ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
İbn Ziyad əsirləri məscidin yanındakı evə göndərəndən sonra özü məscidə getdi. O, minbərə çıxıb Allaha həmd-səna edəndən sonra dedi: «Allaha şükür olsun ki, haqqı aşkar etdi. Əmirəl-möminin Yezid və onu adamlarına kömək etdi, yalançının oğlu yalançını (Hüseyn ibn Əli (ə)) isə qətlə yetirdi». İbn Ziyad sözü bura çatanda Abdullah ibn Əfif adlı bir nəfər ayağa qalxdı. O, ən yaxşı şiələrdən biri idi. Onun sağ gözü «Siffeyn» müharibəsində kor olmuşdu. Həmişə Küfənin böyük məscidində olardı və orada sübhdən axşama qədər namazı qılıb ibadət edərdi. Abdullah ibn Əfif qəzəbli halda İbn Ziyada belə dedi: «Ey Mərcanənin oğlu! Yalançı sən və atandır. Yalançı səni Küfənin valisi edənin özü və atasıdır. Ey Allahın düşməni! Siz Peyğəmbərin (s) övladlarını öldürür, hələ kifayət etməyib müslmanların önündə fəxr edirsiniz?!» İbn Ziyad nərə çəkdi: «O kimdir?» Abdullah, İbn Ziyadın başına qışqırdı: «Mənəm, ey Allah düşməni! Sən Rəsulallah (s) pak və günahsız övladlarını öldürürsən? Elə bilirsən ki, müsalmansan? Ey vay, mühacir və ənsarın igidləri hardadır ki, bu qaniçən vəhşidən intiqam alsınlar! Rəsulallah bu günahkarı «məlun oğlu məlun» adlandırıb».
Bu söz İbn Ziyadı daha da qəzəbləndirdi, onun boynunun damarları şişdi və yırtıcı heyvan kimi nərə çəkdi: «Abdullahı mənim yanıma gətirin!»
O məlunun məmurları Abdullahı tutmaq üçün hər tərəfdən hücum etdilər. Lakin Abdullahın qəbilə başçıları onu yırtıcı düşmənin caynaqlarından xilas etdilər. Onlar Abdullahın əmisi oğlanları idilər. Abdullahı məsciddən çıxarıb öz evinə çatdırdılar.
İbn Ziyad qəlbi kinlə dolmuş, gözləri bəbəyindən çıxmışdı. O, məmurlara əmr etdi ki, Abdullahı evində tutub onun yanına gətirsinlər. Bir dəstə məmur Abdullahın evinə sarı yollandı. Abdullahın tayfası bu xəbəri eşidib bir yerə toplaşdı. Yəmən qəbilələri də Abdullahı qorumaq üçün onlarla birləşdilər. İbn Ziyad vəziyyəti belə görən halda, Müzirr qəbilələrini bir yerə toplayıb Mühəmməd ibn Əşəsin sərkərdəliyi ilə onları döyüşə göndərdi. Onlarıın arasında qızğın döyüş başladı. Hər ikitərəfdən çoxlu ölən oldu. Nəhayət, İbn Ziyadın qoşunu Abdullahın evinə soxuldular. Onun qızı qışqırdı: «Ata can, düşmən qoşunu içəri girir». Abdullah dedi: «Qızım qorma, qılıncı ver mənə!» O qılıncı atasına verdi. Abdullah mübarizəyə başlayaraq bu beyti dedi:
أَنَا ابْنُ ذِي الْفَضْلِ عَفيفِ الطّاهِرِ عَفيفٌ شَيْخي وَابْنُ اُمِّ عامِرِ
كَمْ دارِعٍ مِنْ جَمْعِكُمْ وَ حاسِرِ وَ بَطَلٍ جَدَّلْتُهُ مُغاوِرِ
Abdullahın qızı atasına dedi: «Atacan, ey kaş kişi olaydım və sənin gözünün önündə Peyğəmbər (s) Əhli-Beytini öldürən bu namərd xalqla vuruşaydım!»
İbn Ziyadın qoşunu hər tərəfdən Abdullaha hücum çəkir, o isəözünü müdafiə edirdi. Abdullah kor olduğu üçün qızı ona kömək edir, düşmənin hansı tərəfdən hücum çəkdiyini atasına deyirdi. Nəhayət, qoşun öz hücumunu daha da gücləndirib onu mühasirəyə aldı. Abdullahın qızı qışqırdı: «Ey vay, atamın işi çətinləşdi, onun heç bir köməyi yoxdur!» Abdullah öz qılıncını başı üstündə fırladır və deyirdi:
أقسم لو يفسح لى عن بصرى ضاق عليكم موردى و مصدرى
«And olsun Allaha, əgər gözlərim kor olmasaydı, sizin işiniz çox çətin olardı». İbn Ziyadın qoşunu arası kəsilmədən vuruşaraq onu tutdular. Abdullahı İbn Ziyadın yanına gətirdilər. İbn Ziyad onu görən kimi dedi:
اَلحَمدُ لِلّهِ الّذِی أَخزاکَ
«Allaha şükür olsun ki, səni xar etdi». Abdullah dedi: «Ey Allah düşməni! Deyirsən Allah məni zəlil etdi? And olsun Allaha, əgər gözüm görsəydi, dünyanı sənin üçün qaranlıq edərdim». İbn Ziyad dedi: «Ey Allahın düşməni, Osman ibn Əffan haqqında nə deyirsən?» Abdullah onu təhqir edərək eddi: «Ey Bəni-Əlacın qulu və ey Mərcanənin oğlu! Sənin Osmanla nə işin vardır? Əgər pislik edibdirsə, Allah-Təala özü ədalətlə onun hökmünü verəcək. Osman haqqında yox, özün, atan, Yezid və onun atası haqqında məndən soruş». İbn Ziyad dedi: «Allaha and olsun, ölüm şərbətini sənə içirtməyincə heç nə soruşmayacağam». Abdullah Allaha həmd-səna etdi. Sonra İbn Ziyada dedi: «Sən hələ doğulmamış mən şəhadət arzusunu edib, xalqın arasında ən namərd və məlun şəxsin əli ilə şəhid olmağı Allahdan istəmişəm. Lakin gözlərim kor olandan sonra şəhadət feyzindən naümid olmudum. İndi isə Allaha şükür olsun ki, naümidlik dövründən sonra yenidən məni öz məqsədimə çatdırdı və mənə sübut etdi ki, keçmiş duam qəbul olubdur».
Bu deyişmədən sonra İbn Ziyad onun ölüm hökmünü verdi. Abdullahı qətlə yetirdilər. Onun cəsədini Küfənin küçələrindən birində dardan asdılar.
Ravi deyir: «Übeydullah ibn Ziyad Yezid ibn Müaviyəyə məktub yazdı və ona İmam Hüseyn (ə)-ın şəhadəti və əhli-beytin əsir olması haqqında məlumat verdi. Həmçinin, o, Mədinə şəhərinin valisi Əmr ibn Səid Asa həmin məzmunda məktub göndərdi. Əmr ibn Səid məktubu alandan sonra minbərə çıxıb İmam Hüseyn (ə)-ın şəhadət xəbərini xalqa çatdırdı. Bu xəbəri eşidən «Bəni-Haşim» tayfası ah-nalə edib hönkür-hönkür ağladılar. Onlar yas məclisləri qurdular. Əqil ibn Əbu Talibin qızı Zeynəb rövzə oxuyub deyirdi:
مَا ذَا تَقُولُونَ إِذْ قَالَ النَّبِیُّ لَکُمْ مَاذَا فَعَلتُم وَأَنْتُمْ آخِرُ الْأُمَمِ
بِعِترَتی وَ أَهل بَیتی بَعدَ مَفتَقَدی مِنْهُمْ أُسَارَى وَمِنْهُمْ ضُرِّجُوا بِدَمٍ
مَا کَانَ هذا جَزَائِی إِذْ نَصَحْتُ لَکُمْ أَنْ تَخْلُفُونِی بِسُوءٍ فِی ذَوِی رَحِمِی
«Əgər Allahın Rəsulu (s) soruşa ki, «mənim vəfatımdan sonra Əhli-Beytimlə necə rəftar etdiniz?», nə cavab verəcəksiniz? (Allahın Rəsulu deyəcək) «siz zamanənin və ümmətlərin ən axırıncı ümməyi idiniz, siz öhdənizə olan haqqımı yerinə yetirmədiniz, halbuki, sizə nəsihət edim ki, məndən sonra Əhli-Beytimə pislik etməyin».
Mənbə: Luhuf
Redaktə: Pərvin Kərimova
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.