ƏHLİ-BEYT İBN ZİYADIN MƏCLİSİNDƏ
Ravi deyir: «Ondan sonra ibn Ziyad «darül-imarə»yə getdi. O, xalqın hamısına saraya girməyə icazə verdi. İmam Hüseyn (ə)-ın müqəddəs başını gətirib qaniçən ibn Ziyadın qarşısına qoydular. Sonra əsirləri o məlunun məclisinə gətirdilər. Əmirəl-möminin (ə)-ın qizi Zeynəb (ə) tanımaz halda məclisinə daxil olub bir küncdə əyləşdi. İbn Ziyad soruşdu: «Bu qadın kimdir?» Dedilər: «O, Əli (ə)-ın qızı Zeynəbdir». O məlun üzünü Zeynəbə tutub dedi: «Şükür olsun Allaha ki, sizi rüsvay edib yalanlarınızı aşkar etdi». Zeynəb buyurdu:
اِنَّما يَفْتَضِحُ اَلْفَاسِقُ وَ يَكْذِبُ اَلْفَاجِرُ وَ هُوَ غَيْرُنَا
«Fasiq xalq rüsvay olurlar və künahkar şəxslər yalan danışırlar. Lakin biz onlardan deyilik». İbn Ziyad dedi: «Allah-Təala sənin qardaşınla etdiyi rəftarı necə görürsən?» Zeynəb dedi:
مَا رَأَيْتُ إِلاَّ جَمِيلاً هَؤُلاَءِ قَوْمٌ كُتِبَ عَلَيْهِمُ اَلْقَتْلُ فَبَرَزُوا إِلَى مَضَاجِعِهِمْ
«Allahın yaxşılığından başqa heç nə görmədim. Çünki, Peyğəmbərin (s) övladları elə bir tayfadır ki, Allah şəhid olmağı onlar üçün yazmışdır. Onlar öz əbədi yerlərinə tələsdilər». Lakin çox çəkməz ki, Allah onlarla səni bir yerə yığaraq, səni onların qarşısında haqq-hesaba çəkər, onda bilərsən ki, kim səadətə çatıbdır. Ey Mərcanənin oğlu, anan matəmində otursun! İbn Ziyadqəzəbləndi, o, Zeynəbi öldürmək qərarına gəldi. Əmr ibn Həris məclisdə idi. O, İbn Ziyada dedi:
إِنَّهَا اِمْرَأَةٌ وَ لاَ تُؤَاخَذُ بِشَيْءٍ مِنْ مَنْطِقِهَا
«O, qadındır, heç kəs qadını danışmağa görə cəzalandırmır». İbn Ziyad öz çirkin fikrindən döndü və üzünü Zeynəbə tutub dedi:
لَقَد شَفَی اللّهُ قَلبِی مِن طاغِیَتِکَ الحُسَین
«Allah Hüseynin ölümü ilə mənim qəlbimə şafa verdi». Zeynəb dedi: «Canıma and olsun, bizim qocalarımız və cavanlarımızı qəylə yetirdin. Bilməlisən ki, sən bu işinlə şəfa tapmayacaqsan». İbn Ziyad dedi: «Zeynəb elə bir qadındır ki, qafiyə və şeirlə danışır. Allaha and olsun, onun atası da şair idi». Zeynəb dedi: «Ey İbn Ziyad, mənim şeir və qafiyə ilənəişim vardır!» Sonra İbn Ziyadın gözü Əli ibn Hüseynə (Zeynəlabidin) sataşdı. Soruşdu: «Bu cavan kimdir?» Dedilər: «Əli ibn Hüseyn (ə)-dır». Dedi: «Məgər, Allah Əli ibn Hüseyni öldürmədimi?» İmam Zeynəlabidin (ə) buyurdu: «Mənim bir qardaşım var idi. Onun da adı Əli ibn Hüseyn idi, camaat onu öldürdü». İbn Ziyad dedi: «Camaat yox, Allah onu öldürdü!» Həzrət buyurdu:
اللَّهُ يَتَوَفَّى الْأَنْفُسَ حِينَ مَوْتِهَا وَالَّتِي لَمْ تَمُتْ فِي مَنَامِهَا
«Allah əcəl çatanda canları alar...» İbn Ziyad: «Sən mənim hüzurumda hazırcavablıq edirsən?» O məlun əmr etdi ki, onu aparıb boynunu vurun. Zeynəb (ə) bu sözü eşitcək dərhal buyurdu:
یا ابنَ زِیادٍ لَم تُبقِ مِنّا أَحَداً فَاِن کُنتَ عَزَمتَ عَلی قَتلِهِ فَاقتُلنی مَعَهُ
«Ey İbn Ziyad, sən daha bizdən heç kəsi sağ qoymadın, əgər bu cavanı da öldürmək istəyirsənsə, mənim də qətlimə hökm ver!»
İmam Zeynəlabidin (ə) bibisi Zeynəbə (s.ə) buyurdu: «Ey bibi, sən narahat olma! Mən özüm onun cavabını verəcəyəm». Sonra Həzrət üzünü ibn Ziyada sarı çevirib buyurdu:
أَبِالقَتلِ تُهَدِّدُنیِ یا ابنَ زِیادٍ أَما عَلِمتَ أَنَّ القَتلَ لَنا عادَهٌ وَ کَرامَتُنا الشَّهادَهُ
«Ey İbn Ziyad, məni ölümlə hədələyirsən? Məgər bilmirsən ki, Allah yolunda öldürülmək bizm adətimiz, şəhadət izzətimizdir?»
Bu deyişmələrdən sonra İbn Ziyad əmr etdi ki, Əli ibn Hüseyn (ə) və əhli-beyti Küfənin böyük məscidinin yanındakı evə aparsınlar. Zeynəb (ə) dedi: «Uşaqlı və uşaqsız kənizlərdən başqa heç bir qadın bizim yanımıza gəlməsin. Çünki, onlar da bizim kimi əsirdirlər». Sonra İbn Ziyadın hökmü ilə İmam Hüseyn (ə)-ın müqəddəs başını Küfənin küçələrində gəzdirdilər. Yaxşı olardı ki, bizburada alimlərdən birinin İmam Hüseyn (ə) haqqında yazdığı şeiri qeyd edək:
رَأْسُ ابْنِ بِنْتِ مُحَمَّدٍ وَ وَصِیِّهِ لِلنَّاظِرِینَ عَلَى قَنَاهٍ یُرْفَعُ
وَ الْمُسْلِمُونَ بِمَنْظَرٍ وَ بِمَسْمَعٍ لَا مُنْکِرٌ مِنْهُمْ وَ لَا مُتَفَجِّعٌ
کُحِلَتْ بِمَنْظَرِکَ الْعُیُونُ عَمَایَهً وَ أَصَمَّ رُزْؤُکَ کُلَّ أُذُنٍ تَسْمَعُ
أَیْقَظْتَ أَجْفَاناً وَ کُنْتَ لَهَا کَرًى وَ أَنَمْتَ عَیْناً لَمْ تَکُنْ بِکَ تَهْجَعُ
مَا رَوْضَهٌ إِلَّا تَمَنَّتْ أَنَّهَا لَکَ حُفْرَهٌ وَ لِحَظِّ قَبْرِکَ مَضْجَع
«Peyğəmbər (s) və onun vəsisinin (Əli (ə)) oğlunun başını tamaşaçılara göstərmək üçün nizə başında gəzdirirlər. Müsalmanlar onu görür, eşidirlər, lakin heç kəs bu işin qarşısını almır və narahat olmurlar. Kor olsun o səhnəni görən gözlər! Kor olsun o müsibəti eşidib ertiraz etməyənlər. Ey Hüseyn (ə)! Öz şəhadətinlə yatmış gözləri oyatdın və səndən qorxanların gözlərini yuxuya apardın. Ey Hüseyn! Yer üzündə heç bir məkan səndən başqası üçün qəbir və əbədi mənzil olmağını arzu etməyibdir».
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.