• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 11-avqust, 22:01

Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.


Elşad Miriyə cavab – “Müsəlmanları xristianlarla eyniləşdirmək İslamda yoxdur!”
 
İşi peşəsi İslam və müsəlmanlara rişxənd tutmaq, istehza etmək, “İslamda o yoxdur, bu yoxdur” deyib İslamın bir sıra məsələlərini inkar edən Elşad Miri İslamın adından çıxışlar etsə də İslamdan zərrə anlayışı yoxdur. Daim insanların hislərinə, heysiyyətinə toxunub şou yaratmaqla məşğuldur. Hər dəfə eyni mövzunu fərqli kəlmələrlə ifadə edib söz oyunu oynayır və lənətdən başqa bir şey də qazanmır. Keçək sözügedən mövzuya.
 
Şübhə: “Bizdə yanvar ayı, yəni xristianların milad ayı başlayanda xristianlar kilsəyə gedib ayboyu mərasim düzənləyir?”
Cavab: Bir insanın elmi, mənəvi səviyyəsini, əqidəsini bu cümlədən rahatlıqla anlamaq olar. Niyə bir müsəlman (özünü müsəlman hesab edirsə) digər müsəlman qardaşını xristianla müqayisə etsin? Bir müsəlman niyə öz dini ayinlərini, xristianlıqla ölçsün? Ümumiyyətlə Elşadın fəaliyyətində nədənsə xristianlıq, yəhudilik əsas mövzudur. Dərdi, azzarı nə ola bilər? Xristianlıq və yəhudiliyə bir sevgi yaratmaq? “Ay camaat onlar belədir amma biz belə?” deməklə nəyə nail olmaq istəyir? Əksər çıxışında bu müqayisəni görmək olur. Elşad anlamır ki, bir müsəlman öz müqəddəs dəyərlərini xristianlıqla müqayisə etməz? Ən azı buna görə ki Quranın buyuruğuna əsasən Allah yanında qəbul olunan din İslamdır. Müsəlmanları xristianlarla eyniləşdirmək, müqayisə etmək və dolayı yolla müsəlmanları, əqidə və inanclarını zəif göstərib alçatmaq İslamda yoxdur!
 
Şübhə: Peyğəmbər özü Məhərrəm ayı girəndə nə edib? Özünü məscidə qapamayıb, orada mərsiyyəyə və s. qulaq asmayıb. Bu gün həqiqətən peyğəmbərin nəvəsi üçün yas tuturuqsa, o zaman peyğəmbər niyə özündən əvvəl hansısa peyğəmbərə, ya övladlarının vəfat etdiyi aylarda davamlı olaraq onlara yas tutmayıb? Əlbəttə bu kimi hallar olmayıb. İstər Məhərrəm, istərsə də Səfər, Ramazan ayları ərəblərin təqviminə görədir. Niyə biz bu ayları müqəddəsləşdiririk?”
 
Cavab: Quran belə buyurur:
ذٰلِكَࣗ وَمَنْ يُعَظِّمْ شَعَٓائِرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ
 
“Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.” (Həcc surəsi, 32)
 
شَعَٓائِرَ Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir, nişanə və əlamət, simvol deməkdir. Qurani-Kərim bir sıra məsələləri Allahın, dinin nişanələri kimi təqdim edərək onlara hörmət və ehtiramı iman və təqvaya bağlayr. (Həcc surəsi, 32)
Qurtubi “şəair” sözünə belə təfsir verir: “Şəair”- insanı bir yönə sövq edən dəlil, əlamət deməkdir. Ayədəki “şəairilləh” isə insanı Allaha tərəf yönəldən əlamətlərə deyilir.” (Təfsiri Qurtubi c. 12, səh. 56) 
Qurani-Kərimə nəzər saldıqda bizi Allaha yönəldən əlamətlərin nümünəsini görürük. Bəzilərini öyrənək:
 
1. Mərvə və Səfa dağı: “(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və  ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.”(Bəqərə surəsi,158)
 
2. Dəvələr: “Biz qurbanlıq kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik.” (Həcc surəsi, 36)
 
3. Müzdəlifə (Məşərul-həram): “Ərəfatdan qayıdarkən Məşərul-həramda (Müzdəlifədə) Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!” (Bəqərə surəsi, 198)
 
4. İmam Hüseyn (ə) əzadarlığı da bu baxımdan ilahi şəairdir: Çünki bu mərasimlər birbaşa Allah Rəsulunun (s) bizə göstərişidir və bizə miras qalan sünnələrindəndir. Allah Rəsulunun (s) imam Hüseynə (ə) ağlaması, göz yaşı tökməsi mövzusunda kifayət qədər hədislər mövcuddur. Nümunə üçün oxuyaq:
 
Allah Rəsulunun (s) imam Hüseynə (ə) əzadarlıq etməsi
 
İmam Hüseyn (ə) bir yaşında ikən Peyğəmbərin (s) ona ağlaması Əl-Xəvarizmi özünün “Məqtəl əl-Hüseyn” əsərində yazır: “İmam Hüseyn (ə) bir yaşına çatan zaman Peyğəmbərə (s) qanadları qana boyanmış və üzləri pərişan on iki mələk nazil oldu. Onlar Həzrətə (ə) İmam Hüseynin (ə) başına gələcək hadisələrdən xəbər verdilər.” (Əbu əl-Muəyyəd əl-Xəvarizmi, “Məqtəl əl-Hüseyn”, c. 1, səh.163)
 
İmam Hüseyn (ə) iki yaşında ikən Peyğəmbərin (s) ona ağlaması: İbn Abbasın belə dediyi rəvayət olunur: “İmam Hüseyn (ə) iki yaşına çatanda Peyğəmbər (s) səfərdə idi. Yolun ortasında dayandı, “Hamımız Allah üçünük və Ona tərəf qayıdacağıq” (Bəqərə surəsi, 156) ayəsini oxudu və gözlərindən yaş axdı. Bunun səbəbini soruşduqda Həzrət (s) buyurdu: “Cəbrayıl (ə) mənə Fərat çayının sahilində yerləşən Kərbəla adlı məntəqə haqqında xəbər verib buyurdu ki, bu yerdə övladım Hüseyn ibn Fatimə (ə) şəhadətə çatacaqdır.” Soruşdular: “Ey Allahın Rəsulu (s), kim onu şəhadətə çatdıracaqdır?” Həzrət (s) buyurdu: “Onu Yezid adlı bir şəxs şəhid edəcəkdir, Allah ondan Öz bərəkətini götürsün! Sanki mən Hüseynin (ə) qətlgahını və dəfn olunduğu yeri, hədiyyə aparmaq üçün başının kəsildiyini görürəm. And olsun Allaha ki, oğlum Hüseynin (ə) kəsilmiş başına baxıb sevinənlərin qəlbi ilə dili arasında Allah ayrılıq salacaq.” İbn Abbas davamında deyir: “Sonra Peyğəmbər (s) səfərdən qayıtdı, həzin halda minbərə çıxdı və camaat üçün xütbə oxuyub moizə elədi. İmam Həsən (ə) və İmam Hüseyn (ə) də Həzrətin (s) yanında idilər. Həzrət (s) xütbəni bitirən kimi sağ əlini İmam Həsənin (ə) başına, sol əlini isə İmam Hüseynin (ə) başına qoydu, sonra başını göyə qaldıraraq ərz etdi: “Ey Allah, mən sənin bəndən və Peyğəmbərin olan Məhəmmədəm (s). Bu iki nəfər də mənim pak itrətim, övladlarım və yer üzündə olan canişinlərimdir. Ey Allah, Cəbrayıl (ə) mənə xəbər verdi ki, mənim bu oğlum alçaqcasına öldürüləcək. Ey Allah, onun qətlini mübarək qərar ver, onu şəhidlərin sərvəri qərar ver! Çünki Sən hər şeyə qadirsən! Onu alçaqcasına öldürənə bərəkətini nazil etmə!” İbn Abbas deyir: “Məsciddə olanlar fəryad edib ağlamağa başladılar.” Peyğəmbər (s) buyurdu: “Ağlayırsınızmı və ona kömək etməyəcəksinizmi? Ey Allah, Sən Özün onun himayədarı və köməkçisi ol!”
İbn Abbas deyir: “Sonra yenidən Həzrət (s) üzü qızarmış və rəngi dəyişmiş vəziyyətdə minbərə qayıtdı, qısa, lakin çox bəlağətli bir xütbə oxudu. Bu xütbəni Həzrət (s) gözləri yaşla dolu bir halda oxudu. Sonra buyurdu: “Ey insanlar, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Biri Allahın kitabıdır. Digəri isə ölümümün rahatlıq səbəbi, qəlbimin meyvəsi olan itrətimdir. Bu ikisi cənnətdə, Kövsər hovuzunun kənarında mənə yetişənədək bir-birindən ayrılmazlar. Agah olun, mən Allahın məndən onlar barəsində istədiyindən başqa sizdən bir şey istəmirəm. Bu da yaxınlarıma olan sevgidən başqa bir şey deyildir. Ehtiyatlı olun ki, sabah hovuzun kənarında itrətimə qarşı olan kin və zülmünüzlə mənimlə görüşməyəsiniz... Agah olun, Cəbrayıl (ə) mənə xəbər verdi ki, mənim ümmətim oğlum Hüseyni (ə) çətinlik və bəla ilə dolu olan bir yerdə (Kərbəlada) öldürəcək. Allah onun qatilinə dünyanın sonunadək lənət eləsin!” Sonra Həzrət Peyğəmbər (s) minbərdən endi. Mühacir və Ənsarın hər biri Hüseynin (ə) qətlə yetiriləcəyini yəqin etdilər.” (“Əhməd ibn Əsəm əl-Kufi, əl-Futuh,” c. 4, səh. 325)
 
Diqqət edin, Həzrət Hüseyn (ə) hələ bir-iki yaşında olarkən belə Peyğəmbər (s) şəhid olacağını bildikdə göz yaşı tökürdüsə, şəhid olduqdan sonra ona yas saxlayıb, göz yaşı tökməyəcəkdi? Bir insan nə qədər insafsız, din və Peyğəmbərlə düşmən olmalıdır ki bu sözləri dilinə gətirsin və tarixi faktları görməməzlikdən gəlsin. O ki qaldı Peyğəmbərin (s) övladına yaxud yaxın birinə göz yaşı tökməsinə;
 
Peyğəmbər (s) oğlu İbrahim üçün ağlayır: “Ənəs ibn Malik deyir: “Peyğəmbərlə (s) bərabər evə daxil olduq. Oğlu İbrahim can verirdi. Peyğəmbərin (s) gözlərindən yaş axmağa başladı. Əbdurrəhman ibn Ovf dedi: “Ey Allahın rəsulu (s), mən nə görürəm, siz ağlayırsız?”
Peyğəmbər (s) buyurdu: “Ey Əbdurrəhman! Düz görürsən. Gözlər yaşlı, qəlb də kədərlidir. Ey İbrahim! Sənin ayrılığın bizi kədərləndirdi.” (“Səhihi Muslim” c. 4, səh. 1808, “Səhihi Buxari” c. 1, səh. 158, “İbn Macə” c. 1 səh. 507)
Ənəs deyir: “Elə ki İbrahim vəfat etdi, Peyğəmbər (s) buyurdu: “Onu hələ kəfənə bükməyin. Qoy son dəfə onunla görüşüm.” Sonra Peyğəmbər (s) ona tərəf əyilərək ağladı.” (“İbn Macə” c. 1. səh. 473-cənaiz kitabı)
 
Peyğəmbər anasının qəbri üstə ağlayır: Əbu Hüreyrə deyir: “Peyğəmbəri-əkrəm (s) anasının qəbrini ziyarət etdi və ağladı. Onunla gələnlər də ağladılar.” (“Səhihi Muslim” c. 2, səh. 671, “Musnədi Əhməd” c. 2, səh. 441, “Nəsai” c. 4, səh. 90, “İbn Macə” c. 1, səh. 501, “Əbu Davud “ c. 3 səh. 195)
 
“Məhərrəm ayı müqəddəs ay deyil” deyənlərə Qurandan müqəddəslik dəlili
Məhərrəm ayı barədə qeyd olunan məsələlərdən biri də Məhərrəm ayının müqəddəs olub-olmaması ilə əlaqəlidir.
“Müqəddəs” sözünün mənalarını bilsək, məsələ öz həllini tapar. Gəlin öncə bu sözün mənalarına diqqət yetirək; “Müqəddəs” sözünün mənaları:
1. Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan pak.
2. Ehtiram və hörmətə layiq.
3. Çox hörmətli, çox qiymətli.
4. Bərəkətli, mübarək. Qeyd etdiyimiz bu mənalar “müqəddəs” sözünün lüğət kitablarında ən məşhur mənalardır ki, qeyd etdik. (“Lisanul-ərəb”, c. 6, səh. 168- 169)
Bu söz “müqəddəs,” “quddus,” “quds,” “qudus,” kimi müxtəlif formalarda işlənsə də, yuxarıda qeyd etdiyimiz mənaları ehtiva edir. “Müqəddəs” sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir. Deməli, “müqəddəs” sözü işlənmə yerlərinə görə, mənası; “pak-pakizə,” “eyib və nöqsanlardan uzaq,” “hörmətə layiq,” “bərəkətli və mübarək” mənalarına gəlir. İndi isə gəlin “məhərrəm” sözünün mənalarına nəzər salaq. “Məhərrəm” sözü lüğətdə haram edilmiş, qadağan edilmiş, hörmətə layiq mənalarına gəlir. Gördüyümüz kimi, Məhərrəm ayının mənalarından biri də “hörmətə layiq”dir.
 
Bu həmin mənadır ki, “müqəddəs” sözünün mənaları içərisində də müşahidə etdik. Deməli, “məhərrəm” sözünün lüğəti mənalarından biri də “müqəddəs” deməkdir. Görünür “Məhərrəm ayı müqəddəs deyil” deyənlər Məhərrəm ayının leksik mənalarını belə bilmir və anlamırlar. Bundan əlavə, Məhərrəm ayı həm də Quranda qeyd edilən dörd haram ayından biridir. Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır. Qurani-Kərimdə də deyilir: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu, doğru dindir. Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin...” (“Tövbə” surəsi, 36) Məhərrəm ayının müqəddəs olması bu ayədən də aydın şəkildə görünür. Uca Allah bu ayda döyüşməyi Məhərrəm ayına qarşı hörmətsizlik sayır və onun hörmətinin qorunmasını tələb edir. Çünki bu ay hörmətə layiq müqəddəs Məhərrəm ayıdır.
 
Daha bir şübhəyə cavab:
 
Elşad Miri kimi azğınların “Peyğəmbər (s) İmam Hüseyn (ə) şəhid olanda sağ olsaydı nə edərdi?” sualına cavab olaraq bir mübarək hədisə nəzər yetirək:
 
İmam Hüseynin (ə) şəhadətindən sonra Peyğəmbərin (s) əzadarlıq etməsi
 
Əbu Səid əl-Əşəc bizə rəvayət etdi (və dedi): “Əbu Xalid əl-Əhmər bizə rəvayət etdi (və dedi): “Rəzin bizə rəvayət etdi (və dedi): “Səlma mənə rəvayət etdi (və dedi): “Ümmü Sələmənin yanına daxil oldum, o ağlayırdı. Ona dedim: “Səni ağladan nədir?” Dedi: “Peyğəmbəri (s) yuxuda gördüm. Başı, saqqalı torpaqlı idi. Dedim: “Ey Allahın Rəsulu (s), nə olub sənə?” Dedi: “Bir az bundan əvvəl Hüseynin (ə) qətlə yetirilməsinin şahidi oldum.” (Əbu İsa ət-Tirmizi, əs-Sünən, “Babu fəzail əs-səhabə”, “babu mənaqib əl-Həsən (ə) və əl-Hüseyn (ə)”, c.12, səh.195)
Peyğəmbər (s) zatən bir ömür Hüseynə (ə) ağlamışdı və onun ilk əzadarı elə Peyğəmbər (s) idi. Şəhid olsaydı yenə ona ilk əzadar özü olardı. Buna heç bir şək yoxdur.
 
 
“Məhərrəm ayı və imam Hüseyn (ə) əzadarlığı barədə şübhə və iradlara cavab” kitabından ixtisarla
 
İlahiyyatçı, araşdırmaçı Mahir Şəkərov




Biz qarşı tərəfin cavabınıda işiqlandırmağa hazırıq.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    İslam / Xəbərlər
    Şöbə müdiri: "Ehtiyat kadrlar siyahısına düşən 50 din
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    İSLAMDA ƏQAİD. 1 -Cİ FƏSİL: İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
    İslam
    İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
    Səhiyyə
    Anti-peyvənd təbliğatı aparan şəxslər hüquqi məsuliyyət
    İslam / Siyasət
    Deputatdan hicab müzakirəsi barədə: Övlada dini tərbiyə
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
    Xəbərlər / Dünya
    Gürcüstan Müsəlmanları İdarəsinin Ruhanilər Heyəti Xəzər
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    Xəbərlər / Dünya
    VİRUSDAN XİLAS YOLU TAPILIR AZƏRBAYCANLI HƏKİM YENİ ELMİ
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    Qədir-Xum gününün əməlləri
    İslam
    İSLAMDA ƏQAİD. QURAN VƏ LÜĞƏTDƏ "İMAM" SÖZÜ
    Xəbərlər
    Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
    İslam
    MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
    İslam
    Qədr gecəsinin əməlləri.
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    Xəbərlər
    Evimizə daşınan şübhəli sular - kim nəzarət etməlidir?
    Xəbərlər
    Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    Ərəfə gününün əməlləri
    İslam
    Şəhid Ayətullah Məhəmməd Baqir Sədr ilə Səddam Hüseynin
    Xəbərlər
    Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    Səhiyyə
    "BUZLU ŞÜŞƏ" DİAQNOZU İLƏ BAĞLI DEYİLƏNLƏR YALNIŞ İMİŞ
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    Xəbərlər
    Bu il itirdiyimiz MƏŞHURLAR
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANLARINDAKI HİKMƏTLƏR
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
Земфира Байрамова 13 avqust 2021 16:48

Allahu Akber!

Hemd olsun Allaha!

Sallellahu aleyhi va Alihi va sellem!

Allahumme salli ela Muhammedin va Ali Muhammed!

Yezide LENET!!!

Hemiwe LENET!

In Shaa Allah!Amin!

Hemd olsun Allaha!

2021 11-avqust, 22:01

Tarix

İslam

Bölmə
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
İslam / Xəbərlər
Şöbə müdiri: "Ehtiyat kadrlar siyahısına düşən 50 din
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
İSLAMDA ƏQAİD. 1 -Cİ FƏSİL: İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
İslam
İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
Səhiyyə
Anti-peyvənd təbliğatı aparan şəxslər hüquqi məsuliyyət
İslam / Siyasət
Deputatdan hicab müzakirəsi barədə: Övlada dini tərbiyə
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
İslam
İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
Xəbərlər / Dünya
Gürcüstan Müsəlmanları İdarəsinin Ruhanilər Heyəti Xəzər
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
Xəbərlər / Dünya
VİRUSDAN XİLAS YOLU TAPILIR AZƏRBAYCANLI HƏKİM YENİ ELMİ
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
İslam
Qədir-Xum gününün əməlləri
İslam
İSLAMDA ƏQAİD. QURAN VƏ LÜĞƏTDƏ "İMAM" SÖZÜ
Xəbərlər
Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
İslam
MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
İslam
Qədr gecəsinin əməlləri.
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
Xəbərlər
Evimizə daşınan şübhəli sular - kim nəzarət etməlidir?
Xəbərlər
Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
İslam
QMİ Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
İslam
Ərəfə gününün əməlləri
İslam
Şəhid Ayətullah Məhəmməd Baqir Sədr ilə Səddam Hüseynin
Xəbərlər
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
Səhiyyə
"BUZLU ŞÜŞƏ" DİAQNOZU İLƏ BAĞLI DEYİLƏNLƏR YALNIŞ İMİŞ
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
Xəbərlər
Bu il itirdiyimiz MƏŞHURLAR
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANLARINDAKI HİKMƏTLƏR
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
İslam
İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum