WhatsApp işlədənlərə ŞAD XƏBƏR - Yeni funksiya...
Android üçün WhatsApp messencerinə süni intellektə əsaslanan yeni funksiya əlavə edilib.Xarici mediaya istinadən xəbər verilir ki, tətbiq yaradıcıları bildiriblər ki, Metа Al texnologiyasını istifadə edənlər çat-bot vasitəsilə gələn mesajlara ən uyğun cavabları verə bilərlər.
Readovka nəşrinin redaksiyası bu yeniliyi şübhəli hesab edib. "Metа Al əsasında çalışan çat-bot yazışmanın bir hissəsini guya "daha uyğun cavablar vermək" üçün avtomatik olaraq yadda saxlayır," - deyə qeyd edib.
Yaradıcıların bəyanatına görə, bu funksiya hələ inkişaf mərhələsindədir. İstifadəçilər "Yaddaş" bölməsi vasitəsilə saxlanılan məlumatları idarə edə və lazımi məlumatları çat-botdan silə biləcəklər.
WhatsApp - IP üzərindən səsli əlaqə və ani mesajlaşma imkanı verən pulsuz Amerika xidmətidir. Xidmət istifadəçilərə mətn və səsli mesajlar göndərmək, səsli və videozənglər etmək, şəkillər və digər faylları paylaşmaq imkanı verir.
Qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini daxil etmək tələb olunur. Dünyada aylıq olaraq 2 milyarddan çox insan bu xidmətdən istifadə edir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.