• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2023 2-oktyabr, 11:30

Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən Natiqin taleyi açıqlandı - FOTO


1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşən, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olan Natiq Qasımovun hekayəsini təqdim edirik.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.
(Kilsə)
Onun məşhur şəklini yəqin ki, çoxları görüb. Əlində bayrağımızla iki erməninin əhatəsində gedir. Sözügedən fotonu italyan hərbi fotoqraf Enriko Sarsini çəkib. Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var.
Britaniyalı rejissor və ssenari müəllifi Karan Sinqh Natiq Qasımovun həyatından bəhs edən sənədli film çəkib.
Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli araşdırma filmi Natiqi dindirən şəxsin Xocalı qatili Vitali Balasanyan olduğunu üzə çıxarıb. Vitali Balasanyan isə bu faktı təkzib edib.
Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.
Karan Sinqh Vitali Balasanyandan münaqişə dövründə əsirlərlə necə davranılmasını danışmasını təkidlə xahiş edir: "Birincisi, kimisə əsir saxlamaq çətindir. İkincisi, əsir təhlükə deməkdir. Əsirlikdən qaçmağa çalışan adam öldürülə, ya da bizimkilərdən kimisə öldürə bilər. Əgər bir adam əsir kimi qeydiyyatdadırsa, niyə onun öldürülməsinə görə başımız ağrımalıdır? Ya da onun bizim adamlarımızı öldürməyinə görə başımız ağrımalıdır... Gördüyünüz kimi, əsir istənilən halda təhlükə mənbəyidir. Hətta insan haqları təşkilatları, eləcə də beynəlxalq konveksiyalar amilini nəzərə alsaq da, bu fakt dəyişmir".
Rejissor fotoqraf Enriko Sarsininin Natiqi əsir götürməsi və erməni hərbiçiləri tərəfindən dindirilməsi zamanı çəkdiyi şəkilləri Vitali Balasanyana göstərir. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımov adlı əsiri xatırlaya bilmədiyini söyləyir: "Bu ad doğurdan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur. Çünki biz bu məsələlərə çox ciddi yanaşırıq. Əsirlər bizim həbsxanalara düşən kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi onları qeydiyyata götürürdü. Biz dərhal Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayırdıq və əsirlər bu təşkilatın nəzarətinə verilirdi".
Balasanyan bununla belə, Sarsinin çəkdiyi fotoşəkillərdən erməni hərbiçilərinin bir neçəsini tanıyır. O, iki hərbiçinin onun əsgəri olduğunu təsdiqləyir, amma Natiq Qasımov nədənsə onun yadına düşmür: "Biz yəqin ki, Natiqi təhvil vermişik. Özü də təkcə Natiqi yox, elə hamısını. Mən sonrakı vəziyyətə görə cavabdeh deyiləm. Əgər öldürdüklərimiz olubsa da, onların nəşini təhvil vermişik. Mən "əgər" sözünü vurğulamaq istəyirəm. Çünki biz öldürməmişik".Vitali Balasanyan)
Maraqlıdır ki, general sorğu zamanı Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərə çarpan gənc zabiti də, deyəsən, tanımır. Rejissor Balasanyanın öz fotosunu özünə göstərib onun kim olmasını soruşur: "Bu haqda heç bir məlumatım yoxdur. Heç bir məlumatım. Heç nə deyə bilmərəm". Yəni özünü tanımır...
Müəllif daha sonra istefada olan polkovnik-leytenant Romik Mixtaryanla görüşmək üçün İrəvana yollanır. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyıb.
Karan Sinqh Natiqi dindirən gənc zabitin fotoşəkilini ona da göstərmək qərarına gəlir və ümid edir ki, Romik onun kimliyinə işıq salmaqda köməklik göstərəcək: "Bu ki, Vitodur, Vitali Balasanyandır. Bəli, Vitali Balasanyandır da".
Deməli, yüksək dövlət mükafataları almış Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu, dəhşətli görünsə də, mümkün idi.
1992-ci ildə Balasanyan Əsgəranın müdafiəsinə başçılıq edirdi. Həmin vaxt cəmi 33 yaşı olsa da, o, əsirlərin dəyişdirilməsini təşkil edirdi. Müsahibədə dindirilmə zamanı göstərilən fotoşəkildə özünü tanımaq istəməməsi heç təəccüblü deyil. Bu, Natiqin yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması ilə bağlı axtarışlarda böyük irəliləyiş sayıla bilərdi.
Lakin rejissor Romikin ifadəsini təsdiqləyən azı bir erməni şahidin ifadəsini almaq istəyir. Tapır da. O, kilsə döyüşündə iştirak etmiş, keçmiş erməni əsgəri Aşot Movsesyanın izinə düşür və Rusiyanın Saratov vilayətinə gedir."O, azərbaycanlı əsir cəsarətli əsgər idi. Necə deyərlər, çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür edin ki, ona qumbara atırdılar, o isə qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşkası atırdıq, amma heç nə təsir etmirdi. Orada (sığındığı kilsə - red) təmiz hava ala bildiyi bir yer tapmışdı. Kilsədə özünü qoruya biləcəyi bir səngər, sığınacaq qazmışdı. Beləcə sağ qalmışdı".
Rejissor sonra Aşota dindirilmə zamanı çəkilmiş fotoşəkli göstərib zabiti tanıyıb-tanımadığını aydınlaşdırmaq istəyir. "Bəli, bəli, bu, Vitalidir. Tanıyıram, çox yaxşı strateqdir. Hərbi strategiyanı çox yaxşı bilirdi Vitali. Azərbaycan dilində də çox təmiz danışırdı. Yəni elə təmiz danışırdı ki, onun erməni olduğundan qətiyyən şübhələnməzdin. Yəni o dərəcədə təmiz danışırdı".
Aşot daha bir sirri də açır. Heç demə, Vitali Balasanyan kilsəyə hücuma şəxsən özü rəhbərlik edirmiş: "Vitali Balasanyanın sayəsində Xocalıdan bir müəllim gətirib kilsəyə saldılar ki, azərbaycanlı ilə danışıb onu oradan çıxmağa razı salsın. Belə də oldu. Balasanyan o vaxt orada idi. Mən də həmin vaxt orada idim. Üçüncü Stepanakert bölüyünün tərkibində ora getmişdim".
Rejissor Aşotdan Natiqin sorğuya çəkilməsində itriak edib-etmədiyini və əsirin sonrakı taleyi haqqında bir şey bilib-bilmədiyini soruşur: "Mən söhbət zamanı orada deyildim. Heç bir şey də eşitməmişdim. Amma dostlarımızdan biz gedəndən sonra orada nə baş verdiyini soruşdum. Eşitdiyimə görə, onu da doğramışdılar.
- Doğramaq deyəndə nəyi nəzərdə tutursunuz?
- Qısası, öldürmüşdülər. Əsir götürəndən sonra öldürmüşdülər. Dəyişdirməmişdilər. Hə, öldürmüşdülər. Belə eşitmişdim".
Rejissor Vitali Balasyanın Natiqin itkin düşməsində əli olduğuna dair şübhələrin artdığını nəzərə alaraq ondan növbəti dəfə müsahibə almaq istəyir. Lakin general növbəti müsahibəyə razılıq vermir. Natiqi dindirən gənc zabitin kimliyinə gəlincə, Vitali Balasanyan yenə də cavab verməməyi seçir.
30 ildən çox vaxt keçməsinə baxmayaraq, ailəsi Natiqin hələ də sağ olduğuna və qayıdacağına inanır... (teleqraf.com)

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    Xəbərlər
    Bu il itirdiyimiz MƏŞHURLAR
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    Xəbərlər / Siyasət
    Bu gün bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    Xəbərlər / Dünya / Siyasət
    Xocalı soyqırımından 32 il keçir - FOTO
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Mədəniyyət
    Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    Dünya / Siyasət
    "İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
    Xəbərlər / Siyasət
    Ombudsman Aparatı Xocalı soyqırımının 30-cu ildönümü ilə
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    Xəbərlər
    Ən yaxın dostu tərəfindən bıçaqlandı, xəstəxanaya gec
    Xəbərlər
    Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
    Xəbərlər
    Gəncə terrorunda ana-atasını itirən körpə Nilayın nənəsi:
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    Xəbərlər
    Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    Xəbərlər
    Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum
    Xəbərlər
    Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    Xəbərlər / Mədəniyyət
    Müşfiqin ölümündə məşhur qadının iştirakı: siçovulla dolu
    Xəbərlər
    Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
    Xəbərlər / Siyasət
    2024-cü ildə qüvvəyə minəcək QANUNLAR - FOTO

2023 2-oktyabr, 11:30

Tarix

Xəbərlər

Bölmə
Xəbərlər
Bu il itirdiyimiz MƏŞHURLAR
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
Xəbərlər / Siyasət
Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Xəbərlər / Siyasət
Bu gün bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
Xəbərlər / Dünya / Siyasət
Xocalı soyqırımından 32 il keçir - FOTO
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
Mədəniyyət
Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
Dünya / Siyasət
"İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
Xəbərlər / Siyasət
Ombudsman Aparatı Xocalı soyqırımının 30-cu ildönümü ilə
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
Xəbərlər
Ən yaxın dostu tərəfindən bıçaqlandı, xəstəxanaya gec
Xəbərlər
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
Xəbərlər
Gəncə terrorunda ana-atasını itirən körpə Nilayın nənəsi:
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
Xəbərlər
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
Xəbərlər
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum
Xəbərlər
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
Xəbərlər / Mədəniyyət
Müşfiqin ölümündə məşhur qadının iştirakı: siçovulla dolu
Xəbərlər
Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
Xəbərlər / Siyasət
2024-cü ildə qüvvəyə minəcək QANUNLAR - FOTO
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

  • Geriyə
  • 1 2 3 4 5 6 7 8 9 10 ... 25
  • Digər xəbərlər
Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Top Xəbərlər
Xəbərlər
Evləri söküləcək bu şəxslərə hər m²-ə görə 4 min ...
Xəbərlər
TƏCİLİ: Bakının bu qəsəbəsi ilanların hücumuna ...
Xəbərlər
Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi ...
Xəbərlər
Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım ...
Xəbərlər
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu ...
Xəbərlər
Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - ...
Xəbərlər
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Həsən Əskəri Dərnəyi
Başqasına vəsiyyət edilən evdən övlada pay ...
Xəbərlər
XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR
Xəbərlər
Azərbaycan İranla birgə hərbi təlim keçirir - ...
Xəbərlər
ETX: Vətəndaşlara "Azərpoçt"un adından saxta ...
Həsən Əskəri Dərnəyi / İslam / Əhkam / Xəbərlər
Ərəfə gününün əməlləri
Xəbərlər
Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobuslarda xüsusi ...
Xəbərlər
Bu ay 13 gün iş olmayacaq - TARİXLƏR
Hüquqi Məsələlər
Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
Hüquqi Məsələlər
Ailə vəziyyətinə görə hərbi xidmətə çağırışa ...
Xəbərlər
İlham Əliyev Vladimir Putini təbrik etdi
Hüquqi Məsələlər
Sosial müavinət alan insan əmək pensiyasına keçid ...
Hüquqi Məsələlər
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum