• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 10-iyul, 19:55

İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ MÜBARƏK ADLAR


Allahın mələyi peyğəmbər və möminlərə müqəddəs sözlər öyrətmək üçün yerə endi. O, sözlərini kiçik bir taxtaya yazdı. Həmin sözlər bir dua olaraq tufanda qərq olmaqdan qorumaq üçün idi. O zaman camaat öz yazılarını Sami dili ilə yazırdılar.

 Nuh (ə) bu müqəddəs sözləri taxtaya yazdı: 
«Ey Allah! Ey mənim Rəbbim! Öz rəhmət və kərəminlə və bu müqəddəs şəxslərin Məhəmməd (s), İlya (ə), Şəbər (ə), Şübeyr (ə) və Fatimənin (ə) əzəmətinə and verirəm, mənə kömək et! Onların hamısı əzəmətli və hörmətli məqama malikdirlər. Dünya onların hesabına yaşayır. Onların adının hörmətinə and verirəm, mənə kömək et! Məni yalnız sən doğru yola hidayət edə bilərsən». Nuh (ə) taxtanı gəminin qabaq hissəsindən asdı.

 Möminlər o müqəddəs adlar və hələ dünyaya gəlməyən bu insanlar haqqında fikirləşirdilər. Onlar Nuhun (ə) övladlarından və onun nəslindən idilər. Gəmi hərəkətdə idi və təlatümlü dəniz dalğaları üzərində şimal istiqamətinə doğru irəliləyirdi. Yağış hələ də möhkəm yağırdı. Möminlər Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər. 

Allahdan onları bu böyük tufandan xilas etməsini istəyirdilər. Qırx gündən sonra yağış dayandı. Buludlar get-gedə dağıldılar. Günəş nurunu saçmağa başladı. Üfüqdə gözəl bir göy qurşağı göründü. Göy qurşağı özünün yaşıl, mavi, qırmızı, narıncı, bənövşəyi və digər gözəl rəngləri ilə həyata ümid rəsmini çəkirdi. Nuh (ə) bir qarğanı buraxdı. Qarğa göyə uçdu. O, göydə fırlanaraq geri qayıtdı.

 Çünki, qonmağa quru bir yer tapmamışdı.  Həzrət sonra ağ göyərçini buraxdı. Göyərçin suların üzərindən uçuşa başlayıb, gözlərdən itdi. Bir müddətdən sonra göyərçin qayıtdı. O öz qırmızı dimdiyində zeytun budağı gətirmişdi. Nuh (ə) və möminlər sevindilər. Həqiqətən tufan sona çatmışdı və Allah fasidləri yuyub, atmaq üçün yeri su ilə qərq etdikdən sonra insanları məhv olma təhlükəsindən xilas etmişdi. Üçüncü dəfə Nuh (ə) yenə həmin göyərçini göyə buraxdı. Göyərçin göydə qanad çaldı və qayıtmadı. Nuh (ə) anladı ki, göyərçin özünə yuva qurmaq və yeni həyata başlamaq üçün quru bir yer tapmışdır. Gəmi şimal tərəfə hərəkətdə idi. Nəhayət Cudi dağının zirvəsinə yan aldı. 

Allah-təala göy və yerə belə vəhy etdi: 
«Ey yer, öz sularını ud! Ey göy, yağışı dayandır!»
Su çəkildi. Yağış dayandı və yer suları udmağa başladı. Günbəgün suyun dərinliyi azalır, dağlar görünür, təpə və ucalıqlar müşahidə olunurdular. Bəzi dərələrdə hələ də yağış suyu qalmışdı. Allah Nuha (ə) vəhy etdi ki, ey Nuh, sən və səninlə olanlar bizim tərəfimizdən salamatlıq və bərəkətlə en!
Yer tərtəmiz idi. Möminlər öz həyatlarına qayıtdılar. Onların kiçik bir cəmiyyətləri var idi: Kiçik, lakin, Allaha və onun rəsuluna iman gətirmiş pak bir cəmiyyət. Yerdə yeni insan həyatı başlandı və mömin cəmiyyət həyatın sülh və səfasını daddı. Orada nə zalım vardı və nə də zülmə məruz qalan insan. 

 Onların arasında oğurluq edəcək və fəsad törədəcək bir kəs yox idi. Beləliklə Nuh (ə) və mö`minlər əmin-amanlıq içində yaşamağa başladılar. Nuh (ə) uzun müddət yaşadı. Onun ömrü çox uzun idi. Çünki, qəbiləsini doqquz yüz əlli il Allaha ibadət etməyə çağırmışdı. Amma, Allah-təala tərəfindən peyğəmbər kimi öz qövmünə göndəriləndə neçə yaşı olduğu isə bilinmir. O həzrətin tufandan sonra neçə il yaşaması da bilinmir. Amma, burası məlumdur ki, bu həzrət çox uzun müddət yaşamışdır. 

Ölüm mələyi Nuhun (ə) yanına gələndə o həzrət günəşin şüası altında oturmuşdu.
 Mələk ondan soruşdu: 
-Öz həyatın barədə fikrin nədir? Halbuki, sən çox uzun bir ömür sürmüsən. Nuh (ə) ayağa qalxdı və kölgə tərəfdə oturdu. 
O buyurdu: 
-Həyatı belə başa düşdüm: elə bil günəşdə oturmuşdum və sonra yerimi kölgəylə dəyişdim. Nuh (ə) gözlərini yumdu. O öz risalətini icra etmiş və bəşəriyyəti həlak olmaqdan xilas etmək vəzifəsini yerinə yetirmişdi. 

Ona görə də Allah-təala əbədi salamı ona məxsus edərək buyurdu: 
«Səlamun əla Nuhin fil`aləmin». 
1951-ci ilin iyul ayında rus arxeoloqlarının bir qrupu Qaf dağlarında qazıntı ilə məşğul olduqları zaman köhnə və çürümüş taxta parçalarına rast gəldilər. Bu, onların qazıntı və axtarış işlərini daha da dərindən aparmalarına səbəb oldu. Bununla bir yerdə daşlaşmış başqa taxtalara da rast gəldilər. Qazıntılar zamanı tapılan taxtaların arasında uzunluğu 28 sm., eni isə 20 sm. olan bir taxta parçası onların daha artıq heyrət və təəccübünə səbəb oldu. Çünki, bu taxta lövhədə heç bir dəyişiklik yaranmamış, çürüməmiş və digər taxtalar kimi parçalanmamışdı. 

1952-ci ilin sonlarında bu tapıntılar barəsində aparılan tədqiqatlar sona çatdı və aydın oldu ki, sözü gedən taxta parçası Nuhun (ə)  gəmisinin içəri hissəsinə, ayrı taxtalar isə o gəminin gövdəsinə aiddir. Tarixçilərin yazdığına əsasən Nuhun (ə) gəmisi Qaf dağının zirvəsinə yan almış və bu taxta parçasının üzərinə ən qədim dillərə qayıdan bəzi hərflərlə sözlər yazılmışdır. Keçmiş Sovet hökuməti 1953-cü ildə qazıntıları qurtardıqdan sonra qədim dillərlə tanış olan alim və ən nümunəvi arxeoloqlardan ibarət olan yeddi nəfərlik qrup təşkil etdi. 

Həmin alimlər aşağıdakılar idi: 
1.Professor Solinov, Moskva universitetinin qədim dillər müəllimi. 
2.İfahan Xənyu, Çin Luluhan institutunun dilşünaslıq müəllimi. 
3.Mişanin Lufarenko, keçmiş SSRİ-də arxeoloji əsərlər idarəsinin direktoru. 
4.Tanmul Qurov, Kifru institutunun qədim dillər müəllimi. 
5.Professor Drakon, Lenin elmlər akademiyasının arxeologiya müəllimi. 
6.İm Əhməd Kulado, keçmiş SSRİ-nin ümumi tədqiqat və kəşflər idarəsinin direktoru. 
7.Miçer Kultov, Stalin institutunun rektoru. 

Nəhayət taxta və onun üzərində yazılmış hərflər barəsində səkkiz aylıq tədqiqat və araşdırmalardan sonra ümumi rəy belə oldu ki, bu taxta Nuhun (ə) gəmisinin düzəldildiyi taxtalardandır və Nuh (ə) bu taxta parçasını təhlükədən qorunmaq və təbərrük üçün gəmisinə yerləşdirmişdi. Bu taxtanın üzərinə yazılmış hərflər Sami dili ilə yazılmışdı. İngiltərəli alim, Mançester universitetinin qədim dillər müəllimi Ayumaks onu ingilis dilinə tərcümə etmişdir. 

İfadələri olduğu kimi sizə təqdim edirik:

O my God, my helper - Ey mənim Allahım, mənim köməkçim! 
Keep my hands with mercy - Öz lütf və mərhəmətinlə mənə kömək et!
And with your holy bodies - Bu müqəddəs şəxslərin əzəmətinə.
Mohammed - Məhəmməd (s),
Alia - İlya (ə),
Shabbar -Şəbər (ə),
Shabbir - Şübeyr (ə),
Fatma  - Fatimə (ə).
Thay are all Biggest and Honourables -  Onların hamısı sənin yanında əzəmətli və əzizdirlər.
The world establiahed for Them - Dünya onlara görə yaşayır.
Help me by their names -Onların adının əzəmətinə and verirəm, mənə kömək et!
You con reform to Right  - Yalnız sən məni doğru yola yönəldə bilərsən.

Beləliklə bu alimlər Nuhun (ə) onlara təvəssül etdiyi bu beş adın əzəməti və onların Allah yanında olan məqamı barədə heyrət edib, təəccübdə qaldılar. Onların heç birinin həll edə bilmədiyi çox müəmmalı məsələ isə bu idi ki, bu taxta parçası min illər keçməsinə baxmayaraq çürüməmiş və dağılmamışdır. Bu taxta parçası indi də Moskvanın arxeoloji tapıntılar muzeyində mövcuddur. 

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurmuşdur: 
“Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Ona minənlər xilas, üz çevirənlər isə qərq olacaqlar”. 

Biz Nuhu öz qövmünə tərəf göndərib, ona dedik:
 “Öz qövmünü onların sorağına gələcək dərdli əzabdan qorxut!”
 Dedi: «Ey qövm! Mən aşkar qorxudan və təbliğ edənəm. Allaha pərəstiş edin! Ona müxalifətçilikdən çəkinin və mənim sözlərimə baxın! Əgər belə etsəniz, Allah günahlarınızı bağışlayar və müəyyən zamana qədər sizə ömür verər. Çünki, Allahın (təyin etdiyi) əcəli çatdıqda haç vaxt təxirə düşməz, əgər bilsəydiniz».

 Nuh dedi: «İlahi, mən öz qövmümü gecə-gündüz sənin tərəfinə dəvət etdim. Amma, mənim dəvətim onlara haqdan qaçmaqdan başqa bir şey vermədi. Mən onları dəvət edirdim ki, Sənə iman gətirsələr, Sən onları bağışlayarsan, onlar (məni eşitməsinlər deyə) öz barmaqlarını qulaqlarına tutur, paltarlarını başlarına çəkirdilər və müxafilətçilikdə möhkəm dayanıb, olduqca təkəbbür edirdilər. Sonra mən onları uca səslə sənin fərmanının itaətinə dəvət etdim, aşkar və gizli şəkildə tövhid və iman həqiqətini onlar üçün bəyan etdim.

 Mən onlara dedim: «Öz allahınızdan bağışlanmaq istəyin. O çox bağışlayandır. O, səmanın bərəkətli yağışlarını bir-birinin ardınca sizə göndərər. Sizə çoxlu mal və övladla kömək edər. Yaşıl bağlar və axan çayları sizin ixtiyarınızda qoyar. Niyə siz Allahın əzəmətinə ianmırsınız? Halbuki, sizi müxtəlif mərhələlərdə yaratdı. Bilmirsiniz Allah-təala yeddi səmanı necə bir-birinin üzərində yaradıb. Ayı səmanın ortasında aydınlıq vasitəsi və günəşi yanar çıraq etmişdir. Allah sizi bir ot kimi yerdən bitirdi. Sonra yenə sizi həmin yerə qaytaracaq və yenidən çıxacaqsınız. Allah yeri sizin üçün geniş döşənəcək etdi ki, geniş yollarla və onun dərələrilə keçib, istədiyiniz yerə gedəsiniz». 

Nuh (ə) sonra onların hidayətindən ümidsiz halda dedi: 
«İlahi, onlar mənə itaətsizlik göstərdilər və mal və övladları onlara ziyandan başqa bir şey verməyən insanlardan itaət etdilər. Yolunu azmış bu rəhbərlər böyük məkr işlətdilər və dedilər: «Allahlarınızdan və bütlərinizdən əl çəkməyin! Xüsusilə Vüdd, Süva, Yəğus, Yəuq və Nəsr bütlərini buraxmayın! Onlar çoxlu insanları yolundan azdırdılar. İlahi, zalımlara azğınlıqdan başqa bir şey vermə!» 

Nəhayət onların hamısı günahlarının hesabına qərq olub, cəhənnəm oduna düşdülər və özlərinə Allahdan başqa köməkçi görmədilər. Nuh (ə) dedi: “İlahi,  kafirlərin heç birini yer üzündə qoyma! Çünki, əgər onlar qalsalar, sənin bəndələrini yoldan çıxaracaqlar və onlardan günahkar və kafir nəsildən başqa bir şey törəməyəcəkdir. İlahi! Məni, mənim ata və anamı, evimə imanla daxil olan insanları və bütün kişi və qadın mö`minləri bağışla və zalımlara həlakət və məhv olmaqdan başqa bir şey vermə!” (Nuh surəsi, 1-28-ci аyələr.)

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
    İslam
    Ərbəin gününun əməlləri
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    NUH PEYĞƏMBƏRİN MƏZARI HARADA YERLƏŞİR?
    İslamda Ailə
    İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    İslam
    MÜSLİM İBN ƏQİLİN QİYAMI
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    İslam
    İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    İslam
    Oktyabrın 14-ü, Məhəmməd peyğəmbər (s) və imam Cəfəri Sadiq
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    Xəbərlər / Dünya
    ▪️Azərbaycanlı dünya çempionu “Karabakh is Azerbaijan”
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    Oktyabrın 3-ü, Məhəmməd peyğəmbər (s) və imam Cəfəri Sadiq
    İslam / Foto
    Sentyabrın 21-i, Məhəmməd peyğəmbər (s) və imam Cəfəri Sadiq
Земфира Байрамова 11 iyul 2021 16:14

Hemd olsun Allaha!

Allahumme salli ela 

Muhammedin va Ali Muhammed!

Tesekkurler

2021 10-iyul, 19:55

Tarix

İslam

Bölmə
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
İslam
İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
İslam
Ərbəin gününun əməlləri
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
İslam
NUH PEYĞƏMBƏRİN MƏZARI HARADA YERLƏŞİR?
İslamda Ailə
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
İslam
İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
İslam
MÜSLİM İBN ƏQİLİN QİYAMI
İslam
Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
İslam
İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
İslam
Oktyabrın 14-ü, Məhəmməd peyğəmbər (s) və imam Cəfəri Sadiq
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
Xəbərlər / Dünya
▪️Azərbaycanlı dünya çempionu “Karabakh is Azerbaijan”
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
İslam
Oktyabrın 3-ü, Məhəmməd peyğəmbər (s) və imam Cəfəri Sadiq
İslam / Foto
Sentyabrın 21-i, Məhəmməd peyğəmbər (s) və imam Cəfəri Sadiq
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Top Xəbərlər
Xəbərlər
İraqın nüfuzlu alimi xəbərdarlıq edib
Xəbərlər
Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi ...
Xəbərlər
Əhalinin nəzərinə - Pensiyalar bu tarixdə ...
Xəbərlər / Dünya
İran: Fordo nüvə obyekti zərbədən əvvəl təxliyə ...
Xəbərlər
İlham Əliyev sosial şəbəkə hesabında Milli ...
Xəbərlər
XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR
Xəbərlər
Bakıdan Tehran və Tel-Əvivə təyyarə bileti ...
Xəbərlər
Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub
Xəbərlər
Azərbaycanda bu tarixlərdə 4 gün ardıcıl iş ...
Həsən Əskəri Dərnəyi / İslam / Əhkam / Xəbərlər
Ərəfə gününün əməlləri
Xəbərlər
İlham Əliyev Vladimir Putini təbrik etdi
Xəbərlər
Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobuslarda xüsusi ...
Xəbərlər
Bu ay 13 gün iş olmayacaq - TARİXLƏR
Hüquqi Məsələlər
İşçi ixtisara düşəndə müavinətin ödənilmə qaydası ...
Xəbərlər / Foto
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Hüquqi Məsələlər
Ailə vəziyyətinə görə hərbi xidmətə çağırışa ...
Siyasət
İlham Əliyev və Mehriban Əliyeva Silahlı Qüvvələr ...
Hüquqi Məsələlər
Rəsmi nikahı olmayanlar ayrılarkən aliment tələb ...
Hüquqi Məsələlər
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum