İMAM HÜSEYN (Ə)-IN KƏRBƏLAYA DAXİL OLMASI
İmam Hüseyn (ə) xütbə oxuyandan sonra ayağa qalxıb atına mindi, amma Hürrün ordusu İmam Hüseyn (ə)-ın hərəkətinə bəzən mane olur və bəzən arxaları ilə gəlirdi. Beləliklə, İmam Hüseyn (ə) məhərrəm ayının 2-də Kərbala torpağına daxil olub buyurdu: «Bu yerin adı nədir?» Ona «Bu yerin adı Kərbaladır»-dedilər. Həzrət buyurdu: «İlahi, Sənə bəlalardan və qəmlərdən pənah aparıram. Bu yer kərb və bəla (qəm-qüssə və bəla) diyarıdır. Atalardan düşün, bura qanlarımızın axan yeri və məzarlarımın məkanıdır. Cəddim Rəsulunun (s) bu xəbəri mənə vermişdir».
Hamısı atdan yerə düşdülər. Hürr də öz qoşunu ilə başqa bir tərəfdə düşərgə saldı.
İmam Hüseyn (ə) oturdu və öz qılıncını təmizləyə-təmizləyə bu şeirləri oxuyurdu:
دَهرُ اُفّ لَکَ مِن خَلیلِ کَم لَکَ بِالاِشراقِ وَ الاَصیـلِ
مِن طالب وَ صاحِب قَتیل وَ الدَّهرُ لا یَقنَــــعُ بِالبَـــدیلِ
و کُلُّ حَیٍّ سالِکٍ سَبیل وَ اِنَّما الاَمرُ اِلَی الجَلیـــــــلِ
Bu vaxt Zeynəbə (s.ə) Həzrətin şeirlərini eşidib dedi: «Əziz qardaşım, bu sözləri öz öldürülməsinə yəqini olan şəxs deyir». Həzrət buyurdu: «Bəli bacı can elədir». Zeynəb (s.ə) dedi: «Ey vay, Hüseyn (ə) öz şəhadətindən və ölümündən xəbər verir!» Bunu eşidən qadınlar ağlamağa, başlarına vurmağa və yaxalarını çırmağa başladılar. Ümmü-Gülsüm (ə) ağlaya-ağlaya deyirdi:
وامحمداه وا علیاه وا اماه و اخاه وا حسیناه وا ضیعتنا بعدک یا اباعبدالله
«Ey Əba Əbdillah, sən şəhid olandan sonra aman biçarəlik əlindən!» Bu vaxt İmam Hüseyn (ə) Ümmü-Gülsümə təsəlli verib buyurdu: «Bacı can, Allah yolunda səbirli ol, çünki göylərdə və yerdə olan bütün mövcudat həlak olub aradan gedəcəklər». Sonra Ümmü-Gülsümə, Zeynəbə (s.ə), Fatimə və Rübab (ə)-a buyurdu: «Mən şəhid olandan sonra yaxalarınızı yırtmayın, üzünüzü cırmayın və Allahın xoşu gəlmədiyi sözləri deməyin!» Başqa bir sənədə əsasən rəvayət olunur ki, Zeynəbə (s.ə) qadın və qızların arasında əyləşmişdi, elə ki, kənardan İmam Hüseyn (ə)-ın oxuduğu şeirləri eşitdi, başı açıq və çadrası yer ilə sürünə-sürünə qardaşının yanına gəlib dedi:
واثکلاه لیت الموت اعدمنی الحیاة
«Ey kaş, ölüm gəlib mənim canımı alardı! Anam Zəhra (s.ə), atam Əli (ə) və qardaşım Həsən (ə) dünyadan gediblər. Ey keçmişlərin canişini və qalanların ümidi!» Bu vaxt İmam Hüseyn (ə) Zeynəbə (s.ə)-a təskinlik verib buyurdu: «Bacı can, Allah yolunda səbirli ol!» Həzrət Zeynəbə (s.ə) buyurdu: «Canım sənə qurban, dünyadan gedəcəksən?» İmam Hüseyn (ə) qəm-qüssəni qəlbində gizlədib ağlayaraq buyurdu:
لو ترك القطا لنام
«Əgər ovçular qəta (quş adı) quşunu azad etsəydilər öz yuvasında yatardı».
Həzrətin məqsədi bundan ibarət idi ki, əgər Bəni-Ümeyyə İmam Hüseyn (ə)-a əziyyət etməsəydilər, Mədinədə qalıb evindən kənara çıxmazdı. Həzrət Zeynəbə (s.ə) bu sözləri eşidib dedi:
«Əziz qardaşım, özünü düşmən əlində giriftar və məğlub bilib həyatdan naümüd olubsan? Bu mövzu qəlbimi yandırır və ona dözmək mənim üçün çox çətindir».
Zeynəbə (s.ə) yaxasını cırıb hüşsuz halda yerə yıxıldı. İmam Hüseyn (ə) yerdən qalxıb Zeynəbi huşa gətirdi və ciddi sürətdə ona təskinlik verdi. O həzrət cəddi Rəsulullah (s) və atası Əli (ə)-ın müsibətini yada salıb Zeynəbə (s.ə)-ı sakit etməkdən ötrü özünün şəhadətə yetişməsini bacısının gözündə kiçik cilvələndirdi. İmam Hüseyn (ə) Əhli-beyt və əyalını özü ilə Kərbalaya gətirilməsinin səbəblərindən biri də bu ola bilər ki, əgər Həzrət İmam Hüseyn (ə) Əhli-beytini Hicaz ya başqa şəhərlərin birində qoysadı, Yezid ibn Müaviyə (lənətullah əleyh) qoşun göndərib onları (yeni Əhli-beyti) girov götürərək İmam Hüseyn (ə)-ı Allah yolunda şəhid olmaqdan və Yezid ilə mübarizə etməkdən çəkindirə bilərdi.
Übeydullah ibn Ziyad öz tərəfdarlarını İmam Hüseyn (ə) ilə mübarizəyə çağırıb onları haqq yoldan azdırdı. Onlarda İbn Ziyadın dəvətini qəbul edib onun əmrinə itaət etdilər. İbn Ziyad Ömər ibn Sədin axirətini dünya malı ilə alıb, onu öz qoşununun sərkərdəsi etdi. Ömər ibn Səd də bu təklifi qəbul edib 4 min nəfər atlıya sərkərdəlik edərək İmam Hüseyn (ə)-la mübarizə etmək üçün Küfə şəhərindən çıxdı. İbn Ziyad arası kəsilmədən Ömər ibn Sədin qoşununun sayını artırırdı. Məhərrəm ayının 6-na qədər qoşunun sayı 20 minə çatdı. Nəhayət, Ömər ibn Sədin qanicən ordusu İmam Hüseyn (ə)-a qarşı kəskin rəftar edib o Həzrət və əshabına su vermədi. Susuzluq onların taqətini əllərindən alırdı.
Mənbə: Luhuf
Redaktə: Pərvin
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.