Evin sənədi olmayanlara vacib xəbər: 15 günə çıxarış mümkün olacaq
HESENESKERI.AZ "demokrat.az" - a istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.
Evinin sənədi olmayanlara VACİB XƏBƏR: 15 günə çıxarış almaq mümkün olacaq
Qeyd olunub ki, aparılan araşdırmanın nəticələrinə əsasən, təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyü təsdiqini taparsa, həmin əmlak üzərindəki hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər həyata keçirilir:
"Başqa sözlə, vətəndaş daşınmaz əmlakını qeydiyyata aldırmaq üçün müraciət edərkən, qeydiyyata cavabdeh olan dövlət orqanındakı məlumat fərqli olarsa, bu halda 15 iş günü müddətində dəqiqləşdirmə aparılır. Nümunə üçün, əgər vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazə verirsə, lakin dövlət qurumunun məlumat bazasında həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaq kimi görünürsə, məlumatı dəqiqləşdirmək məqsədilə digər aidiyyəti qurumlara sorğu göndəriləcək. Sorğu nəticəsində vətəndaşın sənədinin doğruluğu təsdiqlənərsə, həmin daşınmaz əmlakın qeydiyyatı aparılacaq.
Ümumilikdə, tətbiq edilən yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesində məlumatların dürüstləşdirilməsinə xidmət edəcək. Bu addım eyni zamanda mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından da xüsusi əhəmiyyət kəsb edir".
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

















































