• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 19-avqust, 20:00

İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR


İmam Hüseyn (ə) şəhid olandan sonra ibn Sədin qoşunu O Həzrətin paltarını əynindən çıxartdılar. İmamın (ə) köynəyini İsaq ibn Həviyyə Həzər aparıb geydi. O, bunun nəticəsində dəri xəstəliyinə mübtəla oldu və bədənin tükləri töküldü. Rəvayət olunur ki, İmam Hüseyn (ə)-ın köynəyində 119 qılınc, ox və nizə yeri var idi. Başqa bir rəvayətdə isə Həzrət İmam Sadiq (ə) buyurdu: «İmam Hüseyn (ə) bədənində 33 nizə və 34 qılınc yarası var idi». İmam Hüseyn (ə) şalvarını Əbhər ibn Kəb Təmimi götürdü. Rəvayət olunur ki, o, şalvarı aparandan sonra əl-ayağı topal oldu və ömrünün axırınadək yeriyə bilmədi. O Həzrətin əmmaməsini Əxnəs ibn Mürsəd ibn Əlqəmə, başqa sənədə əsasən, Cabir ibn Yezid Əvdi aparıb başına bağladı. O, bu işi gördüyü üçün dəli oldu.
İmam Hüseyn (ə)-ın ayaqqabısını Əsvəd ibn Xəlid apardı. O Həzrətin üzüyünü Bəcdəl ibn Səlim Kəlbi götürdü. O, üzüyü götürmək üçün Həzrətin barmağını kəsdi. Sonralar Muxtar, Bəcdəl ibn Səlimi tutub onun əl ayaqlarını kəsərək həmin halda onu buraxdı. O, öz qanına bulaşıb öldü. İmam Hüseyn (ə)-ın dəsmalınıQeys ibn Əşəs götürdü, o Həzrətin zirehini Ömər ibn Sədə apardı. Ömər ibn Səd öləndən sonra Muxtar həmin zirehi onun qatili Əbi Ömrəyə bağışladı. İmam Hüseyn (ə)-ın qılıncını Cəmi ibn Xəlq Əvdi, başqa rəvayətə görə Bəni-Təmin qəbiləsindən olan Əsvəd ibn Hənzələ qəsb etdi. İbn Əbi Səd rəvayət edir ki, o Həzrətin qılıncını Fəlafis Nəhşəmi götürdü. Mühəmməd ibn Zəkəriyyə bu rəvayəti nəql edəndən sonra deyir: «Həmin qılınc ondan sonra Həbib ibn Bədilin qızına çatdı». Qeyd etmək lazımdır ki, həmin qəsb olunmuş qılınc «Zülfüqar» deyil. Çünki, «Zülfüqar» nübubbət və imamətin başqa ətiqləri ilə qorunur. Bunu hədis rəvayətçiləri də təsdiq edib və qeyd etdiyim kimi nəql ediblər.

Ravi deyir: «İmam Hüseyn (ə) şəhid olandan sonra xeymələr tərəfindən bir kəniz çölə çıxdı. Düşmənlərdən biri ona dedi: «Ey kəniz! Sənin ağan Hüseyn (ə) öldürüldü». Kəniz deyir: «Bu xəbəri eşidərkən qışqıra-qışqıra qadınların yanına qacdım. Onlar da mənim ağlamaq səsimi eşidib nalə-şivən etməyə başladılar». Sonra düşmən qoşunu Peyğəmbərin (s) övladlarının və Fatiməyi-Zəhranın (s.ə) gözünün işığı Hüseyn (ə)-ın övladlarının mal-dövlətini qarət etmək üçün bütün qüvvəsi ilə xeymələrə hücum etdi. Hətta namərd düşmən qadınların başındakı çadraları oğurlayıb onları başıaçıq qoyurdu. Peyğəmbər (s) qızları xeymələrdən çıxdılar. Onlar öz ürək-paralarının cənazələri ilə vidalaşaraq uca səslə ağlayıırdılar. Həmid ibn Müslüm rəvayət edi: «Bəni-Bəkr ibn Vail» qəbiləsindən bir nəfər qadın öz əri ilə Ömər ibn Sədin qoşununda idi. O, gördü ki, qoşun İmam Hüseyn (ə)-ın xeymələrinə və qadınlara hücum edib qarətlə məşğuldur. Həmin qadın bu səhnəni görüb həyacanlandı. Əlinə qılınc götürərək öz qəbiləsinin yanına gəlib dedi: «Ey Bəkir ibn Vail tayfası, qeyrət və kişilikdəndir ki, Peyğəmbər (s) qızlarının paltarlarını qarət etsinlər, siz isə oturub tamaşa edəsiniz?!» Sonra qışqırdı:

لا حُکمَ اِلّا للّهِ یا لثاراتِ رَسُولِ اللّهِ
Həmin qadının əri irəli gəldi, onun əlindən tutub xeyməyə qaytardı.
Ravi deyir: «Xeymələri qarət edəndən sonra od vurub yandırdılar. Qadınlar başıaçıq ayaqyalın xeymələrdən çıxdılar. Onlar şivən səsi ətrafı bürümüşdü, məzlumcasına düşmən əlində əsir olmuş Əhli-Beyti Küfə qoşununa dedilər: «Sizi Allaha and veririk ki, bizi İmam Hüseyn (ə)-ın mübarək cənazəsinin yanından aparın». Elə ki, əsirlər döyüş meydanına çatdılar şəhidləri görüb ağlamağa başladılar».

قَالَ فَوَ اللّهِ لا أَنسی زَینَبَ بِنتَ عَلیِّ (ع) تَندُبُ الحُسَینَ وَ تُنادی بِصَوتٍ حَزینٍ وَ قَلبٍ کَثیبٍ یا مُحَمَّداهُ صلّی عَلیکَ مَلائِکَهُ السَّماءِ هذا الحُسَینُ مَرمَّلٌ بِالدِّماءِ مُقَطَّعُ الأَعضاءِ وَ بَناتُکَ سَبایا
Ravi deyir: «Allaha and olsun, heç vaxt yadımdan çıxmaz, Əmirəl-möminin (ə) qızı Zeynəb (ə) qardaşıİmam Hüseyn (ə)-ın cənazəsi üstə ağlayırdı, qəmli səslə və həsrətlə dolu qəlblə nalə edirdi: «Ya Mühəmmədah! Ey Mələklər salam göndərən böyük babam, bu sənin Hüseynindir, onu al qanına bulaşdırıblar və bədənini tikə-tikə ediblər; bunlar sənin qızlarındır, onları əsir ediblər; mən bu zülmlərdən Allaha, Mühəmməd Mustafaya (s), Əli Murtazaya (ə) Fatiməyi-Zəhraya (ə) və Həmzə seyyiduş-şühədaya şikayət edirəm. Ya Mühəmməd (s), bu sənin Hüseynindir ki, Kərbala torpağı üstündə çılpaq qalıb və səba küləyi toz-torpağı onun üstünə tökür; bu sənin Hüseynindir ki, zinazadələrin zülmləri ilə öldürüldü. Bu gün cəddim Rəsulallah (s) dünyadan gedən gündür. Ey Mühəmmədin əshabları, bunlar sizin Peyğəmbər övladlarıdır. Onları əsir tutublar».
Başqa rəvayətdə yazılıbdır ki, Zeynəbəərz etdi: «Ya Mühəmməd (s)! Qızların əsir və oğlanların öldürüldülər. Səba küləyi toz-torpağı onların cənazəsi üstünə tökür; bu sənin Hüseynindir ki onun başını dalbadal kəsib və əmmaməsini qarət ediblər. Atam fəda olsun o şəxsə ki, aşura günü günorta çağı onunqoşununu qətlə yetirdilər; Atam fəda olsun o şəxsə ki, onun xeymələrini od vurub yandırdılar:

بِأبی مَن لاغایِبٌ فَیُرتَجی وَ لا جَریحٌ فَیُتَداوَی
Atam fəda olsun o şəxsə ki, bədənində ki yaralar (qılınc, ox və nizə yaraları) heç vaxt sağalmaz; atam fəda olsun o şəxsə ki, onun yolunda canımı fəda etmək istəyirəm:

بِأبی المَهمُوم حَتّی قَضَی بِأَبی العَطشانَ حَتّی مَضی
Atam fəda olsun o şəxsə ki, ürəyi qəm qüssə ilə dolu dünyadan getdi; atam fəda olsun o şəxsə ki, susuz dodaqlarla onu öldürdülər; atam fəda olsun o şəxsə ki, babası Mühəmməd Mustafa (s) Allahın Peyğəmbər: 

بِأَبی مَن هُوَ سِبطُ نَبِیِّ الهُدی بِأَبی مُحَمِّدٍ المُصطَفی بِأَبی خَدیجَهَ الکُبری بِأَبی عَلِیّ المُرتَضی (ع) بِأَبی فاطِمَهَ الزَّهراءِ سَیِّدَهِ النِّساءِ بِأَبی مَن رُدَّت لَهُ الشَّمسُ صَلّی
Ravi deyir:

فَأَبکَت وَ اللّهِ کُلَّ عَدُوٍّ وَ صَدیقٍ
«Allaha and olsun, Zeynəbə öz ağlar gözləri ilə bütün dost-düşməni ağlatdı. Sonra Səkinə atasının cənazəsini qucaqladı.
Ərəblərdən bir dəstəsi onu atasının cənazəsindən ayırdı. Ondan sonra Ömər ibn Səd nərə çəkdi: «Kim Hüseynin cənazəsi üstündə at çapmağa hazırdır?»
Qoşunun arasında 10 nəfər bu işi öz öhdəsinə götürdülər. Həmin 10 nəfər aşağıdakılardan ibarətdir:
1-İsaq ibn Hərbə (O, İmam Hüseyn (ə)-ın köynəyini oğurladı);
2-Əxnəs ibn Mürsəd;
3-Həkim ibn Tüfeyl Sünbəsi;
4-Əmr ibn Səbih Seydavi;
5-Rəca ibn Münqiz;
6-Samim ibn Xəsimə Cəfi;
7-Vahiz ibn Naim;
8-Saleh ibn Vəhəb Cəfi;
9 - Hani ibn Şəbs Həzrəmi;
10 - Əsid ibn Malik (Allah onların hamısına lənət etsin).
Onlar İmam Hüseyn (ə)-ın mübarək cənazəsini atlarının dırnaqları altına əzib, o Həzrətin sinəsinin sümüklərini sındırdılar. Bu 10 nəfər Küfə şəhərinə gəlib İbn Ziyadın qarşısında durdular. Onlardan biri Əsid ibn Malik dedi: 

نَحنُ رَضَضنا الصَدرَ بَعدَ الظّهرِ بِکُلِّ یُعبُوبٍ شَدید الأسرِ
İbn Ziyad dedi: «Siz kimsiniz?» Dedilər: «Biz həmin adamlarıq ki, Hüseyn (ə)-ın bədəni üstündən at capıb onun sinəsinin sümüklərini sındırdıq». İbn Ziyad onlara etina etməyib kiçik bir mükafat verdi.
Əbu Əmr Zahid deyir: «Həmin 10 nəfər haqqında maraqlandım, gördüm ki, onların hamısı zinadan əmələ gələnlərdir. Bu on nəfəri Muxtar tutub əl ayaqlarını dəmir mıxlarla yerə mismarladı. Sonra əmr etdi ki, onlar cəhənnəmə vasil olana qədər üstlərində at çapsınlar».

İbn Riyah rəvayət edir ki, bir nəfər kor kişini gördüm. Onu İmam Hüseyn (ə) şəhid olan günü Kərbalada görmüşdüm. Mən onun nə üçün kor olduğunu soruşdum. Cavab verdi: «Biz on nəfər dost idik, qərara aldıq ki, Hüseyn (ə)-ıöldürmək üçün Kərbalaya gedək. Kərbalaya gədəndən sonra onların arasında yalnız mən qılınc vurmadım, ox atmadım və nizə vurmadım. İmam Hüseyn (ə) şəhid olandan sonra öz evimə qayıtdım. Xiftən namazını qılandan sonra yatdım. Yuxu aləmində bir nəfər mənim yanıma gəlib dedi: «AllahınPeyğəmbəri (s) səni çağırır, qalx ayağa cavab ver». Dedim: «Mənimlə Allahın Peyğəmbərinin (s) nə işi ola bilər?» Həmin şəxs məni sürüyə-sürüyə Peyğəmbərin (s) yanına apardı. Gördüm ki, Peyğəmbəri (s) bir səhrada oturubdur: O Həzrət qollarını çırmalamışdı, onun əlində süngü var idi və qarşısında bir mələk durmuşdu. Mələyin əlində də oddan düzəlmiş süngü var idi. Həmin mələk mənim 9 dənə dostumu öldürdü. O, dostlarımın hər birinə elə bir zərbə vururdu ki, başdan ayağa od tutub yanırdılar. Mən Rəsulullahın (s) yanına getdim, onun qarşısında dizi üstə oturub dedim: «Əssəlamu əleykə, ya Rəsulallah!» Lakin o Həzrət mənim cavabımı vermədi. Bir müddət heç nə demədi. Sonra başını yuxarı qaldırıb buyurdu: «Ey Allahın düşməni! Mənə hörmətsizlik etdin, mənim qohum-əqrabamı öldürdün və haqqımı tapdalayıb istədiyini etdin?!» Dedim: «Ya Rəsulallah, Allaha and olsun,mən sənin övladlarının ölmündə qılınc vurmadım, nizə vurmadım və ox atmadım». Buyurdu: «Düz deyirsən, amma Hüseyn (ə)-ı öldürənlərin sayını artırdın».
- Yaxın gəl!Mən o Həzrətə yaxınlaşdım. Gördüm ki, Peyğəmbərin (s) yanında qan ilə dolu bir teşt vardır. Buyurdu: «Bu, oğlum Hüseynin qanıdır». Sonra həmin qandan bir az mənim gözümə sürtdü. Birdən yuxudanayıldım. Həmin zamandan bəri heç nə görmürəm».

İmam Sadiq (ə)-dan rəvayət olunur ki,Rəsulullah buyurdu: «Qiyamət günü Fatimə üçün nurdan düzəlmiş bir kəcavə hazırlanacaq. Bu zaman Hüseyn (ə) kəsik başını əlində tutub məhşərə səhrasına gələcək.Fatimə (s.ə) Hüseyn (ə)-ı bu halda görərkən uca səslə ağlayıb bütün mələkləri vəPeyğəmbəri (s) ağladacaq. Ondan sonra Allah-TəalaFatimə (s.ə) üçün İmam Hüseyn (ə)-ı ən gözəl simaya salacaq. İmam Hüseyn (ə) başı bədənindən ayrılmış halda öz qatilləri ilə düşmənçilik edəcək. Allah-Təala onu qətlə yetirənləri, onun qətlində iştirak edənləri və onu öldürməyə hazır olanlarıFatimə (s.ə)-ın müqabilində toplayacaq. Onlar bir yerə yığılışandan sonra mən onları tək-tək öldürəcəyəm, yenidən dirildəcəklər, İmam Hüseyn (ə)onları öldürəcək, yenidən diriləcəklər, İmam Hüseyn (ə) onları öldürəcək, yenə də diriləcəklər. Bu minvalla bütün övladlarımız onları öldürəcək. Bu vaxt bizim qəzəbimiz soyuyacaq və qəm qüssələrimizyaddan çıxacaq». İmam Sadiq (ə) bunu nəql edəndən sonra buyurdu: «Allah bizim şiələrimizi rəhmət eləsin! Allaha and olsun,onlar bizim müsibətimizə şərikdirlər». Rəsulallahdan (s) rəvayət olunur ki, qiyamət günü çatanda Fatimə (s.ə) bir dəstə qadınla məhşərə gələcək. Ona deyiləcək: «Behiştə daxil ol!»Fatimə (s.ə) cavab verəcək: «Məndən sonra övladıma qarşı edilən pislikləri bilməyincə Behiştə daxil olmayacağam». Xitab olunacaq:

اَنظُری فی قَلبِ القِیامَه
«Məhşərin qəlbinə bax!» Elə ki, Fatimə (s.ə) oraya baxacaq, İmam Hüseyn (ə)-ı başı bədənindən ayrılmış halda görəcək. O, bu səhnəni görərkən nalə çəkəcək, öz naləsi ilə məni və Mələkləri ağladacaq».

Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
    İslam
    Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRBƏLAYA DAXİL OLMASI
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    Ramazan ayının 14-ü (5 Aprel) Muxtar Səqəfinin şəhid olduğu
    İslam
    RƏBİUS-SANİ AYININ 14-ü (30 NOYABR) MUXTAR SƏQƏFİNİN QİYAMA
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
    İslam
    MÜSLİM İBN ƏQİLİN QİYAMI
    İslam
    İMAM HÜSEYNİN (Ə)-IN MƏDİNƏDƏN MƏKKƏYƏ HİCRƏTİ
    İslam
    Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
    İslam
    Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    İMAM HÜSEYN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam / Hədislər
    TİBBİ HƏDİSLƏR TOPLUSU AĞIZ VӘ DİŞLӘRDӘKİ HİKMӘTLӘR.
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    İslam
    31 May İmam Rza (ə) mövlud günüdür.
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    İslam
    ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    ŞƏVVAL AYININ 25-İ İMAM CƏFƏR SADİQ (Ə) ŞƏHİD OLDUĞU
    İslam
    ƏHLİ-BEYT İBN ZİYADIN MƏCLİSİNDƏ
    İslam
    İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
    İslam / Səhiyyə
    TİBBİ HƏDİSLƏR TOPLUSU Bəzi qarın xəstəliklərinin

2021 19-avqust, 20:00

Tarix

İslam

Bölmə
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
İslam
Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRBƏLAYA DAXİL OLMASI
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
Ramazan ayının 14-ü (5 Aprel) Muxtar Səqəfinin şəhid olduğu
İslam
RƏBİUS-SANİ AYININ 14-ü (30 NOYABR) MUXTAR SƏQƏFİNİN QİYAMA
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
İslam
MÜSLİM İBN ƏQİLİN QİYAMI
İslam
İMAM HÜSEYNİN (Ə)-IN MƏDİNƏDƏN MƏKKƏYƏ HİCRƏTİ
İslam
Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
İslam
İMAM HÜSEYN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
İslam / Hədislər
TİBBİ HƏDİSLƏR TOPLUSU AĞIZ VӘ DİŞLӘRDӘKİ HİKMӘTLӘR.
İslam
İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
İslam
31 May İmam Rza (ə) mövlud günüdür.
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
İslam
ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
İslam
ŞƏVVAL AYININ 25-İ İMAM CƏFƏR SADİQ (Ə) ŞƏHİD OLDUĞU
İslam
ƏHLİ-BEYT İBN ZİYADIN MƏCLİSİNDƏ
İslam
İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
İslam / Səhiyyə
TİBBİ HƏDİSLƏR TOPLUSU Bəzi qarın xəstəliklərinin
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum