İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA GƏTİRİLƏN AMANNAMƏ
İmam Hüseyn (ə) ayağa qalxdı, qılıncının dəstəyinə söykənib uca səslə buyurdu:
انشدکم هل تعرفوننی قالوا نعم انت ابن رسول الله ص وسبطه
«Sizə Allahı and verirəm, deyin görüm məni tanıyırsınız?»
Dedilər: «Bəli sən Peyğəmbər övladı və onun nəvəsisən». Həzrət dedi: «Sizə Allahı and verirəm, bilirsiniz mənim cəddim Allahın Rəsulunudur?» Dedilər: «Allaha and olsun, bilirik». Həzrət dedi: «Sizə Allahı and verirəm, bilirsiniz mənim atam Əli ibn Əbu Talib (ə)-dır?» Dedilər: «Allaha and olsun, bilirik». Həzrət dedi: «Sizə Allahı and verirəm, bilirsiniz mənim anam Mühəmməd Müstafa (s)-ın qızı Fatiməyi-Zəhradır?» Dedilər: «Bəli, Allaha and olsun, bilirik».Həzrət dedi: «Sizi Allaha and verirəm, bilirsiniz mənim nənəm Xüvəylidin qızı Xədicədir və qadınların arasında ilk dəfə o, islamı dinini qəbul etdi?»Dedilər: «Allaha and olsun, bilirik».Həzrət dedi: Sizə Allahı and verirəm, bilirsiniz Həmzə Seyyiduş-şühəda atamın əmisidir?»Dedilər: «Allaha and olsun, bilirik».Həzrət dedi: «Sizi Allaha and verirəm, bilirsiniz Cəfər Təyyar mənim əmimdir?»Dedilər: «Bəli Allaha and olsun, bilirik». Həzrət dedi: «Sizə Allahı and verirəm, bilirsiniz yanımdakı qılınc Peyğəmbərindir?» Dedilər: «Bəli Allaha and olsun, bilirik». Həzrət dedi: «SizəAllahı and verirəm, bilirsiniz başımda olan əmmamə Peyğəmbər əmamməsidir?» Dedilər: «Bəliand olsun Allaha, bilirik». Həzrət dedi: «Sizə Allahı and verirəm, bilirsiniz ilk dəfə Əli (ə) islam dininə iman gətirib, bütün insanların elimlisi, səbirlisi olub və hər bir müsalman qadın və kişinin rəhbəridir? Dedilər: «Bəli Allaha and olsun, bilirik».
قالَ فَبِمَ تَستَحِلُّونَ دَمِی
Həzrət dedi: «Bəs, nə üçün mənim qanımı tökməyi halal edirsiniz? Halbuki, atam «Kövsər» hovuzunun su paylayanıdır və qiyamət gününün həmd-səna bayrağı onun əlindədir?» Dedilər: «Biz dediyin sözlərin hamısını bilirik».
نَحنُ غَیرَ تارِکِیکَ حَتَّی تَذُوقَ المَوتَ عَطَشاً
Ammasusuz dodaqlarınla can verməyincə səndən əl çəkən deyilik. İmam Hüseyn (ə) xütbəsini sona çatdırdı, bacısı Zeynəbə (s.ə) və qızları bunu eşidib, üzlərinə şilli vurur, uca səslə ağlayırdılar. Bu vaxt İmam Hüseyn (ə) qardaşı Abbas və oğlu Əli ƏkbəriƏhli-beytin yanına göndərib buyurdu: «Qadınları sakit edin, çünki canıma and olsun bundan sonra onlar çox ağlayacaqlar». Ravi deyir: «Übeydullah ibn Ziyadın məktubu Ömər ibn Sədə çatdı. O, məktubda Ömər ibn Sədi təşviq edərək müharibəni tezliklə başlayıb işi sona çatdırmağı əmr etmişdi. Bu vaxt Sədin qoşunu atlara minib İmam Hüseyn (ə)-ın xeymələrinə tərəf irəlilədilər»
Şimr İmam Hüseyn (ə)-ın xeymələrinə yaxınlaşıb qışqırdı:
أَینَ بَنُو أُختِی
Mənim bacım oğlanları Abbas, Cəfər, Abdullah və Osman haradadırlar? Həzrət Hüseyn (ə) qardaşlarına buyurdu: «Ona cavab verin, baxmayaraq ki, fasiq bir adamdır, amma sizin dayınız sayılır» Həzrət Abbas (ə) və qardaşları Şimrə dedilər: «Nə deyirsən?» Şimrə dedi: «Ey mənim bacım oğlanları, sizə amannamə gətirmişəm, qardaşınız Hüseyn (ə) görə özünüzü ölüm ayağına verməyin. Əmirəl-möminin Yezidə tabe olun». Həzrət Abbas (ə) buyurdu: «Əllərin qırılsın, ey Allahın düşməni! Bizim üçün nə pis və xoşa gəlməz amannamə gətiribsən.
تَأْمُرُنَا أَنْ نَتْرُكَ أَخَانَا وَ سَيِّدَنَا اَلْحُسَيْنَ بْنَ فَاطِمَةَ عَلَيْهَا السَّلاَمُ وَ نَدْخُلَ فِي طَاعَةِ اَللُّعَنَاءِ وَ أَوْلاَدِ اَللُّعَنَاءِ
Sən deyirsən ki, qardaşım Hüseyn (ə) Fatimə (s.ə)-ın oğlunu tək qoyub, məlunların və onların övladlarının əmrinə tabe olaq?!» Bu vaxt Şimr qəzəblənərək öz qoşununa sarı qayıtdı. İmam (ə) gördü ki, ibn Ziyadın qoşunu müharibə eləməyə çox tələsirlər, nəsiət və moizə onların qulağına girmir. O Həzrət qardaşı Abbas (ə)-a buyurdu: «Mümkün olsa, bu gecəni bizim üçün möhlət al, səbah döyüşə başlayaq. Bu gecəni namaz qılmaqla keçirək. Çünki Allah bilir ki, mən namaz qılmağı, Quran oxumağı necə sevirəm!» Həzrət Abbas (ə) İmam Hüseyn (ə)-ın istədiyini onlara çatdırdı. Ömər ibn Səd heç nə demədi. O, özünü elə apardırı ki, güya müharibənin gecikməsinə razı deyil. Əmr ibn Həccac Zübeydi dedi: «Allaha and olsun, bu cəmiyyət türk və Deyləm olsaydılar və belə bir şey istəsəydilər, biz qəbul edərdik. Necə ola bilər ki, Rəsulullahın övladlarına möhlət verməyək?» Əmr ibn Həccacın sözündən sonra Ömər ibn Səd İmam Hüseyn (ə)-ın təklifini qəbul edib müharibəni təxirə saldı. İmam Hüseyn (ə) torpaq üstündə oturdu, O, yuxuya daldı, bir neçə andan sonra oyanıb Zeynəbə (s.ə) dedi: «Bacı can, elə indi cəddim Rəsulullahı (s), atam Əli (ə)-ı, anam Fatimə (s.ə) və qardaşım Həsən (ə)-ı yuxuda gördüm. Onlar mənə dedilər: «Ey Hüseyn, sabah bizə qovuşacaqsan». Zeynəbə (s.ə) bu xəbəri eşidən kimi üz gözünə şillə vurub ucadan ağladı. İmam Hüseyn (ə) Zeynəbə (s.ə)-a buyurdu:«Ağlam, öz ağlamağınla düşməni sevindirmə!»
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.