• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 10-08, 19:57

İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI


Müəllif deyir : Apardığım təhqiqata əsasən, İmam Hüseyn (ə) şəhid olmasından və qarşısına çıxan hadisələrdən xəbəri var idi. O Həzrət öz təklifini olduğu kimi yerinə yetirdi. Mən «Ğiyasu Sultanil-VəraLisukkanis-Səra» kitabında ravilərin (hədis rəvayət edənlər) adlarını yazmışam. Onlardan bir dəstəsi əllərində sənədlərə əsasən, Əbu Cəfər Mühəmməd ibn Babəveyh Qumidən bir hədis nəql edirlər. Həmin hədis İmam Sadiq (ə) öz hörmətli ata-babasından belə nəql edir: Bir gün İmam Hüseyn (ə) qardaşını İmam Həsən (ə) evinə daxil oldu. İmam Hüseyn (ə) qardaşını görən kimi ağlamağa başladı. İmam Həsən (ə) soruşdu: Nə üçün ağlayırsan? İmam Hüseyn (ə) buyurdu: «Sizə olunan zülm və sitəmlərə görə ağlayıram». İmam Həsən (ə) buyurdu: «Həqiqətən, gizlicə mənə zəhər verəcəklər və məni zəhərləyib öldürəcəklər. Bu cür mənə zülm edəcəklər. Amma ey Əba Əbdullah,

لَا یَوْمُ کَیوُمُکَ یا اَباعَبدِالله
sənin şəhid olduğun gün kimi aləmdə bir gün tapmaq olmaz. Çünki otuz min nəfər səni müasirəyə alacaq. Halbuki, onlar müsalman və bizim babamız Mühəmmədin (s) ümmətindən olduqlarını iddia edəcəklər. Onlar sənin qanını tökmək, sənə hörmətsizlik, əhli-əyalını əsir etmək və mal-dövlətini qarət etmək üçün hazırlaşacaqlar. Bu zaman Allah-Təala öz lənət və nifrinini Bəni-Ümeyyəyə göndərəcək. Bütün varlıq, hətta səhradakı vəhşilər və dəryadakı balıqlar sənin müsibətində ağlayacaqlar».
Alimlərdən necəsi mövcud sənədlərə əsasən, mənim üçün Ömər Nəssabədən bir hədis rəvayət etdi. Ömər Nəssabə nəsəb elmində yazdığı «Şafi» kitabında həmin hədis nəql edib. O, bu hədisin silsilə sənədini babası Mühəmməd ibn Ömərə çatdırır. 
Hədis belədir: «Atam Ömər ibn Əli ibn Əbu Talib (ə) mənim dayılarım (Əqilin övladları) üçün nəql edirdi ki, İmam Hüseyn (ə) Yezidlə beyət etmədi. O Həzrətin yanına getdim. Gördüm ki, təkdir. Həzrətə ərz etdim: «Canım sənə qurban, qardaşınİmam Həsən (ə) atası Əli (ə)-dan nəql edirki,.... Sözümü axıra çatdırmamış məni ağlamaq tutdu. Nalə-fəryadım ucaldı. İmam Hüseyn (ə) məni öz yanında oturub,buyurdu: «Qardaşım mənim ölümümü sənə xəbər verdi?» Ərz etdim: «Ey Peyğəmbərin övladı! Allah o günü göstərməsin».İmam Hüseyn (ə) buyurdu: «Səni and verirəm atanın haqqına, qardaşım sənə həmin xəbəri verdi?» Ərz etdim: «Bəli, əzizqardaşım, niyə öz canını qorumaq üçün Yezidə beyət etmədin?»İmam Hüseyn (ə) buyurdu: «Atam mənə buyurduki, Allahın Rəsulu (s) mənim və sənin şəhid olmağımızı xəbər verdi. Atam buyurdu ki, mənimlə sənin qəbirin bir-birinə yaxın olcaq». (İmam Əlinin (ə) və İmam Hüseyn (ə) qəbri İraq ölkəsindədir. İmam Əli (ə) Nəcəf şəhərində və İmam Hüseyn (ə) Kərbalada dəfn olubdur.
)
Sonra İmam Hüseyn (ə) mənə buyurdu: «Elə bilirsən ki, sənin bildiklərini mən bilmirəm? And olsun Allaha, heç vaxt xar və zilllət içində yaşamayacağam. Anam Fatiməyi-Zəhra (ə), ümmətin bizə etdiyi zülm və sitəmlərindən öz atası Allahın Rəsuluna (s) şikayət edəcək. Fatiməyi-Zəhra (ə) övladlarına zülm edənlərin heç biri behiştə getməyəcəklər».
Müəllif deyir: Ola bilsin ki, düşəncəsi az olanların bəziləri şəhadətin (Allah yolunda şəhid olmağın) nə qədər böyük saədət və xoşbəxtçilik olduğunu başa düşmürlər. Bəlkə də bu çür adamlar bilirlər ki, - 

وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ
«Özünüzü öz əllərinizlə həlakətə atmayın» ( «Bəqərə» surəsi, ayə 195.)  ayəsi şəhid olmağı, Allah yolunda ölməyi qadağan edir. Halbuki, bu cür deyil. Şəhadət insan üçün ən böyük səadətdir. İmam Sadiq (ə)-dan rəvayət edən «Məqtəl» kitabının müəlifi, yuxarıda qeyd etdiyimiz ayənin təfsirində nəql edir ki, Əsləmdən belə rəvayət olunur: «Biz müharibələrin birində iştirak etdik. Müsalmanlar döyüşmək üçün cərkəyə düzüldülər. Düşmən də bizim qarşımızda öz cərgələrini tənzimlədi. 
Heç bir meharibədə bu cür uzun və enli cərgərəli görməmişdim. Rumlular öz şəhər divarlarına arxalanıb, müharibəyə hazırlaşırdılar. Bu zaman müsalmanlar cərgələrindən bir nəfər düşmənə hücum etdi. Müsalmanlar dedilər:

لا إِلهَ إِلاَّ اللَّهُ أَلْقی نَفْسَهُ إِلَی التَّهْلُکَةِ
«Allahu Əkbər! Bu kişi öz əlləri ilə özünü həlakətə aldı». Orada olan Əbu Əyyub Ənsari müsalmanların cavabında dedi: «Bu kişi düşmənə hücum edib şəhid olmaq istədiyi təqdirdə, siz bu ayənimi ona tətbiq edirsiniz?! Halbuki, siz fikirləşdiyiniz kimi deyil. Dediyinizayə isə bizim haqımızda nazil olub. Çünki biz gecə-gündüz Allahın Rəsuluna (s) kömək edir, öz ailəmiz və mal-dövlətimizdən əl çəkmişdik. O zaman bütün qazanclarımıza göz yummuşduq, yaşayışımız çətinləşmişdi, çox ağır vəziyyətə düşmüşdük. Ondan sonra bu qərara gəldik ki, Peyğəmbərə (s) kömək etməyib öz maddi vəziyyətimizi düzəldək. Bu zaman həmin ayə nazil oldu:

وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ
Ayənin mənası bundan ibarətdir ki, əgər Peyğəmbər (s)-a kömək etməkdən əl çəkib evlərinizdə otursanıız, öz əllərinizlə özünüzü bədbəxtçilik və həlakətə salacaq vəAllah-Təalanı öz əleyhinizə qəzəbləndirəcəksiniz. Bəsbu ayə, bizim gördüyümüz həmin işə görə nazil olub. Belə isə düşmənə həmlə edib öz dostlarını da təşviq edən şəxsə, həmçinin, şəhid olmaq və axirət savabına çatmaq üçün Allah yolunda cihad edən adama aid deyil».
Kitabın «Ön söz»ündə qeyd etdiyimiz kimi Allah övliyaları haqq yolunda nizə və qılınc yaralarından qorxmurlar. Bu kitabda nəql edəcəyimiz başqa mətləblər də həmin mövzunun həqiqətlərini aşkar edəcək.

Tərtib etdi: Pervin Kərimova

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 3
  • Oxşar xəbərlər
Seyyidoglu 10 avqust 2021 23:14

Can can can 😪😪😪

Seyyidoglu 10 avqust 2021 23:16

Lebbeyke ya Huseyn ✋

Huseyn Qatar 11 avqust 2021 01:39

Allah bizi Ehli- Beyt in yaninda olanlardan qerar versin

2021 10-08, 19:57

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ QƏDƏRKİ DÖVR.
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
Xəbərlər
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum