• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2022 4-10, 20:00

Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.


Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) 12 nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların dəzgahlarını yıxıb, onların batil hökumətlərinə son verəcəyini və dünyanı ədalətlə dolduracağını eşitmişdilər.
Bundan xəbərdar olmaları, xüsusilə son zamanlarda (İmam Hadi və İmam Həsən Əskəri (ə.s)-ın zamanlarında) xəlifələri narahat edirdi. Bu səbəblə İmam Həsən Əskəri (ə.s)-ı möhkəm bir nəzarətdə saxlayır və onun övladının olmasını istəmirdilər.

İmamın (ə) bütün hərəkətlərini müxtəlif yollarla nəzarətə almışdılar. Hətta dəfələrlə zindana atdılar, sonunda getdikcə xalqın İmama marağının artdığını gördülər. Zindanın, təzyiq və nəzarət etməyin tərsinə işlədiyini gördüklərində zalım Xəlifə Mutəmid daha dözə bilmədi və İmamı öldürməyə qərar verərək gizlicə zəhərlədi. İmam (ə.s) hicri 260-cı il, rəbiyyul-əvvəlin səkkizində şəhadət şərbətini içdi. (Allahın salavat və salamı ona və pak atalarına olsun!)

İmamın (ə) cəmiyyət üzərindəki təsiri və xüsusilə Şiələrin üsyana cəhd etmə ehtimalının gətirdiyi dərd ilə Mutəmid, İmamın (ə) zəhərləndiyi xəbərinin ortaya çıxmasından çox qorxurdu. Buna görə, mümkün olan hər cür vasitəylə cinayətini örtməyə çalışırdı.

İbn Səbbağ əl-Maliki, “əl-Fusulul-Muhimmə” adlı əsərində Abbasi sarayından Abdullah İbn Xaqan adındakı birindən belə nəql edir:

“…İmam Əbu Muhəmməd Həsən ibn Əli əl-Əskəri dünyadan köçdüyü zaman Abbasi xəlifəsi Mutəmid, bizi heyrətə salan bir halda idi. Belə bir şeyi, (xilafətin başında oturmuş böyük bir güc sahibi) xəlifədən gözləmirdik. Əbu Muhəmməd xəstələndiyi zaman, Xəlifənin xas adamlarından sayılan və fəqihlərdən ibarət olan beş nəfər, evdə olub bitən hər şeyi ona xəbər vermək üçün Mutəmidin əmriylə İmamın (ə) evinə göndərildi. İmamın yanında qalmaları üçün bir neçə həkim də göndərilmişdi. Əlavə olaraq gecə-gündüz İmamın (ə) yanına gedib, vəziyyəti nəzarətdə saxlamaları üçün Xəlifə, Qazi ibn Bəxtiyara, etibarlı 10 nəfəri İmamın evinə göndərməsini əmr etdi.

İki və ya üç gün sonra İmamın vəziyyətinin pisləşdiyini və sağalma imkanının çox az olduğunu Mutəmidə bildirdilər. Mutəmid gecə-gündüz İmamın (ə) evində qalmalarını əmr etdi. Buna görə İmam (ə) dünyadan köçənə qədər İmamın (ə) evində qaldılar. İmamın ölüm xəbəri yayılınca Samirra şəhəri matəmə büründü. Başdan ayağa fəryad və inilti ilə doldu. Bazarlar tətil oldu. Dükanlar bağlandı. Daha sonra Bəni-Haşim, ordu komandirləri, şəhər qaziləri, şairlər, şahidlər və digərləri dəfn mərasimi üçün yola çıxdılar. Samirra o gün qiyamət səhnəsini xatırladırdı. Cənazə dəfnə hazır olduğunda Xəlifə, İmamın namazını qıldırması üçün qardaşı İsa ibn Mütəvəkkili göndərdi. Cənazəni namaz qılınması üçün evdən çıxardıqları zaman İsa cənazəyə yaxınlaşdı və İmamın üzünü açaraq Şiələrə, Abbasilərə, qazilərə, katiblərə və şahidlərə göstərdi və dedi ki: “Bu adi ölüm ilə dünyadan köçən Əbu Muhəmməd əl-Əskərinin cəsədidir. Xəlifənin xidmətçilərindən filan və filankəs buna şahiddirlər!!”

Sonra cənazənin üzünü örtdü və cənazə namazı qıldı, daha sonra dəfn etmək üçün aparmalarını əmr etdi. Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) vəfatı Samirrada hicri 260-cı ilin rəbiyyul-əvvəl ayının səkkizində, cümə günü baş verdi və evlərindəki atasının dəfn edildiyi otağa dəfn edildi. [1]

Əlbəttə, qeyd etmək lazımdır ki, xəlifənin qardaşının İmam Əskərinin (ə) cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət İmamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə, İmam Məhdi (ə) özü o Həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır.

Bütün bunlardan, İmamın (ə) cəmiyyətdə necə bir mövqeyə sahib olduğu və hökumətin niyə narahat olduğu aydındır. Ayrıca Xəlifənin, İmamın (ə) zəhərləndiyinin və öldürüldüyünün ortaya çıxmasından qorxması və əvvəldən hazırladığı planla İmamın (ə) şəhadətini təbii bir ölüm kimi göstərməyə çalışması da, buna dair göstəricilərdən biridir.
Bəli, zalımlar, zalım səltənətlərini günahsız İmamların varlığından ötəri təhlükədə görürdülər. Buna görə nurlarını söndürmək üçün onları mümkün olduğu qədər cəmiyyətdən uzaq tutmağa çalışırdılar. Sonunda onları öldürməyə təşəbbüs göstərir və öldürürdülər.

Cəfər Kəzzabın imamət iddiası

Əbül-Ədyan deyir: “Mən İmam Əskərinin (ə) xadimlərindən biri idim və o Həzrətin məktublarını müxtəlif şəhərlərə aparırdım. İmam xəstə olduğu son günlərdə onun yanına getdim. O Həzrət bir neçə məktub yazıb buyurdu:
“Bunları Mədainə apar, sən on beş gün Samirrada olmayacaqsan. On beşinci gün şəhərə gəldikdə isə görəcəksən ki, mənim evimdən şivən səsi gəlir və mənim meyyitimi qüsul verməyə qoyublar.” Mən dedim: “Ey mənim ağam! Bəs onda sizdən sonrakı İmam kim olacaq?” O Həzrət buyurdu: “Mənim cənazəmə meyyit namazı qılan şəxs məndən sonra İmam olacaq.” Dedim ki, başqa bir nişanə verin. İmam buyurdu: “Kəmərin arasındakı şeydən xəbər verəcək şəxs məndən sonrakı İmamdır.” İmamın heybət və əzəməti kəmərin arasındakı şeyin nə olduğu barədə soruşmağıma mane oldu. İmamın verdiyi məktubları Mədainə apardım. Cavabları alıb on beş gündən sonra Samirraya qayıtdıqda, İmamın buyurduğu kimi o Həzrətin evindən şivən səsinin gəldiyini eşitdim. İmamın qardaşı Cəfər (Kəzzab) İmamın evinin kənarında oturmuş, şiələrdən bir dəstəsi də onu dövrəyə alıb başsağlığı verir, digər tərəfdən də, İmam seçilməsi münasibətilə onu təbrik edirdilər. Mən bu hadisədən çox təəccübləndim və özüm-özümə dedim ki, əgər Cəfər İmam seçilibsə, onda İmamətin vəziyyəti dəyişilmişdir. Çünki mən onun şərab içməsini, qumar oynamasını, çalıb-oynamasını öz gözlərimlə görmüşdüm. Mən də irəli gedərək ona başsağlığı verib İmam seçilməsi münasibəti ilə onu təbrik etdim. Ancaq o, məndən heç nə soruşmadı. Bu vaxt İmam Əskərinin (ə) evinin xadimi Üqeyd evdən çıxıb Cəfərə dedi ki, qardaşının nəşini kəfənlədilər, gəlin ona namaz qılın. Cəfər evə daxil oldu. Şiələr onun dövrəsini əhatə etmiş, Osman ibn Səid Əmri və Sələmə adı ilə məşhur olmuş Həsən ibn Əli isə onların qarşısında durmuşdular. İmam Əskərinin (ə) həyətinə daxil olduqda, o Həzrətin nəşini kəfənləyib tabuta qoymuşdular. Cəfər meyyit namazı qılmaq üçün irəli keçdi. Namaza başlamaq istərkən buğdayı, qarasaç və qabaq dişləri bir-birindən bir az aralı olan bir uşaq evdən çıxıb Cəfərin paltarından yapışaraq onu kənara çəkir və deyir: “Əmi, çəkil kənara, atama meyyit namazını mən qılmalıyam.” Üz-gözündən narahatçılığı açıq-aşkar hiss olunan Cəfər kənara çəkilir. O uşaq İmam Əskərinin (ə) cənazəsinə namaz qılır, sonra isə İmamı öz evində atası İmam Əliyyən-Nəqinin (ə) yanında dəfn edirlər. Sonra həmin uşaq üzünü mənə tutub dedi: “Ey bəsrəli kişi, apardığın məktubların cavablarını ver.” Məktubların cavabını ona verib öz-özümə dedim: “Bu iki nişanə (cənazəyə namaz qılmaq,məktubların cavablarını istəmək), bircə qaldı kəmərin arasındakı şeydən xəbər vermək.”

Cəfərin yanına gəldikdə səs-küyü aləmi basmışdı. Haciz Vəşşa Cəfərdən soruşur: “O uşaq kim idi?” O, bu sualla (yalandan İmamlıq iddiası edən) Cəfəri məhkum etmək (susdurmaq) istəyirdi. Cəfər cavab verir ki, vallah heç bu vaxtacan onu görməmişdim,tanımıram.

Biz orada oturmuşduq ki, bir də gördüm Qum şəhərindən bir neçə nəfər gəlib İmam Əskərini (ə) soruşdular. İmamın dünyadan köçdüyünü bildikdə dedilər: “İmamın canişini kimdir?” Oradakılar Cəfəri göstərdilər. Onlar Cəfərə salam verib başsağlığı və təbrik dedilər. Sonra isə dedilər: “Bir neçə məktub və bir qədər pul gətirmişik. Buyurun, görək məktubları kim yazmış və pullar nə qədərdir?” Cəfər bu sualdan narahat olub ayağa qalxdı və paltarının tozunu çırpa-çırpa dedi: “Bunların fikri budur ki, biz qeybdən xəbər verək!” Bu vaxt evdən bir xadim çıxıb dedi: “Məktubları filan-filan kəslər yazmış, kəmərin arasında isə min dinar pul vardır. Özü də onlardan on dənəsini qızıl suyuna çəkiblər.” Qumdan gələnlər məktubları da, pulları da xadimə verib dedilər: “Səni kim kəmərin dalınca göndəribsə, İmam da məhz odur…” [2]

Mötəmidin faydasız cəhdləri

Öz xam xəyalına görə İmam Əskərini (ə) şəhid etmiş Abbasi xəlifəsi Mötəmid elə hesab edirdi ki, öz istədiyinə çatmış və artıq onun özbaşına hakimiyyətinin qarşısında heç bir maneə qalmamışdır. Ancaq daha da arxayın olsun deyə, yeni bir hiyləyə əl atır ki, bu da onun son dərəcə məqampərəst olduğunu və İmam övladı tərəfindən olan nigarançılığını göstərir. O, bir neçə nəfəri İmam Əskərinin (ə) evinə göndərib onlara tapşırır ki, İmamın evinə gedib orada olan bütün şeyləri yoxlayıb möhürləsinlər. Digər tərəfdən də, İmam Əskəridən (ə) bir uşaq qalması xəbərini eşitdiyi üçün onu tapıb ələ keçirmək fikrinə düşür. Bu məqsədlə o, bütün uşaq tutan qadınlara (mamalara) tapşırır ki, İmam Əskərinin (ə) bütün kəniz və arvadlarını müayinədən keçirsinlər. Onlardan hansının hamilə olduğunu görsələr, mütləq xəbər versinlər. Rəvayət olunmuşdur ki, mamalardan biri İmamın kənizlərinin birindən şübhələnib xəlifəyə xəbər vermişdi. Xəlifə əmr edir ki, həmin kəniz müəyyən bir yerdə saxlanılsın və bu xəbərin doğru, ya yalan olması müəyyən olsun deyə (xəlifənin xüsusi xadimi) Nəhir bir neçə qadınla birlikdə ona nəzarət etsin. Həmin kəniz iki il nəzarət altında saxlanılsa da, axırda onun hamilə olmadığı, verilmiş xəbərin isə yalan olduğu məlum oldu.

Mötəmid İmam Əskəridən (ə) heç bir övlad qalmadığını və bundan sonra şiələrin heç bir İmamı olmayacağını sübut etmək məqsədilə əmr edir ki, o Həzrətin bütün qalmış mirasını onun anası ilə qardaşı Cəfər arasında bölüşdürsünlər. Ancaq şiələr öz əqidələrindən dönməyib İmaməti öhdəsinə götürmüş digər bir İmamın (o Həzrətin övladının) olması fikrində idilər. Çünki onlardan bir çoxu İmamın oğlunu görmüşdü.

Xorasan əyalətində Yəqub ibn Leys Səfari qiyam qaldırana qədər,həmçinin, Übeydullah ibn Yəhya ibn Xaqanın qəfil ölümünə və Sahib əz-Zənc Bəsrə şəhərində qiyam edənə qədər on ikinci İmamın tapılması məqsədilə İmam Əskərinin (ə) ailəsinə qarşı müxtəlif təzyiqlər davam edirdi. Yuxarıda qeyd etdiyimiz hadisələr irəli gəldikdən sonra isə Abbasilər hökuməti (xilafət) bütün qüvvəsini bu hərəkətlərin qarşısını almağa yönəldir və artıq İmamın ailəsinə qarşı təzyiqlərə fürsət qalmır.

Bütün Kiçik qeybət boyunca da Şiələr, İmamın (ə) naibləri vasitəsiylə onunla əlaqə saxlamışdılar. İmam Məhdi (ə.f) də naibləri vasitəsiylə şiələrdən gələn sualları cavablandırırdı. Naiblər vasitəsilə görülən bir çox kəramət get-gedə İmamı (ə) sevənlərin etiqad və inanclarını qüvvətləndirirdi.

[1] – “Fusulul-Muhimmə”, s. 298
[2] – “Kəmalud-Din”, s.475

Vəssəlamu əleykum və Rəhmətullahi və 
Bərəkətuh.

İmam Həsən Əskəri (ə) həyatı haqqında video

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2022 4-10, 20:00

Tarix

İslam

Bölmə
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ ƏMR ETMƏSİ..
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum