Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.HESENESKERİ.AZ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, hərəkət sxemləri bərpa edilənlər 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlardır.
Hərəkət sxemləri metronun "Ulduz" stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin olunacaq.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.