İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?

Öz ömrünü bihudə yerə keçirmiş və "insaniyyətin ali hədəflərinə" nail ol maqdan uzaq düşmüş bəzi şəxslər iddia edirlar ki, axlaqın saflaşdırılması və düzəlməsi qeyri-mümkün bir işdir. Bu qəbil şəxslər öz iddiaları üçün iki dəlil gətirirlər:
1. Əxlaq insanın batini (daxili) surətidir. Onun zahiri rətini dəyişmək mümkün olmadığı kimi batini surətinin dəyişdirilməsi də qeyri-mümkündür.
2. Əxlaqın gözəlliyi qəzəb, şəhvət, dünya malı və bu kimi dünyəvi şey larin tamamilə aradan getməsini tələb edir. Halbuki bunların aradan apa nlması qeyri-mümkün, bu işə girişməyin isə ömrün zay edilməsindən başqa bir nəticəsi yoxdur. Çünki belə olan təqdirdə insan dünyanın ötəri faydaları və xeyirlərindən əl çəkməlidir ki, bu da qeyri-mümkün bir işdir.
Cavab:
"Bu iddianı iki cür cavablandırmaq olar":
"A. Burada qeyd edilən hər iki dəlili rədd etmək və öz fikrimizi sübut et mək üçün aşağıda göstərilən iki ümumi cavabı təqdim etmək kifayətdir". Birinci: Heç bir şeyi (düzgün) dərk edə bilməyən bu insanlara demək lazımdır ki, insan əxlaqı dəyişməz olmasaydı, bununla bağlı Şəriətin bütün öyüd-nəsihətləri və sifarişləri bihudə sayılar, müqəddəs Şəriət belə bir dərəcə də bizi nəfsimizi saflaşdırmağa şövqləndirməzdi.
İkinci: Heyvanların əxlaqı çox asanlıqla dəyişdiyi bir halda hansı dəlil əsasında insan əxlaqının dəyişməsi və saflaşdırılmasının mümkünlüyünü inkar etmək olar? Nümunə olaraq vəhşi iti qeyd etmək olar. Çünki həmin it "müəyyən zaman çərçivəsində tərbiyələnməklə" əhliləşir və ov iti olaraq "xüsusi təlim-tərbiyə nəticəsində" ovu yemək hərisliyini əldən verir. Həmçinin vəhşi at da (xüsusi və ardıcıl təlim-tərbiyə nəticəsində) əhliləşir və ram olur. Görən, bu əxlaqın dəyişməsi deyilmi? "Görən, insan istedadı tərəqqi və təkamül üçün heyvandan azdırmı?"
"B. Burada isə yuxarıda (insan əxlaqının dəyişməsinin qeyri-mümkünlüyü ilə bağlı) qeyd edilən hər iki dəlilə (iddiaya) ayrıca cavablar təqdim edəcəyik". 1. Birinci dəlilə cavab olaraq bildirmək lazımdır ki, ümumiyyətlə, varlıq aləmində mövcud olan varlıqlar iki dəstəyə bölünür:
1) Onlardan bir hissəsi asiman, ulduzlar, insanın bədən üzvləri və s. kimi yaranışının ilkin mərhələsində insanın heç bir rolu olmadığı kimi onların də yişməsində də, heç bir rolu olmayan və kamilləşmiş formada yaradılmış var lıqlardır.
2) Onun digər hissəsi isə naqis vücuda malik olan və eyni halda kamilləş mək istedadına malik olan varlıqdan ibarətdir. İnsan zəhmət və təlaş nəticə sində onları kamilliyə doğru apara bilər. Buna misal olaraq alma və ya xurma toxumunu qeyd etmək olar. Çünki insan həmin toxumları öz zəhməti sayəsində alma ağacı və xurma ağacına çevirə bilər.
İnsan əxlaqı və xasiyyəti də, həmin (dəyişə biləcək) varlıqlar silsiləsindən sayılır "və kimsə onu islah etməyə cəhd göstərərsə, islah olmaq və kamilliyə doğru dəyişməyə qabiliyyəti vardır".
2. Lakin ikinci dəlilə cavab olaraq qeyd etmək lazımdır ki, insan heç də, malik olduğu qəzəb və şəhvət qüvvələrini tamamilə aradan aparmağa mükəl ləf deyil. Çünki insanda yemək-içmək və ya cinsi ehtiras kimi meyl və hə vəslər olmasa, insan məhv olub aradan gedər və nəsli də kəsilər. Həmçinin in sanda qəzəb qüvvəsi olmasa, müxtəlif zərər-ziyanları özündən uzaqlaşdırmağa qadir olmaz və beləliklə də həlak olar.
Əslində bəşər övladından tələb olunan budur ki, həmin qüvvələri etidal həddində saxlasın, onlardan ağıl və Şəriət çərçivəsində istifadə etsin. Unutmayaq ki, nəfs ilə mübarizə meydanının öndərləri sayılan ilahi peyğəmbərlər də qəzəb və şəhvət kimi qüvvələrdən məhrum olmamışlar. Allah-taala Qurani-Kərimdə tərifləmək istədiyi bəndələr barədə belə buyurmuşdur:
"(0 təqvalılar ki,...) qəzəblərini udarlar..."
والكاظمين الغيظ ...)
Yəni onların xüsusiyyətlərindən biri də budur ki, öz qəzəbləri və qeyzlәrini kontrol edirlər. "Halbuki əgər bu qəbil qüvvələri aradan aparmaq münasib və tələb edilən bir iş olsaydı, o zaman" belə buyurmalı idi:
والفاقدين الغيط
"(O kəslər ki, ...) onların heç bir qəzəbi və qeyzi yoxdur..." Ümumiyyətlə, bu qəbil qüvvələr və istəklərin etidal halında saxlanılması mümkün və olası bir işdir. Gördüyümüz kimi də, insanlardan bir dostosi bu sahədə müvəffəqiyyət qazanaraq nəfsin saflaşdırılmasının uca zirvəsinə nail olmuşlar.
Nəfsin saflaşdırılma qaydası:
Gözəl əxlaqa malik olmaq və nəfsin saflaşdırılması vadisinə girmək üçün insan özünü gözəl əxlaqla nəticələnəcək işləri görməyə, məsələn; xəsis insan özünü (digər insanlara) hədiyyə vermək və bəxşiş etməyə, təkəbbürlü insan isə özünü təvazökar aparmağa vadar etməlidir. Bununla bağlı pis xasiyyətini əldən verənə qədər və gözəl xislətlərin öz daxilində həqiqi xasiyyətə çevrilə nə, həmçinin bu qəbil yaxşı işləri görməkdən ləzzət alanadək həmin yaxşı iş ləri davam etdirməlidir. Necə ki, həzrət Peyğəmbər (s) buyurur: "Mənim gözü mün işığı namazda qərar verilmişdir".
Bu qəbil yaxşı işlər zaman ötdükcə və insan ömrü uzandıqca çoxalır və beləliklə insan nəfsi belə işlər görməklə sabitləşərək möhkəmlənir. Bu ilahi peyğəmbərlərin onlar üçün Allahdan uzun ömür dilədikləri həmin əməldir.'
Bəzi vaxtlar gözəl əxlaq fitri bir kamillik kimi insanın daxilində peyda olur. Belə ki, körpə uşaq kamil ağıl və gözəl əxlaqla dünyaya gəlir, (ömrünün sonrakı mərhələlərində) qəzəb və şəhvətini nəzarətdə saxlamağa qadir olur. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə belə buyurulur: "Gözəl əxlaq Allah-taala tərəfindən yaradılmışlara verilmiş bir hədiyyədir. Gözəl əxlaq ba zi insanlarda fitri istedad, bəzi insanlarda isə qəsd və niyyət formasında qo yulmuşdur"
Ravi soruşdu: "Bu ikisindən hansı daha üstündür?" İmam Sadiq (ə) onun cavabında buyurur: "Gözəl əxlaqa fitri tərzdə malik olan insan bir işi icra etmək istədikdə sahib olduğu metoddan kənar "ayrı yol va metod asasında hərəkət etməyə" qadir deyildir. Lakin qəsd və niyyətlərini gözəl əxlaq quran insanlar ibadətləri yerinə yetirmək və Allaha itaətkarlıq etmək üçün daha çox səbirli olmalıdırlar. Buna görə də onlar daha üstün sayılırlar."
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.