• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 19-iyun, 21:35

HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI


Allah Adəmi (ə) yalqız yaratdı. Sonra onun üçün Həvvanı xəlq etdi. Adəm (ə) 
yoldaşını görərək sevindi. Həvva da bu görüşə şad oldu. Bütün eyib və nöqsanlardan uzaq olan Allah bizim ata və anamız olan Adəm (ə) və Həvvaya
cənnətdə yer verdi. 

Cənnət çox gözəl yerdir, fövqəladə gözəlliyə malikdir. Çoxlu çaylar, 
həmişəyaşıl ağaclar, həmişə bahar... Cənnətdə istilik və soyuqluq yoxdur. Gözəl
ətirlər... İnsan onların qoxusu ilə sinəsini dolduranda şadlıq və xoşbəxtlik hiss
edir. 

Allah-təala Adəmə (ə) buyurdu: 
-Sən və yoldaşın cənnətdə sakin olun və istədiyiniz nemətlərdən meyl edin. 
Cənnətin harasında istəsəniz sakin olun və nə istəsəniz yeyin. 
Orada xoşbəxt olacaqsan. Cənnətdə yorğunluq, aclıq və çılpaqlıq yoxdur. 
Amma, olmaya bu ağaca yaxınlaşasan! Olmaya Şeytanın sözünə qulaq asasan. 
Çünki, o səni aldadar. Həqiqətən Şeytan sənin və yoldaşının düşmənidir. 

Ey
Adəm! Şeytan sənə həsəd aparır və əslində səni azğınlığa düçar etmək istəyir.
Adəm (ə) və həyat yoldaşı Həvva cənnətdə yola düşüb, gözəl ağacların
kölgəsində oturdular, onların meyvələrindən yedilər. Adəm (ə) və Həvva çox
şad və məmnun idilər. Həqiqətən Allah onların hər ikisini Öz qüdrət əli ilə
yaratmış və hər növ ruzi və xörəyi onlara ehsan etmişdi. 

Mələklər də onları sevirdilər. Çünki, onları Allah yaratmış və Allah onları
sevmişdi. 
Adəm (ə) və Həvva cənnətdə yola düşüb, o tərəf bu tərəfə gedir, onun
ağaclarından meyvə dərir, çaylarının kənarında otururdular. Yaqut və əqiqdən
ürəkaçan və gözəl sahillər, şəffaf və dadlı sular... 

Onlar öz ayaqlarını
yuyurdular. Ətirli və ləzzətli baldan arxlar, süddən çaylar, quşlar, güllər... 
Adəm (ə) və Həvva hədsiz dərəcədə sevinirdilər. Cənnətdə onlar üçün hər şey
hazırlanmışdı. Ağaclar, meyvələr... Onlar bütün meyvələrdən yedilər. Müxtəlif
cür, müxtəlif rəngli, müxtəlif ətirli meyvələr... Hamısı gözəl və dadlı idi. 

Lakin Adəm (ə) və Həvva cənnətin ortasında yerləşən bir ağacı görürdülər... 
Əla görünüşlü və açıq meyvəli bir ağac... Onlar ona yalnız tamaşa edirdilər. 
Çünki,  Allah-təala bu ağaca yaxınlaşmağı və meyvələrini yeməyi onlara
qadağan etmişdi. 

Şeytan mələklərin yanından qovuldu. Onun kimliyi ilk imtahanda aydın oldu. 
Onun özünü bəyənməsi və təkəbbürü göründü. O, lənətlənmiş və qovulmuş bir
mövcuda çevrildi. Odur ki, daha mələklərin arasında ona yer yox idi. 

Şeytan bütün vücudu ilə Adəm (ə) və Həvvaya kin bəsləyir və paxıllıq edirdi. 
O hər an Adəm (ə) və Həvvanı aldadıb, cənnətdən qovdurmaq barədə
fikirləşirdi. Öz-özünə dedi: “Onları necə aldatmağı yaxşı bilirəm. Bilirəm ki, 
onlar mənim vəsvəsələrimə qulaq asacaqlar. Onları bu ağacdan yeməyə təhrik
edəcəyəm. Onda Adəm yazıq və özüm kimi bədbəxt olacaqdır. Allah onu
cənnətdən qovacaq və Həvva da Adəmin gününə düşəcəkdir“.

Şeytan Adəm (ə) və Həvvanın yanına gəldi. Onlara vəsvəsə edib, aldatmaq
məqsədilə dedi: 
-Siz cənnətin bütün ağaclarını görmüsünüzmü?
Adəm (ə) dedi: 
-Hə, görmüşük və onların meyvələrindən də yemişik. 
Şeytan dedi: 
-Nə faydası?! Siz əbədiyyət ağacının meyvəsindən yeməmisiniz. O ağac, 
əbədi həyat və mülk ağacıdır. Əgər o ağacın meyvələrindən yesəniz, hər ikiniz
cənnətdə iki mələk formasına düşəcəksiniz. 
Həvva Adəmə (ə) dedi: 
-Gəl əbədiyyət ağacının meyvəsindən yeyək. 
Adəm (ə) dedi: 
-Allahımız bu ağaca yaxınlaşmağı bizə qadağan etmişdir. 

Şeytan onları aldadaraq dedi: 
-Əgər bu əbədiyyət ağacı olmasaydı, Allah sizə qadağan etməzdi. Əgər iki
mələyə çevrilməyəcəkdinizsə, onda Allah buyurmazdı ki, bu ağaca
yaxınlaşmayın. Mən sizi nəsihət edirəm ki, bu ağacdan yeyin. Əgər belə
etsəniz, iki mələyə çevriləcəksiniz və heç vaxt ölməyəcəksiniz. Siz əbədi
qalacaq və həmişəlik olaraq bu cənnətin nemətlərindən bəhrələnəcəksiniz.

Adəm (ə) yoldaşına dedi: 
-Mən necə öz Allahımın sözündən çıxım?! Yox! Yox! 
Şeytan dedi: 
-Tələsin! Gəlin o ağacı sizə göstərim. O ağac cənnətin ortasında yerləşir. 
Şeytan yola düşdü. Adəm (ə) və Həvva da onun ardınca getdilər. Şeytan
təkəbbür və qürurla addımlayırdı. O həmin ağacı göstərib dedi: 
-Həmin ağac budur. Görün nə qədər gözəldir! Meyvələrinə baxın. Necə də
ürəkaçandır. 

Həvva baxdı. Adəm (ə) də baxdı. Həqiqətən çox görməli və cəlbedici idi.
Qəşəng meyvələri vardı. Buğdaya oxşar bir ağac idi, amma, cürbəcür
meyvələri, alma və üzümü də var idi. Şeytan dedi: 
-Niyə ondan yemirsiniz? Mən and içirəm ki, sizin xeyrinizi istəyirəm. Sizə
məsləhət görürəm ki, bu ağacın meyvələrindən yeyin. 

Şeytan Adəm (ə) və Həvvaya and içdi ki, onların xeyrini və əbədiliyini istəyir. 
Bu dəhşətli anda Adəm (ə) öz Allahını unutdu. O, Allahla bağladığı əhd-peymanını yaddan çıxartdı. Öz-özünə fikirləşdi ki, həmişə Allahı yad edər və
eyni zamanda əbədi olaraq ömür də sürə bilər. O həyəcanlı anlarda Həvva əlini
uzadıb, ağacın meyvəsindən dərərək yedi. Həqiqətən ləzzətli və gözəl idi. O, 
meyvələrdən Adəmə (ə) də verdi. Adəm (ə) öz əhd-peymanını unudaraq onları
yedi. 

İş bu yerə çatdıqda Şeytan qaçdı və öz hiyləgərsəsinə səsi ilə qəhqəhə çəkərək
güldü. Həqiqətən o, Adəm (ə) və Həvvanı aldadaraq qələbə çalmışdı. 

Adəm (ə) və Həvva o ağacın meyvəsindən yeyən anda çox qəribə bir hadisə
baş verdi. Onların cənnət geyimləri əyinlərindən çıxdı və hər ikisi çılpaq
qaldılar. Bədənlərinin eyibi göründü. 
Orada enli yarpaqlı əncir və banan ağacları da var idi. Adəm (ə) və Həvva
onlara sığındılar. Onlar bir-birlərindən utandılar. Əncir və banan yarpaqlarından
özlərini örtmək üçün paltar düzəltmək istədilər. 

Peşimanlıq, qorxu və xəcalət
hissi keçirirdilər. Çünki, günah etmişdilər. Allahın sözünü eşitməyib, Şeytanın
sözünə qulaq asmışdılar. Şeytan isə onları eləcə buraxaraq çox uzaq bir nöqtəyə
qaçmışdı. 

Adəm (ə) və Həvva onları çağıran bir səs eşitdilər. O səs Allah-təalanın səsi
idi. O buyururdu: 
-Mən sizi bu ağaca yaxınlaşmaqdan çəkindirmədimmi? Mən sizə demədimmi
ki, Şeytan sizin düşməninizdir, ona aldanmayın?
Adəm (ə) günah etdiyi üçün ağladı. Həvva da ağladı. Kaş onlar Şeytanın
sözünə qulaq asmayaydılar! 

Onlar peşiman olaraq Allahın qarşısında başlarını aşağı salıb, dedilər: 
-İlahi! Biz tövbə edib, sənə doğru qayıdırıq. Bizim tövbəmizi qəbul et və
günahlarımızı bağışla! 
İlahi, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlayıb, rəhm etməsən özün
zülm edənlərin dəstəsindən olacağıq. 

Adəm (ə) öncədən bilirdi ki, tövbə və peşimanlıq günahları yuyur. Ona görə
də tövbə etdi və Allahın dərgahına münacat elədi. Allah öz bəndələrinə qarşı
mehribandır. Buna görə də onun tövbəsini qəbul etdi. Amma, bu ağacın
meyvəsindən yeyən və Allaha günah edən şəxs cənnətdən çıxmalı və
günahından paklanmalı idi. 

Allah-təala buyurdu: 
-Yerə enin! Sizinlə Şeytan arasında düşmənlik davam edəcəkdir. O, həmişə
sizi aldatmağa çalışacaq. Amma, mənim əmrimə qulaq asan və sözlərimə əməl edən şəxsi yenidən cənnətə qaytaracağam. Yalan deyib, kafir olanların taleyi isə
Şeytanın taleyi kimi olacaqdır. 

Allah-təala buyurdu: 
-Enin! Sizin bəziniz bəzilərinizə düşmən olacaqdır. Yer, ölənə kimi sizin
məskəniniz olacaqdır. Onda yaşayın, onda ölün və qiyamətə ordan qalxın. 
Hamınız cənnətdən çıxın! Yerdə mənim tərəfimdən sizə yol göstərənlər
gələcəkdir. Mənim dediklərimə tabe olan nə yolundan sapar və nə də bədbəxt
olar! Kim məndən üz çevirsə, onun həyat və yaşayışı çətinləşər, qiyamətə isə
kor halda gələr. 

Beləliklə, Adəm (ə) və Həvva yerdə yaşamağa layiq görüldülər. Adəmin (ə) 
bədəninin eyibləri göründü... O, yer üzərində Allahın canişini olmağa, onu abad
etməyə, yerdə sakin olmağa və fəsaddan uzaqlaşmağa hazır oldu. Buna görə də
mələklər ona səcdə etdilər. 

Mələklər təsəvvür edirdilər ki, Adəm (ə) yerdə fəsad
və zülmkarlıqla məşğul olub, qan tökəcəkdir. Amma, Adəm (ə) mələklərin
xəbərsiz olduqları bə`zi məsələləri bilirdi. O, bütün adları bilirdi. 
Mələklər azadlıq, iradə və tövbə anlamırdılar, günah tanımırdılar. Bilmirdilər
ki, günaha batan insan, öz günahını islah edib, tövbə etməyi yaxşı bacarır. Ona
görə də Allah Adəmi (ə) yaratdı ki, yer üzərində onun canişini olsun. 

Allahın sonsuz qüdrəti ilə qəfildən Adəm (ə) və Həvva yerə endilər. Şeytan da
endi. Onların hər biri yerin müxtəlif bölgələrinə düşdülər. Adəm (ə) Şri-Lanka
adasında bir dağın zirvəsinə, Həvva isə Məkkə torpaqlarında olan Mərvə dağına
düşdü. 

Şeytan isə ən alçaq quru bir nöqtəyə endi: Bəsrədə körfəz sularının
yaxınlığında şoranlıq bir çölə.
Beləliklə yerdə insan həyatı başlandı. Qarşıdurma və keşməkeşlər yarandı. 
Şeytanla insan arasında mübarizənin bünövrəsi qoyuldu. 

Bizim ata və anamız olan Adəm (ə) və Həvva yerə endikdə orada çoxlu
heyvanlar yaşayırdılar. 
Lakin, onlar min illər ərzində yığılmış buz qatlarına
dözə bilməyib, tələf olmuşdular. Mamut adlı filə oxşayan bir heyvan var idi, 
lakin, dərisi yunla örtülmüşdü. Bu heyvan Sibirdə kəşf olunmuşdur. Kərgədana
oxşar başqa bir heyvan da var idi. Onun da bədəni yunla örtülmüşdü. O heyvan
da buz və soyuğa dözə bilməyib, həlak olmuşdu.

Orada qəribə quşlar olmuşdur. Güclü pəncələrə malik olan o quşlar aradan
getmişdir və onlardan heç bir əlamət qalmayıb. Allahın istəyi ilə buzlar əridi və
yerin şiddətli soyuğu sona çatdı. Get-gedə istilər başlandı.

Allahın istəyi bu idi ki, Adəm (ə) və Həvva yerə ensinlər və insan orada
Allahın nümayəndəsi olsun. Əkinçilik etsin, ev tiksin və bu gözəl diyarı
abadlaşdırsın.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İSLAM TARİXİ. ADƏM (Ə) VƏ HƏVVA. YER ÜZƏRİNDƏ HƏYAT
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslam
    Ərbəin gününun əməlləri
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    MÜSLİM İBN ƏQİLİN QİYAMI
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    İslam
    İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. ADƏM (Ə) VƏ HƏVVANIN TÜRBƏSİ
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    MÜAVİYƏNİN ÖLÜMÜ VƏ YEZİDİN MƏKTUBU
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslamda Ailə
    İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
    İslam
    İblis cin tayfasından sayılır, yoxsa mələk?
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ

2021 19-iyun, 21:35

Tarix

İslam

Bölmə
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İSLAM TARİXİ. ADƏM (Ə) VƏ HƏVVA. YER ÜZƏRİNDƏ HƏYAT
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
İslam
Ərbəin gününun əməlləri
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
İslam
MÜSLİM İBN ƏQİLİN QİYAMI
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖZ ŞƏHADƏTİNDƏN XƏBƏRDAR OLMASI
İslam
Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
İslam
İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. ADƏM (Ə) VƏ HƏVVANIN TÜRBƏSİ
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
İslam
MÜAVİYƏNİN ÖLÜMÜ VƏ YEZİDİN MƏKTUBU
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslamda Ailə
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
İslam
İblis cin tayfasından sayılır, yoxsa mələk?
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum