Pensiya kapitalı vəfat edən vətəndaşın ailəsinə keçə bilərmi? — AÇIQLAMA
“Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilməsi Azərbaycanda sosial təminat sisteminin ən çox müzakirə olunan problemlərindən biridir. Hazırkı qanunvericiliyə əsasən, pensiya kapitalı şəxsin dövlət sosial müdafiə fonduna topladığı vəsaitdir”.Hüquqşünas Aysel Süleymanova açıqlama verib.
O qeyd edib ki, yalnız pensiya yaşına çatdıqdan sonra həmin şəxsə ödənilə bilər:
O qeyd edib ki, yalnız pensiya yaşına çatdıqdan sonra həmin şəxsə ödənilə bilər:
“Bu, dövlətin sosial ədalət və davamlılıq prinsipinə əsaslanır. Yəni, vəsait fərdi yığım kimi deyil, ümumi sosial təminat sisteminin bir hissəsi kimi qəbul olunur. Praktik baxımdan vətəndaşların narazılığı başadüşüləndir. İnsanlar ömürləri boyu işləyib sosial sığorta haqqı ödədikdən sonra bu vəsaitin üzərində şəxsi mülkiyyət hüququna malik olmaq istəyirlər. Hazırda qüvvədə olan qanunvericilikdə vətəndaşın vəfatı halında onun pensiya kapitalı yalnız müəyyən hallarda ailə üzvlərinə ötürülür və bu, çox məhdud şəkildə tətbiq olunur. Müasir sosial siyasət baxımından, bir çox ölkələrdə fərdi pensiya hesabları üzərində daha geniş sərəncam hüququ verilir.
Azərbaycanda isə bu yanaşmanın tətbiqi üçün sosial fond sisteminin tam yenidən qurulması və uzunmüddətli maliyyə sabitliyinin təmin olunması tələb olunur. Pensiya kapitalının vətəndaşın şəxsi mülkiyyəti kimi tanınması üçün “Sosial sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişiklik edilməlidir. Eyni zamanda, kapitalın miras hüququ ilə ötürülməsi üçün Mülki Məcəlləyə də uyğun düzəlişlər tələb olunur. Belə bir sistemin tətbiqi həm sosial rifahın artmasına, həm də dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsinə xidmət edərdi”.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Top Xəbərlər
















































