• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Səhiyyə // 2023 11-dekabr, 10:00

Anti-peyvənd təbliğatı aparan şəxslər hüquqi məsuliyyət daşıyırlarmı? - “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Ölkədə qızılca sürətlə yayılır. Artıq məktəblərdə müəyyən siniflər bağlanır, davam edəcəyi təqdirdə distant təhsilə keçmək planlaşdırılır. İş o həddə çatıb ki, rəsmilər israrla peyvəndlə bağlı valideynlərə çağırış edir. Lakin peyvəndə hazırkı münasibət bir az fərqlidir. Təcrübə üçün sosial şəbəkələrdə, xüsusilə, qadın qruplarında “qızılcadan qorunmaq üçün nə etməliyik”, - deyə sual ünvanlayıb, məsləhət alsanız, “rayona zəng edin, sizə eşşək südü tapıb göndərsinlər, sağalacaq”, “Qızılca təhlükəli deyil, sadəcə, şişirdirlər, qırmızı yorğan-döşəkdə yatırdın, keçib-gedəcək”, “hamısını peyvəndə görə edirlər, böyüklərdən uşaqlara keçiblər. Uşağın qidasına diqqət etdikdə, peyvəndə ehtiyac yoxdur” kimi cavablarla rastlaşacaqsınız. 20 anadan yalnız bir-ikisi sizə qızılcaya yoluxmamaq üçün peyvəndi məsləhət görə bilər. Əksər valideynlər peyvənd əleyhdarlarıdır və təəssüf ki, bunu təbliğ edirlər. Üstəlik, peyvəndi məsləhət görənləri də cahil adlandırır, fikrindən yayındırmağa çalışırlar. Həkimlər, pediatrlar qızılcadan xilas olmağın yeganə yolunun peyvənd olduğunu vurğulasalar da, xeyli müddətdir ki, ölkədə peyvənd əleyhinə kampaniya aparılır. Hətta tanınmış şəxslər, TV aparıcıları da bu kampaniyaya qoşulurlar. Nəticədə, bu gün qızılca nəzarətdən çıxmaq üzrədir. 
Bəs bu təbliğatın təhlükəsi nədir? Nə üçün valideyn eşşək südünü peyvənddən önəmli hesab edir, etməyəni də buna inandırır?
HESENESKERI.AZ “Kaspi” qəzetinin mövzu ilə bağlı araşdırmasını təqdim edir.
“Həkim lazımdır deyirdisə, deməli, lazımdır”
Pediatr Aytən İsmayılzadə bildirib ki, əvvəllər hamı peyvənd olunduğu üçün müəyyən xəstəliklərin demək olar ki, kökü kəsilmişdi. Çünki valideynlər həkimin sözündən çıxmırdılar:
“Həkim “lazımdır” deyirdisə, deməli, lazımdır. Xeyli illər əvvəl kimsə göy öskürək tutanda hamı təəccüblənirdi və qınayırdı ki, axı niyə peyvənd olunmayıb? İndi uşaqların əksəriyyətində göy öskürək, qızılca yayılıb. Biz peyvəndlə rahatlıqla qalib gələ biləcəyimiz xəstəliklərlə mübarizə aparırıq”.
“Mübarizə bir-iki məlumatsız insanın öhdəsinə buraxılmamalıdır”
Həkim vurğulayıb ki, qızılca o qədər ciddi məsələdir ki, onunla mübarizə bir-iki məlumatsız insanın öhdəsinə buraxılmamalıdır:
“Bu gün valideynlər rahatlıqla “mən peyvənd istəmirəm” deyə bilir. Üstəlik, peyvənddən imtina edən valideyn təbliğat aparmağa başlayırlar, absurd arqumentlər ortaya qoyurlar. Təbliğat öz işini görür və nəticədə xəstəlik tüğyan edir. Üstəlik, tək valideynlər deyil, göz önündə olan insanların da efirlərdən bu cahilliyi təbliğ etməsi çox dəhşətlidir. Əhali düşünür ki, ali savadlı insan bunu edirsə, televiziya da efirə verirsə, deməli, belə də olmalıdır. Buna görə də həkimlərin sözlərinə etimad edilmir”.
“Peyvənd olmayan uşaqlar kollektivə buraxılmamalıdır”
Həkimin sözlərinə görə, səhiyyə sistemi uşaqları, gələcəyi, genefondu qorumalıdır:
“Uşaqları həyati təhlükə yaradan infeksiyalardan qorumaq üçün güclü nəzarət olmalıdır. Əgər bu gün könüllülük səbəbindən bu vəziyyətdəyiksə, deməli, qanuna dəyişiklik olmalıdır və peyvənd məcburiyyətə çevrilməlidir. Yəni peyvənd olmayan uşaqlar bağçaya, kollektivə buraxılmamalıdırlar. Belə olsa, hamı peyvənd edəcək”.
“Difteriya yayılsa, nəticəsi daha dəhşətli olacaq”
Həkim peyvəndi təhlükəsizlik kəmərinə bənzədir və bildirib ki, əhalinin 95 faizi peyvənd olunarsa, xəstəlik ayaq tutub yeriməyəcək:
“İnsanlar könüllü şəkildə poliklinikalara üz tutmurlar. Poliklinikalar dəfələrlə çağırır, valideyn gəlmir. İnsan qorxmasa, heç bir qanuna tabe olmur. Təhlükəsizlik kəməri üçün necə cərimə tətbiq olunursa, bu da insan sağlamlığı üçündür, buna da cərimə tətbiq olunmalıdır. Bizdə difteriya yayılsa, nəticəsi daha dəhşətli olacaq. Çünki uşaqların əksəriyyətinin AKDS peyvəndi yoxdur. Hələ qızılcanı AKDS-ə nisbətən çox adam vurdurur. İndi görün difteriya ilə bağlı vəziyyət necədir? Hər ölən, fəsad qazanan uşağın günahı anti-peyvənd təbliğatçılarının boynuna yazılır. Ölkədə qızılcadan ölən uşaqların ölümünün səbəbkarlarından biri də elə bu təbliğatçılardır”.
Məlumdur ki, tanınmış insanların fikrinə daha çox etimad edilir. Bəs belə şəxslər anti-peyvənd təbliğatı apardıqda hüquqi məsuliyyət daşıyırlarmı?
Hüquqşünas Roman Qaraşov qeyd edib ki, bütün qanunvericilik aktları insan sağlamlığını daim ön plana çəkir:
“Yoluxucu xəstəliklərin ölkə ərazisində geniş yayılması, əhalinin sağlamlığı baxımından olduqca risklidir. Bu baxımdan hansısa tanınmış şəxsin müvafiq qurumlar tərəfindən təsdiq olunmuş, ekspertizalardan keçirilmiş vaksinlərlə bağlı anti-çağırışlar etməsi əsassızdır. Tibbi cəhətdən təsdiq olunmuş arqumentləri yoxdursa, belə fikirlərin səsləndirilməsi insanların səhv yönləndirilməsi ilə nəticələnir”.
Hüquqşünas vurğulayıb ki, cəmiyyətin etibar etdiyi insanların arqumentsiz yönləndirmələri və çıxışları ilə bağlı qabaqlayıcı tədbirlər görülməlidir:
“COVID-lə mübarizədə vaksinlərdən istifadə könüllü xarakter daşıyırdı. Amma müəyyən yerlərə daxil olduqda, ölkə sərhədini keçdikdə əsas tələb peyvənd sənədi idi. Bu, tam düzgün addım idi. İnsanlar əgər digərlərinin həyatını riskə atırsa, bu halda onun azadlığından və ya hüququndan söhbət gedə bilməz. Əgər kimsə bu cür çıxışlar edirsə, cəmiyyətin sağlamlığını deyil, şəxsi mənafeyini düşünürsə, bununla bağlı tədbir görülməlidir”.
Məlumat üçün qeyd edək ki, qərbdə peyvənd əleyhinə çıxışlar 1997-ci ildə başlayıb. İngilis cərrah Andrey Vakefayld “Lencet” jurnalında çap etdirdiyi elmi məqalədə KKK peyvəndinin uşaqlarda autizm yaratdığını qeyd edib. 1997-ci ildən etibarən Vakefayldin iddiaları əsasında bir çox elmi araşdırmalar aparılıb və bu nəzəriyyə qəti şəkildə yalanlanıb. Hətta “Lancet” jurnalı həmin məqaləni yayından qaldırıb, müəllifin həkimliyi əlindən alınıb. Azərbaycanda da peyvənd əleyhdarları Vakefayldin məqaləsinə istinad edirlər. Amma autizmlə peyvənd arasında hər hansı əlaqənin olmadığını heç kim görmür, oxumur.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    Xəbərlər
    Bank kartlarımızı dələduzlardan necə qoruyaq? – “Kaspi”nin
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    Dünya / Səhiyyə
    UŞAQLAR ARASINDA KÜTLƏVİ XƏSTƏLƏNMƏ -VALİDEYNLƏR TƏŞVİŞDƏ-
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    Səhiyyə
    Pediatr: “Qızılca yüksəkkontaktlı infeksiyadır və yeganə
    Xəbərlər / Foto / Mədəniyyət
    Cərimələrin artması Bakını Sinqapura çevirəcək, yoxsa... -
    Xəbərlər
    Bu il itirdiyimiz MƏŞHURLAR
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    Xəbərlər
    Evimizə daşınan şübhəli sular - kim nəzarət etməlidir?
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    Səhiyyə
    Dünya əhalisi daha nə qədər COVİD-lə yaşamalı olacaq? -
    Xəbərlər / Səhiyyə
    Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - RƏSMİ
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    Xəbərlər / Dünya
    VİRUSDAN XİLAS YOLU TAPILIR AZƏRBAYCANLI HƏKİM YENİ ELMİ
    Xəbərlər
    Nazirlikdən məktəbli formaları ilə bağlı direktorlara
    Səhiyyə
    Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlanıb
    İslam
    İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
    İslam / Siyasət
    Deputatdan hicab müzakirəsi barədə: Övlada dini tərbiyə
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    Səhiyyə
    Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
    Xəbərlər
    Əgər farş keyfiyyətlidirsə, necə ətdən ucuz ola bilər? -
    Xəbərlər / Siyasət
    ▪️Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir:
    Xəbərlər
    Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
    Xəbərlər
    Bu tarixədək Bakı Metropolitenində yeni TARİFLƏR
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    Xəbərlər / Səhiyyə
    ÜST-dən xəbərdarlıq: Fırtınadan əvvəlki sakitlikdir, daha bir
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    Səhiyyə
    Pandemiya nə vaxt bitəcək? - Həkim və astroloqun PROQNOZU:
    Xəbərlər
    Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda
    Xəbərlər
    “ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    Xəbərlər
    Qış mövsümündə kartof kəskin bahalaşacaq? - “Kaspi”nin
    Xəbərlər / Səhiyyə
    Konservləşdirilmiş məhsullar ziyanlıdır? - “KASPİ”nin
    Xəbərlər
    Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
    Xəbərlər / Dünya
    Dünyada ərzaq məhsullarının ucuzlaşması bizə nə vaxt təsir
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    Xəbərlər
    Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?

2023 11-dekabr, 10:00

Tarix

Səhiyyə

Bölmə

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Azərbaycanda "Son zəng"lə bağlı XƏBƏRDARLIQ edildi
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər
XƏBƏRDARLIQ - Bu tarixədək hava PİS KEÇƏCƏK - ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
Hüquqi Məsələlər
Gəlin qayınata-qayınana adına olan evdən necə pay ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum