Sosial müavinət alan insan əmək pensiyasına keçid edə bilərmi?

Sual: Sosial müavinət alan insan əmək pensiyasına keçid edə bilərmi?
Cavab: Əmək pensiyasının məbləği müavinətin məbləğindən bir çox hallarda daha yüksək olur. Bu səbəbdən sosial müavinət alan insanlar əmək pensiyasına keçid etməkdə maraq göstərirlər. Bəs qanunvericilik buna nə deyir? Aşağıdakı hallarda sosial müavinətdən əmək pensiyasına keçid etmək mümkündür:
1. Uşaqlıqdan sağlamlıq imkanları məhdudluğu müəyyən olunan şəxs müəyyən dövrdən sonra 2-ci və ya 3-cü qrup əlilliyi müəyyən olunmuşdur. Həmin gəncin səhhəti imkan vermiş və əmək fəaliyyəti göstərmişdir. Əgər 30 yaşına çatdıqda ümumi 5 il stajı və fərdi hesabında 9000 manat pensiya kapitalı toplayarsa, əlilliyə görə sosial müavinətdən əliliyə görə əmək pensiyasına keçid edə bilər.
2. 57 yaşına çatan qadın 3 övladı olduğuna və müavinət yaşı çatdığı dövrdə işləmədiyinə görə yaşa görə sosial müavinətlə təmin olunmuşdur. Həmin qadının keçmiş dövrdə minimum 25 il stajı mövcud olduğu və əmək pensiyası yaş həddinə çatdığı halda yaşa görə sosial müavinətdən yaşa görə əmək pensiyasına keçə bilər.
Bu misaldakı qadın vətəndaşımızın əgər 1 yanvar 2006-cı ildən 1 iyul 2018-ci ilədək fərdi hesabında minimum pensiya kapitalı varsa, ona 2006-cı il tarixədək 25 il stajın tanınmasına yol verilmir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |
Top Xəbərlər