• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam / Dualar // 2021 21-07, 00:28

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü (iyul ayının 21-i) Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

 

1. Qüsl etmək;

 

2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Qurban bayramı namazının vaxtı günəş qalxdıqdan günortayadəkdir. Qurban bayramı namazı (Fitr bayrmı namazı kimi) iki rükətdir: birinci rükətdə Həmd və surədən sonra beş təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilərək namaz başa çatır.

 

Qurban bayramı namazının qunutunda istənilən duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir:

 

“Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.”

 

3. Namazdan sonra bu təkbirləri təkrar-təkrar demək:

 

اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ اللَّهُ أَكْبَرُ عَلَى مَا هَدَانَا اللَّهُ أَكْبَرُ عَلَى مَا رَزَقَنَا مِنْ بَهِيمَةِ الْأَنْعَامِ وَ الْحَمْدُ لِلَّهِ عَلَى مَا أَبْلانَا

 

“Əllahu-əkbər, əllahu-əkbər, la ilahə illəllahu vəllahu-əkbər. Əllahu-əkbər və lillahil həmd, əllahu-əkbəru əla ma hədana. Əllahu-əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəlhəmdu lillahi əla ma əblana.”

 

4. Qurban kəsmək; İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlanan ev heyvanlarından olması şərt sayılır. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə “ənam” qisminə aid heyvanların yuxarıda adıçəkilən dörd cinsdən olduğu vurğulanır. Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı qurban kəsməyə icazə verilmir. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş olmamalıdır. Qurbanlıq heyvanın erkək olması da vacib şərt deyil.

Rza Şükürlü (Maide.Az)

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 21-07, 00:28

Tarix

İslam / Dualar

Bölmə
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam / Xəbərlər
Mübarək Rəcəb ayının müştərək əməlləri
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
Xəbərlər
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum