• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 10-12, 12:12

Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə) mövlud günüdür. Xanımın həyatına qısa baxış.


Həzrət Zeynəbin (s.ə) həyatı və şəxsiyyəti.


Həzrət Zeynəbin (s.ə) dünyaya gəlişi ilə bağlı tarixçilər arasında müxtəlif fikirlər var.

Onun dünyaya gəlişi haqqında iki versiyanı diqqətinizə çatdırırıq: 

1) hicri-qəməri 5-ci ilin cəmadiüləvvəl ayının 5-i ("Xəsais əz-zeynəbiyyə", Seyid Nurəddin Cəzairi); 


2) Bəzilərinə görə isə o həzrətin doğum günü hicri-qəməri 6-cı ilinə təsadüf etmişdir ("Zeynəb, banuyi-qəhrəmani-Kərbəla", Bint əş-Şati", səh. 16). Əlbəttə, başqa nəzzəriyyələr də mövcuddur.
Onun anası həzrət Fatimə (s.ə) atası isə Həzrət Əlidir (ə)-dır.

Bu böyük xanım Mədinə şəhərində dünyaya göz açmışdır. O, anası ilə təqribən beş-altı birlikdə yaşamışdı. Hicri-qəməri 11-ci ilin cəmadiüləvvəl ayının 3-də isə anasını itirmişdir ("Müntəha əl-əmal", Şeyx Abbas Qumi; "Zeynəb bint əl-İmam əl-Əmirəlmöminin", Əli Məhəmməd Əli Dəxil, səh. 10; "Bihaar əl-ənvar", Məhəmməd Baqir Məclisi, c. 43, səh. 215).
Həzrət Zeynəbin (ə) həyat yoldaşı əmisi oğlu Abdulah ibn Cəfər olmuşdur. O, islamın görkəmli şəxsiyyətlərindən və səxavəti dillər əzbəri olan insanlardandır (Zendeganiyi-həzrət Zeynəb (ə) və doxtərani-an həzrət", Seyid Haşim Rəsul Məhəllati, səh. 273).
Həzrət Zeynəbin çoxlu ləqəb və künyələri olmuşdur. O həzrətin (ə) ləqəblərindən biri rəvayətlərdə "Əqilə" və ya Əqileyi-Bəni-Haşim" olaraq keçmişdir. "Əqilə" dəyərli və hörmətli qadın deməkdir (Yenə orada, səh. 270). O həzrətin (ə) digər ləqəbləri isə Siddiqeyi-Kubra, Arifə, Alimə, Fazilə, Kamilə və Abideyi-Ali-Əli olmuşdur ("Zeynəb bint əl-İmam əl-Əmirəlmöminin", Əli Məhəmməd Əli Dəxil, səh. 11). Həzrət Zeynəb (ə) Əmirəlmöminin (ə) Mədinədə olduğu müddətdə həyat yoldaşı Abdullah ibn Cəfərlə birgə Mədinədə yaşayırdı. Həzrət Əli İslam hökumətinin paytaxtını Kufəyə keçirdikdən sonra onlar da Kufəyə köçdülər. Həzrət Zeynəb Kufədə qadınların təlim-tərbiyəsi ilə məşğul olurdu (Zendeganiyi-həzrət Zeynəb (ə) və doxtərani-an həzrət", Seyid Haşim Rəsul Məhəllati, səh. 285). Həzrət Əlinin şəhadətindən sonra isə yenidən Mədinəyə qayıtdılar (Həzrət Əli hicri-qəməri 40-cı ildə Kufədə şəhid oldu. Demək, həzrət Zeynəbin (ə) bu zaman 35 yaşı var idi. Atasının şəhadətindən sonra təqribən 10 il qardaşı İmam Həsənlə (ə) birlikdə yaşadı. Hicri-qəməri 50-ci ildə İmam Həsən şəhid oldu ("Əl-İrşad", Şeyx Möfid, səh. 192).
İmam Həsənin (ə) şəhadətindən sonra 10 il də digər qardaşı İmam Hüseynin (ə) imamət dönəmində yaşadı. Həzrət Zeynəbin (ə) qardaşı İmam Hüseynin (ə) imamlığı dönəmindəki həyatı ömrünün ən ağrılı-acılı dövrüdür. Həzrət Zeynəb (s.ə) həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. Amma onun Kərbəlada olması, o sarsıdıcı hadisələrə şahid olmaq, qardaşını, övladlarını, qardaşı uşaqlarını əldən vermək bütün ağrı-aclardan daha ələmlidir. Çünki bir gündə bütün əzizlərini, ən əsası isə qardaşı İmam Hüseyni (ə) əldən verdi. Ürəkyaxan Kərbəla faciəsi zamanı həzrət Zeynəbin (ə)  55 yaşı var idi və hicri-qəməri 62-ci ildə rəcəb ayının 14-də bazar günü gecə dünyasını dəyişdi ("Zeynəb, banuyi-qəhrəmani-Kərbəla", Bint əş-Şati", səh. 172).
Əlbəttə, o xanımın dünyasını dəyişdiyi ayla bağlı başqa fikirlər də var. Lakin məşhur versiya hicri 62-ci ilin rəcəb ayının 14-dür. Seyid Haşim Rəsul Məhəllati yazır: "Məşhur versiyaya görə, o həzrətin (ə) vəfatı hicri 62-ci ilin rəcəb ayının 14-də baş vermişdir. Yəni, Kərbəla hadisəsindən təqribən bir il yarım sonra" (Zendeganiyi-həzrət Zeynəb (ə) və doxtərani-an həzrət", Seyid Haşim Rəsul Məhəllati, səh. 285). Fikir ayrılığı isə o həzrətin vəfat etdiyi ayla bağlıdır. Bütün tarixçilər vəfat ilinin hicri 62-ci olması haqqında yekdil fikirdədirlər. Demək, bu şərafətli xanım Kərbəla faciəsindən təqribən bir il yarım sonra dünyasını dəyişmişdir.
O həzrətin fəzilətləri
1.    O həzrətin səbri: Şəhid Mütəhhəri bu haqda yazır: "İmam Hüseyn (ə) hərəkatında hamıdan çox dözüm və səbir dərsi verən bacısı Zeynəb (ə) olmuşdur" ("Həmaseyi-Hoseyni", c. 2, səh. 225). "Nasix ət-təvarix"də oxuyuruq: "Şübhəsiz, yaradılışdan üzü bəri peyğəmbərlər və övliyaların qadınlarından heç birində bu qədər dözüm və səbirə rast gəlməmişik" ("Nasix ət-təvarix", Xan Sepehr Abbasqulu, səh. 73).

2.    O həzrətin (ə) ibadəti: "Zeynəbi-Kubra bütün əsirlik müddətində gecələri namaz qılır, ibadətlə keçirirdi" ("Müzzəmmil" surəsinin təfsiri, Şəhid Mürtəza Mütəhhəri, səh. 68). "Rəyahin əş-şəriə" kitabında oxuyuruq: "Həzrət Zeynəbin (ə) gecə ibadətləri həyatı boyunca, hətta məhərrəm ayının 11-ci gecəsi də tərk edilmədi" ("Rəyahin əş-şəriə", Zəbihullah Məhəllati, c. 3, səh. 61).
3.    O həzrətin natiqliyi: Həzrət Zeynəbin (ə) Kufə və Şamda Yezid və yezdi tərəfdarlarını rüsvay edən qızğın və gözəl nitqi ən yüksək fəsahət və bəlağət nümunəsi idi. Şəhid Mütəhhəri bu haqda yazır: "Həzrət Zeynəbin (ə) Yezidin məclisindəki çıxışı dünyanın misilsiz çıxışlarındandır" ("Fəlsəfeyi-əxlaq", Mürtəza Mütəhhəri, səh. 59.).
4.    O həzrətin biliyi: Həzrət Zeynəb (ə) Kufə bazarında alovlu və məzmunlu nitq söylədikdə İmam Səccad (ə) həzrətin (ə) elmi səviyyəsini təsdiq edərək buyurdu: "Şükürlər olsun ki, sən müəllimsiz alimsən" ("Rəyahin əş-şəriə", Zəbihullah Məhəllati, c. 3, səh. 61). İmam Səccadın (ə) bu kəlamı o həzrətin (ə) ilahi biliyindən xəbər verir.
5.    O həzərtin nəcibliyi: O həzrətin nəcibliyini göstərmək üçün bir məsələni xatırlatmaq kifayətdir. Aşura günü günorta onun iki oğlu şəhid olanda ayağını xeymədən bayıra buraxmadl".
6.    Onun məsumluğu: "Zeynəb bint əl-İmam Əmirəlmöminin" o həzrətin (ə) məsum olduğunu qeyd edir və yazır: "Onun məsumluğu dinin zəruriyyətindən olmasa da o bu məqama yüksəlmişdi" ("Zeynəb bint əl-İmam əl-Əmirəlmöminin", Əli Məhəmməd Əli Dəxil, səh. 10). Bu müəllif bir neçə sübut göstərərək həzrət Zeynəbin (ə) məsum olduğunu isbatlayır.
Əlqərəz qeyd etmək lazımdır ki, həzrət Zeynəbin (s.ə) batini və mənəvi məqamlarını heç kim yazıb qurtara bilməz ("Nasix ət-təvarix", Xan Sepehr Abbasqulu, səh. 73).
İbn Əsir yazır: "Həzrət Zeynəb xalq arasında fəsahət, bəlağət, zöhd, ibadət, fəzilət, şücaət və səxavətdə atası Əliyə(ə) və anası Fatiməyə (s.ə) ən çox oxşayan idi" ("Zeynəbi-Qəhrəman", Əhməd Sadiqi Ərdestani, səh. 392).

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 2
  • Oxşar xəbərlər
Seyyidoglu 10 dekabr 2021 13:23

Salam əleykum,Cümə gününüz və Xanım Zeynəb salamullahi əleyhanın mövludu günü Sizlərə mübarək olsun. Hazırkı bəşər tarixində insanlıq üçün nümunə olan şəxs, həyatın fəlsəfəsini başa düşən şəxsdir. Daima uğur qazanan şəxs isə, qiymətlə - dəyərin fərqini ayıra bilən şəxslər olmuşdur.

Ələkbər 10 dekabr 2021 14:55

Movludunuz mubarek olsun

2021 10-12, 12:12

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə) mövlududur.
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
Xəbərlər
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum