• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 1-08, 19:59

İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )


Ümumiyyətlə, ayənin başlanğıcında buyurulan "Mən səni insanlara imam təyin etdim” cümləsində imamət məqamının böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin ayənin davamında bu nöqtə daha təkidlə qeyd edilir. Belə ki, İbrahim (ə) bu məqama nail olduqda gələcək nəsli haqda da düşünüb deyir: 
"İlahi! Nəslimdən də? (Onları da imam qərar verəcəksənmi?)” 
Bu zaman Allah tərəfindən belə xitab gəlir: "Mənim (imamət və vilayət) əhdim heç vaxt zülmkarlara çatmaz!” Yəni ey İbrahim! Sənin övladlarından yalnız zülm və günahdan uzaq, pak olanlar bu məqama layiqdir!

Şübhəsiz, burada "zülm” deyərkən, yalnız başqalarına rəva görülən zülm və haqsızlıq yox, həm də geniş mənada ədalətin əksi (antonimi) olan zülm nəzərdə tutulur. Ədalət geniş mənada hər şeyin yerini düzgün təyin etmək, zülm isə onun yerini səhv salmaqdır. Qurani-kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur:

"Oğlum! Allaha şərik qoşma; çünki şirk böyük zülmdür!” ("Loğman” surəsi, ayə: 13.)

Aydındır ki, burada ədalət kamil ədalət, başqa sözlə, imamətlə uyğunlaşan ismət məqamıdır. Günahla yanaşı ədalət isə imamət məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın məsum və günahsız olmasına bir sübutdur.

Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər hər bir günahdan uzaqlığı şərt saymalıyıq, yoxsa yox?
Bəziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər: "Əgər bir kəs müəyyən sifətlə vəsf edilərsə, həmin halda ona malik olmalıdır.

 Məsələn, "ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin vaxt ayaq üstə olsun. Əvvəlcə ayaq üstə olub, sonra oturan şəxsə bunu aid etmək düzgün deyil. Buna əsasən, ayənin məfhumu belə olur ki, imam imamət məqamına nail olduğu zaman zülm, şirk, günah və çirkinliklərdən uzaq olmalıdır. Deməli, ədalət və ismət sifətləri ömrün əvvəlinə şamil olmur.

Lakin hədislərə əsasən, Əhli-beyt imamları (ə) İslam peyğəmbərinə (s) istinadən "imam”ın ömür boyu ədalətli olduğunu bildirmişlər. Abdullah ibn Məsud Allahın Rəsulundan (s) belə nəql edir ki, Allah-taala İbrahimə (ə) buyurdu:

"Mən (imamət) əhdimi övladlarından zülmkar olanlara əta etmərəm!”

İbrahim (ə) dedi: "İlahi! Sənin əhdinə nail olmayan zülmkar övladlarım kimlərdir?”

Allah buyurdu: "Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam təyin etmərəm. O, imamlığa layiq deyil!”("Əmali”, Şeyx Müfid, "Burhan” təfsirindən nəqlən, 1-ci cild, səh. 151, hədis: 13.)

Bunu əhli-sünnənin məşhur alimi İbn Məğazili "Mənaqib” kitabında azacıq fərqlə İbn Məsuddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) bu ayənin təfsirində buyurdu: "Allah-taala İbrahimə (ə) buyurdu: "Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam təyin etmərəm!” Sonra Həzrət sözünə əlavə etdi: "Nəhayət, İbrahimin duası mənə və qardaşım Əliyə çatdı. Bizim heç birimiz bütə əsla səcdə etməmişik!” ("Mənaqib”, İbn Məğazili, "Əl-mizan” kitabından nəqlən, 1-ci cild, səh. 278, həmin ayənin təfsirində.)

Mötəbər kitablarda bu zəmində Əhli-beytdən (ə) nəql olunan digər rəvayətlər də var. Bütün bu rəvayətlərdən aydın olur ki, İbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müşrik kəsə əta etməsini heç vaxt istəməmişdir. Onun Allaha duası sonradan tövbə edərək haqq-ədalət yolunu tutanlar üçün olmuşdur. Bu zaman Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və Allaha şərik qoşmayanlara nəsib olacaq!

Böyük təfsir alimi Əllamə Təbatəbai "Əl-mizan” təfsirində yazır: "Bu ayənin imamların (ömür boyu) məsumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: "İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2. Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3. Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4. Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.

Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!("Əl-mizan”, 1-ci cild, səh. 274.)

Fəxri-Razi "Kəbir” təfsirində etiraf edir ki, bu ayə peyğəmbərlərin məsum olmasını göstərir. Diqqəti cəlb edən budur ki, peyğəmbərin məsum olması onun imamət məqamı ilə sübuta yetir, yəni hər bir peyğəmbər imamdır.”

Bütün bu qeydlərdən sonra Qurani-kərim baxımından imamət məqamının əzəmət və böyüklüyü məlum olur. Məqsədimiz məhz bu nöqtəni aydınlaşdırmaq idi.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 1-08, 19:59

Tarix

İslam

Bölmə
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İSLAMDA ƏQAİD. QURAN VƏ LÜĞƏTDƏ "İMAM" SÖZÜ
İslam
İSLAMDA ƏQAİD. 1 -Cİ FƏSİL: İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum