• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 8-08, 19:55

İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ QƏDƏRKİ DÖVR.


İmam Hüseyn (ə) hicri ilinin dördündə, şəban ayının beşinci gününün gecəsində; başqa sənədə əsasən, həmin ayın üçündə dünyaya göz açıbdır. Bəzi alimlərin dediyinə əsasən, o Həzrət hicrətin üçüncü ilində rəbiül-əvvəl ayının axırlarında anadan olub. İmam Hüseyn (ə)təvəllüd tarixi haqqında başqa rəvayətlər də mövcuddur. İmam Hüseyn (ə) anadan olan zaman Cəbrail min mələklə göz aydınlığa vermək və təbrik etmək üçün Allahın Rəsulunun (s) hüzuruna gəldilər. Fatimə (s.ə) övladını atasının yanına gətirdi. Peyğəmbər (s) uşağı görən kimi sevindi və onun adını Hüseyn qoydu.

İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə nəql edir ki, Abbas ibn Əbdülmütəllibin həyat yoldaşı Ümmül-Fəzl dedi:n«İmam Hüseyn (ə) təvəllüdündən qabaq, bir gecə yuxuda gördüm ki, Peyğəmbər (s) bədənindən bir tikə ət ayrılıb mənim ətəyimə düşdü. Bu yuxunun təbirini Allahın Rəsulundan (s) soruşdum. O Həzrət buyurdu: «Əgər gördüyün yuxu doğru yuxulardan olsa, tez bir zamanda qızım Fatimənin (ə) bir oğlu olacaq və süd vermək üçün onu sənə tapşıracam». Bir müddət keçdi. Günlərin bir günü Fatimə (s.ə)-ın oğlu oldu. Onu mənə tapşırdılar. Onu Allahın Rəsulunun (s) yanına apardım. O Həzrət uşağı öz dizi üstünə qoyub öpməyə başladı. Bu zaman uşağın idrarından bir damcı Peyğəmbər (s) paltarına dəydi. Mən uşağı Peyğəmbərin (s) qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Allahın Rəsulu (s) qəzəbli şəxslər kimi buyurdu: «Yavaş ey Ümmül-Fəzl!Mənim paltarım yuylub təmizlənəcək. Amma sən övladımı narahat etdin».
Mən Hüseyn yerə qoydum. Su gətirmək üçün otaqdan çıxdım. Qayıdandan sonra gördüm ki, Allahın Rəsulu (s) ağlayır. Dedim: «Ey Allahın Rəsulu niyə ağlayırsınız?»
Peyğəmbər (s) buyurdu: «Bir az bundan qabaq Cəbrail gəlib mənə xəbər verdi ki, ümmətim bu övladımı öldürəcək».
Mühəddislər belə rəvayət edirlər: İmam Hüseyn (ə) ömründən bir il keçmişdir. Qanadlarını açmış müxtəlif sürətlərə və qırmızı çöhrəyə malik olan on iki mələk Allahın Rəsulunun (s) hüzrüna gəldilər. Onlar Peyğəmbər (s) ərz etdilər: Ya Mühəmməd (s) Qabilin Habilə zülm etdiyi kimi övladın Hüseynə də zülm edəcəklər. Habilə verilən savab kimi ona da savab veriləcək. Həmçinin, onu öldürənlərin əzabı Qabilin əzabı kimi olcaq. Bu zaman asimanlardaolan bütün mələklərAllahın Rəsulunun (s) hüzuruna gəlib, Hüseyn (ə)-ın gələcəkdə öldürdüyü üçün o Həzrətə baş sağlığı verirdilər. Mələklər İmam Hüseyn (ə) şəhadətinin əvəzində Allah-Təalanın o Həzrət üçün təyin etdiyi savabı Peyğəmbərlərə (s) xəbər verir və İmam Hüseyn (ə) qəbrinin türbətini o Həzrətə göstərdilər. Peyğəmbər (s) həmin zaman buyurdu: «Ey Allah! Oğlum Hüseyni xar edənləri zəlil və xar et! Hüseynimi öldürənləri öldür və onu öz məqsədinə çatdırma!»

İmam Hüseyn (ə) iki yaşı var idi. Peyğəmbər (s) səfərə gedirdi. O Həzrət yolda birdən ayaq saxlayıb buyurdu:

إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
Hamımız Allahdan gəlmişik və Allaha tərəfinə qayıdacıq.

Peyğəmbər (s) bunu deyib ağladı. Peyğəmbərdən (s) ağlamağın səbəbini soruşdular. O Həzrət buyurdu: «İndi Cəbrail Fərat çayının yaxınlığında olan yeri mənə xəbər verdi. O yerin adı Kərbaladır. Orada oğlum Hüseyn (ə) öldürəcəklər». Soruşdular: «Ey Allahın Rəsulu (s) onu kim öldürəcək?» Buyurdu: «Oğlum Hüseyn (ə) Yezid adında bir şəxs öldürəcək. Elə bil ki, indi Hüseynin (ə) öldürülən yeri və dəfn olunan məkanını öz gözümlə görürəm». Allahın Rəsulu (s) həmin səfərdən qəm-qüssə içində qayıtdı. Peyğəmbər (s) səfərdən qayıdandan sonra minbərə çıxıb xütbə oxudu. Xalqa moizə etdi. Sonra sağ əlini İmam Həsən (ə) və sol əlini İmam Hüseynin (ə) başına qoydu, üzünü göyə tutaraq dedi: «Ya Allah! Mühəmməd sənin bəndən və Peyğəmbərindir. Bu iki nəfər isə mənim Əhli-Beytimin pakları və nəslimin seçilmişləridir. Bunlar ümmətin arasında mənim canişinlərimdir. Cəbrail mənə xəbər verdi ki, bu övladımı məzlumcasına öldürəcəklər. Ya Allah, şəhadəti onun üçün mübarək et! Onu şəhidlərin ağası et! Önu öldürənlər və xar edənlər üçün mübarək etmə!»
Allahın Rəsulu (s) öz sözünü bura çatdıranda məclisdə olanların nalə şivəni ucaldı. Peyğəmbər (s) buyurdu:«Siz onun üçün (İmam Hüseyn (ə) üçün) ağlayırsınız, amma ona kömək etməyib günah edəcəksiniz?»
Sonra Peyğəmbər (s) məsciddən xaric oldu. Bir neçə an keçdi. O Həzrət yenə də məscidə qayıtdı. Amma bu dəfə rəngi dəyişmiş, halı pozulmuşdu. Başqa bir xütbəni ağlar gözlərlə qiraət edib buyurdu: «Ay camaat! Mən sizin aranızda iki böyük şeyi əmanət qoyuram, biri Quran, o birisi isə mənim Əhli-Beytimdir. Onların hər ikisi mənim qəlbimin meyvəsi, həmçinin çanımdır və onları çox istəyirəm. Quran və Əhli-Beytim«Kövsər» hovuzunun kənarımda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Bilməlisiniz ki, mən qiyamət günü bu iki böyük əmanətin yolunu gözləyəcəyəm. Mən sizdən yalnız Allahın göstərişinə əsasən, Əhli-Beytimin sevməyinizi tələb edirəm. Bəs çalışmalısınız ki, qiyamət günü mənimlə gördüyünüz zaman Əhli-Beytimin düşmənçiliyi ürəyimizdə olmasın və onlara zülm edənlərdən olmayın. Agah olun! Qiyamət günü üç dənə bayrağın hər birinin altında ümmətimin bir dəstəsi yanıma gələcəklər. Birinci bayraq qara bayraqdır. Mələklər onu görəndə fəryad çəkəcəklər. Həmin bayraqların sahibləri mənim qarşımda duracaqlar. Mən onlardan soruşacağam: Siz kimsiz? Onlar mənim adımı yaddan çıxartdıqları halda deyəcəklər: Mən ərəb və qeyri-ərəblərin Peyğəmbəri Əhmədəm. Onlar deyəcəklər: «Biz sənin ümmətindənik» Onlardan soruşacağam: «Məndən sonra Əhli-Beytim və Quranla necə rəftar etdiniz?» Deyəcklər: «Qurana əhəmiyyət verməyib, onun göstərişlərinə əməl etmədik; Əhli-Beytini də nabud edib, yer üzündən götürmək istəyirik».
Bu zaman mən onlardan üz döndərəcəyəm. Onlar da susuz və qara simalarla məndən uzqlaşacaqlar. İkinci bayraq irəli gələcək. Birinci bayraqdan daha çox qara olcaq. Mən onlara deyəcəyəm: «Məndən sonra iki böyük əmanətimlə(Quran və Əhli-Beytimlə) necə rəftar etdiniz?» Cavab verəcəklər: «Quranla müxalifətçilik və Əhli-Beytini isə xar edib, onların əsir-yesir etdik». Onlara deyəcəyəm: «Məndən uzaqlaşın!» Onlar qara simalar və susuz dodaqlarla gedəcəklər. Üçüncü bayraq mənim yanıma gələcək. Bu bayrağın sahiblərinin sifətlərindən nur saçacaq. Mən onlardan soruşacağam: «Siz kimsiniz?» Deyəcəklər: «Biz tövhid kəlməsini deyənlər, təqvaəhli və Mühəmmədin (s) ümmətindənik. Biz haqq əhlinin davamçılarıyıq, bizim dinimizdə şəkk-şübhə olmayıbdır. Öz Allahımızın əziz kitabı Quranı əlimizdə tutub, onun haramını haram və halalını halal bildik. Peyğəmbərimiz Mühəmmədin (s)Əhli-Beytini sevib, onların köməyində əlimizdən gələni əsirgəməyib Əhli-Beytin düşmənləri ilə vuruşduq».
Mən onlara deyəcəyəm: «Sizə bəşarət veririm ki, mən sizin Peyğəmbəriniz Mühəmmədəm (s). Siz indi bəyan etdiyiniz kimi dünyada həyat sürübsünüz. Sonra «Kövsər» hovuzundan onları sirab edəcəyəm. Onlar açıq və sevinclə dolu simalarla behiştə tərəf gedib, orada əbədi qalacaqlar».

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 8-08, 19:55

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam / Hədislər
TİBBİ HƏDİSLƏR TOPLUSU AĞIZ VӘ DİŞLӘRDӘKİ HİKMӘTLӘR.
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam Hәsәn (ə) məzarı
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum