HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İmam Hüseyn (ə)-ın Əhli-beyti əli-qolu bağlı halda Yezidin məclisinə gətirdilər. İmam Zeynəlabidin (ə) Yezidə dedi:
أُنشِدُکَ اللّه یا یَزِیدُ ما ظَنُّکَ بِرَسُولِ اللّهِ (ص) لَو رَآنا عَلی هذِهِ الصِّفَهِ
«Ey Yezid, səni Allaha and verirəm, de görüm əgər Rəsulallah (s) bizi bu halda görsə, Ona nə cavab verərsən? Yezid əmr etdi ki, Əhli-Beyt əsirlərinin əl-qollarını açsınlar. Sonra İmam Hüseyn (ə) müqəddəs başını Yezidin qarşısında qoydular. Əsir qadınlara isə o məlunun arxasında yer verdilər, təki İmam (ə)-ın müqəddəs başı görməsinlər. İmam Zeynəlabidin (ə) bu səhnəni müşahidə edirdi. Birdən Zeynəb (ə) qardaşının kəsik başını gördü. O, qəmli və ürəkyandırıcı səslə dedi:
یا حُسَیْناهُ! یا حَبیبَ رَسُولِ اللهِ! یَابْنَ مَکَّهَ وَ مِنی یَابْنَ فاطِمَهَ الزَّهْراءِ سَیِّدَهَ النِّساءِ، یَابْنَ بِنْتِ الْمُصْطَفی
«Ey Hüseyn (ə)! Ey Allahın Rəsulunun (s) istəkli övladı! Ey Məkkə və Minanın oğlu! Ey Fatiməyi-Zəhranın oğlu! Ey Mustafanın (s) qızının oğlu!»
Ravi deyir: «Zeynəb bu sözləri ilə məclisdə olanları ağlatdı. Yezid (Allah ona lənət etsin) isə sakit oturmuşdu. Bu vaxt Yezidin evində və «Bəni-Haşim» tayfasından olan bir qadın İmam Hüseyn (ə) üçün rövzə oxuyub uca səslə dedi:
يَا حُسَيناهُ! يَا سَيِّدَ أَهْلِ بَيْتَاهُ! يَا ابْنَ مُحَمَّدَاهُ! يَا رَبِيعَ الَّارامِلِ وَ اليَتَامَى! يَا قَتِيلَ أوْلَادِ الادعياء
Onun səsini eşidənlərin hamısı ağladı. Sonra Yezid cubuqla İmam Hüseyn (ə) mübarək dodaqlarına, dişlərinə vurmağa başladı. Bunu görən Əbu Bərz Əsləmi dedi: «Vay olsun sənin halına, eyYezid! Sən Fatimə (s.ə)oğlu Hüseyn (ə)-ın dişlərinəmi çubuqla vurursan? Mən özüm gördüm ki, Allahın peyğəmbəri (s) İmam Hüseyn (ə) və İmam Həsən (ə)-ın qabaq dişlərini öpür və buyururdu:
اَنتُما سَیِّدا شَبابِ اَهلِ الجَنَّهِ
«Siz hər ikiniz behişt cavanlarının ağalarısımız». Allah-Təala sizi öldürənləri öldürsün və onlara lənət etsin! Yezid bu sözləri eşidib qəzəblənmiş və əmr etdi ki, Əbu Bərz Əsləmini sürüyə-sürüyə məclisdən çıxartsınlar. Sonra Yezid, ibn Zəbərinin şeirindən bir neçə beyt söylədi:
لَیْتَ أَشْیاخِی بِبَدْر شَهِدُوا جَزَعَ الْخَزْرَجُ مِنْ وَقْعِ الاَسَلْ
لاََهَلُّوا وَاسْتَهَلُّوا فَرَحاً وَ لَقالُوا یا یَزِیدُ لاَ تَشَل
قد قَتَلْنا القَومَ من سَادَاتِكُمْ وَعَدَلْنَا بِبَدر فَاعْتَدَلْ
لَعِبَتْ هاشِمُ بِالْمُلْکِ فَلاَ خَبَرٌ جاءَ وَ لاَ وَحْىٌ نَزَلْ
لَسْتُ مِنْ خِنْدِف إِنْ لَمْ أَنْتَقِمْ مِنْ بَنِی أَحْمَدَ ما کانَ فَعَلْ
«Ey kaş, Bədr müharibəsində öldürülən tayfa başçılarımız burada olurdu və körürdülər ki, Xəzrəc tayfası bizim qılınclarımız qarşısında necə də nalə şəkirdilər; təki onlar bu səhnəni görərək şadlanıb deyirdilər: «Ey Yezidçox sağ ol! Biz Bəni-Haşim tayfasının böyüklərini öldürdük, Bədr müharibəsində ölən ata-babalarımızın intiqamını aldıq. Əgər Əhmədin övladlarından onların intiqamını almasam, Xəndəfin oğlu deyiləm».
Bu vaxt Həzrət Zeynəb (s.ə) qəzəblənib yerindən qalxdı və aşağıdakı xütbəni söylədi:
فَقَامَتْ زَيْنَبُ بِنْتُ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عَلَيْهِ السَّلاَمُ فَقَالَتْ: «اَلْحَمْدُ لِلّهِ رَبِّ الْعالَمِينَ وَ صَلَّى اللَّهُ عَلَى رَسُولِهِ وَ آلِهِ أَجْمَعِينَ صَدَقَ اللَّهُ سُبْحَانَهُ كَذَلِكَ يَقُولُ«ثُمَّ كانَ عاقِبَةَ الَّذِينَ أَساؤُا السُّواى أَنْ كَذَّبُوا بِآياتِ اللّهِ وَ كانُوا بِها يَسْتَهْزِؤُنَ» أَ ظَنَنْتَ يَا يَزِيدُ حَيْثُ أَخَذْتَ عَلَيْنَا أَقْطَارَ الْأَرْضِ وَ آفَاقَ السَّمَاءِ فَأَصْبَحْنَا نُسَاقُ كَمَا تُسَاقُ الْأُسَرَاءُ أَنَّ بِنَا هَوَاناً عَلَيْهِ وَ بِكَ عَلَيْهِ كَرَامَةً وَ أَنَّ ذَلِكَ لِعِظَمِ خَطَرِكَ عِنْدَهُ فَشَمَخْتَ بِأَنْفِكَ وَ نَظَرْتَ فِي عِطْفِكَ جَذْلاَنَ مَسْرُوراً حَيْثُ رَأَيْتَ الدُّنْيَا لَكَ مُسْتَوْثِقَةً وَ الْأُمُورَ مُتَّسِقَةً وَ…
هَلُّوا وَ اسْتَهَلُّوا فَرَحاً ثُمَّ قَالُوا يَا يَزِيدُ لاَ تُشَلَّ مُنْتَحِياً عَلَى ثَنَايَا أَبِي عَبْدِ اللَّهِ سَيِّدِ شَبَابِ أَهْلِ اَلْجَنَّةِ تَنْكُتُهَا بِمِخْصَرَتِكَ وَ كَيْفَ لاَ تَقُولُ ذَلِكَ وَ قَدْ نَكَأْتَ الْقَرْحَةَ وَ اسْتَأْصَلْتَ الشَّافَةَ بِإِرَاقَتِكَ دِمَاءَ ذُرِّيَّةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ نُجُومِ الْأَرْضِ مِنْ آلِ عَبْدِ الْمُطَّلِبِ وَ تَهْتِفُ بِأَشْيَاخِكَ زَعَمْتَ أَنَّكَ تُنَادِيهِمْ فَلَتَرِدَنَّ وَشِيكاً مَوْرِدَهُمْ وَ لَتَوَدَّنَّ أَنَّكَ شَلَلْتَ وَ بَكِمْتَ وَ لَمْ تَكُنْ قُلْتَ مَا قُلْتَ وَ فَعَلْتَ مَا فَعَلْتَ اللَّهُمَّ خُذْ لَنَا بِحَقِّنَا وَ انْتَقِمْ مِنْ ظَالِمِنَا وَ أَحْلِلْ غَضَبَكَ بِمَنْ سَفَكَ دِمَاءَنَا وَ قَتَلَ حُمَاتَنَا فَو…
وَ حَسْبُكَ بِاللَّهِ حَاكِماً وَ بِمُحَمَّدٍ ص خَصِيماً وَ بِجَبْرَئِيلَ ظَهِيراً وَ سَيَعْلَمُ مَنْ سَوَّلَ لَكَ وَ مَكَّنَكَ مِنْ رِقَابِ اَلْمُسْلِمِينَ بِئْسَ لِلظّالِمِينَ بَدَلاً وَ أَيُّكُمْ شَرٌّ مَكاناً وَ أَضْعَفُ جُنْداً وَ لَئِنْ جَرَّتْ عَلَيَّ الدَّوَاهِي مُخَاطَبَتَكَ إِنِّي لَأَسْتَصْغِرُ قَدْرَكَ وَ أَسْتَعْظِمُ تَقْرِيعَكَ وَ أَسْتَكْثِرُ تَوْبِيخَكَ لَكِنَّ الْعُيُونَ عبْرَى وَ الصُّدُورَ حَرَّى أَلاَ فَالْعَجَبُ كُلُّ الْعَجَبِ لِقَتْلِ حِزْبِ اللَّهِ النُّجَبَاءِ بِحِزْبِ اَلشَّيْطَانِ الطُّلَقَاءِ فَهَذِهِ الْأَيْدِي تَنْطِفُ مِنْ دِمَائِنَا وَ الْأَفْوَاهُ تَتَحَلَّبُ مِنْ لُحُومِنَا وَ تِلْكَ الْجُثَثُ الطَّوَاهِرُ الزَّوَاكِي تَنْتَابُهَا الْعَوَاسِلُ وَ تُعَفِّرُهَا أُمَّهَاتُ الْفَرَاعِل…
فَإِلَى اللَّهِ الْمُشْتَكَى وَ عَلَيْهِ الْمُعَوَّلُ فَكِدْ كَيْدَكَ وَ اسْعَ سَعْيَكَ وَ نَاصِبْ جُهْدَكَ فَوَ اللَّهِ لاَ تَمْحُو ذِكْرَنَا وَ لاَ تُمِيتُ وَحْيَنَا وَ لاَ تُدْرِكُ أَمَدَنَا وَ لاَ تَرْحَضُ عَنْكَ عَارَهَا وَ هَلْ رَأْيُكَ إِلاَّ فَنَدٌ وَ أَيَّامُكَ إِلاَّ عَدَدٌ وَ جَمْعُكَ إِلاَّ بَدَدٌ يَوْمَ يُنَادِي الْمُنَادِي أَلا لَعْنَةُ اللّهِ عَلَى الظّالِمِينَ فَاَلْحَمْدُ لِلّهِ رَبِّ الْعالَمِينَ
الَّذِي خَتَمَ لِأَوَّلِنَا بِالسَّعَادَةِ وَ الْمَغْفِرَةِ وَ لِآخِرِنَا بِالشَّهَادَةِ وَ الرَّحْمَةِ وَ نَسْأَلُ اللَّهَ أَنْ يُكْمِلَ لَهُمُ الثَّوَابَ وَ يُوجِبَ لَهُمُ الْمَزِيدَ وَ يُحْسِنَ عَلَيْنَا الْخِلاَفَةَ إِنَّهُ رَحِيمٌ وَدُودٌ وَ حَسْبُنَا اللّهُ وَ نِعْمَ الْوَكِيلُ
Əmirəl-möminin Əli (ə)-ın qızı Zeynəbə (s.ə)Allaha həmd-səna edəndən və Peyğəmbərə (s) salam göndərəndən sonra bu ayəni söylədi:
ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَىٰ أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ
«Çirkin əməllərə və cinayətlərə mürtəkib olanların aqibəti elə bir yerə yetişdi ki, Allah ayələrini yalan hesab edib, onu ələ saldılar».«Ey Yezid! Elə bilirsən ki, bu geniş dünyanı, açıq səmanı bizim üçün darısqal edibsən və bizi əsirlər kimi hər şəhərə, hər diyara istəyirsən aparasan? Elə fikirləşirsən ki, Allah yanında xar olduq və sən yüksək məqama çatdın? Buna görə özünə qururlanır və şadlanırsan ki, dünya abad olubdur və məqsədinə çatmışam? Elə fikirləşirsən ki, səltənət və padşahlıq sənin istəyinlə həmdəm olubdur?! Yavaş get, yavaş! Məgər Allahın buyurduğu
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُهِينٌ
«Küfür yolu seçənlər güman etməsinlər ki, onlara verdiyimiz bir neçə günlük möhlət onların səadətləri üçün bir müqəddimədir! Yox, bu fürsətlər onların günahlarının çoxalması üçündür və onlar üçün qarşıda xaredici əzab vardır»-ayəsini yaddan çıxartmısanmı? Ey «azad olunmuşların oğlu!» Öz arvadlarına, kənizlərinə sığınacaq verdiyin halda Peyğəmbər (s) qızlarını isə açıq üzlə, çadrasız, örtüksüz, düşmənlərlə birlikdə şəhərbəşəhər gəzdirirsən? Bu insafdırmı ki, Peyğəmbər (s)qızlarına uzaq-yaxın, yaxşı-pis adamlar tamaşa etsinlər? Halbuki, bizi himayə edən kişilərdən heç biri sağ qalmayıbdır. Bəli, pak insanların ciyərini çeynəyib sonra yerə atan insanlardan, əti, qanı şəhidlərin qanından göyərən adamlardan necə rəhm gözləmək olar? Həmçinin, həmişə düşmənçilik, kin və ədavət görə ilə bizə baxan adamlardan neçə dostluq gözləmək olar? Ey Yezid! İndi sən məst və məğrursan. Günah etdiyini nəzərə almadan, Behişt cavanlarının ağası İmam Hüseyn (ə) dişlərinə çubuqla vurur və deyirsən:
لاَهَلُّوا واستَهَلُّوا فَرَحاً ` ثُمَّ قالُوا یا یُزیدَ لا تَشَل
Əlbəttə, nə üçün də bu sözləri deməyəsən və nə üçün də bu şeirləri oxumayasan?! Halbuki Mühəmmədin (s) övladlarının qanına əllərini bulaşdırmış və yer üzünü parlaq ulduzlarını söndürmüsən. Lakin bilməlisən ki, bu işinlə ölüm və bədbəxtliyini hazırladın. İndi də öz tayfanın ölülərini çağırırsan. Elə güman edirsən ki,onlar sənin səsini eşidirlər? İnşallah sən özün də tezliklə onlara qovuşar və orada deyəsən: «Ey kaş əllərim şil, dilim lal olurdu və o işləri görmürdüm, o sözləri demirdim!»
Zeynəbin (ə) sözü bura çatanda nifrin edib dedi: «Ey qüdrətli Allah! Bizə zülm edənlərdən intiqamımızı al! Bizim haqqımızı onlardan tələb et və onları öz qəzəb odunla yandır! Ey Yezid! Bu işlərinlə yalnız öz dərini soyub, ətini parçaladın. Peyğəmbər (s) övladlarının qanını töküb onun Əhli-Beytini əsir etməklə bu ağır yükü öz boynuna götürdüyün üçün tez bir zamanda o Həzrətin hüzurunda hazır olacaqsan. Həmin gün (qiyamət günü) Allah-Təala Peyğəmbəri (s) və övladlarını bir yerə yığıb onların haqqını alacaq».
وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ
«Elə güman etmə ki, Allah yolunda şəhid olanlar öldürlər. Əksinə, onlar diridirlər və öz Allahının yanında Onun ruzisindən bəhrələnirlər». Bir vaxt olar ki, Allah-Təala və Mühəmməd (s) səni məhkum edər. Həmin gün sənə kifayətdir. Səni xilafətə çatdıranlar da tezliklə başa düşəcəklər ki, zülümkarların arasında ən zalımını seçiblər. Ruzigar məni səninlə danışmağa məcbur etsə də, sənin kiçik və alçaq şəxs kimi tanıyıram. Sənin danlağını böyük və səni təhqir etməyi tərifə laiq bilirəm. Lakin gözlər qan ağlayır və ürəklər qəm-qüssə odunda yanır. Ah! Nə qədər təəccüblüdür ki, Allah qoşunu Şeytan qoşununun əli ilə öldürülür. Bizim qanımız düşmən əlləri ilə tökülür və ətimiz onların ağzında çeynənilir! Şəhidlərin pak-pakizə bədənləri torpaq üstündə qalıb və səhra canavarları onların bədənlərini parçalayırlar. Ey Yezid! Əgər bu gün bizi zor gücünə ələ keçirib bunu özün üçün bir qənimət bilirsənsə, bir gün olar ki, ziyankarlardan olarsan. Həmin gün qabaqcadan göndərdiyin çirkin əməllərindən başqa heç nə sənə verilməyəcək. Allah-Təala öz bəndələrinə qarşı zülmkar deyil. Biz öz şikayətlərimizi Allah-Təalalanın yanına aparacağıq və O, bizim pənahımızdır. Ey Yezid, sən bacardığını et, öz hiylə və məkrlərini işə sal, bu işdə olduqca səy göstər. Amma Allaha and olsun ki, heç vaxt bizim adımızı (tarix səhifəsindən) məhv edə bilməyəcək, bizim vəhy nurumuzu söndürməyə nail olmayacaqsan. Çünki, sənin ağlın azdır, ömrün qısa və tifağın sökükdür. Bir gün gəlib çatacaq, nida edən səslənib deyəcək ki, Allah zülümkarlara lənət etsin. Allaha şükür olsun ki, bizim əvvəlimizi məxfirət və səadətlə başlayır, axırımızı isə şəhadət və rəhmətlə bitirir. Allahdan istəyirik ki, öz nemətini şəhidlər üçün kamilləşdirib və onların acrini artırsın; bizi də onların ən yaxşı canişinləri qərar ersin. Çünki, O, bağışlayan və mehribandır.
Yezid Zeynəbə (s.ə)-ın xütbəsini eşidəndən sonra dedi:
يا صَيحَةً تُحمَدُ مِن صَوائِحٍ ما أهوُنُ النوحَ عَلي النَوائِحٍ
Şeirin məzmunu: «Nalə edənlərin fəryadı, hönkü-hönkür ağlayanların qışqırıqları nə qədər də yaxşıdır; ürəkləri dağlı növhə oxuyan qadınlara ölüm nə qədər asandır». Sonra Yezid Şamın əyanları ilə əsirlər haqqında məşvərət etdi. Onlar Əhli-Beytin ölümünə rəy verdilər. Lakin Nöman ibn Bəşir dedi: «Rəsulallah (s) əsirlərlə necə rəftar edirdisə, sən də o cür rəftar et!»
Bu vaxt Şam şəhərindən olan bir kişi İmam Hüseyn (ə) qızı Fatiməyə sarı baxıb Yezidə dedi:
یا أَمیرَ المُؤمِنینَ هَل لِی هذِهِ الجارِیَهُ
«Ey Əmirəl-möminin! Bu kənizi mənə bağışla!» Fatimə bibisi Zeynəbə (s.ə) dedi: «Bibi can, atamı öldürdülər, indi isə məni gəniz aparmaq istəyirlər». Zeynəbə (s.ə) buyurdu: «Yox, bu günahkar belə bir iş görə bilməz». Şamlı kişi Yezidən soruşdu: «Bu qız kimdir?» Yezid dedi: «Bu Hüseyn (ə)-ın qızı Fatimə, o isə Əli ibn Əbu Talibin (ə) qızı Zeynəbdir». Şamlı kişi: «Ey Yezid! Allah sənə lənət etsin! Allaha and olsun ki, fikirləşirdim ki, bunlar Rum əsrləridir». Yezid: «And olsun Allaha, səni də onlara qovuşduracağam». Sonra məlun həmin kişinin ölüm hökmünü verdi.
Ravi deyir: «Yezid bir nəfər xətibə əmr etdi ki, minbərə çıxıb Hüseyn (ə)-ı və onun atasını təhqir etsin. Xətib minbərə çıxdı. O, Əli (ə) və Hüseyn (ə)-a inayət edəndən sonra Müaviyə və Yezidi tərifləməyə başladı. İmam Zeynəlabidin (ə) uca səslə buyurdu:
وَیلَکَ أَیُّها الخاطِبُ اشتَرَیتَ مَرضاتِ المَخلوقِ بِسَخَطِ الخالِقِ
«Vay olsun sənə, ey xətib! Məxluqun razılığını əldə edib, Xaliqin qəzəbləndirdin; bəs öz yerini cəhənnəm odunda gör!»
İbn Sinan Xəfaci Əli (ə)-ın mədhində deyir:
أَ عَلیَ المَنابِرِ تُعلِنُونَ بِسَبِّهِ وَ بِسَیفِهِ نَصَبتُ لَکُم أَعوادُها
«Minbərlərdə Əmirəl-möminin Əli (ə) aşkar təhqir edirsiniz, halbuki, minbərləin taxtaları o Həzrətin qılıncı sayəsində hazırlanıb!»
Həmin gün Yezid, İmam Zeynəlabidin (ə)-a söz verdi ki, o Həzrətin üç istəyini qəbul edəcək. Sonra əmr etdi ki, Əhli-beyti bir xaraba evə aparsınlar. Həmin ev onları nə soyuqdan, nə də istidən qoruyurdu. Əhli-beytin üzvləri orada qaldılar. Onlar Dəməşqdə olan müddət ərzində həmişə İmam Hüseyn (ə) üçün əza saxlayırdılar.
Səkinə (ə) deyir: «Dörd gün idi ki, Dəməşqdə idik. Bir yuxu gördüm». Səkinə (ə) uzun bir yuxunu nəql etdi, sonra onun axırında dedi: «Gördüm ki, bir qadın kəcəvadə oturubdur. O, öz əllərini başına qoymuşdu. Soruşdum: «Bu qadın kimdir?» Dedilər: «O Məhəmmədin (ə) qızı Fatimədir və sənin nədəndir». Dedim: «Allaha and olsun onun yanına gedib bizə olunan zülmlərdən şikayət edəcəyəm». Sonra sürətlə onun yanına getdim. Qarşısında sürüb ağlayaraq dedim:
یا أُمّاهُ جَحَدوُا وَ اللّهِ حَقَّنا یا أُمّاهُ بَدَّدوا وَ اللّهِ شَملَنا یا أُمّاهُ استَباحوا وَ اللّهِ حَرِیمَنا یا أُمّاهُ قُتَلُوا وَ اللّهِ الحُسَینَ أَبانا
«Anacan, Allaha and olsun, bizim haqqımızı inkar etdilər; anacan, Allaha and olsun, bizi əsir yesir etdilər;anacan, Allaha and olsun, bizim hörmətimizi tapdaladılar; anacan, Allaha and olsun, atamız Hüseyn (ə) öldürdülər!
فَقالَت لِی کُفِّی صَوتَکَ یا سُکَینَهُ فَقُد قَطَّعتِ نِیاطَ قُلبِی
Fatimeyi-Zəhra (s.ə) buyurdu: «Səkinə can, daha bəsdir danışma! Ürəyimi yandırdın. Bu atan Hüseyn (ə) köynəyidir. Bu köynək Allaha qovuşana qədər məndən ayrılmayacaq».
İbn Ləhyiə Əbdul Əsvəd ibn Əbdürəhmandan belə rəvayət edir: Rəsul-Carut məni gördü və dedi: «Allahaand olsun, mənimlə Həzrət Davud (ə)-ın arasında yetmiş dənə ata vasitəsilə fasilə var. Buna görədə yahudilər məni görəndə hörmət edirlər. Amma Peyğəmbər (s) ilə övladı Hüseyn (ə) arasında bir atadan artıq fasilə yoxdur. Siz isə onun övladını öldürdünüz.
İmam Zeynəlabidin (ə)-dan rəvayət olunur ki, İmam Hüseyn (ə)-ın kəsilmiş müqəddəs başını Yezidin yanına gətirdilər. Yezid şərab içir və İmamın (ə) başını qarşısında qoyurdu. Günlərin bir günü Rum padşahının səfiri Yezidin məclisinə gəldi. O, Rumun böyük şəxsiyyətlərindən biri idi. Yezidə dedi: «Ey ərəbin padşahı, bu baş kimin başıdır?» Yezid dedi: «Sənin bu başla nə işin vardır?» Dedi: «Mən öz padşahımın yanına qayıdandan sonra, o, bütün gördüklərimi məndən soruşacaq; bu baş və onun sahibi haqqında da padşah üçün danışmaq istəyirəm, təki, sənin şadlığına şərik olsun». Yezid dedi: «Bu baş, Əli ibn Əbu Talibin oğlu Hüseyn (ə)-ın başıdır».
Dedi: «Anası kimdir?» Yezid: «Anası Rəsulallahın (s) qızı Fatimədir». Dedi: «Vay olsun sənə və sənin dininə! Mənim dinim sizin dininizdən yaxşıdır. (Rum səfiri Nəsrani dinində idi.) Çünki atam, Davud Peyğəmbərin (s) nəslindən idi, mənimlə Davud (ə) arasındakı ata-babam həddindən artıq çoxdur, amma Nəsranilər məni böyük şəxsiyyət kimi tanıyırlar. Davud Peyğəmbərin (s) nəslindən olduğuma görə onlar mənim ayaqqabımın torpağını təbərrük üçün aparırlar. Amma siz öz Peyğəmbərinizin (s) qızının oğlunu öldürürsünüz, halbuki, Onun (Hüseyn (ə)-ın) və Peyğəmbərinizin (s) arasında bir qadın fasilə salıbdır. Sizin bu dininiz necə bir dindir?!» Sonra Rum səfiri Yezidə dedi: «Hafir» kilsəsi haqqında eşitmisənmi?»
Yezid: «De eşidim». Rum səfiri dedi: «Çin və Oman ölkəsi arasında bir dərya vardır. O dəryadan keçmək bir il çəkir. Orada heç bir abadlıq yoxdur. Yalnız dəryanın ortasında bir şəhər vardır. Şəhərin ərazisi səksən fərsəxdir. Yer üzündə ondan böyük şəhər yoxdur.
Həmin şəhərdən başqa ölkələrə yaqut və kafur aparırlar. Orada ud və ənbər ağacları mövcuddur. Bu şəhər Nəsranilərin əlindədir. Nəsranilərin padşahından başqa heç bir padşah orta yoxdur. Orada çoxlu kilsələr vardır. Ən böyük kilsə «Hafir» kilsəsidir. Onun mehrabında qızıl qutu asılıbdır. Qutunun içində bir ulağın dırnağı vardır. Deyirlər ki, həmin ulağı İsa Peyğəmbər (ə) minibdir. Qutunu ipək parçalarla büküblər. Nəsranilər hər il həmin kilsəni ziyarət etmək üçün uzaq yerlərdən gəlirlər və qutunun ətrafında təvaf (başına fırlanmaq) edirlər. Onu öpürlər. Onlar həmin kilsədə Allahdan öz hacətlərini istəyirlər. Bəli! Nəsranilər həmin dırnağa bu cür hörmət qaildirlər. Çünki, güman edirlər ki, İsa Peyğəmbərin (ə) ulağının dırnağıdır. Amma siz öz Peyğəmbərnizin övladını öldürürsünüz. Təəccüb edirəm sizə və sizin dininizə!»
Yezid dedi:«Bu Nəsranini öldürün! O, məni öz məmləkətimdə rusvay etdi». Nəsrani (Rum səfiri) öz ölümünü hiss edərək Yezidə dedi: «Sən məni öldürürsən?»Yezid: «Bəli». Nəsrani: «Dünən gecə sizin Peyğəmbərinizi (s) yuxuda gördüm. O mənə buyurdu: «Ey Nəsrani sən Behişt əhlisən». Mən Onun verdiyi bu şad xəbərə təəccüb etdim. İndi isə Onun sözünü başa düşdüm və deyirəm: «Әşhədu əlla ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən Rəsulullah!» Sonra Rum səfiri müqəddəs başını götürüb bağrıma basdı. O, Həzrətin başını öpür və ağlayırdı. Nəhayət Yezid (Allah ona lənət etsin) Rum səfiri öldürtdürdü.
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.