İSLAMDA ƏQAİD. İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
Öncə qeyd edikdiyi kimi, bu sualın cavabı bizə aydındır. Amma müxtəlif nəzəriyyələr də mövcuddur. Əli-sünnənin məşhur alimi və "Nəchul-həqq" (1) kitabının müəllifi Qazi Fəzlullah ibn Ruzbəxan Şirazi yazır: "Əşərilərin baxışında imamət dinin əsası və etiqadi məsələlərdən yox , mükəlləfin əməli ilə bağlı fürui-din dəndir!" (2)
Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əşərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr , eləcə də Qazi Beyzavi və onun bir qrup ardıcılı imaməti dinin əsaslarından hesab edirlər . (3) Bunun səbəbi aydındır.
İmamət, Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və maqam olduğundan onun təyini , yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə , onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də, onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini etiqadı iki hissəyə bölmüşlər:
1. Dinin əsasları- tövhid, nübuvvət və məad;
2. Məzhəb əsasları - ilahi ədalət və imamət.
Bu araşdırmanı İmam Rzanın (ə) bir buyruğu ilə sona yetiririk:
"İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytul-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və köhmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal , haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!"
1. "Ehqaqul-həqq" kitabı ona cavab olaraq yazılmışdır.
2. "Ehqaqaul-həqq" , c: 2, səh: 294 və "Dəlailus-sidq" , c: 2, səh: 4.
3. "Dalailus-sidq" , Mərhum Əllamə Müzəffər c: 2, səh: 8.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.