Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə ləğv olunur? - AÇIQLAMA + FOTO

Təklif haqqında danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, ən inkişaf etmiş ölkələrdə artıq avtomobilin etibarnamə vasitəsilə idarə olunması ləğv olunub. Ekspert bunu nəzərə alaraq, etibarnamənin ləğvini dəstəkləyib və bunun nəticələri haqqında fikirlərini qeyd edib.

Məsələ burada yalnız ər və arvadın ümumi mülkiyyətində olan avtomobilin idarə edilməsindən getmir. Ümumiyyətlə, vətəndaşın avtomobilini istədiyi şəxsə etibar etməsindən gedir” – deyə, E. Cəfərov əlavə edib.
Ekspert onu da bildirib ki, etibarnamələrin ləğvi sürücüləri narahat etməməlidir:
“Əksinə, düşünürəm ki, sürücülər daha rahat olacaqlar və ən azı bir problemdən, cərimə qorxusundan azad olacaqlar. Bu, imkan verir ki, vətəndaşların hərəkət sərbəstliyi daha da artsın.

Qeyd edək ki, təklifə əsasən, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Hazırda qüvvədə olan qanuna əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə tətbiq edilir.
Aysel Aslan
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.