KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
Ömər ibn Səd aşura günü axşamçağı İmam Hüseyn (ə)-ın mübarək başı Xuli ibn Yezid və Həmid ibn Müslim Əzdinin vasitəsi ilə Ziaydın yanına göndərdi. Həmçinin o, əmr etdi ki, qalan şəhidlərin başlarını da bədənlərindən ayırsınlar. Sonra onların bədənlərindən ayrılmış başlarını Şimr ibn Zilçövşən, Qeys ibn Əşəs və Əmr ibn Həccacın vasitəsi ilə Küfəyə ibn Ziyadın yanına göndərdi. Ömər ibn Səd aşura gününü və məhərrəm ayının 11-ci günü günortaya qədər Kərbəlada qaldı. Sonra öz qoşunu və əsrlərlə birlikdə Küfayə sarı yol düşdü. O, əsir düşmüş qadınları başı açıq, kəcavəsiz dəvələrə mindirdi. Halbuki, onlar Peyğəmbərdən (s) əmanət idilər. Lakin onları ən acınacaqlı vəziyyətdə, müsibət, qəm-qüssə içində əsir etdilər.
وَ یُغزَی بَنُوهُ اِنَّ ذَا لَعَجِیبٌ یُصَلِّی عَلَی المَبعُوثِ مِن آلِ هاشِمٍ
Şərin məzmunu: «Beni-Haşim tayfasından seçilmiş Peyğəmbərə (s) salavat və salam göndərir, amma onun övladları ilə vuruşurlar. Bu isə çox təəccüblüdür!» Başqa bir şair deyir:
أَ تَرجُو أُمَّهٌ قَتَلَت حُسَینا شَفاعَهَ جَدِّهِ یَومَ الحِسابِ
Şərin məzmunu: «Məgər İmam Hüseyn (ə)-ni öldürənlər qiyamət günü onun cəddinin şəfaətinə ümidmi edirlər?!»
Rəvayət olunur ki, İmam Hüseyn (ə)-ın əsabından 78 nəfərin başını bədənlərindən ayırıb nizələrə sancmışdılar. Kərbəlada iştirak edən qəbilələr İbn Ziyad və Yezidin yanında fəxr etmək məqsədi ilə şəhidlərin başlarını öz aralarında bölüşdürdülər. «Kində» tayfası Qeys ibn Əşəsin sərkərdəliyi ilə 13 şəhid başını, «Həvazin» tayfası Şimr ibn Zilcövşənin başçılığı ilə 12 bədənsiniz başı, «Bəni-Təmim» tayfası 17 baş, «Bəni-Əsəd» qəbiləsi 16 baş, «Məzhəc» tayfası 7 baş və qalan qoşun 13 şəhid başını nizəyə keçirib Küfəyə gətirdilər.
Ravi deyir:«Elə ki, Ömər ibn Səd Kərbəladan uzaqlaşdı, Bəni-Əsəd tayfasından bir dəstə gəlib qanına bulaşmış cənazələrin meyyit namazını qıldılar və onları indiki tanınmış yerlərdə dəfn etdilər. Ömər ibn Səd Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə gəldi. Onlar Kufəyə yaxınlaşdılar. Kufə xalqı əsirlərə tamaşa etmək üçün yol ətrafında durmuşdular. Kufə qadınlarından biri evin damından qışqırıb dedi:
مِن أَیِّ الأُساری أَنتُنَّ
«Siz hansı əsirlərsiniz?» Dedilər: «Biz Ali-Muhəmməd əsirləriyik!» Həmin qadın damdan aşağı düşdü, əsir olmuş qız-gəlinlər üçün paltar, yaylıq hazırlayıb onlara verdi. Əli ibn Hüseyin (İmam Zeynəlabidin) və Həsən ibn Həsən Musənna da əsirlərin arasında idi. Xəstəlik İmam Zeynalabidini (ə) zəiflədib onu tamam əldən salmışdı. Həsən ibn Həsən Musənna da öz əmisi və İmam Hüseynə kömək etmək istədiyi üçün düşmənin vurduğu qılınc, nizə yaralarına məruz qalmışdı. Lakin bununla belə müharibə meydanında diri qalmışdı. «Məsabih» kitabının müəllifi rəvayət edir ki, Həsən ibn Həsən Müsənna aşura günü İmam Hüseynin gözünü önündə 17 nəfər düşməni öldürdü və bədəni 18 yerdən yaralanandan sonra atdan yerə yıxıldı. Onu dayısı Əsma ibn Xaricə yerdən götürüb Kufəyə apardı. Kufədə onu sağaldana qədər mualicə etdi. Sonra isə Mədinəyə apardı. Həmçinin, Zeyd, Əmr, İmam Hüseyn (ə)-ın övladları əsirlərin arasında idilər. Əsirləri bu halda görən kufəlilərdən ah-nalə, ağlaşma səsləri ucaldı. Onların hönkür-hönkür ağlaşma səsləri hər tərəfi bürümüşdü. İmam Zeynəlabidin (ə) buyurdu:
تَنُوحُونَ وَ تَبکُونَ مِن أَجلِنا فَمَن ذا الّذی قَتَلَنا
«Bizə görəmi ağlayıb, göz yaşı axıdırsınız? Bəs bizi öldürənlər kimlərdir?»
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
Bəşir ibn Huzeym Əsədi deyir: «Əmirəl-mömininin (ə)-ın qızı Zeynəb (s.ə)-ı gördüm. Allaha and olsun, ömrüm boyu ondan natiq bir qadın görməmişdim. Elə bil ki, Əli (ə)-ın sözləri onun dilindən söylənilirdi».
قَد أََو مَأَت اِلی الّناسِ أَن اسکَتُوا فَارتَدَّتِ الأَنَفاسُ وَ سَکَنَتِ الأَجراسُ
«Nagəhan, əsirlərin içərisindən Zeynəb kufəlilərin sakit olmalarını işarə etdi. Nəfəslər sinələrdə həbs oldu, dəvələrin boynundan açılmış dəmir zəncirlərin cingiltili səsləri kəsildi. O alimə xanım sözə başladı:
ثُمَّ قالَت اَلحَمدُ لِلّهِ وَ الصَّلاهُ عَلی أَبی مُحَمَّدٍ وَ آلِهِ الطَیّبینَ الأخیار أَمّا بَعدُ یا أهلَ الکُوفَه یا أَهلَ الخَتلِ وَ الغَدرِ أَ تَبکونَ فَلَا رَقَاتِ الدَّمعَهُ وَ لا هَدَأَتِ الرَّنَّهُ اِنَمّا مَثُلُکُم کَمَثَلِ الّتی نَقَضَت غَزلَها مِن بَعدِ قُوَّهٍ أَنکاثاً تَتَّخَذُونَ أَیمانَکُم دُخَلاً بَینُکُم أَلّا وَ هَل فیکُم اِلّا الصَّلَفُ وَ النَّطَفُ و الصَّدرُ الشَّنَفُ وَ مَلَقُ الاِماءِ وَ غَمزُ الأَعداءِ أَو کَمَرعی عَلی دِمنَهٍ أَو کَفِضَّهٍ عَلی مَلحُودَهٍ أَلا ساءَ ما قَدَّمَت لَکُم أَنفُسُکُم أَن سَخِطَ اللّهُ عَلَیکُم و فِی العَذابِ أَنتُم خالِدُونَ أَ تَبکُونَ وَ تَنتَحِبونَ اِیّ وَ اللّهِ فَابکُوا کَثیراً وَلیَضحَکُوا قَلیلاً فَلَقَد ذَهَبتُم بِعارِها وَ شَنارِها وَ لَن تَرحَضُوها بِغَسلٍ بَعدَها أَبَداً وَ أَنّی تَرحَضُونَ قَت…
Zeynəb (s.ə)Mutəal Allaha həmd edəndən, Muhəmməd Rəsulullah (s)-ə və onun pak övladlarına salavat-salam göndərəndən sonra buyurdu: «Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat! Siz bizə görə ağlayırsınızmı? Hələ bizim gözlərimiz ağlardır və ah naləmiz sona çatmayıb! Siz saçlarını qəşəng darayan, sonra isə hörüklərinin hamısını açıb bir-birinə qarışdıran dəli arvadlara oxşayırsınız. Siz əvvəldə məkr və hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. İçinizdə yalandan, xudbinlikdən, fitnə fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur. Siz kənizlər kimi yaltaq, düşmənlər təki hiyləgərsiniz. Siz zibillikdə bitən bitkilər kimisiniz. Siz qəbirlərə zinət vurulmuş gümüş kimisiniz. Doğurdan da axirətiniz üçün nə qədər pis azuqə toplamısınız! Çünki, Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamalısınız. Bizi öldürəndən sonra hamımıza ağlayırsınızmı?! Bəli, Allaha and olsun ki, ağlamağa layiqsiniz; çox ağlayıb, az gülün. Çünki, siz öz adınıza elə əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su ilə pak edə bilməyəcəksiniz. Bilməlisiniz ki, çox pis günaha batıb qiyamətiniz üçün çox pis azuqə hazırlamısınız. Ölüm olsun sizə, Allahın rəhmətindən uzaq olasınız! Sizin səyləriniz ümidsizliyə sarı getdi və əlləriniz ziyankar oldu. Sizin bu alveriniz, özünüz üçün ziyanla dolu olan zərərə çevrildi. Həqiqətən, Allahın qəzəbinə düçar oldunuz və xarlıq, zillət sizi bürüyübdür. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirisinizmi ki, Rəsulullahın (s) hansı ciyər-parasını parçalamısınız? Onun hansı ismət hərəmlərinin pərdəsini çölə salıb əsir etmisiniz? Onun hansı qanını yerə tökmüsünüz? Heç bilirsinizmi ki, Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Hansı iyrənci və yaramaz hərəkətlərə mürtəkib olmusunuz? Sizin etdiyiniz böyük və misilsiz zülmləriniz yeri göyü bürümüşdür. Heç bunlardan xəbəriniz varmı? Siz asimanların qan ağlamasına təəccüb edirsinizmi?! Amma bilin ki, axirət əzabınız xaredici və şiddətli tərzdə olacaq. Həmin gün heç kəs sizə kömək etməyəcək. Bəs Allahın sizə verdiyi bu möhlətdən pis istifadə edib öz həddinizi aşmayın. Çünki, Allah-Təala günahkarları cəzalandırmaqda heç vaxt tələsmir; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Allah-Təala günahkarları (gec-tez) cəzalandıracaq».
Ravi deyir: «Allaha and olsun, küfəlilər Zeynəbin bu çıxışını eşidərkın heyrət içində qərq olub ağlayırdılar, barmaqlarını dişləri arasına alıb donub qalmışdılar. Mənim yanımda qoca bir kişi durmuşdu. Onun göz yaşı saqqalını islatmışdı. Qoca kişi hönkür-hönkür ağlayır və deyirdi: «Atam, anam sizə qurban olsun! Sizin qocalarınız ən yaxşı qoca, cavanlarınız ən yaxşı cavan, qadınlarınız ən yaxşı qadın, pak sülaləriniz ən yaxşı sülalələrdir ki, hec vaxt məğlub olmazlar».
İMAM HÜSEYN (Ə)-IN QIZI HƏZRƏT FATİMƏ (S.Ə)-IN XÜTBƏSİ
Zeyd ibn Musa ibn Cəfər (ə) öz ata babalarından rəvayət edir ki, Fatimə Kərbəladan kufəyə gələndən sonra orada bu xütbəni söylədi:
اَلحَمدُ لِلّهِ عَدَدَ الرَّملِ وَ الحَصَی وَ زِنَهَ العَرشِ اِلی الثَّری أَحمَدَهُ وَ أُومِنُ بِهِ وَ أَتَوَکَّلُ عَلَیهِ
«Daşlar və çınqılların sayı qədər Allaha həmd-səna edirəm. Allah-Təalaya həmd və təvəkkül edirəm, onun təkliyinə şəhadət verirəm. Mütəal Allahın şəriki yoxdur. Muhamməd (s) onun bəndəsi və Peyğəmbəridir. Şəhadət verirəm ki, Peyğəmbərin (s) övladlarının başlarını Fərat çayının sahilində kəsdilər. Halbuki, bu işi görməyə haqları yox idi. Ey Allah, yalandan, böhtandan sənə pənah gətirirəm! Pərvərdigara, Peyğəmbərinə «öz canişini Əli ibn Əbu Talib üçün xalqdan beyət götür» buyurduğun sözün əksinə danışmaqdan sənə pənah gətirirəm. Həmin Əli ibn Əbu Talibin haqqını qəsb etdilər, onu günahsız yerə öldürdülər. Necə ki, onun oğlunu dünən Kərbəla səhrasında dildə müsəlmanlıq iddası edib, ürəkdə kafir olanlar öldürdülər. Ölüm olsun onların sərkərdələrinə, məhv olsunlar! Onlar ölümlərinin axırında əllərindən gələn zülm sitəmləri əsirgəmədilər. Pərvərdigara, heç bir məzəmmət edənin danlağı İmam Hüseyn (ə)-ı ubudiyyət və sənin bəndəliyindən çıxara bilmədi. Sən onu uşaq vaxtında islama hidayət etdin, elə ki, böyüdü onun məqamlarını təriflədin. O, ömür boyu sənin yolunda və Peyğəmbərin razılığı üçün ümmətə nəsihət etdi. İmam Hüseyn (ə) dünyaya etinasız və məhəbbət bəsləmirdi. Axirətə isə rəğbət göstərirdi. Sənin yolunda həmişə düşmənlərinlə mübarizə və cihad etdi. Sən ondan razı oldun, onu sevdin və düz yola hidayət etdin.
أَمّا بَعدُ یا أَهلَ الکُوفَهِ یا أَهلَ المَکرِ وَ الغَدرِ وَ الخَیلاءِ فَاِنّا أَهلَ بَیتٍ ابتَلانا اللّهُ بِکُم وَ ابتَلاکُم بِنا فَجَعَلَ بَلاءَنا حُسناً وَ جَعَلَ عِلمَهُ عِندَنا وَ فَهمَهُ لَدَینا فَنَحنَ عَیبَهُ عِلمِهِ وَ وِعاءُ فَهمِهِ وَ حِکمَتِهِ وَ حُجَّتِهِ عَلی الأَرضِ فِی بِلادِهِ لِعِبادِهِ أَکرَمَنا اللّهُ بِکَرامَتِهِ وَ فَضَّلَنا بِنَبِیِّهِ مُحَمَّدٍ ص عَلی کَثیرٍ مِمَّن خَلَقَ تَفضِیلاً بَیِّناً فَکَذَّبتُمُونا وَ کَفَّرتُمُونا وَ رَأَیتُم قِتالَنا حَلالاً وَ أَموالَنا نَهباً کَأَنَّنا أَولادُ تُرکٍ وُ کاِبُلٍ کَما قَتَلتُم جَدَّنا بِالأَمسِ وَ سُیُوفُکُم تَقطُرُ مِن دِمائِنا أَهلَ البَیتِ
«Ey Küfə camaatı! Ey hiyləgər hoqqabazlar! Allah-Təala bizi sizin,sizi isə bizim vasitəmizlə imtahan etdi. Bəs, elm və hikmət xəzinəsi bizik. Allah-Təala öz kəraməti ilə bizi böyütdü və Mühəmməd (s)-in vasitəsi ilə məxluqlarının çoxundan üstün etdi. Amma siz nankor camaat, bizi təkzib edib kafir olduğunu, qanımızı nahaq yerə axıtdınız, bizimlə vuruşmağı halal etdiniz, əmlakımızı qarət etdiniz, elə təsəvvür etdiniz ki, biz qeyri müsəlman övladıyıq. Siz dünən atam Hüseyn(ə)-i şəhid etdiniz. Bizə qarşı bəslədiyiniz keçmiş kin-küdrət nəticəsində qanımız sizin qılınclarınızdan damır. Allaha böhtan atdınız, hiylə işlətdiniz və bu işlə gözləriniz aydın və ürəkləriniz şad oldu. Amma bilməlisiniz ki, Allah-Təala ən yaxşı tədbir tökəndir. İndi siz bizim qanımızı tökməklə, əmlakımızı qarət etməklə şadlıq keçirməyin! Ey kufəlilər! Məhv olasınız! Özünüzü Allahın əzabına hazırlayın. Allahın əzabı tezliklə asimandan nazil olar və sizi öz əzabı ilə cəzalandırar. Bu dünyada bir-birinizin əlində sizi giriftar edib intiqam alacaq. Bizə qarşı etdiyiniz zülümlərə görə axirət əzabında da əbədi qalacaqsınız. Ey kufəlilər, vay olsun sizə! Heç bilirsinizmi ki, hansı əllərlə bizi oxladınız, qılınclarınız? Heç bilirsinizmi ki, bizimlə necə döyüşdünüz? Hansı ayaqlarla bizi öldürməyə gəldiniz? And olsun Allaha, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Sizin qulaqlarınız gözləriniz möhürlənibdir, elm və hikmətlə bəhrələnmiyibsiz. Ey Kufə camaat! Şeytan sizi aldadır və düz yoldan azdıraraq çirkin əməllərinizi gözünüzdə cilvələndirdi gözlərinizə pərdə çəkdi. Daha siz hidayət olunmayacaqsınız. Ey Küfə xalqı! Heç bilirsinizmi ki, Peyğəmbərin (s) hansı qanı sizin boynunuzdadır və sizdən istəyəcək? Peyğəmbərin (s) qardaşı Əli ibn Əbu Talib (ə) və onun övladları ilə düşmənçilik etdiniz. Sizin bəziləriniz bu cinayətləri fəxr edib deyirlər:
نَحْنُ قَتَلْنَا عَلِیّاً وَ بَنِی عَلِیٍ بِسُیُوفٍ هِنْدِیَّةٍ وَ رِمَاحٍ
وَ نَطَحْنَاهُمْ فَأَیَّ نِطَاحٍ وَ سَبَیْنَا نِسَاءَهُمْ سَبْیَ تُرْکٍ
Şeirin məzmunu: «Biz Əli və onun övladlarını
Hind qılıncları və nizələrlə öldürdük. Onun əhli-beytini əsir etdik...»
Bu şeiri deyib iftixar edənlərin kül olsun başlarına! Allah-Təala bütün çirkin əməllərdən pak şəxsləri öldürməyinlə iftixar edirsən?! Ey günahkar insan, qəzəbini söndür və it kimi öz yerində otur, necə ki atan oturdu. Həqiqətən hər bir şəxs öz əməllərinin cəzasını çəkəcək. Vay olsun sizə! Allah-Təala bizi hamıdan üstün etdiyinə görə paxıllıq çəkirsizmi?»
ذلِکَ فَضلُ اللّهِ یُؤتیهِ مَن یَشاءُ وَ اللّهُ ذُو الفَضلِ العَظیمِ وَ مَن لَم یَجعَلِ اللّهُ لَهُ نُوراً فَما لَهُ مِن نُورٍ
«Bu, Allahın lütfüdür və o, böyük lütf sahibidir».«Hər kəsə istəsə, əta edəcək və Allah-Təala öz nuru ilə bəhrələndirmədiyi şəxs zülmət içində qalacaq». Fatimə sözünü bura çatdıranda camaat tab gətirməyib uca səslə ağlaşdılar və dedilər: «Ey Peyğəmbər (s) oğlunun qızı daha bəsdir sinələrimizi odladın, qəlblərimizi qəm-qüssə odunda yandırdın!»
ÜMMÜ-GÜLSÜM (S.Ə)-IN XÜTBƏSI
Ravi deyir: «Əmirəl-möminin (ə) qızı Ümmü-Gülsüm uca səslə ağlayaraq bu xütbəni qirayət etdi:
فَقَالَتْ يَا أَهْلَ اَلْكُوفَةِ سَوْأَةً مَا لَكُمْ خَذَلْتُمْ حُسَيْناً وَ قَتَلْتُمُوهُ وَ سَبَيْتُمْ نِسَاءَهُ وَ نَكَبْتُمُوهُ وَيْلَكُمْ أَ تَدْرُونَ أَيُّ دَوَاهٍ دَهَتْكُمْ وَ أَيَّ وِزْرٍ عَلَى ظُهُورِكُمْ حَمَلْتُمْ وَ أَيَّ دِمَاءٍ سَفَكْتُمْ وَ أَيَّ كَرِيمَةٍ أَصَبْتُمُوهَا وَ أَيَّ أَمْوَالٍ اِنْتَهَبْتُمُوهَا قَتَلْتُمْ خَيْرَ رِجَالاَتٍ بَعْدَ اَلنَّبِيِّ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ أَلاَ إِنَّ حِزْبَ اَللَّهِ هُمُ اَلْفَائِزُونَ وَ حِزْبَ اَلشَّيْطٰانِ هُمُ اَلْخٰاسِرُونَ
«Ey küfəlilər! Üzünüz qara olsun! Niyə İmam Hüseyn (ə)-ı xar vetdiniz, onu öldürdünüz? Niyə onun mal-dövlətini qarət, əhli-beytini əsir etdiniz? İndi isə ağlayırsınız?! Vay olsun sizə, məhv olasınız! Heç bilirsinizmi ki, nə qədər böyük cinayətə mürtəkib oldunuz? Heç bilirsinizmi ki, hansı qanları nahaq yerə axıtdınız? Hansı xəymə əylini əsir etdiniz? Hansı əhli-beyti başıaçıq, ayaqyalın çöllərə saldınız? Elə bir şəxsi öldürdünüz ki, Peyğəmbərdən (s) sonra, heç kəs onun məqamına çatmırdı. Qəlbləriniz rəhimsizliklə doludur. Bilməlisiniz ki, Allah qoşunu nicat tapanlar və Şeytan qoşunu ziyankarlardır». Sonra Ümmü-Gülsüm bu şeri oxudu:
قَتَلتُم اَخی صَبراً فَوَیلٌ لِأُمِّکُم سَتُجزَونَ ناراً حَرُّها یَتَوَقَّدُ
سَفَکتُم دِماءً حَرَمَ اللّهِ سَفکَها وَ حَرَمُها القُرآنَ ثُمَّ مُحَّمَدٌ(ص(
أَلا فَابشِرُوا بِالنّارِ اِنَّکُم غَدَاً لَفی سَقرٍ حَقاً یَقیناً تَخَلَّدُوا
وَ اِنّی لَأَبکی فی حَیاتی عَلی أَخی عَلی خَیرٌ مِن بَعدِ النَبّی سَیُولِدُ
بِدَمعِ غَریزٍ مستهل مکفکف عَلی الخَدِّ مِنّی دائِماً لَیسَ یَجمُدُ
Bu vaxt vəfasız küfəlilər ağlaşmağa başladılar,qadınlar saçlarını yoldular,üzlərini cırdılar və başlarına vurdular. Onlardan ucalan nalə səsləri ətrafı bürüdü.Kişilər ağladılar və saqqallarını yoldular. Onlar heç vaxt bu cür ağlamamışdılar.
İMAM SƏCCAD (Ə)-IN XÜTBƏSİ
Sonra İmam Zeynəlabidin (ə) camaata buyurdu ki, sakit olsunlar. Camaat dərhal sakitləşdilər. O Həzrət Allaha həmd-səna etdi,Peyğəmbərin adını çəkib ona salam göndərdi. Sonra buyurdu:
أَیُّها النّاسُ مَنْ عَرَفَني فَقَدْ عَرَفَني و مَنْ لَمْ یَعْرِفْني فَأنا عليُّ بْنُ الحُسَیْنِ المَذْبُوحِ بِشَطِّ الْفُراتِ مِنْ غَیْرِ ذَحْل وَ لا تِرات،اَنَا ابْنُ مَنِ انْتُهِکَ حَرِیمُهُ وَ سُلِبَ نَعِیمُهُ وَ انْتُهِبَ مالُهُ وَ سُبِیَ عِیالُهُ، اَنَا ابْنُ مَنْ قُتِلَ صَبْراً، فَکَفى بِذلِکَ فَخْراً. اَیُّهَا النّاسُ! ناشَدْتُکُمْ بِاللهِ هَلْ تَعْلَمُونَ اَنَّکُمْ کَتَبْتُمْ اِلى اَبِی وَ خَدَعْتُمُوهُ، وَ اَعْطَیْتُمُوهُ مِنْ اَنْفُسِکُمُ الْعَهْدَ وَ الْمِیثاقَ وَ الْبَیْعَة ثُمَّ قاتَلْتُمُوهُ وَ خَذَلُْتمُوهُ؟ فَتَبّاً لَکُمْ ما قَدَّمْتُمْ لاَِنْفُسِکُمْ وَ سَوْاهً لِرَاْیِکُمْ، بِاَیَّةِ عَیْنِ تَنْظُرُونَ اِلى رَسُولِ اللهِ(ص) یَقُولُ لَکُمْ: قَتَلْتُمْ عِتْرَتِی وَ انْتَهَکْتُمْ حُرْمَتِی فَلَسْتُمْ مِنْ اُمَّتِی؟
«Ey Kufə camaatı! Hər kəs məni tanıyırsa özümü tanıtdırmağa ehtiyac yoxdur. Hər kəs tanımırsa, bilsin ki, mən Əli ibn Hüseyn ibn Əbu Talibəm. Mən o kəsin oğluyam ki, onun hörmətini saxlamadınız,mal-dövlətini qarət, əhli-beytini əsir etdiniz. Mən o kəsin oğluyam ki,Fəratın sahilində heç bir günahı olmadan onu qətlə yetirdiniz. Mən o kəsin oğluyam ki, işgəncə altında onu şəhid etdiniz. Ey camaat, sizi Allaha and verirəm, deyin görüm siz atama məktub yazıb onunla peyman bağlamadınızmı? O isə sizin yanınıza gələndən sonra məkr və hiylə işlədib onu öldürdünüz. Ölüm olsun sizə ki, öz axirətiniz üçün yox pis azuqə hazırladınız. Nə pis fikirləriniz vardır! Əgər Peyğəmbər (s) sizə desə ki, «siz mənim övladlarımı öldürdünüz, hörmətimi saxlamadınız və mənim ümmətimdən deyilsiniz», ona nə üzlə baxıb, nə cavab verəcəksiniz?
Bu vaxt kufəlilər uca səslə ağlamağa başladılar. Onlar bir-birinə dedilər: Həlak olduq, bilmədik! İmam Səccad (ə) buyurdu:
رَحِمَ اللهُ اِمرأًٌ قَبْلَ نَصیحَتی و حَفِظَ وَصیّتی فِی اللهِ و فی رَسُولِه و فی أهلِ بیتِه، فإنّ لَنا فِی رَسُولِ اللهِ أُسْوَة حَسَنَة
«Allah rəhm eləsin o kəsə ki, mənim nəsihətimi qəbul edəcək, mənim vəsiyyətimi Allah, Peyğəmbər (s) və onun Əhli-beyitinin yolunda qoruyacaq. Çünki, bizim getdiyimiz yol Peyğəmbərin (s) yoludur.Kufəlilər bir səslə dedilər: Ey Peyğəmbərin oğlu, biz hamımız sənin sözünə qulaq asacağıq, biz səninləyik, sənə itaət edəciyik, sənin əhd-peymanını qoruyacağıq və heç vaxt vaxt səndən ayrılmayacağıq. Hər nəyə əmr etsən itaət edəcəyik və hər kəs səninlə vuruşsa biz səninlə çiyinbəçiyin vuruşacaq, hər kəs səninlə sülh bağlasa biz də sülh bağlayacayıq. Biz Yeziddən intiqam alacağıq, sizə zülm edənlərdən üz döndərəcəyik . Lakin Həzrət Səccad (ə) onlara belə cavab verdi:
هَیْهات! اَیُّهَا الْغَدَرَةُ الْمَکَرَةُ! حِیلَ بَیْنَکُمْ وَ بَیْنَ شَهَواتِ اَنْفُسِکُمْ، اَتُرِیدُونَ اَنْ تَاْتُوا اِلَیَّ کَما اَتَیْتُمْ اِلى آبائِی مِنْ قَبْلُ.
«Heyhat, heyhat, ey hiyləgər hoqqabazlar! Məkr və hiylədən başqa heç nə bilmirsiniz. Atamın başına gətirdiklərinizi mənim də başıma gətirmək istəyirsiniz? And olsun Allaha ki, bu heç vaxt mümkün olan iş deyil. Çünki, bizim yaralarımız hələ sağalmamışdır. Atam dönən şəhid, əhli-əyalı isə bu gün əsir oldu. Bu acı hadisəni heç vaxt unutmaram, qəm-qüssə bütün vücudumu bürüyübdür. Xahişim budur ki, bizim nə əleyhimizə, nə də xeyrimizə qiyam etməyin». Sonra o Həzrət buyurdu:
لا غَروَ إن قُتِلَ الحُسَينُ وشَيخُهُ قَد كانَ خَيرا مِن حُسَينٍ وأكرَما
فَلا تَفرَحوا يا أهلَ كوفانَ بِالَّذي أصابَ حُسَينا كانَ ذلِكَ أعظَما
قَتيلٌ بِشَطِّ النَّهرِ روحي فِداؤُهُ جَزاءُ الَّذي أرداهُ نارُ جَهَنَّما
«Əgər Hüseyn (ə) şəhid olubsa, bu təəccüblü deyil. Çünki, onun atası Hüseyn (ə)-dan kəramətli və üstün idi. Lakin onu da şəhid etdilər. Bəs, ey Kufə camaatı, siz Hüseyn (ə)-a üz verən müsibətə görə sevinməyin! Onun müsibətləri bütün müsibətlərdən böyükdür. Fəratın sahilində şəhid olan Hüseyn (ə)-a canım qurban olsun. Onu öldürənlərin yeri cəhənnəmdir». Sonra İmam Zeynəlabdin (ə) bu beyti kinayə ilə oxudu:
رَضِينَا مِنْكُمْ رَأْساً بِرَأْس فَلاَ يَوْمَ لَنَا وَ لاَ عَلَيْنَا
«Biz başdan-başa sizdən cana doyduq və bundan sonra nə bizə kömək edin, nə də bizi öldürün».
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.