışı mənə nəsib etməsin!Mən mübarizə edib nizəmi sənin düşmənlərinin sinəsində sındırana, əlimdəki qılıncı onlara endirənə qədər müqavimət göstərəcək, onlara yara vuracağam və bununla belə, yenə də susmayacaq, düşmənə daşla həmlə edəcəyəm. Öz rəhbərlərimin gözləri önündə ölməyincə düşmənlə vuruşacağam».Müslüm ibn Ovsəcədən sonra Səid ibn Abdullah Hənəfi ayağa qalxıb dedi: «Yox! And olsun Allaha, ey Peyğəmbər oğlu, biz səni tək qoymarıq, qoy Allah görsün ki, biz onun göndərdiyi Mühəmmədin (s) Peyğəmbərin sənin barəndəki vəsiyyətinə əməl etmişik. Əgər bilsəydim ki,sənin gözlərinin önündə ölüb sonra diriləcəyəm, sonra diri-diriməni yandıracaqlar və bilsəydim ki, yetmiş dəfə mənimlə bu cür rəftar edəcəklər yenə də səndən ayrılmazdım, təki səndən qabaq şəhadətə yetişəm. Neçə sənin yolunda canımı fəda etməyim, halbuki, ölüm bir dəfədən çox deyil və ondan sonra həmişəlik xoşbəxtliyə şərafətə çatacağam».Səid ibn Abdullah Hənəfidən sonraZüheyr ibn Qeyn sonra ayağa qalxıb dedi: «And olsun Allaha, ey Peyğəmbər oğlu, min dəfə ölüb, yenə də dirilməyə hazıram, təki Allah səni, Əhli-beyt və qardaşlarını düşmənin şərindən saxlasın». Sonra İmam Hüseyn (ə)-ın dostlarından bir dəstəsi başqaları kimi sözə başladılar: «Canlarımız sənə fəda olsun, biz səni bütün varlığımızla mühafizə edəcəyik». Şəhid olana, Allahın bizim öhdəmizdə qoyduğu vəzifəni yerinə yetirənə qədər bu işi davam etdirəcəyik.Həmin gecə Mühəmməd ibn Bəşir Həzrəmiyəxəbər verdilər ki, oğlun Rey sərhədində əsir düşübdür.
Cavab verdi: «Oğlumu Allah tapşırıram. Canıma and olsun,oğlumun əsir düşməyinə və ondan sonra diri qalmağıma razı deyiləm».İmam Hüseyn (ə) onun sözlərini eşidib buyurdu: «Allah səni bağışlasın. Mən beyətimi səndən götürdüm, sən oğlunu nicat vermək üçün hərəkət et!» Mühəmməd ibn Bəşir Həzrəmi Həzrətin cavabında dedi: «Arzu edirəm ki, əgər səndən ayrılsam, vəhşi heyvanlar məni diri diri parcalasınlar». Həzrət buyurdu: «Belə isə bu «yəməni əbası»nı oğluna ver ki, qardaşına nicat verəndə onlardan istifadə etsin». Sonra qiyməti min dinardan ibarət olan beş dənə paltarı ona verdi. Ravi deyir:İmam Hüseyn (ə) və onun dostları həmin gecəni sübhədək Allahla razü-niyaz edib namaz qılmaqla keçirtdilər. Bir dəstə rükuda, səcdədə və başqa bir dəstə isə ayaq üstə ibadətlə məşğul idilər. Həmin gecə, Ömər ibn Sədin qoşunundan 32 nəfər qacıb İmam Hüseyn (ə)-ın qoşununa qoşuldular. O Həzrətin çox namaz qılmağı, yaxşı əxlaq və təbiəti həmişə bu cür olubdur. İmam Hüseyn (ə) Aşura günü sübh hökm verdi ki, xeymələr qurulsun. O Həzrətətir tökülmüş bir qabda «nurə» hazırladı. Xeyməyə gədib öz təmizliyi ilə məşğul oldu. Nəql olubdur ki, Büreyr ibn Xuzeyr Həmədanivə Əbdürrəhman ibn Əbdi Rəbih Ənsari xeyməni arxasında gözləyirdilər ki, İmam Hüseyn (ə)-dan sonra gedib təmizliketsinlər. Bu zaman Büreyr Əbdürrəhman ilə zarafat etməyə başladı. Əbdürrəhman dedi: «Ey Büreyr, belə bir vəziyyətdə gülürsən, halbuki, bura zarafat yeri dəyil». Büreyr dedi: «Mənim qəbiləm yaxşı bilir ki, faydasız və boş danışıqları həm cavanlıqda, həm də qocalıqda sevməmişəm. Zarafat edib gülməyin səbəbi bundan ibarətdir ki, mən şəhid olacağam, Allaha and olsun öz qılıncım ilə Həzrətin düşmənləri ilə üzbəüz olacağam, onlarla bir-necə saat vuruşaraq şəhid olacağam, təki Hurul eynlər ilə qol boyun olum».
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.