AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Günorta namazının vaxtı çatdı. İmam Hüseyn (ə) Zuheyr ibn Qeyn və Səid ibn Əbdullaha hökm verdi ki, sağ qalan əshabların yarısı ilə o Həzrətin qabağında cərgəyə dursunlar. İmam Hüseyn (ə) əshabların qalan hissəsi ilə qorxu namazı qıldılar. Bu vaxt düşmən tərəfindən bir ox İmam Hüseyn (ə)-a tərəf atıldı. Səid ibn Əbdullah gəlib Həzrətin qarşısında dayandı, düşmən tərəfindən atılan oxlar onun bədəninə sancılırdı. Nəhayət, o, yerə yıxıldı. Bu halda deyirdi: «İlahi, bu camaata Ad və Səmud qövmünə etdiyin lənəti göndər; mənim salamıPeyğəmbərə yetirib bədənimə vurulan yaraları ona xəbər ver. Çünki sənin Peyğəmbərinin övladlarına kömək etməyimdən məqsədim, sənin əcrin və savabına çatmaq idi». Bunu deyib şəhid oldu. Onun bədəninə diqqətlə baxdıqda qılınc və nizə yarasından əlavə on üç oxun yarasını gördülər. Sonra çoxlu namaz qılıb ibadətlə məşğul olan Süvəyd ibn Əmr ibn Əbu Müta meydana gəlib güclü bir şir kimi döyüşə başladı, bütün çətinliklər qarşısında istiqamət etdi. O, bədəninə endirilən yaraların çoxluğundan ölülərin arasına yıxıldı. Həmin halda qalmşdı və ondan heç bir hərəkət görünmürdü. Birdən, eşitdi ki, ibn Ziyadın qoşunu deyir: İmam Hüseyn (ə) öldürüldü. O, bu xəbəri eşidəndən sonra taqətdən düşdü, ayaqqabısından olan baçağı götürüb onlarla döyüşərək şəhid oldu. Ravi deyir:«İmam Hüseyn (ə)-ın əshabları o Həzrətə kömək etmək üçün çox tələsirdilər». Şair onların barəsində deyir:
وَ الخَیلُ بَینَ مُدَعَّسٍ و مُکَردَسٍ قَومٌ اِذا نُودُوا لِدَفعِ مُلِّمَهٍ
یَتَهافَتونَ اِلی ذِهابِ الأَنفُسِ لَبَسُوا القَلبَ عَلی الدُرُوعِ کَأَنَّهُم
«İmam Hüseyn (ə)-ın əshabları elə bir şəxslərdən ibarət idilər ki, çətinliyi aradan götürmək üçün çağırılanda, eyni zamanda düşmənlərdən bir dəstəsi əllərində nizə və başqa bir dəstəsi isə başdan ayağa silahlanıb onların qarşısında duranvaxt və bu cür qorxulu saatda öz şücaətli qəlblərini zirehlə möhkəmləndirib özlərini ölümün caynaqları altına atırlar».
İmam Hüseyn (ə)-ın Əhli-beytindən başqa bütün vəfalı dostları tikə-tikə olunmuş bəndələriilə torpaqların üstünə düşmüşdülər. Bu zaman Həzrətin oğlu Əli Əkbər atasına tərəf gəldi. Əli Əkbər (ə) xalqın hamısından gözəl camal və əxlaqa malik idi. O, atasından döyüş icazəsini istədi. İmam Hüseyn (ə) gözləmədən ona icazə verdi.
ثُمَّ نَظَرَ اِلَیهِ نَظَرَ آیِسٍ مِنهُ
Sonra ümidsiz halda oğluna baxıb ixtiyarsız olaraq göz yaşları üzünə axdı və dedi:
اَللّهُمَ اشهَد بَرَزَ اِلَیهِم غُلامٌ أَشبَهُ النّاسِ خَلقاً وَ خُلقاً وَ مَنطِقاً بِرَسُولِکَ (ص) وَ کُنّا اِذا اشتَقنا اِلی نَبِیِّکَ نَظَرنا اِلَیهِ
«İlahi sən özün şahid ol ki, bu cavan düşmən qoşununa tərəf yola düşdü. O əxlaqı, qəddi-qaməti və danışığı ilə hamıdan çox SəninPeyğəmbərinə oxşayır. Biz hər vaxt Peyğəmbər (s)-i görmək istəyəndə bu cavana baxırdıq». Sonra Ömər ibn Sədə tərəf baxıb uca səslə dedi:
یا ابنَ سَعدٍ اللّهُ رَحِمَکَ کَما قَطَعتَ رَحِمی
«Ey Sədin oğlu, Allah sənin nəslini kəssin necə ki, mənim nəslimi kəsdin!» Bu zaman Əli Əkbər düşmənə yaxınlaşdı, şiddətli döyüş getdi. O, düşmənin bir dəstəsini öldürəndən sonra atasına tərəf qayıdıb dedi:
اَلعَطَشُ قَد قَتَلَنِی و ثِقلُ الحَدیدِ قَد أَجهَدَنِی فَهَل اِلی شَربَهٍ مِنَ الماءِ سَبِیلٌ
«Atacan! Susuzluq məni taqətdən saldı, döyüş silahlarının ağırlığı məni yordu. Bir qurtum su verməklə canımısusuzluqdan qurtara bilərsənmi?»İmam Hüseyn (ə) ağlayıb buyurdu:
«Əziz oğlum geri qayıt mübarizə et, tez bir zamanda cəddin Mühəmməd (s) ilə görüşüb Onun əlindəki piyalələrdən su içərsən və ondan sonra heç vaxt susamayacaqsan».
Əli Əkbər (ə) şəhadət arzusu ilə meydana tərəf qayıtdı. Kəskin sürətdə döyüşə başladı, birdən Münqəz ibn Mərrət Əbdi (Allah ona lənət eləsin) Həzrəti ox ilə vurdu. Həmin oxun təsisi ilə Həzrət öz müqavimətini itirdi, yerə yıxıldı və uca səslə dedi:
یا اَبتاه عَلَیکَ السَّلامُ هَذا جَدِّی یُقرِؤُکَ السَّلامَ وَ یَقُولُ لَکَ عَجِّلِ القُدُومَ اِلَینا
«Atacan salam olsun sənə, xüdahafiz. Cəddim Mühəmmədin (s) sənə salam göndərir və deyir: «Ey Hüseyn, tez bizim yanımıza gəl!» Bu sözü deyib şəhadətə yetişdi. İmam Hüseyn (ə) gəlib oğlunun cənazəsinin başı üstündə dayandı.
وَ وَضَعَ خَدَّهُ عَلی خَدِّهِ
Üzünü oğlunun üzünə qoyub dedi:
قَتَلَ اللّهُ قَوماً قَتَلُوکَ
«Oğul can, Allah səni öldürənləri öldürsün! Gör nə qədər Allah və onun Rəsuluna(s) cəsarət və hörmətsizlik etdilər!
اَلعَفی عَلیَ الدُّنیا بَعدَکَ
Gözümün işığı səndən sonra kül olsun bu vafasız dünyanın başına».
Ravi deyir: «Zeynəbə (s.ə)xeymədən çölə çıxıb qəmgin səslə meydana tərəf gəldikcə deyirdi: «Ey qəlbimin parası, ey qardaş oğlu!»
O qardaşı oğlunun cənazəsinin yanına çatarkən özünü Əli Əkbərin (ə) tikə-tikə olunmuş bədəninin üstünə atdı. Bu vaxtİmam Hüseyn (ə) gəlib Zeynəbə (s.ə)-ı qadınlar olan xeyməyə qaytardı. Əli Əkbər (ə)-ın şəhadətindən sonra Əba Əbdillah (ə)-ın Əhli-beytinincavanları tək-tək meydana gedərək ibn Ziyadın qaniçən qoşununun vasitəsi ilə şəhadətə yetirdilər.İmam Hüseyn (ə) uca səslə dedi: «Ey əmim oğlanları və ey mənim əhli-beytim, səbirli olun! Allaha and olsun ki, bu gündən sonra heç vaxt xarlıq və zillət görməyəcəksiniz».
Ravi deyir: «Cavan bir oğlandöyüş meydanına tərəf gəlib düşmənlə vuruşmağa başladı. Onun üzü ay parası kimi işıq saçırdı. İbn Füzəyl Əzdi onun başına qılınc zərbəsiniendirdi, başı iki yerə böldü. O, üzü üstə torpaq üstünə düşdü və uca səslə qışqırdıb dedi: «Ya Əmma! (ey bibi!)» İmam Hüseyn (ə) ov quşu kimi sürətlə müharibə meydanına girib qəzəblənmiş şir kimi qoşuna hücum etdi. O Həzrət qılıncını çəkib İbn Füzeyli vurmaq istədi. İbn Füzeyl özünü qorumaq üçün əlini qabağa verdi. Həzrət qılınc ilə onun əlini biləyindən kəsib yerə saldı. İbn Füzeylin qışqırığını eşidən küfəlilər ona nicat vermək üçün köməyə gəldilər. Lakin, İbn Füzeyl atların ayaqları altında qalıb həlak oldu. Elə ki, duman kimi hər yeri bürümüş toz torpaq aradan getdi, gördüm İmam Hüseyn (ə) ayaqlarını yerə vurub can verən cavanın başı üstünə dayanıb deyir:
بُعداً لِقَومٍ قَتَلُوکَ وَ مَن خَصَمَهُم یَومَ القِیامَهِ فِیکَ جَدُّکَ وَ أَبُوکَ
«Səni şəhid edənlər Allahın rəhmətindən uzaq olsunlar! Qiyamət günü cəddin və atan sənin qatillərinlə düşmənçilik edəcək». Sonra o Həzrət buyurdu:
عَزَّ وَ اللّهِ عَلی عَمِّکَ أَن تَدعُوا فَلا یُجِیبُکَ أَو یُجِیبُکَ فَلا یَنفَعُکَ صَوتُهُ
«And olsun Allaha, əmini çağıran zaman sənə cavab verə bilməməyi, yaxud verdiyi cavabın faydasız olması mənim üçün çox cətindir. And olsun Allaha bu gün elə bir gündür ki, əminin düşməni çox, kömək edəni isə azdır». Sonra o cavanı (Həzrət Qasim) bağrına basıb əhli-beytin şəhidləri arasına apardı və yerə qoydu. İmam Hüseyn (ə) gördü ki, artıq dostlar və cavanlar şəhid olub torpaqlar üstünə düşüblər. O, Allah yolunda canından kecib şəhadətəyetişmək üçün hazırlaşaraq uca səslə buyurdu:
هَل مِن ذابٌ یَذُبٌ عَن حَرَمِ رَسُولِ اللّهِ (ص) هَل مِن مُوَحِّدٍ یَخافُ اللّه فِینا هَل مِن مُغِیثٍ
«Allah düşmənini Rəsulullahın (s) Əhli-beytinin kənarından qovan bir şəxs vardırmı? Allahdan qorxub bizim haqqımızı qoruyan ibadətkar bir şəxs vardırmı? Allaha xatir bizə kömək edən bir şəxs vardırmı?» Həzrətin bu sözlərini qadınlar eşidib ucadan ağlamağa başladılar.
İmam Hüseyn (ə) xeymənin qapısına tərəf gəlib Zeynəbə (s.ə)-a buyurdu:
ناوِلِینِی وَلَدِیَ الصَّغِیرَ حتّی أُوَدِّعَهُ
«Südəmər balamı yanıma gətir, onunla vidalaşım». Həzrət, Əli Əsgəri qucağına alıb öpmək istədi. Birdən, Hərmələ ibn Kahil Əsədi (Allah ona lənət etsin) Əli Əsgəri vurmaq niyyəti ilə ox atdı. Ox körpə uşağın boğazına dəyib şəhadətə yetişdi. İmam Hüseyn (ə) körpəni Zeynəbə (s.ə)-a verdi. Həzrət Əlini uşağın boğazının altına tuturdu, elə ki, ovcu qan ilə dolurdu göyə səpib deyirdi: «Bu müsibətlər mənim üçün asandır, çünki Allah yolundadır və Allah özü görür».
İmam Baqir (ə) buyurdu: «İmam Hüseyn (ə) Əli Əsgərin boğazından axan qanı göyə atarkən bir damcı da olsun yerə tökülmədi».
Ravi deyir: «Susuzluq İmam Hüseyn (ə) çox əziyyət verdi. O Həzrət qardaşı Abbasla birlikdə Fərat çayının sahilinə gəldi. İbn Sədin qoşunu hərəkətə gəlib Həzrət İmam Hüseyn (ə)-ın üzünə yolu bağladılar. Bu vaxt Bəni-Darim qəbiləsindən bir nəfər Həzrətə tərəf ox atdı. Ox Həzrətin mübarək ağzına dəydi.İmam Hüseyn (ə) oxu çıxarıb əlini qan axan tərəfə tutdu, ovucu qan ilə dolandan sonra yerə töküb buyurdu: «İlahi, Peyğəmbərin (s) övladına bu camaatın etdikləri zülmlərdən sənə şikayət edirəm». Sonra düşmənin qoşunu İmam Hüseyn (ə)-la Həzrət Abbasın (ə)-ın arasındafasilə salıb Həzrət Abbas (ə)-ı mühasirəyə alıb şəhadətə çatdırırdılar. İmam Hüseyn (ə) Həzrət Abbas (ə)-ın şəhid olduğuna görə çox ağladı. Bu haqqda şair belə deyir:
فَتی أَبکی الحُسَین بِکَربَلا اَحقُّ النّاسِ أَن یُبکی عَلَیهِ
أَبُوالفَضلِ المُضرَّجُ بالدّماءِ أخُوهُ و بن والِدِه علی
وَجادَلهُ عَلی عَطَشٍ بماءٍ وَمَن واساهُ لایثنیه خَوفٌ
Şeirin məzmunu: «İmam Hüseyn (ə)-ı öz müsibətində ağladan şəxs üçün matəm qurub ağlamaq, başqa insanlar üçün ağlamaqdan daha da laiqlidir. Həmin şəxs öz qanına bulaşmış Hüseyn (ə)-ın qardaşı Əbülfəzl (ə)-dır...» Həzrət Əbülfəzl (ə) Hüseyn (ə) ilə həmkarlıqdan etdi və heç bir maniyə onu bu həmkarlıqdan uzaqlaşdıra bilmədi. Həmçinin, susuz olduğu zaman Fəratın suyuna çatdıqda belə, qardaşı Hüseyn (ə)susuz olduğuna görə Fəratın suyundan içmədi.
İmam Hüseyn (ə) düşmən qoşununu döyüşə dəvət etdi. Hər kəs döyüş meydanına ayaq qoyurdusa, o Həzrət onu həlak edirdi.İmam Hüseyn (ə) düşmənin böyük bir dəstəsini cəhənnəmə vasil etdi. Bu vaxt o Həzrət buyurdu:
القُتلُ أَولی مِن رُکُوبِ العارِ أَولی مِن دُخُولِ النّارِ
«Ölüm, zillət altında yaşamaqdan yaxşıdır, amma zillət altında olmaq cəhənnəmin odundan yanmaqdan yaxşıdır».
Rəvayətçilərdən biri deyir: «And olsun Allaha, indiyə qədər elə bir şəxs görməmişdim ki, düşmən qoşunu onu mühasirəyə alsın, övladlarını, əhli-beytini və dostlarını öldürsün, amma bununla belə o, İmam Hüseyn (ə)-dan dözümlü olsun. Elə ki, düşmən qoşunu hücum edirdi, o Həzrətqılıncını çəkib şir kimi həmlə edərək onların canına vəlvələ salırdı. İmam Hüseyn (ə) otuz min nəfərlik qoşuna həmlə edir və onlar insanı görüb qaçan çəyirtkələr kimi o Həzrətin qarşısından qaçırdılar. Sonra İmam Hüseyn (ə) yenidən öz əvvəlki yerinə qayıdıb buyurdu:
لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ
O Həzrət arası kəsilmədən düşmənlə döyüşürdü. Nəhayət düşmən qoşunu, İmam Hüseyn (ə) ilə xeymələrin arasında sədd çəkib xeymələrə gedən yolu kəsdilər. İmam Hüseyn (ə) buyurdu:
وَیلَکُم یا شیعَهَ آلِ أَبی سُفیانَ اِن لَم یَکُن لَکُم دینُ وَ کُنتُم لا تَخافُونَ المَعادَ فَکُونوا أحراراً فی دُنیاکُم هذه
«Vay olsun sizin halınıza, ey Əbu Süfyanın övladlarının tərəfdarları! Əgər dininiz yoxdursa və qiyamət günündən qorxmursunuzsa, heç olmasa bu dünyada azad insan olun, öz əsil-nəsəbinizə hörmət qoyun, özünüzü ərəb tayfasından hesab edirsinizsə». Şimr dedi: «Ey Fatimənin oğlu nə deyirsən?»İmam buyurdu:
أُقاتِلُکُم وَ تُقاتِلُوننی و النِّساءُ لَیسَ عَلَیهِنَّ جُناحٌ
«Mən sizinlə və siz mənimlə döyüşürsünüz, qadınların burada günahı yoxdur; nə qədər ki, mən diriyəm qoymayın sizin nadanlarınız,tüğyankarlarınız və zülmkarlarınız mənim əhli əyalıma hörmətsizlik etsinlər». Şimr dedi: «Sənin bu təklifini qəbul edirik». Sonra onlar döyüşə və İmam Hüseyn (ə)-ı qətlə yetirməyə hazırlaşdılar. İmam Hüseyn (ə) düşmənə həmlə etdi, düşmən də o Həzrətə hücum çəkdi. Bu zaman İmam Hüseyn (ə) onlardan bir qurtum su istədi, lakin daş ürək düşmən su vermədi. O Həzrətin mübarək bədəninə 72 yara vurdular.
فَوَقَفَ یَستَریحُ ساعَهً وَ قَد ضَعُفَ عَنِ القِتالِ
Zəiflik o Həzrətə qələbə çalırdı. O, bir anlığa dincini almaq üçün dayandı. Bu anda uzaqdan ona tərəf daş atdılar. Daş mübarək alnını yaraladı və qan üzünə axdı. İmam Hüseyn (ə) köynəyini qaldırıb alnını silmək istədi. Bu vaxt zəhərli üç şöbəli bir ox, o Həzrətin qəlbinə sancıldı. İmam Hüseyn (ə) buyurdu:
بِسمِ اللّهَ وَ بِاللّهِ وَ عَلی مِلَّهِ رَسُولِ اللّه
Daha sonra üzünü göyə qaldırıb dedi: «İlahi, sən bilirsən ki, bu qoşun elə bir şəxsi öldürür ki, yer üzündə ondan başqa Peyğəmbər qızının (Fatiməyi-Zəhranın) heç bir oğlu yoxdur».
İmam (ə) oxu arxadaçəkib çıxartdı, qan fəvvarə kimi axmağa başladı. Beləliklə,O Həzrətin döyüşməyəheç bir taqəti qalmadı. Amma hər kəs İmam (ə)-ı öldürmək məqsədi ilə yaxınlaşırdısa, Allah yanında bu böyük cinayətlə məhkum olmamaq üçün yenidən geri qayıdırdı. Nəhayət,Kindi qəbiləsindən olan Malik ibn Yəsir adında olan bir şəxs İmam Hüseyn (ə) yaxınlaşıb nalaiqsöz deməyə başladı. Sonra qılıncla o Həzrətin başını zərbələdi, qılıncıİmam Hüseyn (ə)-ın əmmaməsini kəsib başını yaraladı. İmam Hüseyn (ə)-ın əmmaməsi qan ilə doldu. O Həzrət dəsmal ilə başını bağlayıb əmmaməsini geydi. İbn Ziyad qoşunu bir müddət gözləyəndən sonra yenidən qayıdıb İmam Hüseyn (ə)-ı mühasirəyə aldılar.
İmam Həsən (ə)-ın oğlu Abdullah hələ həddi-buluğa çatmamışdı. O, qadınlar olan xeymədən çıxıb qaça-qaça İmam Hüseyn (ə)-ın yanına çatdırıb xeyməyə qaytarmaq istədi. Bunu görən Zeynəb (s.ə) özünü ona çatdırıb xeyməyə qaytarmaq istədi. Amma kiçik yaşlı Abdullah geri qayıtmayıb dedi: «Allaha and olsun, əmimin yanına gedəcəyəm». Bu vaxt Əbhər ibn Kəb, başqa sənədə əsasən, Hərmələ ibn Kamil (Allah hər ikisinə lənət etsin)öz qılıncını çəkib İmam Hüseyn (ə)-ı vurmaq istəyirdi. Abdullah irəli gəlib dedi: «Vay olsun sənin halına,ey zinadan əmələ gəlmiş cəllad! Sən əmimi öldürmək istəyirsən?!» Amma namərd qılıncı İmam Hüseyn (ə)-ın bədəninə endirmək istədi. Bu vaxt Abdullah özünü qılıncın qabağına atdı. Qılınc onun qoluna kəsdi. Qolu dərisindən asılı halda qalmış Abdullah nalə çəkdi: «Vay ümmah (ey ana)!»İmam Hüseyn (ə) o günahasız uşağı qucağına alıb bağrına basaraq buyururdu: «Əziz qardaşım oğlu! Sənə üz vermiş bu müsibətə səbir et və Allahdan xeyir istə, çünki Allah-Təala səni öz saleh ata babalarınına qovuşduracaq».
Gözlənilmədən, Hərmələ ibn Kamil günahsız balanı oxladı və Abdullahı əmisinin qucağında qətlə yetirdi. Sonra Şimr ibn Zilcövşən xeymələrə hücum çəkdi. Xeymələri nizəsi ilə deşik-deşik etdi. İbn Ziyad vəhşi heyvan kimi nərə çəkdi: «Od gətirin! Xeymədəkiləri xeyməqarışıq yandıracağam!»
İmam Hüseyn (ə) ona dedi: «Ey Zilcövşənin oğlu! Sən mənim Əhli-beytimi yandırmaq istəyirsən! Allah səni cəhənnəm oduna yandırsın!»
Şəbs adlı bir kişi irəli gəldi. Şimri xeymələri yandırmaq istədiyi üçün danladı və o, həya edib geri qayıtdı. İmam Hüseyn (ə) buyurdu: «Mənim üçün elə bir qiymətsiz paltar gətirin ki, heç kəs onu mən öləndən sonra qənimət ünvanı ilə əynimdən çıxartmasın. Mən onu paltarımın altından geyəcəyəm, təki bədənim çılpaq qalmasın».O Həzrət üçün kiçik və dar bir paltar gətirdilər. İmam Hüseyn (ə) buyurdu: «Mən onu istəyirəm, çünki bu cür paltar zillət əhli üçündür».
O Həzrət köhnə bir paltarı götürüb paltarının altından geydi. Lakin İmam Hüseyn (ə) şəhid olandan sonra qəddar və qaniçən düşmən həyasızcasına həmin köhnə paltarı da o Həzrət əynindən çıxarıb çılpaq etdilər. Bu işi Əbhər ibn Kəb etdi. O, belə bir cinayətə mürtəkib olduğu üçün yay fəslində qollarının hər ikisi ağac kimi quruyurdu, qışda isə qan və çirk qollarından axırdı. Nəhayət, bu vəziyyətdə də həlak oldu. Ravi deyir: «Elə ki, İmam Hüseyn (ə)-a bədəninə endirilən yaralar qələbə caldı, Saleh ibn Vəhəb nizə ilə o Həzrətin böyrünə vurub atdan yerə yıxdı; İmam sağ üzü üstə yerə düşdü. Bu halda buyurdu:
بِسمِ اللّهَ وَ بِاللّهِ وَ عَلی مِلَّهِ رَسُولِ اللّه
Sonra İmam Hüseyn (ə) qalxıb oturdu. Bu vaxt Zeynəbə (s.ə) xeymədən çıxıb uca səslə nalə çəkməyə başladı: «Va əxahu; va səyyidahu, va Əhlə beytahu!» Həmcinin deyirdi:
لَیتَ السِّماءُ أُطبِقت علی الأَرضَ وَ لَیتَ الجِبالُ تَدَکدَکَت عَلی السَّهل
«Ey kaş, göylər yerin üstünə dağılırdı; Ey kaş, dağlar darmadağın olurdu və yerin üstünə tökülürdü».
Şimr öz qoşununun başına qışqırıb dedi: «Nəyi gözləyirsiniz? Nə üçün Hüseynin işini bitirmirsiniz?» Qoşun hər tərəfdən hücum çəkdi. Zərət ibn Şərik İmam Hüseyn (ə)-ın sol çiyninə qılınc vurdu. İmam (ə) onu qılınc ilə vurub həlak etdi. Başqa bir nəfər o Həzrətin çiynini qılıncladı, İmam (ə) üzü üstə yerə yıxıldı. Bütün ağrılar İmamın bədənini bürüdü. İmam Hüseyn (ə) ayağa qalxmaq istəyirdi, lakin taqətsizlik və susuzluq ona qələbə çaldığı üçün yenidən yerə yıxılırdı. Sihah ibn Ənəs Nəxai İmam Hüseyn (ə)-ın boğazına nizə ilə vurdu və nizəni boğazına batırandan sonra yenidən çıxarıb o Həzrətin mübarək sinəsinin sümüklərinə batırdı. Daha sonra İmam tərəf bir ox ox atdı, ox o Həzrətin boğazına sancıldı. Həmin oxun təsiri ilə yerə yıxıldı, yenidən qalxıb oturdu. Oxu boğazından çıxardandan sonra hər iki əlini qanın altına tuturdu, elə ki, ovucu qan ilə dolurdu, onu üzünə başına sürtüb buyurdu: «Bu halda Allahın görüşünə gedirəm; məni al qanıma bulaşdırıb haqqımı qəsb ediblər». Ömər ibn Səd sağ tərəfində duran kişiyə dedi: «Vay olsun sənin halına! Atdan düş, Hüseynin işini bitir!» Xuli ibn Yezid Əsbəhi İmamın başını bədənindən ayırmaq istədi, lakin bədəninə titrəyiş düşdü və geri qayıtdı. Sinan ibn Ənəs Nəxaiatdan enib qılıncını o Həzrətin mübarək boğazına qoyaraq dedi: «Allaha and olsun,sənin başını kəsəcəyəm; bilirəm ki, sən Peyğəmbər (s) nəvəsisən və ata-anan xalqın ən yaxşısıdır, amma başını bədənindən ayıracağam». Sonra o məlun İmam Hüseyn (ə)-ın mübarək başını bədənindən ayırdı. Bu barədə şair deyir:
غَدَاةَ تَبِيرِهِ كَفَّا سِنَانٍ
«Hansı müsibət Hüseyn (ə)-ın müsibətinə bərabər ola bilər? Həmin gün namərd və cinayətkar Sinan ibn Ənəsi əlləri onu qətlə yetirdi və başını bədənindən ayırdı».
Əbu Tahir Mühəmməd ibn Həsən «Məalimüd-din» kitabında İmam Sadiq (ə)-dan belə nəql edir: İmam Hüseyn (ə) şəhid oldu, Mələklər nalə çəkib dedilər: «Ey Allah! Bu, sənin seçdiyin Hüseyn (ə) və sənin Peyğəmbərinin (s) qızı (Fatiməyi-Zəhranın) oğludur. Bu xalq onu öldürdülər! Allah-Təala Həzrət Sahibəzzaman (ə)-ın nurlu sürətini mələklərə göstərib buyurdu: «Bununvasitəsi ilə Hüseynin intiqamını düşmənlərindən alacağam».
Rəvayət olunur ki, sonradan Muxtar, Sinan ibn Ənəsi tutub barmaqlarını tək-tək yerindən qopartdı; daha sonra onun əllərini və ayaqlarını kəsdi. Muxtar böyük bir qazanı zeytun yağı ilə doldurub qaynatdı. O, Sinan ibn Ənəs qaynar yağın içinə atdı. Sinan ibn Ənəs qaynar yağın içində həlak oldu. Ravi deyir: «İmam Hüseyn (ə)-ı şəhid edəndən sonra şidətli tufan qopub səmanı qara toz torpaq bürüdü, qaranlıq səmada qırmızı külək əsməyə başladı. Göz gözü görmürdü. Qoşun elə başa düşdü ki, əzab onlara nazil olubdur. Bir saat bu vəziyyətdə qaldıq. Nəhayət hava işıqlandı».
Hilal ibn Nafe rəvayət edir ki, mən Ömər ibn Sədin qoşununda idim. Birdən bir nəfər səsləndi: «Gözün aydın olsun ey Əmir, Şimr Hüseyni öldürdü!» Mən qoşundan ayrılıb İmam Hüseyn (ə)-ın yanına gəldim. O Həzrəti can verən halda gördüm.
اللّه ما رَأَیتُ قَطُّ قَتیلاً مُضَمَّخاً بِدَمِهِ أَحسَنَ مِنهُ وَ لا أَنوَرَ وَجهاً وَ شَغَلَنی نُورُ وَجهِهِ وَ جَمالُ هَیئِتِهِ عَن الفِکرَهِ فی قَتلِهِ
Allaha and olsun, ömrüm boyu bu cür al qanına bulaşmış və eyni zamanda nurlu şəxs görməmişdim. O Həzrətin gözəl və nurlu camalını görərkən bir an özümü itirib onun şəhid olmasını yadımdan çıxartdım. İmam Hüseyn (ə) can verən halda su istəyirdi.
سَمِعتُ رَجُلاً یَقُولُ وَ اللّهِ لاتَذُوقُ الماءَ حتی تَرِدَ الحامِیَهَ فَتَشرَبَ مِن حَمیمِها فَسَمِعتُهُ یَقُولُ یا وَیلَکَ أَنا لا أَرِدُ الحامِیهَ و لا أشربُ مِن حَمیمِها بَل أَرد عَلی جدی رَسُولُ اللّهِ وَ أَسکُنُ مَعَهُ فی دارِهِ
İmam Hüseyn (ə)-ın cavabında ürəyi qəsavət bağlanmış bir nəfər dedi: «Allaha and olsun, cəhənnəmə getməmiş, onun çirkab və yanar suyundan içməyincə bu dünyanın suyundan bir damla olsun belə içə bilməyəcəksən». İmam Hüseyn (ə) cinayətkara dedi: «Vay olsun sənin halına, mən cəddim Rəsulallahın yanına və onun behiştdəki evinə gedirəm; onun sərin suyundan içəcəyəm və mənə etdiyiniz zülmlərdən cəddimə şikayət edəcəyəm».
Hilal ibn Nafe deyir: «Qoşun Həzrətin bu sözlərini eşidib qəzəbləndilər; elə bil ki, onların heç birinin qəlbində rəhm adlı bir şey yox idi. İmam Hüseyn (ə) onlarla söhbət edən halda o Həzrətin başını bədənindən ayırdılar. Mən onların rəhimsizliyi
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.