TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANLARINDAKI HİKMƏTLƏR

İmam Sadiq (ə) hindli təbibə: Qara ciyər qövsvari formasında yaradılıb ki, mədəyə ağırlıq etmək və onu sıxmaqla içindəki buxarı çıxartsın.
İmam Sadiq (ə) - Müfəzzəl ibn Ömərə: Ey Müfəzzəl! İnsanın bədən üzvlərinə, onların hər birinin bir məqsəd üçün yaranmasına fikir ver:... ağız yemək üçün, mədə həzm, qara ciyər saf-çürük etmək, ifrazat orqanları artıqları ifraz etmək, bağırsaqlar isə onları daşımaq üçün yaradılıb...
Görəsən mədəni belə «əsəbi» və ağır yeməkləri həzm etmək üçün kim yaradıb?! Bəs yeməyin lətif və saf hissəsini qəbul etmək və mədənin işindən daha incə bir iş olan həzmetməni həyata keçirmək üçün qara ciyəri belə incə şəkildə yaradan kimdir?!
Əlbəttə ki, Allah!
Bu orqanların yaradılışında hər hansı səhlənkarlıq görürsənmi? Heç vaxt! Bəlkə bunlar hikmətli, qüdrətli, əşyaları yaratmazdan qabaq onları dərindən billən bir quruluşverənin qurduqlarıdır. Onu heç bir şey aciz edə bilməz. O, lütfkar və hər şeydən xəbərdardır.
Allah-Təala insanın boşalması üçün yaratdığı ifrazat orqanlarını onun on gizli yerində yerləşdirmişdir. Nə bədənin qabaq, nə də arxa hissəsindəki ifrazat orqanları qabarıq şəkildə görsənmir. Bəlkə bədənin qəliz bir nahiyyəsində pərdələnmiş şəkildə gizlədilib. Budlar onu əhatələmiş, ombalar üzərindəki ət vasitəsilə onları örtmüşdür. İnsan ifraz etməyə ehtiyac duyduqda xüsusi bir şəkildə əyləşir və ifraz olunan hissə aşağıya meyllənmiş şəkildə ondan ayrılır. Yaratdıqları üzdə olan və nemətləri saya gəlməyən Allaha eşq olsun!...
Ağız suyu və onun faydalari haqqında düşün! O, daim ağıza axır ki, boğaz və onun yuxarı nahiyyəsindəki ətlər qurumasın. Çünki ağızda nəmlik olmasa, o, yeməyi çeynəyə bilməz və insan ölər. Bunu müşahidələr də təsdiq edir.
Bil ki, rütubət yeməyin «miniyi»dir. Bu rütubətin bir hissəsi <«<mürrə»də (zərdab və ya öd) cərəyan edir və bədən bunun nəticəsində tarazlıq tapır. Əgər mürrə qurusa, insan ölər... Bil ki, insanda dörd qüvvə var:
Cazibə-qidanı qəbul edib mədəyə ötürən qüvvə; Saxlayıcı təbiətin öz işini görməsi üçün qidanı Həzmetmə - qidanı parçalayan və onun saf hissəsini saxlayan qüvvə bədənə paylayan qüvvə;
İfrazetmə – həzmetmə qüvvəsi özünün ehtiyacını ödədikdən sonra qalan artığı bədəndən çıxaran qüvvə.
Bədəndə bu dörd qüvvənin yaradılması, onların funksiyaları, onlara olan ehtiyac və quruluşlarındakı hikmətə fikir ver! Əgər cazibə qüvvəsi olmasaydı, insan özünün yaşaması üçün vacib olan qidaya tərəf necə meyillənərdi? Bəs saxlayıcı qüvvə olmasaydı, qida içəridə necə qalardı ki, mədə onu həzm etsin? Həzmetmə qüvvəsi olmasaydı, qida necə parçalanar və bədən özünə lazım olan saf hissəni götürüb ehtiyaclarını necə ödəyərdi? Əgər ifrazetmə olmasaydı, həzm qüvvəsinin ayırdığı tullantılar hansı vasitə ilə bir-birinin ardınca bədəndən çıxarılardı?!
Görmürsən ki, Allah-Təala zərifliyi və gözəl quruluş verməsiylə bu dörd qüvvəni bədənə necə ismarlamış, onun məsləhətinə görə iş görməyə məcbur etmişdir?!
Bir misal çəkim: bədən bir padşahlığa bənzəyir ki, o evdə böyüklər, kiçiklər və ora təhkim olunmuş xidmətçilər var. Xidmətçilərdən biri böyüklərə lazım olan vasitələri gətirir, digəri o malları istifadə üçün saxlayır, üçüncüsü əşyaları istifadəyə yararlı vəziyyətə gətirib nizamlayır, dördüncüsü isə tökülən zibillərdən təmizləyir. Bizim məsələdə padşah aləmlərin sultanı olan hikmət sahibi- böyük Yaradandır. Ev həmin bədən, ailə üzvləri bədənin orqanları, xidmətçilər isə həmin o dörd qüvvədir. Bəlkə güman edirsən ki, bü dörd qüvvə və onların fəaliyyətini bəyan etdiklərim artıqdır. O qüvvələri bəyan etməyimin məqsədi tibb kitablarındakı məqsədlərdən, dediklərim də orada deyilənlərdən fərqlənir. Çünki təbiblər bu dörd qüvvəni təbabətdə işlətdikləri və bədəni sağlamlaşdırmaq üçün istifadə etdikləri üçün xatırladırlar. Amma mənim onları belə geniş şəkildə izah etmək, misal çəkmək və hikmətlərini bəyan etməkdə məqsədim insanların mənəviyyatını islah etmək, ruhlarına cəhalət xəstəliyindən şəfa verməkdir.
Ey Müfəzzəl! Gündüz və gecənin iki «dövlətini»> qurmaq üçün günəşin çıxıb-batması haqqında fikirləş... Əgər günəş batmasaydı, insanlar istirahət edə bilməzdilər. Halbuki bədənlərini aram etmək, hisslərini cəmləmək, həzmetmə qüvvəsinin qidanı həzm edib əzalara paylamasından ötrü insanların istirahətə çox böyük ehtiyacı var.
İmam Sadiq (ə) - bir hədisdə: İnsanda nur, od, hava və su yaradılmışdır. O, nur vasitəsilə görür, düşünür və onları anlayır. Odla yeyir və içir. Əgər mədədə hərarət olmasaydı, yeməyi bişirə bilməzdi. İnsanın içindəki hava mədənin odunu şölələndirməsəydi, o, özbaşına heç vaxt şölələnməzdi. Onun içindəki su mədənin hərarətini söndürməsəydi, hərarət insanın içini yandırardı.
İmam Kazim (ə): İnsanın bədəni dörd qüvvə üzərində yaradılıb: Hava - insan onun yeli ilə yaşayır. O, bədəndəki xəstəliyi və üfunəti çıxardır.
Yer-quruluq və hərarəti yaradır.
Qida - qan ondan yaranır. Qida mədəyə düşür, mədə onu əzir və orqanizm onun saf hissəsini qan şəklində qəbul edir, artıqlarını isə ifraz edir. Su-bəlğəm yaradır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.