Ərəfə gününün əməlləri
Bismilləhir-rahmənir-rahim
Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü dua və tövbələrin qəbul olunduğu və günahların bağışlandığı gündür. Bu gün Allahın rəhməti və məğfirəti yer üzərinə nazil olan günlərdən biridir. İmam Sadiqdən (ə) belə nəql olunur: “Mübarək Ramazan ayında bağışlanmayan bir kəs “Ərəfə” gününü dərk edərsə bağışlanar.” Ərəfə günü Əhli-beytin də nəzərində xüsusi əhəmiyyətə malik olan günlərdən biridir. “Ərəfə” gününün əhəmiyyəti ilə bağlı çoxlu sayda rəvayətlər nəql olunmuşdur. Bir rəvayətdə deyilir ki, imam Səccad (ə) “Ərəfə” günü bir yoxsulun diləndiyini və camaatdan yardım istədiyini gördükdə, ona yaxınlaşaraq həmin gün Allahdan başqasından bir hacət istəməməsini, hacətini yalnız Ondan diləməsini, həmin günün böyük bir gün və hamının ilahi lütf və fəzlə şamil olmasını xatırlatdı! (“Əl-vafi”, Fyz Kaşani, 2-ci cild, səh.42.)
Bu günün bir neçə əməli vardır:
1. Oruc tutmaq. İmam Sadiq (ə) buyurub: Tərviyyə günün orucunu tutmaq, bir ilin (günahlarının) kəffarəsidir. Ərəfə gününün orucu isə iki ilin (günahlarının) kəffarəsidir. (Səvabul Əmal, Zil-həccə ayının orucunun səvabı, 3-cü hədis)
2. Qüsl etmək;
3. İmam Hüseyni (ə) ziyarət etmək: “Ərəfə” günü imam Hüseynin (ə) ziyarəti min həcc, min ümrə və min cihaddan üstün savaba malikdir. Həmin gün o Həzrətin ziyarətinin fəziləti ilə bağlı çoxlu sayda hədislər nəql olunmuşdur. Hər kəs “Ərəfə” günü o Həzrətin qəbrinin kənarında və türbəsində olarsa, savabı “Ərəfat”da olanın savabından heç də az deyil. Həmin gün o Həzrətin qəbrini yaxından ziyarət edə bilməyən şəxs o Həzrətin ziyarətnaməsini oxusun. (Həmin ziyarətnamə “Məfatihul-cinan” kitabında göstərilmişdir.)
Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü dua və tövbələrin qəbul olunduğu və günahların bağışlandığı gündür. Bu gün Allahın rəhməti və məğfirəti yer üzərinə nazil olan günlərdən biridir. İmam Sadiqdən (ə) belə nəql olunur: “Mübarək Ramazan ayında bağışlanmayan bir kəs “Ərəfə” gününü dərk edərsə bağışlanar.” Ərəfə günü Əhli-beytin də nəzərində xüsusi əhəmiyyətə malik olan günlərdən biridir. “Ərəfə” gününün əhəmiyyəti ilə bağlı çoxlu sayda rəvayətlər nəql olunmuşdur. Bir rəvayətdə deyilir ki, imam Səccad (ə) “Ərəfə” günü bir yoxsulun diləndiyini və camaatdan yardım istədiyini gördükdə, ona yaxınlaşaraq həmin gün Allahdan başqasından bir hacət istəməməsini, hacətini yalnız Ondan diləməsini, həmin günün böyük bir gün və hamının ilahi lütf və fəzlə şamil olmasını xatırlatdı! (“Əl-vafi”, Fyz Kaşani, 2-ci cild, səh.42.)Bu günün bir neçə əməli vardır:
1. Oruc tutmaq. İmam Sadiq (ə) buyurub: Tərviyyə günün orucunu tutmaq, bir ilin (günahlarının) kəffarəsidir. Ərəfə gününün orucu isə iki ilin (günahlarının) kəffarəsidir. (Səvabul Əmal, Zil-həccə ayının orucunun səvabı, 3-cü hədis)
2. Qüsl etmək;
3. İmam Hüseyni (ə) ziyarət etmək: “Ərəfə” günü imam Hüseynin (ə) ziyarəti min həcc, min ümrə və min cihaddan üstün savaba malikdir. Həmin gün o Həzrətin ziyarətinin fəziləti ilə bağlı çoxlu sayda hədislər nəql olunmuşdur. Hər kəs “Ərəfə” günü o Həzrətin qəbrinin kənarında və türbəsində olarsa, savabı “Ərəfat”da olanın savabından heç də az deyil. Həmin gün o Həzrətin qəbrini yaxından ziyarət edə bilməyən şəxs o Həzrətin ziyarətnaməsini oxusun. (Həmin ziyarətnamə “Məfatihul-cinan” kitabında göstərilmişdir.)
4. “Ərəfə” günü “günorta” və “əsr” namazlarını açıq səma altında qılmaq və “əsr” namazından sonra iki rükət namaz qılmaq, belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Kafirun” surəsini oxumaq, eləcə də, namazdan sonra günahların bağışlanması üçün Allah dərgahında günahları etiraf etmək və aha sonra Peyğəmbərdən (s) nəql olunan bu təsbihatı oxumaq göstəriş verilir:
سُبْحَانَ الَّذِي فِي السَّمَاءِ عَرْشُهُ سُبْحَانَ الَّذِي فِي الْأَرْضِ حُكْمُهُ سُبْحَانَ الَّذِي فِي الْقُبُورِ قَضَاؤُهُ سُبْحَانَ الَّذِي فِي الْبَحْرِ سَبِيلُهُ سُبْحَانَ الَّذِي فِي النَّارِ سُلْطَانُهُ سُبْحَانَ الَّذِي فِي الْجَنَّةِ رَحْمَتُهُ سُبْحَانَ الَّذِي فِي الْقِيَامَةِ عَدْلُهُ سُبْحَانَ الَّذِي رَفَعَ السَّمَاءَ سُبْحَانَ الَّذِي بَسَطَ الْأَرْضَ سُبْحَانَ الَّذِي لا مَلْجَأَ وَ لا مَنْجَى مِنْهُ إِلا إِلَيْهِ
(Subhanəlləzi fis-səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin-nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmətuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs-səma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh.)
Sonra yüz dəfə de: سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
(Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.)
Sonra on dəfə “əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh!”, on dəfə “ya Əllahu”, on dəfə, “ya Rəhmanu”, on dəfə “ya Rəhimu”, on dəfə, “ya bədiəs-səmavati vəl ərzi ya zəl cəlali vəl ikram”, on dəfə “ya həyyu ya qəyyum”, on dəfə “ya hənnanu ya mənnan”, on dəfə “ya la ilahə illa ənt”, on dəfə “amin!” de və daha sonra bu duanı oxu;
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ بِالْأُفُقِ الْمُبِينِ يَا مَنْ هُوَ الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
(Əllahummə inni əs`əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər`i və qəlbih, ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, ya mən huvər-rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy`, və huvəs-səmiul bəsir, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.) Bu əməlləri yerinə yetirdikdən sonra, Allahdan öz hacətlərini istə.
5. İmam Hüseynin (ə) “Ərəfə” dusını oxumaq; Qalib Əsədinin övladları Bişr və Bəşirdən nəql olunur ki, “Ərəfə” gününün axır saatlarında “Ərəfat” çölündə imam Hüseynin (ə) xidmətində idik. O həzrət xeyməsindən çıxıb əhli-əyalı, övladları və şiələri ilə birgə dağın sol tərəfində dayanıb, mübarək üzünü Kəbəyə tərəf tutdu. Əllərini göyə qaldırıb, ağlaya-ağlaya “Ərəfə” gününün duasını oxumağa başladı.
6. “Ərəfə” günü imam Sadiqdən (ə) nəql olunan bu salavatları oxumaq;
اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ اللَّهُمَّ أَعْطِ مُحَمَّدا وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَلا تَحْرِمْنِي فِي [يَوْمِ] الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ أَبَدا اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ اللَّهُمَّ بَلِّغْ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما
(Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əllahummə səlli əla Muhəmmədin və alihi fil əvvəlin, və səlli əla Muhəmmədin və alihi fil axirin, və səlli əla Muhəmmədin və alihi fil mələil ə`la, və səlli əla Muhəmmədin və alihi fil mursəlin, Əllahummə ə`ti Muhəmmədən və aləhul vəsilətə vəl fəzilətə vəş-şərəf, vər rif`ətə vəd-dərəcətəl kəbirəh, Əllahummə inni aməntu bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təhrimni fil (fi yəvmil) qiyaməti ru`yətəh, vərzuqni suhbətəh, və təvəffəni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`dəhu əbəda, innəkə əla kulli şəy`in qədir, Əllahummə inni aməntə bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəchəh, Əllahummə bəlliğ Muhəmmədən səlləllahu ələyhi və alihi minni təhiyətən kəsirətən və səlama.)
7. Ərəfə günü, qürub zaman aşağıdakı duaları oxumaq:
يَا رَبِّ اِنَّ ذُنُوبِي لا تَضُرُّكَ وَ اِنَّ مَغْفِرَتَكَ لِي لا تَنْقُصُكَ فَأَعْطِنِي مَا لا يَنْقُصُكَ وَ اغْفِرْ لِي مَا لا يَضُرُّكَ
(Ya rəbbi innə zunubi la təzurruk, və innə məğfirətəkə li la tənqusuk, fəə`tini ma la yənqusuk, vəğfir li ma la yəzurruk.)
اللَّهُمَّ لا تَحْرِمْنِي خَيْرَ مَا عِنْدَكَ لِشَرِّ مَا عِنْدِي فَإِنْ أَنْتَ لَمْ تَرْحَمْنِي بِتَعَبِي وَ نَصَبِي فَلا تَحْرِمْنِي أَجْرَ الْمُصَابِ عَلَى مُصِيبَتِهِ
(Əllahummə la təhrimni xəyrə ma indəkə lişərri ma indi, fəin əntə ləm tərhəmni bitəəbi və nəsəbi, fəla təhrimni əcrəl musabi əla musibətih.)
(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)
etiqad.az
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.