• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2022 15-noyabr, 19:00

Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi


Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Şeyx Təbərsi özünün “Əl-ihticac” kitabında İmam Həsənin (Allahın salamı olsun ona) nəvəsi Abdullah ibn Həsəndən, o da öz atalarından belə nəql edir: “Əbu-Bəkr və Ömər Xanım Fatimənin (Allahın salamı olsun ona) Fədək bağını qəsb etdikdə, Həzrət Fatimə (Allahın salamı olsun ona) bundan xəbər tutdu. O, başını örtərək öz çadrasına büründü, xidmətçiləri və Bəni-Haşim qadınlarının bir neçəsi ilə birgə məscidə tərəf gəldi. Həzrət Zəhra (Allahın salamı olsun ona) ətəyi yerə sürtüləcək dərəcədə uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) yerişini xatırladırdı. Məscidə daxil olduqda Əbu-Bəkr mühacir və ənsardan bir dəstəsi ilə birgə oturmuşdu. Pərdə çəkdilər. Xanım Zəhra pərdənin arxasına keçib əyləşdi. Həzrət Zəhra (Allahın salamı olsun ona) bu vaxt yanıqlı bir ah çəkdi. Məsciddəkilər onun yanıqlı ahından təsirlənib ağladılar. Məclisdəki vəziyyət dəyişdi. Fatimə (Allahın salamı olsun ona) bir az sükut edib camaatın ağlamaq səsinin sakitləşməsini gözlədi. Sonra öz sözünə Allahı həmd və tərif etməklə və Peyğəmbərə salavat göndərməklə başladı. Bu vaxt camaat yenidən ağlamağa başladı. Onlar ağlayıb qurtarandan sonra Xanım yenidən danışmağa başladı. O buyurdu:
“Allaha verdiyi nemətlərə görə həmd olsun, əta etdiklərinə görə ona şükr olsun. Təqdim etdiyi nemətlərə görə bütün təriflər ona məxsusdur. O, nemətləri heç bir səbəb olmadan ilk olaraq əta etmiş və onun nemətləri hər yeri əhatə etmişdir. Belə ki, onları saymaq, sonunu bilmək və onun miqdarını dərk etmək mümkün deyil. Allah yaratdıqlarını nemətlərin artması üçün şükr etməyə çağırıb və onlar üçün bunun müqabilində nemətləri artırıb. Onları şükr etməyə çağırmaqla verəcəyi nemətləri ikiqat edib.
Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir. Heç bir şəriki yoxdur. Bu elə bir kəlimədir ki, ixlaslı olmağı onun əsası qərar verib və onu qəlblərdə yerləşdirib. Tovhidin dərkini təfəkkürlə açıq-aşkar edib. Gözlər onu görməkdə, dillər onu vəsf etməkdə, düşüncələr isə onun necəliyini dərk etməkdə acizdir. O, bütün mövcudatı onlardan əvvəl heç bir şey olmadan yaradıb. Bütün yaranmışları bənzədəcəyi bir nümunə olmadan xəlq edib. Öz iradə və qüdrəti ilə heç bir şeyə ehtiyacı olmadan və özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıqları yaradıb, onları təsvir və tənzimləyən Allahın məqsədi öz hikmətini göstərmək, ona itaət etməyin zəruriliyini bildirmək, öz qüdrətini zahir etmək və bəndələri ona ibadət etməyə çağırmaqdan başqa bir şey deyildir. Daha sonra O, Ona itaət etməyə görə savab və Ona qarşı çıxmağa görə isə əzab qərar verdi. Bunu bəndələrini cəhənnəmdən uzaqlaşdırmaq və cənnətinə yaxınlaşdırmaq üçün etdi.
Şəhadət verirəm ki, atam Muhəmməd ibn Abdullah Allahın qulu və Rəsuludur. Allah-təala onu elçi olaraq göndərməmişdən əvvəl (qeyb aləmində) seçmiş, onu digərlərindən ayırmamışdan əvvəl ucaltmış və onu peyğəmbər olaraq göndərməmişdən qabaq təmizləmişdir. O zaman yaranmışlar qeybdə gizlin və yox idilər. Böyük Allahın bütün işlərin aqibət və gedişatından xəbəri var idi. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edirdi.
Allah-təala əmrinin tamamlanması və hökmlərinin həyata keçməsi üçün onu peyğəmbər olaraq göndərdi . O Həzrət (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) peyğəmbərliyə seçiləndə bütün ümmətlər pərakəndə halda bir-birindən uzaq, bütpərəst idilər. Onlar Allahı tanıdıqları halda inkar edirdilər. Allah-təala atam Muhəmmədin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın Rəsulu (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) səbr və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmış və onları günahdan qurtarmış və gözlərinin korluğunu aradan qaldırmışdır. Onları haqq dinə hidayət etmiş və doğru yola dəvət etmişdir.
Sonra Allah şəfqətlə və onun öz ixtiyar və rəğbəti ilə onu öz dərgahına apardı. Muhəmməd (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) dünya zəhmətləri və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasında, seçilmiş mələklərin əhatəsində rahatlıqdadır. Allahın peyğəmbəri, vəhyini əmanət etdiyi, yaratdıqlarının ən üstünü və razı qaldığı şəxs olan atama Allahın salavat və salamı olsun.”
Sonra Xanım Zəhra üzünü məclisdəkilərə tutub belə buyurdu:
“Siz Allahın bəndələrisiniz. Siz onun hökmlərini, haram və halal buyurduqlarını icra edənlərsiniz. Siz Allahın göndərdiyi dinin və vəhyin daşıyıcısı və bu dini digər ümmətlərə çatdıranlarsınız. Bunu özünüzün haqqı hesab edirsiniz. Halbuki bu, Allahın sizin aranızda olan əhdidir. Bilin ki, Peyğəmbər sizin aranızda böyük bir əmanət qoyub. (Bu əmanət) Allahın danışan kitabı, doğru olan Quranıdır. Bu kitab Allahın nur və kəsərli dəlilidir. Bu kitabın dəlilləri açıq-aşkar, sirləri aydın, zahiri işıq saçandır. Onun arxasınca düşənlər onunla arzusuna çatır. Ona tabe olanları cənnətə aparır, ona qulaq asanları nicata (qurtuluşa) çatdırır. Bu kitabla Allahın nurani dəlillərini, geniş izah olunmuş vaciblərini, həzər olunmuş haramlarını bilmək olar. Onun bəyan etdikləri açıq-aşkar, dəlilləri kifayət edəcək həddədir. O kitabda əməl olunası çoxlu fəzilət, insanlara hədiyyə edilmiş rüxsətlər və şəriət hökmləri qeyd olunmuşdur.
Allah imanı sizin şirkdən (Allaha şərik qoşmaqdan) paklanmağınız üçün, namazı təkəbbürlükdən uzaq olmağınız üçün, zəkatı nəfsinizi paklaşdırmaq və ruzinizi artırmaq üçün, orucu ixlasınızı möhkəmləndirmək üçün, həcci dini ucaltmaq üçün, ədaləti qəlbləri tənzimləmək üçün, bizim itaətimizi ümmət içərisində nizam-intizam yaratmaq üçün, İmamətimizi təfriqədən amanda qalmaq üçün, cihadı İslamın izzətli olması, küfr və nifaq əhlinin isə zəlil olması üçün, səbirli olmağı savab qazanmağa kömək olması üçün, əmr be mərufu (digərlərini yaxşı iş görməyə dəvət etməyi) ümumi məsləhət üçün, valideynə yaxşılığı Allahın qəzəbindən qorunmaq üçün, qohumlarla əlaqə saxlamağı ömrü uzatmaq və sayı artırmaq üçün, qisası qan tökülmənin qarşısını almaq üçün, nəzrə vəfa etməyi Allahın rəhmətini cəlb etmək üçün, alverdə ölçüyə düzgün riayət etməyi alverin dəyərinin düşməsinin qarşısını almaq üçün (vacib olaraq) qərar verib. O, bəndəni pisliklərdən uzaqlaşdırmaq üçün şərab içməyi haram buyurmuş, lənətə (Allahın rəhmətindən uzaq olmağa) düçar olmamaq üçün (insanları) pak qadına zina böhtanı atmaqdan çəkindirmiş, paklığın qorunması üçün oğurluq etməyi qadağan etmişdir. Allah-təala Onun Rübubiyyətinə (hər şeyi idarə etməsinə) ixlasla (xalis şəkildə) inanmaqdan ötrü şirki (Allaha şərik qoşmağı) haram etmişdir. “Kamil surətdə təqva və pəhrizkarlığa riayət edin və ancaq müsəlman olaraq ölün.”[1] Allahın sizə əmr etdiyi və sizi çəkindirdiyi şeylərdə ona itaət edin. Bilin ki, “Allahdan bəndələri içərisində yalnız alimlər qorxar.”[2]
Ey insanlar, bilin ki, mən Fatiməyəm, atam Muhəmməddir (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə). (Bu sözümü) əvvəldə və axırda (təkrar olaraq) deyirəm. Dediyim sözlərdə səhv söz demirəm. Etdiyim işlərdə həddimi aşmıram. “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir. O sizi çox istəyir, möminlərə qarşı şəfqətli, mərhəmətlidir!”[3] Əgər onun əsl-nəsəbinə baxsanız biləcəksiniz ki, Peyğəmbər sizin qadınlarınızdan hər hansısa birinin yox, məhz mənim atamdır. Sizin kişilərinizdən birinin deyil, məhz mənim əmim oğlunun (Əli ibn Əbutalibin) qardaşıdır. O (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə), nə gözəl nisbət verilən bir qohumdur. Mənim atam sizləri pis işlərdən çəkindirməklə, müşriklərə tərəf meyl etmədən, onların mərkəzlərini məhv edərək, nəfəs aldıqları yeri tutaraq və Rəbbinin yoluna hikmətlə və gözəl moizə ilə çağıraraq Allahın risalətini çatdırdı. Atam bütləri sındırıb Haqq düşmənlərinin, inadkarların başını əzdi, onların birliyini aradan apardı və onlar geriyə üz çevirdilər. Beləliklə, gecənin zülməti sübhün açılmağı ilə aradan getdi, həqiqət aşkar oldu. Dinin başçısı danışdı, şeytanların səsi batdı, nifaq (ikiüzlülük) tərəfdarları yoxa çıxdı, küfr və ayrılıq düyünləri açıldı. Sizlər Allahın onlardan hər növ çirkinliyi apardığı və pak qərar verdiyi nurani və iffətli şəxslərin (Əhli-beytin) vasitəsi ilə tovhid kəlməsini dediniz.  Halbuki bundan əvvəl atəş çuxurunun yanında içilən bir qurtum su və yeyilən bir tikədən artıq deyildiniz. Ayaqlar altında qalmış çirkli su içərək və iyrənc yeməklər yeyərək, xar və zəlil olmuşdunuz. Ətrafdakı insanların sizi aradan aparacağından qorxurdunuz. Allah-təala Muhəmmədin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) vasitəsi ilə sizi bu alçaqlıqlardan xilas etdi. O, min bir zəhmətlə və cəngavərlər, ərəb canavarları və kitab əhlinin azğınları ilə imtahana çəkildikdən sonra  sizi azğınlıqdan qurtardı. Hər dəfə onlar döyüş tonqalını alovlandırdılar, lakin hər dəfə də Allah-təala bu alovları söndürdü. Nə zaman şeytan öz buynuzunu çıxardırdısa, yaxud müşriklərdən hansınınsa düşmənçilik və ədavət səbəbi ilə ağzı açılırdısa, o zaman Peyğəmbər qardaşını (Əli ibn Əbutalibi) həmin düşmənin üzərinə göndərirdi. O, döyüşə girib düşmənin qol-qanadını ayağı altında əzməmiş, müxaliflərin alov şölələrini öz qılıncı ilə yatırmamış meydandan geri dönməzdi. O, bütün əziyyətlərə Allaha xatir dözürdü. İlahi fərmanı yerinə yetirmək üçün hədsiz dərəcədə səy göstərirdi. O, Peyğəmbərə ən yaxın insan idi. Allah dostlarının seyyidi (başçısı) idi. O, yaxşı işləri yetirmək üçün daim tələsir, bu yolda çoxlu çalışır və daim səy göstəriridi. Allah yolunda gördüyü işlərdə heç bir danlaq edənin danlağı onu işindən saxlamırdı. Lakin siz həmin vaxt tam rahatlıqda idiniz. Əmin-amanlıq içində deyib-gülüb, istirahət edirdiniz. Elə həmişə bunu gözləyirdiniz ki, bizim ailəmizdə bədbəxt hadisələr baş versin. Siz düşmən səfləri ilə üz-üzə gələndə geriyə çəkilərək döyüş meydanından qaçırdınız.
Elə ki, Allah-təala öz Peyğəmbəri üçün Peyğəmbərlərin yurdunu seçdi (onun canını aldı), sizin içinizdə gizlətdiyiniz münafiqlik (ikiüzlülük) aşkara çıxdı. Din paltarını əyninizdən çıxartdınız. İçinizdə gizlətdiyiniz azğınlıq danışmağa başladı. Cəmiyyətdə ən dəyərsiz olanlar ortaya çıxdı. Batil əhlinin başçıları öz pis səslərini ucaltdılar və sizin meydanda quyruqlarını tərpətməyə başladılar (öz işlərini gördülər). Şeytan öz yuvasından başını çıxardaraq sizləri səslədi və sizin onun dəvətini qəbul etdiyinizi və (ona) aldandığınızı gördü. Sonra sizi öz itaətinə çağırdı və sizin onun əmrlərinə itaət etdiyinizi müşahidə etdi. Sizi əsəbləşdirdi, siz də əsəbləşərək özünüzü itirdiniz. Sahibi olmadığınız dəvənin yüyənindən yapışdınız, içməyə haqqınız olmayan bulaqdan su içdiniz.[4]
Peyğəmbərin vəfatı yaxın və (bu müsibətə görə) ürəyimiz yara olduğu halda, hələ bu yara sağalmamış və hələ Peyğəmbərin cənazəsi dəfn olunmamış, siz tələsərək layiq olmadığınız yerləri tutdunuz. Elə zənn etdiniz ki, guya bu tələskənlik fitnənin qarşısını almaqdan ötrüdür. “Bilin ki, onlar (özləri) fitnəyə düşdülər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!.” [5]
Belə hərəkətlər sizdən uzaqdır. Bu (cinayət dolu) əməlləri necə edirsiz?! Haqdan necə üz çevirirsiz?! Bir halda ki, Quran sizin aranızdadır. Onun özü zahir, hökmləri aşkar, əlamətləri göz qamaşdıran, əmr və qadağaları aydındır. Siz o kitabı tərk etdiniz. (Bu əməlinizlə) Allah kəlamına etiraz edirsiniz? Yoxsa Tanrı hökmünün əksinəmi fətva verirsiniz? “Zülmkarlar üçün bu necə də pis bir mübadilədir.”[6] “Kim İslamdan başqa bir dinin ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”[7] Siz bu fitnənin yatmasını, qarmaqarışıqlığın aradan getməsini gözləmədiniz. Tələsərək yel vurub fitnə közünü daha da alovlandırmağa, yaranı daha da dərinləşdirməyə, şeytanın dəvətini qəbul edib yolunuzu azmağa, haqq dininin nurunu söndürməyə və Peyğəmbərin hökm və sünnəsini boğmağa başladınız. Əsassız bəhanələrlə öz çirkin məqsədlərinizi icra etdiniz. Həqiqətdə isə Peyğəmbərin Əhli-beytinə və övladlarına xəyanət və zülm edirdiniz. Sizin etdiyiniz zülmlərə bədəni bıçaqla kəsilmiş və bətninə nizə batırılmış şəxs kimi səbr edirik.
Siz indi belə güman edirsiz ki, biz (Peyğəmbərin) heç bir irsinə sahib deyilik? “Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Yəqin sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?”[8] (Mənim Peyğəmbərin qızı olmağımı və onun irsinə sahib olduğumu) bilmirsinizmi? Bəli bilirsiz. Çünki mənim Peyğəmbərin qızı olmağım gün kimi aydındır.
 Ey müsəlmanlar, heç rəvadırmı, mənim öz irsim əlimdən alınsın? Ey Əbu Quhafənin oğlu (Əbu Bəkr), Allahın kitabına əsasən sən öz atandan irs apara bilərsən, lakin mənim atam özündən sonra irs qoya bilməz? Bu işinlə Allah və Rəsuluna qarşı çox qəribə və pis bir iş gördün (onlara iftira atdın). Qəsdən Allahın kitabını tərk edib, onu kənara atdınız? Halbuki Allah-təala buyurur: “Süleyman Davuddan irs apardı.”[9] Yəhya ibn Zəkəriyyadan xəbər verdikdə Zəkəriyyanın dilindən buyurur: “Mənə öz dərgahından bir canişin bəxş et ki, mənim və Yəqub ailəsinin varisi olsun.”[10] Başqa yerdə Allah-təala buyurur: “Qohumlar Allahın kitabında (irs, varislik baxımından) birbirinə daha yaxındırlar.”[11] Allah-təala yenə də belə buyurur: “Allah övladlarınız haqqında sizə tövsiyə edərək buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür.”[12] Başqa bir ayədə buyurur: “(Sizin hər birinizi ölüm haqlayan zaman) Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.”[13]
Siz mənim heç bir payımın olmadığını, atamla mənim heç bir qohumluq əlaqəmin olmamasını və atamın irsinin mənə çatmadığını güman edirsiniz. Məgər Allah-təala Quranda olan bu ayələri sizə məxsus edib və atam Muhəmmədi (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) bu ayələrin hökmündən kənarda saxlayıb? Yoxsa demək istəyirsiniz ki, iki dinin əhli bir-birindən (kafir mömindən) irs aparmır? Məgər Mən və Atam bir dinin əhli deyilikmi? Yoxsa siz Quran ayələrinin ümumi və xüsusi hökmlərini Atam və əmim Oğlundan daha yaxşı bilirsiniz?
(Sonra Əbu-bəkrə xitab edərək buyurdu: ) Bu gün istədiyini et. Fədəki məndən bütünlüklə al. Qiyamət günü  (etdiklərinin cəzasını) görəcəksən. Allahın (aramızda) hakimlik etməsi, Muhəmmədin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) bizim rəhbərimiz olması və Qiyamət gününün (səninlə) görüşəcəyimiz gün olması nə qədər də gözəldir. Qiyamət günü batil əhli xəsarətə uğrayacaqdır. Peşman olduğunuzda dediklərinizin sizə heç bir faydası olmayacaqdır. “Hər bir xəbərin müəyyən bir vaxtı vardır.”[14] “O zaman rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”[15]
Sonra Fatimə (Allahın salamı olsun ona) üzünü ənsara (Mədinə müsəlmanlarına) çevirib onlara belə buyurdu:
“Ey qəhrəmanlar dəstəsi, dinin dayağı və İslamı qoruyanlar, mənim barəmdə niyə belə süstlük edib mənə edilən zülmlərin müqabilində özünüzü yuxuluğa vurursunuz? Məgər atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) buyurmamışdır ki, “Hər bir şəxsin ehtiramı onun övladlarına hörmət etməklə qorunar”? Mənim tələb etdiyim haqqımı müdafiə etməyə qüdrətiniz olduğu halda tez bir zamanda dəyişildiniz və əvvəlcədən planlaşdırdığınız kimi tələsərək işləri əleyhimizə çevirdiniz. “Muhəmməd (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) artıq öldü” deyirsiniz? Onun vəfatı elə böyük hadisədir ki, onun yarığı hər yeri bürümüş və parçalamışdır. Onun aramızdan getməsi ilə yer üzü zülmətə qərq olmuşdur. Onun müsibətində günəş və ay tutulmuş, ulduzlar səpələnmişdir. Onun vəfatı ilə ümidlər yox oldu, dağlar titrədi, ailəsinin haqqı zay edildi və hörməti aradan aparıldı. Allaha and olsun, onun vəfatı çox əzəmətli bir müsibətdir. Bu müsibətin misli heç vaxt olmamış və bu yaxınlarda da olmayacaqdır. Allahın kitabı Onun bu qəti hökmü barədə gecə-gündüz sizlərə uca səslə, müxtəlif yollarla xəbər verərək buyurur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.”[1]
Ey ənsar (Mədinə əhli), sizin hamınızın gözü qarşısında və səsimi eşitdiyiniz halda mənim atamdan qalan irsim zülmlə əlimdən alınır! Mənim köməyə dəvətim sizə də şamil olur və siz də bundan xəbərdarsınız. Mənim dəvətimi qəbul etmək üçün kifayət qədər sayınız, qüdrətiniz və silahınız olduğu halda mənim dəvətimi qəbul etmirsiniz. Fəryadımı eşitdiyiniz halda köməyə gəlmirsiniz. Halbuki siz cihad etməklə vəsflənmiş, xeyirli işlərlə tanınmış, biz Əhli-beyt üçün (bizə yardım etmək üçün) seçilmişdiniz.
Cahiliyyət dövrünün ərəbləri ilə döyüşmüş, çətinliklərə və ağır işlərə dözmüş, müxtəlif millətlərlə mübarizə aparmısınız. Bizim fərmanlarımızı yerinə yetirir və əmrlərimizi icra edirdiniz. Axırda bizim vasitəmizlə İslam dininin işləri nizam-intizama düşdü. Çoxlu nemətlər əldə olundu. Şirkin vilayətləri təslim oldu. İftiranın qarmaqarışıqlığı aradan getdi. Küfr alovları söndü. Hərc-mərclik yox oldu. Dinin nizamı düzəldi.
Açıq-aşkar bəyandan sonra çaşqınlığa düşürsünüz? Haqq aşkar olandan sonra onu gizlədirsiniz? Addım atdıqdan sonra geri dönürsünüz? İman gətirdikdən sonra Allaha şərik qoşursunuz? Bədbəxtlik olsun o qövmə ki, onlar “andlarını pozan, Peyğəmbəri qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatdılar. Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.”[2]
Görürəm ki, siz rahatlığı seçmiş, darlıqdan genişliyə keçmisiniz. Öyrəndiklərinizi kənara atmış, asanlıqla içdiyinizi qaytarmısınız. “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.”[3]
Bilin ki, dediklərimi deyərkən sizi bürümüş zəlilliyinizdən və qəlblərinizi doldurmuş vəfasızlığınızdan xəbərdar idim. Lakin ürəyimin qəmi tüğyan etdiyi, qəzəbim üzə çıxdığı, səbrim daşdığı üçün, ürəyimdəkiləri aşkar etməkdən ötrü və höccəti tamam edib bəhanələrinizi kəsmək üçün bunları sizə dedim. Bəli, siz istədiyinizi cənginizə keçirib öz murad atınızı ram edərək ona rahatlıqla minin (Fədəki məndən istədiyiniz kimi alın). Amma bilin ki, mindiyiniz bu atın arxası yaralı, yükü isə biyabırçılıqdır. Onun biyabırçılığı həmişəlikdir. Onun damğası Allahın qəzəbi və əbədi rüsvayçılıqdır. Ona minmiş şəxsi qəlblərə təsir edib onları əridən cəhənnəm atəşinə aparır. Bu etdiklərinizin hamısına Allah nəzarət edir. “Zülm edənlər isə hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını) mütləq biləcəklər!”[4] Mən sizi Allah hökmündən boyun qaçırmağın dəhşətli əzabından çəkindirən Peyğəmbərin qızıyam. Gözləyin. Biz də gözləyənlərdənik.”
Xanım Fatimə (Allahın salamı olsun ona) sözünü qurtaranda Əbu Bəkr Ona cavab verərək belə dedi:
“Ey Peyğəmbərin qızı, sənin atan (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) möminlərə qarşı mehriban, alicənab, şəfqətli, rəhmli, kafirlərə qarşı isə qəzəbli və acıqlı idi. O, əsil-nəsəb cəhətindən yalnız sənin atan idi, başqa qadınların yox. O, yalnız sənin ərinin qardaşı idi, başqalarının yox. (Peyğəmbər) yalnız onu (Əlini) hər bir mühüm və böyük iş üçün seçərdi. O da bütün çətin işlərdə ona (Peyğəmbərə) kömək edərdi. Sizi yalnız xoşbəxt insanlar sevər və sizə yalnız bədbəxt insanlar düşmənçilik edər. Siz Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) pak itrəti olub, Allahın seçilmiş bəndələrisiniz. Siz bizi səadətə aparan bələdçimiz, behiştə sarı gedən yolumuzsunuz. Sən, ey xanımlar xanımı, Peyğəmbərlərin ən xeyirlisinin qızı, Öz sözlərində doğru, əql və mərifətdə isə hamıdan üstünsən. Heç kim sənin haqqını əlindən ala bilməz və sənin doğru danışdığın sözləri rədd edə bilməz. Allaha and olsun, (Fədəki səndən almaqla) Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) buyuruğundan çıxmamış, yalnız onun izni ilə hərəkət etmişəm. Bir tayfa tərəfindən seçilən şəxs camaata yalan söyləməz. Allahı şahid tuturam ki, mən Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) belə dediyini eşitmişəm: “Biz Peyğəmbərlər özümüzdən sonra qızıl, gümüş, malikanə və var-dövləti irs qoymuruq. Bizim mirasımız kitab, hikmət, elm və nübüvvətdir. Bizdən miras qalan dünya malı isə bizdən sonra ümmətin rəhbəri olan şəxsin ixtiyarındadır. O, məsləhət bildiyi kimi ondan istifadə edə bilər.” Mən isə sənin tələb etdiyinin (Fədəkin) gəlirini müsəlmanların kafirlərə və yolunu azmışlara qarşı döyüşmələri üçün hərbi silah-sursatların hazırlanmasına xərcləyirəm. Bu, təkcə mənim qərarım ilə deyil, müsəlmanların hamısının razılığı ilə olan bir işdir. Mənim ixtiyarımda olan mal sənin ixtiyarındadır. Öz var-dövlətimi heç vaxt səndən əsirgəmərəm. Sən atanın (Peyğəmbərin) ümmətinin seyyidəsi və Peyğəmbərin övladlarının əziz anasısan. Biz sənin fəzilətlərini inkar etmir, ata və övladlar baxımından olan üstünlüyünü danmırıq. Sənin hökmün mənim əlimdə olan mala nüfuz edə bilər. Məgər sən mənim (Fədəki sənə verməyimlə) atan Rəsulullahın qanunlarına qarşı çıxmağımı istəyirsən?”
Həzrət Fatimə (Allahın salamı olsun ona) buyurdu:
“Sübhanəllah, heç vaxt atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) Allahın Kitabının əleyhinə olaraq bir söz buyurmayıb və onun hökmlərinə heç vaxt müxalifətçilik etməyib. Əksinə, O, bütün işlərində Qurana tabe olmuşdur. Siz birləşib etdiyiniz hiyləgirliyə Ona (Peyğəmbərə) iftira atmaqla haqq qazandırırsınız? Peyğəmbərin vəfatından sonra sizin etdiyiniz bu işlər Peyğəmbərin zamanında (münafiqlər tərəfindən) onun əleyhinə görülən təhlükəli hadisələrə oxşayır. Bu, ədalətli hökm edən və danışaraq haqqı batildən ayıran Allahın kitabıdır və deyir ki, “O, həm məndən, həm də Yəqub ailəsindən irs aparsın.” [5] və buyurur: “Süleyman Davuddan irs apardı.”[6] Allah-təala aydın və geniş surətdə vərəsələrin növ və xüsusiyyətlərini tamamilə bəyan etmiş, bu barədə olan vacibləri və mirası qanun olaraq təyin etmiş, qadın və kişi varislərindən hər birinin payı barədə açıq-aşkar söz açmışdır. O, bu işi ilə batil əhlinin bəhanələrini kəsmiş və digərlərinin şəkk və tərəddüdünü aradan aparmışdır. “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz çirkin əməlinizi sizə gözəl göstərmişdir. Mənə yalnız səbr gərəkdir. Dediklərinizdən ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”[7]
Əbu Bəkr Xanım Zəhraya (Allahın salamı olsun ona) belə dedi:
“Allah, Onun Rəsulu (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) və Onun qızı olan sən düz deyirsən. Sən hikmət mənbəyi, rəhmət və hidayət məskəni, dinin əsası, haqq dəlilin özüsən. Mən sənin fikrini, söylədiklərini əsla rədd etmirəm və danışdıqlarını inkar etmirəm. Lakin sənin və mənim qarşımda oturan bu camaat bu işi mənim öhdəmə qoyub. Mən onların ittifaqı ilə götürdüyümü götürmüşəm (Fədəki səndən almışam). Mən təkəbbürlü, istədiyini edən və zülmkar biri deyiləm. Onlar mənim dediklərimə şahiddirlər.”
Xanım Fatimə (Allahın və salamı olsun ona) üzünü insanlara çevirib buyurdu:
“Ey çirkin əməlin qarşısında sakit durub ona razı olan və sürətlə batil sözə tərəf meyl edib yüyürən müsəlmanlar, məgər siz Quranı düşünmürsünüz? Yoxsa qəlbləriniz qıfıllıdır?[8]  Xeyr, etdiyiniz zülmlərin və pis işlərin qaranlığı qəlblərinizi bürümüşdür.[9] Gözləriniz və qulaqlarınız tutulub. Nə pis xəyallara daldınız. Nə pis bir yolun arxasınca getdiniz. Bütün bunların ən pisi isə başqasının haqqını (Fədəki) qəsb etməyinizdir. Allaha and olsun, bunun yükü ağır, aqibəti isə çox pis olacaq. Gözünüzün önündən pərdələr götürüldüyü zaman onun arxasındakı dəhşətli əzabı gördükdə Allahdan sizə güman etmədiyiniz (bir əzab) düçar olacaqdır.[10] “Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.”[11]
Sonra Xanım Fatimə (Allahın və salamı olsun ona) üzünü atası Rəsulullahın qəbrinə tərəf çevirib ona xitabən bu şeiri oxudu:
“Ey Ata, Səndən sonra elə dəhşətli hadisələr oldu ki, əgər sağ olsaydın, bu müsibətlər çoxalmazdı. Torpaq bərəkətli yağışı itirdiyi kimi biz də Səni itirdik. Sənin ümmətin nizam-intizamı bir-birinə vurdu. Onların yollarını azmasına şahid ol. Onun məqam və ehtiram sahibi olan hər bir ailə üzvü Allah dərgahında daha artıq ehtirama malikdir. Sən bizim aramızdan gedəndən və torpaqlar altında dəfn olunandan sonra bir çoxları öz qəlblərinin kinini aşkar etdilər. Sən aramızdan gedəndən sonra bəziləri bizimlə pis davranıb məqamımızı yüngül sandılar və torpaqlarımızı qəsb etdilər. Sən elə bir parlaq nur idin ki, sənin nurundan istifadə edirdilər. Sənə Allah tərəfindən səmavi kitab nazil olurdu. Cəbrayıl həmişə gətirdiyi ayələrlə bizim munisimiz olurdu. Sən getdin və getməyinlə xeyir qapıları bizim üzümüzə bağlandı. Kaş sən vəfat edib torpaq altında dəfn olunmamışdan qabaq ölüm bizi haqlayaydı.”[12]

Tərcümə etdi: Şeyx Fəqan
Mənbə : besiret.az

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    İMAM HÜSEYNİN (Ə)-IN MƏDİNƏDƏN MƏKKƏYƏ HİCRƏTİ
    İslam
    Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
    İslam
    Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
    İslam
    ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    RƏBİUS-SANİ AYININ 14-ü (30 NOYABR) MUXTAR SƏQƏFİNİN QİYAMA
    İslam
    Ramazan ayının 14-ü (5 Aprel) Muxtar Səqəfinin şəhid olduğu
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    İslam
    MÜSLİM İBN ƏQİLİN QİYAMI
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRBƏLAYA DAXİL OLMASI
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
    Vacib / İslam
    Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    ƏHLİ-BEYT İBN ZİYADIN MƏCLİSİNDƏ
    İslam
    Səfər ayının 14-ü Muhəmməd ibn Əbu Bəkrin Misirdə şəhid
    İslam
    Oktyabrın 2-si, İmam Hüseyn (ə) qızı xanım Səkinə (s.ə) vəfat
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
    İslam / Hədislər
    TİBBİ HƏDİSLƏR TOPLUSU AĞIZ VӘ DİŞLӘRDӘKİ HİKMӘTLӘR.
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    Həsən Əskəri Dərnəyi / Xəbərlər
    Paytaxtda Ərbəin günlərində şəhidlər adından ehsanlar
    İslam
    Sabah təqvalıların imamı əmirəl-möminin həzrət Əlinin (ə)
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    İSLAMDA ƏQAİD. İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?
    İslam
    Ərəfə gününün əməlləri
    İslam
    Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
    İslam
    Bu gün Yezidin əmri ilə, Kəbə evi yandırılıb.
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    Rəcəb ayının 10-u, İmam Cavad (ə) mövlud günüdür.

2022 15-noyabr, 19:00

Tarix

İslam

Bölmə
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İMAM HÜSEYNİN (Ə)-IN MƏDİNƏDƏN MƏKKƏYƏ HİCRƏTİ
İslam
Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
İslam
Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
İslam
ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
İslam
RƏBİUS-SANİ AYININ 14-ü (30 NOYABR) MUXTAR SƏQƏFİNİN QİYAMA
İslam
Ramazan ayının 14-ü (5 Aprel) Muxtar Səqəfinin şəhid olduğu
İslam
Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
İslam
MÜSLİM İBN ƏQİLİN QİYAMI
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRBƏLAYA DAXİL OLMASI
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
İslam
Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
Vacib / İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
ƏHLİ-BEYT İBN ZİYADIN MƏCLİSİNDƏ
İslam
Səfər ayının 14-ü Muhəmməd ibn Əbu Bəkrin Misirdə şəhid
İslam
Oktyabrın 2-si, İmam Hüseyn (ə) qızı xanım Səkinə (s.ə) vəfat
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
İslam / Hədislər
TİBBİ HƏDİSLƏR TOPLUSU AĞIZ VӘ DİŞLӘRDӘKİ HİKMӘTLӘR.
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
Həsən Əskəri Dərnəyi / Xəbərlər
Paytaxtda Ərbəin günlərində şəhidlər adından ehsanlar
İslam
Sabah təqvalıların imamı əmirəl-möminin həzrət Əlinin (ə)
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
İSLAMDA ƏQAİD. İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?
İslam
Ərəfə gününün əməlləri
İslam
Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
İslam
Bu gün Yezidin əmri ilə, Kəbə evi yandırılıb.
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
Rəcəb ayının 10-u, İmam Cavad (ə) mövlud günüdür.
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Top Xəbərlər
Xəbərlər
İraqın nüfuzlu alimi xəbərdarlıq edib
Xəbərlər
Azərbaycanlı musiqiçi Məhərrəm ayına görə bütün ...
Xəbərlər
Əhalinin nəzərinə - Pensiyalar bu tarixdə ...
Xəbərlər / Dünya
İran: Fordo nüvə obyekti zərbədən əvvəl təxliyə ...
Xəbərlər
Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA
Xəbərlər
Azərbaycanda bu tarixlərdə 4 gün ardıcıl iş ...
Xəbərlər
İlham Əliyev sosial şəbəkə hesabında Milli ...
Xəbərlər
XƏBƏRDARLIQ: Bu tarixlərdə hava kəskin PİSLƏŞİR
Xəbərlər
Bakıdan Tehran və Tel-Əvivə təyyarə bileti ...
Xəbərlər
Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub
Xəbərlər
İlham Əliyev Vladimir Putini təbrik etdi
Xəbərlər
Valideynlərin NƏZƏRİNƏ! Seçim başlanılır
Xəbərlər / Foto
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Siyasət
İlham Əliyev və Mehriban Əliyeva Silahlı Qüvvələr ...
Hüquqi Məsələlər
İşçi ixtisara düşəndə müavinətin ödənilmə qaydası ...
Hüquqi Məsələlər
İstifadə edilməmiş məzuniyyətə görə ...
Hüquqi Məsələlər
Rəsmi nikahı olmayanlar ayrılarkən aliment tələb ...
Hüquqi Məsələlər
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum