İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
Ravi deyir: «Günlərin bir günü İmam Zeynəlabidin (ə) evdən çölə çıxdı. O Həzrət Dəməşq bazrına gəldi. Minhal ibn Əmri irəli gəldi və dedi:
کَیفَ أَمسَیتَ یا ابنَ رَسُولِ اللّهِ
«Ey Rəsulallahın oğlu, vəziyyət necədir?» İmam Hüseyn (ə) buyurdu:
أَمسَینا کَمِثلِ بَنِی اِسرائِلَ فِی آلِ فِرعَونَ
«Mənim vəziyyətim, Bəni-İsrailin Firon qövmünün arasındakı vəziyyəti kimidir. Onlar, Bəni-İsrailin oğlanlarını öldürdülər və arvadlarını diri saxladılar! Ey Minval, ərəblər iftixar edirlər ki, Mühəmməd (s) ərəbdir, Qureyş tayfası «Mühəmməd (s) bizim tayfamızdandır» - deyə iftixar edirlər və biz Mühəmmədin (s) Əhli-beytiyik. Lakin onlar bizim haqqımızı qəsb etdilər, bizi öldürdülər və ev-eşiyimizdən didərgin saldılar».
Bir gün Yezid, Əli ibn Hüseyn (ə)-ı və Əmir ibn Hüseyn öz yanına çağırdı. Əmr uşaq idi. Onun 11 yaşı var idi. Yezid Əmrə dedi: Oğlum Xalid ilə güləşmək istəyirsən? Əmr dedi: Xeyir, güləşmək istəyirəm. Amma bir bıçaq mənə və bir bıçaq ona versən onunla vuruşaram. Yezid dedi:
شِنشِنَهٌ أَعرِفُها مِن أَخزَم هَل تَلِدُ الحَیَّهُ اِلّا الحَیَّهَ
Şeirin məzmunu: «Bu təbiəti (şücaəti) ata babadan irs aparıbsan. Həqiqətən, şücaətli aradan şücaətli oğul törəyir. Sonra YezidƏli ibn Hüseyn (ə)-a dedi: «Sənə söz vermişdim ki, üç dənə istəyini yerinə yetirəm. İndi de görüm istəyin nə idi?»Həzrət buyurdu: «Birinci tələbim budur ki, atam Hüseyn (ə) müqəddəs başını mənə ver və mən Onun nazənin camalını görüm. İkinci tələbim budur ki, qarət etdiyiniz əmlaklarımız özümüzə qaytarın. Üçüncüsü isə budur ki, əgər məni öldürmək istəyirsənsə, bu qadınları əmanətdar bir şəxsə tapşır, onları Mədinəyə aparsın». Yezid dedi: «Atanın üzünü heç vaxt görməyəcəksən; səni isə bağışladım və öldürməyəcəm; qadınları da özün Mədinəyə aparasan; qarət olunmuş əmlakınızın isə ikiqat qiymətini verərəm. İmam Zeynəlabidin (ə) buyurdu: «Biz sənin əmlakından heç nə istəmirik, təki, mal-dövlətiniz azalmasın! Amma öz qarət olunmuş əmlakınızı istəyirik. Çünki, Rəsulallahın (s) qızı Fatimə (s.ə)toxuduqları paltarlar onların içindədir».
Yezid əmr etdi ki, onların qarət olunmuş əmlaklarını gətirsinlər. O, iki yüz dirhəm pul da İmam Zeynəlabidin (ə)-a verdi. İmam (ə) onu alıb fəqirlərə payladı. Sonra Yezid əmr etdi ki, Əhli-beyt əsirlərini öz vətənlərinə qaytarsınlar. Rəvayət olunur ki, İmam Hüseyn (ə) müqəddəs başını Kərbalaya qaytarıb mübarək bədəni ilə dəfn etdilər.
Ravi deyir: «Əhli-beyt Şamdan İraqa gəldilər. Onlar qafilə başçısına dedilər: «Bizi Kərbaladan apar». Əhli-beyt Kərbalayayetişdilər. Kərbalada ziyarətə gələn Cabir ibn Abdullah Ənsari və Bəni-Haşimdən bir dəstə ilə qarşılaşdılar. Onlar birlikdə şəhidlərə matəm saxladılar.
وَ أَقامُوا المَآتِمَ المُقرِحَهَ لِلأَکبادِ
Əhli-beyt öz ürək yandırıcı ah-belələri ilə əza etdilər. Bu əzadarlıq ətraf məntəqələrdə çadırlarda yaşayan qəbilələr çatdı. Onlar da bu matəmə qoşuldular və bir-neçə gün yas məclisləri qurdular».
Sonra Əhli-beyt Mədinəyə sarı yola düşdü. Bəşir ibn Cəzləm deyir: «Mədinənin yaxınçığına çatdıqda Həzrət Zeynalabidin (ə) atdan düşdü. O xeymələri qurdu və Əhli-beyt orada köç saldılar. İmam Zeynalabidin (ə) buyurdu: «Ey Bəşir, Allah atana rəhmət etsin, o, şair idi. De görüm sən şairsənnmi?» Dedim: «Bəli, ey Peyğəmbər oğlu, mən də şairəm».
Buyurdu: «Mədinəyə get və İmam Hüseyn (ə)-ın şəhadət xəbərini camaata çatdır». Mən ata mindim. Sürətlə Mədinə şəhərinə gəldim. Rəsulallahın (s) məscidinə gedib uca səslə ağlayaraq bu şeirləri oxudum:
: يا اهل يثرب لا مقام لکم بها قتل الحسين فادمعي مدرار
الجسم منه بکربلاء مضرج و الراس منه علي القناة يدار
Şeirin məzmunu: «Ey Mədinə camaatı! Daha Mədinədə qalmağa sizin yeriniz yoxdur, çünki Hüseyn (ə) öldürüldü və O, şəhid olduğu üçün mən bu cür göz yaşı tökürəm. İmam Hüseyn (ə)-ın bədəni Kərbalada al-qana bulaşıbdır və Onun kəsik başını nizəyə sancıb şəhərbəşəhər gəzdirdilər». Sonra dedim: «Ey Mədinə əhli! İmam Zeynəlabidin (ə) öz bibiləri və bacıları ilə birlikdə sizin yaxınlığınızda, Mədinənin kənarında köç salıblar. O məni göndərdi ki, bu xəbəri sizə çatdırım». Bunu eşidən mədinəlilər fəryad çəkib ağladılar. Bu çür ağlaşma səsi eşitməmiş və müsəlmanlar üçün həmin gündə acı gün görməmişdim. Gördüm ki, bir qadın İmam Hüseyn (ə) üçün ağlayır və deyir:
نعی سیدی ناع نعاه فأوجعا و أمرضنى ناع نعاه فأفجعا
فعينى جودا بالدموع و اسكبا و جودا بدمع بعد دمعكما معا
على من دهى عرش الجليل فزعزعا فاصبح هذا المجد والدين أجدعا
على بن نبى الله و ابن وصيه و إن كان عنا شاحط الدار اشسعا
Şeirin məzmunu: «Seyyidim və mövlamın şəhadət xəbəri mənə çatdırdılar. Bu xəbəri eşidərkən ürəyim qan ağladı. Bəs, ey gözlərim, siz çox ağlayın! Çünki Hüseyn (ə)-ın müsibəti Allah ərşini titrətdi. Onun ölümü ilə dinin çırağı söndü. Bəs, ey gözlərim Rəsulallahın (s) və Əli ibn Əbu Talibin (ə) övladlarına ağlayın!» Sonra həmin qadın mənə dedi: «Ey bu xəbəri bizə çatdırıb ürəklərimizi dağlayan, sən kimsən?!» Dedim: «Mən Bəşir ibn Cəzləməm. Mövlam İmam Zeynəlabidin (ə) məni göndərdi. Onlar Mədinənin kənarında köç salıblar». Bəşir deyir: «Mədinə camaatı məni tək qoyub tələsik şəhərdən çıxdılar. Mən də ata qırmanc vurub Əhli-beytin yanına qayıtmaq istədim. Gördüm ki, xalq kütlələri bütün yolları bağlayıbdır. Məcbur olub atdan düşdüm. Çətinliklə özümü xeymələrə çatdırdım. İmam Zeynəlabidin (ə) xeymələrin içində idi. Bir neçə andan sonra xeymədən çıxdı. Həzrətin əlində bir dəsmal var idi. Gözünün yaşını silirdi. Onun arxasınca bir xidmətçi gəlirdi. Xidmətçi o Həzrətə üçün oturacaq gətirdi. İmam Zeynəlabidin (ə) onun üstündə oturdu. Lakin göz yaşını saxlaya bilməyir və ağlayırdı. Qadınların və kənizlərin ah-nalə səsləri ucaldı. Cammat o Həzrətə baş sağlığı verirdilər. Onlar matəm içində qərq olmuşdular».
Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:
فَقَالَ اَلْحَمْدُ لِلّٰهِ رَبِّ اَلْعٰالَمِينَ - مٰالِكِ يَوْمِ اَلدِّينِ بَارِئِ اَلْخَلاَئِقِ أَجْمَعِينَ اَلَّذِي بَعُدَ فَارْتَفَعَ فِي اَلسَّمَاوَاتِ اَلْعُلَى وَ قَرُبَ فَشَهِدَ اَلنَّجْوَى نَحْمَدُهُ عَلَى عَظَائِمِ اَلْأُمُورِ وَ فَجَائِعِ اَلدُّهُورِ وَ جَلِيلِ اَلرُّزْءِ وَ عَظِيمِ اَلْمَصَائِبِ أَيُّهَا اَلْقَوْمُ إِنَّ اَللَّهَ وَ لَهُ اَلْحَمْدُ اِبْتَلاَنَا بِمُصِيبَةٍ جَلِيلَةٍ وَ ثُلْمَةٍ فِي اَلْإِسْلاَمِ عَظِيمَةٍ قُتِلَ أَبُو عَبْدِ اَللَّهِ وَ عِتْرَتُهُ وَ سُبِيَ نِسَاؤُهُ وَ صِبْيَتُهُ وَ دَارُوا بِرَأْسِهِ فِي اَلْبُلْدَانِ مِنْ فَوْقِ عَالِي اَلسِّنَانِ أَيُّهَا اَلنَّاسُ فَأَيُّ رِجَالاَتٍ مِنْكُمْ يُسَرُّونَ بَعْدَ قَتْلِهِ أَمْ أَيَّةُ عَيْنٍ تَحْبِسُ دَمْعَهَا وَ تُصِنُّ عَنِ اِنْهِمَالِهَا فَلَقَدْ بَكَتِ اَلسَّبْعُ اَلشِّدَادُ …
أَيُّهَا اَلنَّاسُ أَيُّ قَلْبٍ لاَ يَتَصَدَّعُ لِقَتْلِهِ أَمْ أَيُّ فُؤَادٍ لاَ يَحِنُّ إِلَيْهِ أَمْ أَيُّ سَمْعٍ يَسْمَعُ هَذِهِ اَلثُّلْمَةَ اَلَّتِي ثَلُمَتْ فِي اَلْإِسْلاَمِ أَيُّهَا اَلنَّاسُ أَصْبَحْنَا مَطْرُودِينَ مُشَرَّدِينَ مَذُودِينَ شَاسِعِينَ كَأَنَّا أَوْلاَدُ تُرْكٍ أَوْ كَابُلَ مِنْ غَيْرِ جُرْمٍ اِجْتَرَمْنَاهُ
وَ لاَ مَكْرُوهٍ اِرْتَكَبْنَاهُ- مٰا سَمِعْنٰا بِهٰذٰا فِي آبٰائِنَا اَلْأَوَّلِينَ - إِنْ هٰذٰا إِلاَّ اِخْتِلاٰقٌ وَ اَللَّهِ لَوْ أَنَّ اَلنَّبِيَّ تَقَدَّمَ إِلَيْهِمْ فِي قِتَالِنَا كَمَا تَقَدَّمَ إِلَيْهِمْ فِي اَلْوَصَاةِ بِنَا لَمَا زَادُوا عَلَى مَا فَعَلُوا بِنا فإِنّٰا لِلّٰهِ وَ إِنّٰا إِلَيْهِ رٰاجِعُونَ.
مِن مُصِیبَهٍ ما أَعظَمَها وَ أَوجَعَها وَ أَکظَّها وَ أَفظَعَها وَ أَمرَّها وَ أَفدَحَها فَعِندَ اللّهِ نَحتَسِبُ فِیمَا أَصابَنا وَ مَا بَلَغَ فَاِنَّهُ عَزِیزٌ ذُو اِنتِقامٍ.
«Aləmlərin rəbbinə, qiyamət günün hakiminə və bütün məxluqların xaliqinə şükür edirik. Şükür olsun o Allaha ki, ağllar onun dərkindən acizdir və gizli sirlər Onun yanında aşkardır. Həyatın çətinlik və giriftarlıqlarında, dərdli bəla, qəm-qüssə, böyük və ağır müsibətlərdə Allaha şükür edirik. Ey cammat! Allaha şükür olsun ki, bizi böyük müsibətlərlə imtahan etdi. İslamda böyük itki baş veribdir.Həqiqətən Əba Əbdillah Hüseyn (ə) və onun itrətini öldürdülər; əhli-əyalını əsir etdilər. Onun müqəddəs başını nizəyə sancıb şəhərbəşəhər gəzdirdilər. Bu misilsiz bir faciədir. Ey camaat!Sizin hansı biriniz Hüseyn (ə)-ınşəhadətindən sonra şad olacaq? Hansı gözlər ağlamayacaq?Halbuki, adamın şəhadətində yeddi asiman ağladı, dəryalar öz dalğaları ilə ona matəm tutdular. Asimanlar guruldadı, yerin fəryadı ucaldı, ağaclar şaxələri, dəryadakı balıqlar, müqərrəb Mələklər və bütün səma əhli bu münasibətdəəmatəm saxladı. Ey cammat! Hansı qəlb Hüseyn (ə)-ı istəmir? Hansı qulağın İslamdakı bu itkini eşitməyə taqəti vardır? Ey camaat! Bizi parakəndə edib öz şəhərlərimizdən uzaqlaşdırdılar, güya biz Türküstan yaxud Kabul əhli idik. Günah və təqsirimiz olmadan bu qədər zülm bizə rəva gördülər. Allaha and olsun əgər Peyğəmbər (s) bizim haqımızda onlara etdiyi sifarişlərin əvəzinə bizimlə müharibə etməklərini fərman versəydi, bu zülm və sitəmdən artıq bir iş görə bilməzdilər. «İnna lillahi və inna iləyhi raciun!»(Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq.) Bizim müsibətimiz neçə ürəkyandıran, böyük, acı və çətindir! Mütəal Allahdan diləyirəm ki, bu müsibətlər və çətinliklərin əvəzində bizə öz əcr və rəhmətini göndərsin, düşmənlərin bizə qarşı etdikləri bu qədər zülmün hesabına yetişsin. Çünki, intiqam alan və qüdrətli yalnız odur».
İmam Zeynəlabidin (ə)-ın sözü bura çatanda Suhan ibn Səsəə ibn Suhan (o şil idi) Həzrətdən üzr istəyərək dedi: «Ey Peyğəmbər oğlu, mən şil idim, buna görə də sizə kömək edə bilmədim». Həzrət onun üzrünü qəbul etdi, ondan təşəkkür edərək atası Səsəə üçün rəhmət dilədi.
Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş öz sahiblərinə görə növhə oxuyur və ağlayırdılar. Elə bil ki, evlər də İmam Zeynəlabidin (ə)-dan öz sahibləri haqqında soruşur və o Həzrətin qəm-qüssəsini artırırdılar. İmam Hüseyn (ə)-ın sahibsiz evi elə bil ki, fəryad çəkib ağlayır və deyirdi: «Ey camaat, bu cür fəryad edib növhə oxumağıma görə məni bağışlayın... Siz də bu müsibətdə mənə kömək edin. Çünki, mən öz sahiblərimin ayrılığına ah-nalə edirəm, onların yüksək əxlaqlarına görə darıxır və matəm saxlayır. Onlar mənim gecə-gündüzüm, qaranlıqlarımın çırağı və səhərlərim idilər. Onlar mənim iftixarım, köməyim, kücüm, günəşim və ayım idilər. Çoxlu gecələrdə öz böyüklükləri ilə mənim vəhşətimi aradan apardılar və öz ehsanları ilə məni hörmət etdilər. Səhər çağları Allaha etdikləri duaları qulağıma çatdırdılar və öz qiymətli sirləri ilə mənim qiymətimi də artırdılar. Çoxlu gecələr, öz məclisləri ilə məni zinətləndirdilər. Mənim quru ağaclarımı öz görüşləri ilə yaşıllaşdırdılar, şadlandırdılar. Çoxlu tərifə laiq ağacları arzu tarlamda əkdilər. Mən onların vucudu ilə bütün uca saraylardan, gözəl qəsrlərdən üstün idim və iftixar edirdim, sevinirdim. Çoxlu ümidsizliyə çatmış arzularımı diriltdilər. Varlıq evimin astanasında gizli-çürümüş sümüklərin vasitəsi ilə yaranmış qorxularımı məhv etdilər. Lakin ölüm oxu onları nişan aldı və ruzigar mənim paxıllığımı çəkdi. Nəhayət, onlar düşmənlərin arasında qərib qaldılar və müxaliflərin nişan aldıqları oxların hədəfi oldular. Ah! Bu İlahi şəxsin (İmam Hüseyn (ə))qanı töküldü. Əfsuslar olsun bu İlahi qoşuna ki, məğlub oldu. Əgər insanlar və cahil xalq mənim matəmimdə şərik olmasalar, köhnə təpələr, viran olmuş evlərin divarları mənim üçün bəsdir. Çünki, onlar da mənim kimi ağlayırlar və qəm-qüssə içində qərq olublar. Ey kaş, mən bəşər olurdum! Öz sinəmi düşmən qılıncları qarşısında qalxan edirdim və onların yolunda canımı qurban verirdim, təkionlar sağ qalıb öz düşmənlərindən intiqqam alırdılar Ah! Nə qədər bu arzularıma çatmaq istəyirəm və nə qədər öz sahiblərimin ayrılığına pərvanə tək yanıram. Dünyadakı hər bir nalə, mənim naləmdən kiçikdir və onların vucudundan başqa heç bir dərman mənim üçün şəfabəxş deyil. Mən onların matəmində qara paltar geyindim, yas məclisi qurdum. Səbirli olmaqdan naümüd oldum». Həmin vaxt ibn Qüteybə sahibsiz evlərə baxaraq ağlayır və deyir:
: مَرَرتُ عَلي أَبياتِ آلِ مُحَمَّدٍ فَلَم أرَ أَمثالاً لَها يَومَ حَلَّت
فَلا یبعَدُ اللّهَ الدّیارَ وَ أَهلِها وَ اِن أَصبَحتَ مِنهُم بِزَعمِی تَخَلَّت
أَلا اِنَّ قَتلِی الطَفِّ مِن آلِ هاشِمٍ أَذَلَّت رِقابً المُسلِمینِ فَذَلَّتِ
وَ کانُوا غِیاثاً ثُمَّ أَضحُوا رَزِیَّهً لَقَد عَظُمَت تِلکَ الّرَزایا وَ جَلَّت
اَلَم تَرَ أنَّ الشَمسَ أضحَتَ مريضةً لِفَقدِ حُسَينِ وَ البِلادُ اقشَعَرّتِ
Şeirin məzmunu: «Ali-Mühəmmədin (s)evlərinin yanından keçirdim. Gördüm ki, o evlər Ali-Mühəmmədin (s) ayrılığından rənkləri saralıbdır. Allah-Təala bu sahibsiz evləri və onların sahiblərini öz rəhmətindən məhrum etməsin. Bilməlisiniz ki, Kərbala şəhidlərinin bu dünyayla vidalaşmaları ilə, müsəlmanların zillət altında yaşamaq dövrü başlandı. İndi zillət dövrü açıq aşkar müşahidə olunur. Peyğəmbərin (s) övladları həmişə xalqın pənahı idi. İndi isə müsibətə çevrilibdir. Məgər, görmürsən ki, Hüseyn (ə)-ınşəhadətindən sonra günəşin rəngi xəstə adamların rəngi kimi saralıbdır və yer bu müsibətə taqət gətirmir? Ey Hüseyn (ə)-ın müsibətini eşidənlər, siz də Rəsulallahın (s) övladları kimi matəm tutun!»
Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə həddindən artıq ağlayırdı. O Həzrət qəm-qüssəsinin həddi hüdudu yox idi.
İmam Sadiq (ə)-dan rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) atasının müsibətindən sonra 40 il ağladı. Halbuki o Həzrət gündüzlər oruc tutur, gecələr ibadət edirdi. Elə ki, iftar vaxtı yetişdi, Həzrətin xidmətcisi Onun üçün su yemək gətirir və deyirdi: «Ağa can,yeməyinizi meyl edin». O buyurdu:
قُتِلُ اِبنُ رَسُولِ اللّهِ جائِعاً قُتِلَ اِبنُ رَسُولِ اللّهِ (ص) عَطشاناً
«Peyğəmbərin (s) oğlu İmam Hüseyn (ə) ac susuz qətlə yetirildi!» O Həzrət həmişə bu sözləri deyir və ağlayırdı. Hətta gözlərinin yaşı yeməklə qarışırdı. İmam Zeynəlabidin (ə) ömrünü beləcə keçirib dünyadan getdi.
İmam Zeynəlabidin (ə) xidmətçisi belə nəql edir: «Bir gün İmam (ə) səhraya getdi və mən də arxasınca getdim. Gördüm ki, o Həzrət alnını bir daşın üstünə qoyub səcdə edir. Ayaq saxladım. Onun ağlamaq səsini eşidirdim. O min dəfə dedi: «La ilahə illəllahu həqqən həqqa la ilahə illəllahu təəbbüdən vəriqqa; la ilahə illəllahu imanən və təsdiqən və sidqa». Sonra başı səcdədən qaldırdı. Gördüm ki, o Həzrət üzü və mübarək saqqalı gözünün yaşı ilə islanıbdır. Dedim: «Ey mövlam, sizin qəm-qüssənizin sonu yoxdurmu? Sizin ağlamağınız sona çatmazmı? Həzrət buyurdu: «Yaqub ibn İsaq ibn İbrahim özü və atası peyğəmbər idi. Onun on iki oğlu var idi. Allah-Təalaonlardan birini Yaqubun gözündən uzaqlaşdırdı. O zaman Yaqubun başı qəm-qüssədən ağarmış, beli bükülmüşdü. Ağlamaqdan gözü tutulmuşdur. Halbuki oğlu diri idi. Amma mən atam, qardaşım və on yeddi nəfər Əhli-beytiminölümünü öz gözümlə görmüşəm. Onlar Kərbalanın isti torpağı üstünə düşmüşdülər. Belə olan halda qəm-qüssəm neçə qurtara bilər və ağlamağım neçə sona çata bilər?»
Müəllifin son sözü: «Bu ürəkağrıdıcı sözləri kim Kərbala şəhidlərinə çatdırıb deyə bilər: «Siz öz ayrılıq və bu hicranla bizə qəm paltarını geyindirdiniz. Bu paltar heç vaxt köhnəlməz, aradan getməz və lakin bizi qocaldıb öldürəcək. Sizin görüşünüz və vüsalınızlabizi güldürən ruzigar bu gün hicranınızla bizi ağladır. Sizin ayrılığınızla ruzigarımız qaraldı. Halbuki, qaranlıq gecələrimiz nurunuzla işıqlandırılmışdır».
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.