AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
Ravi deyir: Ömər ibn Sədin qoşunu hücum məqsədi ilə atlarına mindikdən sonra İmam Hüseyn (ə) Büreyr ibn Xuzeyri onların yanına göndərdi. Büreyr onları nəsihət etməyə başladı. Amma onun nəsihətlərinin küfəlilər üçün heç bir faydası yox idi. O geri qayıtdı. Sonra İmam Hüseyn (ə) öz atına mindi, bir neçə anlığa sakit oldular. Hüseyn (ə) əvvəlcə Allaha həmd-səna etdi, Peyğəmbərlərə, mələklərə və Mühəmməd (s)-ə salam göndərdikdən sonra söhbətə başlayıb buyurdu:
تَبَّا لَکُم أیَتُها الجَماعَة و تَرَحَا حِینَ استَصرِختُمُونا وَالِهَينَ فَأصرَخنَاکُم مُوجِفیِنَ سَلَلتُم عَلَینَا سَیفَا لَنَا فِی أیمَانِكُم وَ حَشَشتُم عَلَینَا نَارا اقتَدَحَناهَا عَلى عَدُوِنا وَ عَدوِکُم فَأصبَحتُم أِلباً لأعدائَکُم عَلَى أولِيائِكُم
«Həlak olsanız ey camaat! Siz sərkərdan idiniz, özünüz məni çağırıb kömək istədiniz, biz də sizin dəvətiniziqəbul edib təcili olaraq sizin köməyinizə gəldik. Siz and içmişdiniz ki, öz qılınclarınızla bizə kömək edəcəksiniz. İndi isə üzümüzə qılınc çəkib bizi öldürmək istəyirsiniz və bizi yandırmaq üçün od alovlandırıbsınız. Halbuki biz bu oda özümüz və sizin düşmənlərinizə qarşı hazırlamaq istəyirdik. Bu gün siz öz dostlarınızı öldürməyə və düşməninizə kömək etməyə gəlibsiniz halbuki, onlar sizin aranızda ədaləti bərqarar etmişdir, onlarakömək etməklə heç vaxt sizin üzünüzə səadət qapısını açmayacaqlar. Siz nə üçün bizə kömək etməkdən əl çəkdiniz, halbuki, qəlblər aram, düşüncələr möhkəm və qılınclar qınında idi. Amma siz fitnə odunu şölələndirib çəyirtkələrin oyan-buyana uçub odda yandıqları kimi özünüzü dəlicəsinə oda atdınız.Ey haqq ilə zidd olanlar, ey müsalman cəmiyyətindən xaric olanlar, ey Quranı tərk edənlər, ey kəlamları saxtalaşdıranlar, ey günahkar cəmiyyət, şeytan vəsvəsələrinə itaət edənlər, və ey Peyğəmbərin (s) şəriət və qayda-qanunlarını aradan aparanlar! Allah rəhmətindən uzaq olasız! Siz, namərd insanların tərəfini saxlayıb bizə kömək etməkdən əl götürürsünüzmü? Bəli, and olsun Allaha, hiylə və hoqqabazlıq sizin qədim adətinizdir. Sizin kökünüz və qol-budağınız hiyləgərliklə inkişaf edib, fikriniz onunla möhkəmlənib, eləcə də bir meyvəyə bənzəyirsiniz ki, sizə baxanın ürəyi ağrıyıb. Qəsbkar düşmən qarşısında isə kiçik bir tikəyə bənzəyirsiniz ki, hamınızı bir dəfəyə udmağa hazırdır». Sonra Həzrət buyurdu:
ألَا وإنّ الدَعِيَّ ابنَ الدَعِيِّ قدْ رَكَزَ بينَ اثنَتَينِ: بينَ السِّلَّة والذِّلَّةِ، وهيهاتَ منّا الذِّلَّةُ، يأبَى اللهُ لَنَا ذلكَ ورَسُولُهُ والمؤمِنونَ،
«Agah olun! Zinakar oğlu zinakar (ibn Ziyad) məni iki yoldan birini seçməkdə sərbəst qoyubdur: ya qılınc ələ alıb mübarizəyə hazır olam, ya da zillət paltarını geyib Yezid ilə beyət edəm. Amma zillət və xarlıq bizdən çox uzaqdır. Allah, onun göndərdiyi Peyğəmbər, möminlər, pak əllərdə tərbiyə olanlar, qeyrətli şəxslər və insanlar qarşısında zillətlə yaşamağı mərd mərdanə ölməkdən üstün tutaq. Bilməlisiniz ki, köməyim az olmağına baxmayaraq sizinlə mübarizə edəcəyəm». Bu vaxt Həzrət, Fərvət ibn Müsəyk Muradinin şeirlərindənbir neçə beyt oxudu:
وإِنْ نُغْلَبْ فغيرُ مُغَلَّبِيْنا فإِنْ نَغْلِبْ فغَلاّبون قِدْمًا
مَنَايَانَا وطُعْمَةُ آخريَنَا وما إِنْ طِبُّنا جُبْنٌ ولكنْ
کَلاَکِلَهُ أناَ بِآخرِینا اِذا مَا المَوتُ رَفَّعَ عَن أَناس
كما أَفْنَى القرونَ الأوّلينا فأَفْنَى ذلكمْ سَرواتِ قُومي
ولو بَقِي الكِرامُ إذَن بَقِينا فلَو خَلَدَ المُلوكُ إذَن خَلَدْنا
سَیَلقِیَ الشامِتونَ کَما لَقِینا فَقُل لِلشامِتِینَ بِنا أَفِیقُوا
Şeirin məzmunu bundan ibarətdir: «Əgər biz düşmənə qələbə çalsaq, təəccüb etmək lazım deyil. Çünki həmişə qələbə çalmışıq və əgər şəhid olsaq, bu bu da Allah məsləhətidir və qorxu üzündən öldürülməmişik, lakin əcəlimiz və həyatın dəyişmə səbəbi çatıbdır. Belə olan sürətdə başqaları bizdən sonra hökümətə çatacaqlar. Əgər ölüm bir dəstənin evindən uzaqlaşsa, başqa şəxslərin qapısını döyəcək. Mənim tayfamın böyükləri sizin əlinizlə qətlə yetirilidilər, necə ki, keçmiş dövrlərdəki insanlar ölüm caynaqları altında can verdilər. Bəli, əgər padşahlar əbədi olaraq dünyada qalsaydılar, biz də daimi yaşayardıq və dahi insanlar əbədi olsaydılar, biz də əbədi olaraq dünyada qalardıq. Bizi məzəmmət edən şəxslərə de: «Ayıq olun və faydasız yerə məzəmmət etməyin. Çünki biz mübtəla olduğumuz ölüm, bir gün sizin də sorağınıza gələcək». Sonra İmam (ə)sözünə belə davam etdi: «And olsun Allaha,siz məni öldürəndən sonra çox yaşamayacaqsınız, bir piyadanın ata minməsi müddəti qədər həyat sürməyəcəksiniz. Zəmanə dərman daşı kimi sürətlə başınıza fırlanacaq, sizi dəyirman daşının oxu kimi əbədi nigaranlıq və iztirabda saxlayacaq. Bu xəbəri atam Əli (ə) cəddim Rəsulullah (s)-dən eşidib mənə nəql edib.
فَأَجْمِعُواْ أَمْرَكُمْ وَشُرَكَاءكُمْ ثُمَّ لاَ يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُواْ إِلَيَّ وَلاَ تُنظِرُونِ إِنِّي تَوَكَّلْتُ عَلَى اللّهِ رَبِّي وَرَبِّكُم
İndi fikirlərinizi bir yerə yığıb bir-birinizlə məşvərət edin ki, bu iş sizə gizli qalmasın. Sonra isə məni öldürün və bir anda olsa möhlət verməyin. Mən öz Allahıma, sizin Allahınıza ümid bağlamışam və hər bir məxluq Onun qüdrəti dairəsindədir. Həqiqətən, mənim Allahım düzgün, ədalətli yolu sevir». İmam Hüseyn (ə) xütbə oxuyandan sonra düşmən dəstəsinə nifrin edib buyurdu: «İlahi, onları öz rəhmət yağışından məhrum etmə! Həzrət Yusif (ə)-ın dövründə olan aclıq illəri kimi onlara da aclıq illərini göndər! Qulam Səqəfini hakim et ki, ölümün acı şərbətini onlara icirtsin. Çünki, onlar mənə yalan deyib aldatdılar. Sənsə bizim yardanımız, sənə təvəkkül və sənin dərgahına tövbə etmişik. Bütün mövcudat sənin dərgahına qayıdacaq».
Sonra Həzrət İmam Hüseyn (ə) Həzrət Peyğəmbər (s)-in «Mürtəciz» adlı atını istədi və öz tərəfdarlarını döyüşə hazırladı.
Ravi deyir: Aşura günü Ömər ibn Səd irəli gəldi. O, İmam Hüseyn (ə)-ın sahəbələrinə tərəf ox atıb dedi: «Ey camaat, əmirin (İbn Ziyad) yanında şahid olun ki, ilk oxu mən atdım».
Bundan sonra Ömər ibn Sədin qoşununun tərəfindən oxlar yağış kimi İmam (ə) və Onun köməkçilərinə tərəf yağdırılmağa başladı.İmam Hüseyn (ə) səhabələrinə buyurdu:
قوموا رحمکم الله!الي الموت الذي لابد منه،فان هذه السهام رسل القوم اليکم
«Allah sizi bağışlasın, qalxın ölümə doğru irəliləyin! Bundan başqa çarə yoxdur. Çünki bu oxlar düşmənin sizi döyüş çağırmaq üçün göndərdiyi xəbərdir». Bu vaxt İmam Hüseyn (ə)-ın sahabələri düşmənə həmlə etdilər. Onlar bir saat döyüşdükdən sonra bəziləri şəhid oldu. İmam Hüseyn (ə) əlini üzünə çəkib buyurdu:
اشتد غضب الله على اليهود إذ جعلوا له ولداً ، واشتد غضبه على النصارى إذ جعلوه ثالث ثلاثة ، واشتد غضبه على المجوس إذ عبدوا الشمس والقمر دونه ، واشتد غضبه على قوم اتفقت كلمتهم على قتل ابن بنت نبيهمأما والله لا اجيبنهم إلى شيء مما يريدون حتى ألقى الله تعالى وأنا مخضب بدمی
Yəhudilər «Allahın övladı var» - deyən zaman Allah-Təala onlara öz qəzəbini göndərdi. Çünki onlar deyirdilər: «Uzeyr Allahın oğludur». Nəsranilər üç Allaha mötəqid olduqları zaman Allah-Təala öz qəzəbini onlara göndərdi. Məcus tayfası Allaha ibadət etməkdən əl çəkib günəş və aya pərəstiş edən zaman Allah-Təala öz şiddətli qəzəbini onlara nazil etdi. Həmçinin, əl-ələ verib Peyğəmbərin (s) övladlarını öldürməyə hazır olan xalqı öz şiddətli qəzəbinə düçar etdi. Amma and olsun Allaha, mən bu millətin təklifini qəbul etməyəcək, Yezid ilə beyət etməyəcək və öz qanıma bulaşmış halda Allahı mülaqat etməyəcəm».
Əbu Tahir Mühəmməd ibn Hüseyn «Məalimud-din» kitabında İmam Sadiq (ə)-dan belə rəvayət edir: «Atam deyir ki, İmam Hüseyn (ə) Ömər ibn Sədlə görüşəndən sonra müharibə başlandı. Allah-Təalaİmam Hüseyn (ə)-ın köməyinə bir dəstə mələk göndərdi. Mələklər o Həzrətin başı üstündə uçurdular. Burada İmam Hüseyn (ə) iki yoldan birini seçməli idi: Ya mələklərin köməyi ilə düşmənləri nabud etməli, ya da şəhid olub Allaha qovuşmalı idi. İmam Hüseyn (ə) ikinci yolu seçdi». Sonra o Həzrət uca səslə buyurdu:
أَمَا مِنْ مُغِیثٍ یُغِیثُنَا لِوَجْهِ اللهِ؟ أَمَا مِنْ ذَابٍّ یَذُبُّ عَنْ حَرَمِ رَسُولِ الله؟
«Allaha xatir bizə kömək etmək istəyən varmı? Düşmənləri Allahın Peyğəmbərinin (s) hərəmindən qovub uzaqlaşdıran varmı?»
İmam Hüseyn (ə) sözünü tamam edəndən sonra Hürr ibn Yezid Riyahi, Ömər ibn Sədin yanına gəlib dedi: İmam Hüseynlə müharibə etmək istəyirsənmi?! Ömər ibn Səd dedi:
إِي وَ اللَّهِ قِتَالًا أَيْسَرُهُ أَنْ تَطِيرَ الرُّءُوسُ وَ تَطِيحَ الْأَيْدِي
«Bəli, and olsun Allaha elə bir müharibə edəcəyəm ki, ən azı başlar və qollar bədəndən ayrılacaq».
Hürr bu sözləri eşidəndən sonra dostlarından uzaqlaşdı, yavaş-yavaş İmam Hüseyn (ə) xeymələrinə doğru hərəkət etdi. Bunu görən Mühacir ibn Ovs dedi: «Ey Hürr, sənin bu əməlindən şübhələnirəm. Əgər məndən soruşsan küfəlilərin ən şücayətlisi kimdir? Deyərəm ki, Hürr ibn Yezid Riyahidir. Belə isə nə üçün bədənin lərzəyə düşübdür?» Hürr dedi: «And olsun Allaha, özümü Behişt və Cəhənnəm arasında hiss edirəm. Amma Allahaand olsun ki, hətta məni tikə-tikə doğrayıb odda yandırsalar belə, heç nəyi behiştdən üstün tutmayacağam». O, bunu deyib atını çapdı. İmam Hüseyn (ə)-ın qaldığı xeymələrə tərəf gəlib əllərini başına qoyaraq deyirdi:
اَللّهمَّ إِلَيكَ أَنَبتُ فَتُب عَلَىَّ فَقَد أَرغَبتُ قُلُوبَ أَولِيائِكَ وَ أَولادِ بِنتِ نَبِيِّكَ
«İlahi, Sənin dərgahına tövbə edirəm, mənim tövbəmi qəbul et! İlahi, sənin Peyğəmbərinin qızının övladlarını qorxuya salmışam». Üzünü İmam Hüseyn (ə)-a tutub dedi: «Canım Sənə qurban, mən həmin şəxsəm ki, sizin Mədinəyə qayıtmağınıza mane oldum. Mən heç də təsəvvür etmirdim ki, küfəlilər işi bu yerə gətirib çıxaracaqlar. İndi öz işimdən peşman olmuşam, Allah dərgahına tövbə etmək istəyirəm. Görəsən tövbəm qəbul olunacaqmı?» Həzrət buyurdu: «Bəli,Allah-Təala sənin tövbəni qəbul edəcək, düş atdan». Hürr dedi: «Sənin yolunda at üstündə vuruşmaq, piyada vuruşmaqdan daha yaxşıdır. Çünki, öz mübarizəmin son anlarında məni atdan yerə yıxacaqlar. Bir halda ki, sənin yolunu bağlayan ilk şəxs mən idimsə, icazə verin sənin yolunda ölən ilk şəxs də mənolum. Ümidvaram ki, qiyamət günü cəddin Mühəmmədin (s)-i ziyarət edən zaman, onunla əl-ələ verib görüşən şəxslərdən biri də mən olam».
Müəllif: «Hürrün bu sözlərində məqsədi həmin vaxt onun birinci şəhid olmaq arzusu idi. Çünki artıq ondan qabaq bir neçə nəfər şəhid olmuşdu».
İmam Hüseyn (ə) Hürrə icazə verdi. Hürr şücaətlə döyüşə başlayıb düşmənin bir neçə nəfər qüvvətli əsgərini öldürdü. O, mərdcəsinə vuruşub şəhadətə yetdi. Hürrün cənazəsiniİmam Hüseyn (ə)-ın yanına apardılar. Həzrət Hürrün üzündəki toz-torpaqları təmizləyə-təmizləyə deyirdi:
أَنتَ الحُرُّ كَما سَمَّتكَ أُمُّكَ حُرّاً فِى الدُّنيا وَ الآخِرَةِ
«Sən azad kişisən, necə ki anan adını Hürr (azad) qoyubdur.Sən dünya və axirətdə azad kişisən».
Ravi deyir: «Bu vaxt Bürəyr ibn Xüzəyr döyüş meydanına varid oldu. O, zahid və abid bir kişi idi. Yezid ibnMüəqqəl onunla mübarizə etmək üçün irəli gəldi. Onlar şərtləşdilər ki, Allah-Təaladan batil şəxsin ölümünü istəsinlər. Hansı birimiz qətləyetişsə, batill şəxs məlum olacaq. Həmin şərtlə döyüşə başladılar. Büreyr onu öldürdü. O, yenə döyüşə davam edərək nəhayət, şəhadətə yetdi. Sonra Vəhəb ibn Cinah Kəlbi meydana gəldi. O, şiddətli döyüşdən sonra xeyməyə qayıtdı. Onun anası və əyalı da Kərbalada idi. Xeymələrə qayıdaraq ansına dedi: «Anacan məndən razı oldunmu?» Anası dedi: «Hüseyn (ə)-ın yolunda şəhadətə yetişməyincə səndən razı olmayacağam». Əyalı dedi: «Sənə and verirəm Allahı, məni öz ölümünlə müsibətə mübtəla edib qəlbimi ağrıya salma!»
Anası dedi: «Əziz oğlum, arvadının sözünə qulaq asma! Peyğəmbər (s) qızının oğlu Hüseyn (ə)-ın yolunda döyüş və qiyamət günü Onun cəddinin şəfaətindən məhrum olma!» Vəhab meydana qayıtdı. O, qollarının hər ikisi kəsilənə qədər döyüşdü. Onun əyalı bu səhnəni gördü. O, uzun bir ağac götürüb həyat yoldaşına sarı qaçdı. Ərinə dedi: «Atam anam sənə qurban, Allahın Rəsulunun (s) pak və hörmətli Əhli-Beytinin yolunda döyüş, onlara kömək et!» Vəhab həyat yoldaşını qadınlar olanxeyməyə qaytarmaq istədi. O, Vəhəbin atəyindən tutub dedi: «Şəhid olmayınca geri qayıtmayacağam». İmam Hüseyn (ə) buyurdu: «Allah-Təala bu fədakarlığınızın əvəzində sizə böyük əcr versin. Sən qadınların yanına qayıt». Vəhəbin həyat yoldaşıgeriqayıtdı.Vəhəb isə mübarizə edib şəhadətə yetişdi. Sonra Müslüm ibn Ovsəcə döyüş meydanına getdi. Bütün qüvvəsi ilə düşmənlə vuruşaraq çətinliklərə və bəlalara səbir etdi. Nəhayət, yarıcan halında atdan yerə düşdü. Bu vaxt İmam Hüseyn (ə) və Həbib ibn Məzahir ona tərəf gəldilər. Həzrət Əba Əbdillah Hüseyn (ə) Müslümin bağışlanmasını Allahdan istəyib bu ayəni oxudu:
فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا
«Onların bəziləri öz əhdlərinə vəfa etdilər (şəhid oldular) və bəziləri şəhadətə yetişmək üçün intizar çəkirlər, onlar əhdlərinə vəfa edib sözlərindən dönmədilər». Həbib irəli gəlib dedi: «Sənin ölümün mənim üçün çox çətindir, amma şəhid olub Behiştə getdiyinə görə səni təbrik edirəm».Müslüm zəif səslə dedi: «Allah səni sevindirsin və xeyir işlə şadlandırsın». Həbib: «Əgər sən şəhid olandan sonra ölməyimə yəqinliyim olmasaydı, qəlbindəki bütün vəsiyyətlərini eşidib onları yerinə yetirərdim». Müslüm ibn İmam Hüseyn (ə)-a işarə edib Həbibə dedi: «O Həzrətə kömək etməyi və onun yolunda vuruşub şəhid olmağını sənə vəsiyyət edirəm». Həbib: «Sənin bu vəsiyyətinə əməl etməklə qəlbini sevindirəcəyəm». Sonra Müslüm bir dəfəlik gözlərini yumub dünyadan getdi. Ondan sonra Əmr ibn Qürtə Ənsari irəli gəlib İmam Hüseyn (ə)-dan düşmənlə mübarizə etməyə icazə istədi. Həzrət ona icazə verdi. O, qəlbində İlahi töhfələrə çatmaq arzusu olan bir şəxs kimi mübarizə etməyə başladı. Bütün yaradılmışların padşahı İmam Hüseyn (ə)-ın yolunda var qüvvəsi ilə cihad etdi. Nəhayət, ibn Ziyadın qoşununun böyük bir dəstəsi arasıkəsilmədən hücüm edib onu qətlə yetirdi. O, bu döyüşdə pis insanlarla cihad etməyi və verdiyi əhdinə vəfalı olmağını sübut etdi.İmam Hüseyn (ə)-a tərəf atılan hər bir oxun qarşısında əlini qalxan edirdi və nə qədər bədənində qüvvət var idisəqılınclarla endirilən zərbələrin qarşısınıalaraq Hüseyn (ə)-ın müqəddəs vücudunu bütün xətərlərdən qoruyurdu. Bədəninə endirilən qılınc, ox yaraları onu taqətdən saldı. Bu vaxt üzünü İmam Hüseyn (ə)-a tərəf tutub dedi: «Ey Peyğəmbərin oğlu, öz əhdimə vəfa etdimmi?» Həzrət: «Bəli, sən məndən qabaq behiştə gedəcəksən, mənim salamımı Allahın Rəsuluna (s) çatdır və de ki, Hüseyn də tezliklə sənə qovuşacaq».Əmr yenidən mübarizə etməyə başlayıb şəhid oldu.
Əmr ibn Qürtə Ənsari şəhadətə yetişəndən sonra Abazərin qara qulu İmam Hüseyn (ə)-ın yanına gəldi. Həzrət buyurdu:«Mən sənə icazə verdim ki, bu məkandan gedib canını qurtarasan, çünki sən sağlıq və xoşbəxtlik üçün bizə pənah gətiribsən. İndi isə özünü ölüm caynaqları altına atma!» Qul dedi: «Ey Peyğəmbər övladı, nemət və xoşbəxtlik zamanı süfrənizin başında oturum, çətinlikdə isə sizi yalnız qoyum?
إِنَّ رِيحِي لَمُنتَنٌ وَ إِنَّ حَسَبِى لَلَئِيمٌ وَلَونِى لَأَسوَد
And olsun Allaha əxlaqım pis, rəngim qara və nəslim nəcib deyildir. Siz mənim boynuma minnət qoyub əbədi rahatlığı olan Behiştə çatdırın ki, üzüm ağ, əslim şərəfli və əxlaqım yaxşı olsun. Yox! And olsun Allaha sizdən uzaqlaşmayacağam və qara qanımı sizin pak qanınızla qatlaşdıracağam». Sonra mübarizə edib döyüşdən sonra şəhadətəyetişdi. Əmr ibn Xalid Siydavi İmam Hüseyn (ə)-ın yanına gəlib dedi: «Canım sənə qurban olsun, ey Əba Əbdillah! Mən qərara almışam ki, sənin tərəfdarlarına qovuşam və onlardan geri qalıb səni köməksiz qoyub Əhli-Beytin arasında şəhadətini görmək istəmirəm». İmam Hüseyn (ə)Əmrin döyüşə getməsini və özünün başqa saatda şəhid olub ona çatmasını elan etdi. Əmr düşmənə hücum edib döyüşdən sonra şəhid oldu. Bu vaxt Hənzələ ibn Səd Şami gəlib İmam Hüseyn (ə)-ın qarşısında dayandı, bütün vücudunu nizə, ox və qılınclar üçün qalxan qərar verərək, Küfə qoşununa dedi:
إِنِّي أَخٰافُ عَلَيْكُمْ مِثْلَ يَوْمِ اَلْأَحْزٰابِ، `مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَ عٰادٍ وَ ثَمُودَ وَ اَلَّذِينَ مِنْ بَعْدِهِمْ، وَ مَا اَللّٰهُ يُرِيدُ ظُلْماً لِلْعِبٰادِ، `وَ يٰا قَوْمِ إِنِّي أَخٰافُ عَلَيْكُمْ يَوْمَ اَلتَّنٰادِ، `يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مٰا لَكُمْ مِنَ اَللّٰهِ مِنْ عٰاصِمٍ
يَا قَوْمِ لاَ تَقْتُلُوا حُسَيْناً فَيُسْحِتَكُمُ اَللَّهُ بِعَذَابٍ» وَ قَدْ خٰابَ مَنِ اِفْتَرىٰ»
O, əzab haqqındakı ayələri İbn Ziyad qoşunu üçün oxuyub onları Allahın əzabından qorxutdu. Ayələrin mənası bundan ibarətdir: «Ey caamat, mən bundan qorxuram ki,keçmiş ümmətlərə, məsələn; Nuhun ümmətinə, Ad peyğəmbərin ümmətinə, Səmud peyğəmbərin ümmətinə və onlardan sonrakı ümmətlərə nazil olan əzablardan sizə də nazil olsun.Allah öz bəndələrinə zülm etmək istəmir. Ey camaat, mən sizin qiyamət günündəki, əzabınızdan qorxuram; həmin gün üzünüzü məhşərdən cəhənnəmə tərəf döndərəcəksiniz və heç kəs sizi Allahın əzabından saxlaya bilməyəcək. Ey caamat, İmam Hüseyn (ə)-ı öldürməyin! Çünki Allah-Təalasizə əzab göndərər, sizi həlak edər. Allaha böhtan atanlar ziyankarlardır». Sonra özünü İmam Hüseyn (ə)-a tərəf tutub dedi: «Allah hüzuruna gedib şəhid olan qardaşlarıma qovuşmayımmı?» Həzrət dedi: «Bəli, dünya və dünyada olan şeylərdən yaxşı olan behiştə get, həmişəlik və cavidani olan padşahlığa tərəf get!» Hənzələ döyüş meydanına getdi. O, qətlə yetişənə qədər bütün çətinliklərə dözərək şücaətlə vuruşdu.
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.