• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 3-iyul, 21:01

İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.


Dağ və təpələrlə yuxarı qalxdıqca onların zirvə və hündürlüklərində dəniz sədəflərinə rast gəlirik. Bilirik ki, qədim zamanlarda bu yerlər su ilə örtülmüşdür. Adi insan və alpinistlər yerin müxtəlif bölgələrində dağların başında və həmçinin İran, İraq, Hindistan, Misir, Şam, Çin və Amerika kimi ölkələrdə sədəf müşahidə edirlər. Alimlər Ararat dağlarında tarixi İsa Məsihin (ə) miladından 2500 il öncəyə qayıdan taxtalar müşahidə ediblər. Onların bəzisinin rəyinə əsasən bu taxtalar Həzrət Nuhun (ə) düzəltdiyi nicat gəmisinə aiddir. 

1951-ci ildə axtarış qrupu Qaf dağında, üzərinə qədim yazılar həkk olunmuş bir taxta parçasına rast gəldilər. Bir il uzanan araşdırmalardan sonra bu elmi heyət çox maraqlı bir nəticə göstərdi: Həmin kiçik taxta parçası Nuh (ə) Peyğəmbərin gəmisinin qalıqlarından idi. İndi isə görək gəminin macərası, Nuhun (ə) və tufanın sərgüzəşti necə olmuşdur. 
İnsanlar bir millət halında və çox sadə yaşayırdılar. Əkinçilik edir, heyvan ovlayırdılar. Günlər və illər keçirdi. Güclülər öz qüdrətlərindən istifadə edərək, zəif qardaşlarına hakimlik edirdilər. Zəif şəxslər isə güclülərdən qorxur, onların qarşısında təslim olub, alçaq və rəzil həyata və onlara əsir olmağa razı olmuşdular. 

Nuh (ə) peyğəmbərin dövründə bütpərəstlik, fəsad və çirkin işlər geniş yayılmışdı. Sadə camaat və sadəlövh insanlar güclülərdən qorxurdular. Güclü və dövlətlilərsə bütlərə sitayiş edirdilər. O zaman – təxminən 4000 il bundan əvvəl Nuh (ə) İraq torpaqlarında yaşayırdı. Nuh (ə) öz qəbiləsini fəsad və azğınlıqda görürdü. Güclülər zəiflərin haqqını tapdayır, sərvətlilər yoxsulları zülm altında saxlayır və onları gecə-gündüz işləməyə məcbur edirdilər. Kasıb və yoxsul şəxsin işləməyə taqəti olmayanda, yaxud özü və ailəsi üçün azad işləmək fikrinə düşəndə onu döyüb, işgəncə verirdilər. Onları təslim olmağa, əmrləri sözsüz yerinə yetirməyə və xar olmuş bir əsir kimi onların qulluğunda dayanmağa məcbur edirdilər.

 İnsanlar yeganə Allaha ibadət etməyi unudub, daşdan yonduqları bütlər pərəstiş edirdilər. Onlar inanırdılar ki, bu bütlər onların ruzilərini yetirir, yağış yağdırır, onları ildırımın ziyanlarından qoruyur, xeyir və bərəkət bağışlayır və pislikləri onlardan uzaqlaşdırır. Onlar bütləri öz əlləri ilə düzəldib, Fərat çayının sahillərində yerləşdirmişdilər və onların qarşısında təzim edərək, ibadətlə məşğul olurdular. 

Camaatın daş bütlərə səcdə etməsi Nuhu (ə) incidirdi. O əzab çəkirdi. Çünki, camaat eyib və nöqsansız Allaha səcdə etməyib Vudd, Süva, Yəğus, Yəuq və Nəsrə səcdə edirdilər. Nuh (ə) üzünü göyə tutaraq Allahdan istəyirdi ki, onun qəbiləsini cəhalət və nadanlıq zülmətindən azad etsin. Rəbbimiz Nuhu (ə)  Peyğəmbərliyə seçib, onu insanlara təqdim etdi. Yeganə Allaha ibadət yolunu öyrətmək üçün onu insanların içinə göndərdi. 

Bir gün insanlar Nuhun (ə) uca səslə belə dediyini gördülər: 
-Ey camaat! Mən Allahın sizə göndərdiyi elçisiyəm. Allah-təala yaradan və sizə ruzi verəndir. Allahdan bağışlanmaq istəyin. O sizi bağışlayar. Mehriban Allah sizə yağış göndərən, ili xeyir və bərəkətli edən, torpağı yaşıllaşdıran Allahdır. Sizə oğul və qız əta edən odur. Elə isə siz niyə yeganə Allahın ibadətindən üz çevirib, daşlara pərəstiş edirsiniz? 
Geniş səmaya və onun ulduzlarına, günəşə və aya baxın. Görün insanlar necə yaşayırlar və nəsillər bir-birinin ardınca dünyadan köçürlər. Heç ağılla uyğundurmu ki, bir söz danışa bilməyən daşlar – adlarını Vudd, Süva, Yəğus, Yəuq və Nəsr qoyduğunuz o daşlar sizə ruzi yetirsin, sizə övlad əta etsin, sizin üçün yağış göndərsin, sizi ildırımlardan, sel və tufanlardan qorusun? Niyə Allaha hörmət qoymursunuz? 
Camaat Nuhun (ə) sözlərinə təəccüb etdilər. Bu dülgər hansı cürətlə onların Allahlarına, Vudd, Süva, Yəğus, Yəuq və Nəsrə təhqiramiz sözlər deyir. Güclülər ona kin bəslədilər. Onlar o həzrətin sözlərini, onun dəvətlərini xoşlamırdılar. 

O, camaatı qardaşlığa və bərabərliyə çağırırdı. İnsanların azad yaşamasını, sərvətli və güclülərin kasıb və zəiflərə hakim olmamasını istəyirdi. Ona görə də onunla mübarizəyə başladılar. Onu dəli adlandırıb, dedilər: 
-O kasıb dülgərdən başqa bir şey deyildir. Əgər Allahın elçisi olsaydı, yerin bütün xəzinələri onun ixtiyarında olardı. Niyə Allah bizim üçün bir mələk göndərmir? Niyə özümüz kimi bir insanı göndərir? Nuh (ə) bizim hamımızdan əskikdir. Bizim malımız, övladımız və qüdrətimiz ondan çoxdur. 
Sadəlövh insanlar güclü və qüdrətli insanlardan qorxurdular. Güman edirdilər ki, haqq onlarladır və allahlar da onların tərəfindədirlər. Elə bilirdilər ki, bu qüdrət və hakimiyyəti onlara həmin allahlar vermişlər.
Ona görə də Nuh (ə) və onun də`vətindən üz çevirdilər. 

Onlar Nuhun (ə)  sözlərini eşitməsinlər deyə, barmaqları ilə qulaqlarını tuturdular. Güman edirdilər ki, əgər Nuhun (ə) sözünə qulaq assalar allahları onlara qəzəblənər, güclülər və hakimlər onlardan intiqam alarlar. Öz-özlərinə deyirdilər: 
-Bir yazıq dülgər olan Nuhun bizə nə xeyri olacaqdır? 
Nuha (ə) iman gətirib, onun sözlərinə inananların sayı isə çox az idi. Yoxsul kişi və qadınların bəzisi Nuhun (ə) evinə gəlib, onun söz və nəsihətlərini dinləyirdilər. Qəlbləri Yeganə Allaha imanla dolurdu. Onlar çox kasıb və zülm altda inləyən insanlar idilər. Onlar öz vəhşi və zalım ərbablarından intiqam almağa qorxurdular. 

Buna görə də Nuh (ə) daima öz qövmünü yeganə Allaha ibadət etməyə və bütpərəstlikdən çəkinməyə dəvət edirdi. Gecə və gündüz, gizli və aşkar onları Allaha tərəf çağırırdı. Lakin, çox az insanlardan başqa heç kəs Nuha (ə) iman gətirmədi. Çox az və onlar da zülm altında inləyən yoxsul şəxslər idilər. 

Nuh (ə) onlara görə narahat idi. O istəyirdi ki, qəbiləsi hidayət olunsun, rahat yaşasın; Onların güclüləri zəiflərə zülm etməsinlər. O, onların gözəl həyata qədəm qoymalarını istəyirdi: Kiçiklər böyüklərə hörmət etsin, böyüklər kiçiklərlə mehriban olsunlar və insanlar bir-birlərinə zülm etməsinlər. Bütpərəstlər onun də`vətini rədd edərək tövhid və təkallahlığı qəbul etmədilər və Nuhu (ə) dülgər və yoxsul kişi adı ilə məsxərə etdilər. Nuhun (ə) qövmündəki mülkədarlarının mal, övlad və qüdrətləri çox olduğundan özlərini Nuhdan (ə) üstün bilirdilər. 

Bir gün kafirlər Nuhun (ə) yanına gələrək ona dedilər: 
-Necə bizim sənə iman gətirməyimizi istəyirsən? Halbuki, bu səviyyəsiz yoxsullardan başqa, heç kəs sənə itaət etmir. 
Həmçinin ona dedilər: 
-Əgər onları öz yanından qovsan iman gətirib, sənin yolunla gedərik. 
Nuh (ə) buyurdu: 
-Necə onları öz yanımdan qovum? Necə möminləri öz yanımdan uzaqlaşdırım? Allah belə bir şeyi sevməz və bu iş bəyənilməz bir işdir. 

Nuh (ə) onlara dedi: 
-Hansı əsasla onları alçaq, səviyyəsiz və nökər adlandırırsınız. Onlar bizim qardaşlarımızdırlar. İnsanlar bir-birləri ilə qardaşdırlar. 
Bütpərəstlər Nuha (ə) dedilər: 
-Sən yalançısan, biz sənə iman gətirmərik. Əgər sən Allahın göndərdiyi olsaydın, bizdən çox sərvətə malik olardın və yerin xəzinələri sənin ixtiyarında olardı. 
Ona dedilər: 
-Allahın səndən başqa bir adamı yox idi ki, bizim üstümüzə göndərsin? Sən yoxsul və kasıbsan. 

Nuh (ə) buyurdu: 
-Ey qəbilə! Allahın risalətini yalan adlandırmayın. Allah sizə bəla göndərər. 
Qəbiləsi Nuha (ə) dedilər: 
-Sən bizimlə çox inadkarlıq edirsən. Əgər doğru deyirsənsə bizə bəla göndər. Biz sənin hədələrindən qorxmuruq. Çünki, sən yalançı bir insansan. Nuh (ə) öz qövmünü tövhid və təkallahçılığa dəvət etməkdə davam edirdi. Yüz illər keçdi. Camaat dünyadan gedir, yeni uşaqlar doğulub, böyüyürdülər. Nuh (ə) onları da yeganə Allaha ibadət etməyə çağırırdı. Lakin, uşaqlar da cavanlıq yaşına çatdıqda küfr edib, bütlərə səcdə edir və Allahın ibadətindən çəkinirdilər. Heç bilirsinizmi ki, Nuhun (ə) təbliği neçə il davam etdi? O həzrətin təbliği 950 il çəkdi. 

Nuh (ə) qocalmış və yaşlaşmışdı, lakin, qüdrətli idi. Kafirlərdən zərrə qədər də qorxmurdu. Dəfələrlə onu ölənə qədər döymüşdülər. Bir neçə dəfə onu öldürmək planı hazırlamışdılar. Hətta həyat yoldaşı da kafirlərlə əlbir idi. O, Nuhun (ə) yanına get-gəl edən möminlər haqqında kafirlərə xəbər verirdi. Nuh (ə) nə qədər öz qövmünü də`vət edib, nəsihət versə də, heç bir faydası olmurdu. Onlar Nuhu (ə) məsxərə edib, ələ salırdılar.

 Nuh (ə) öz qövmünü sevdiyindən, onların hidayət olmasını istəyirdi. Ona görə də onlar üçün ağlayırdı. Onların acınacaqlı və pis taleyinə acıyırdı. Çünki, onlar tezliklə kafir olduqları halda öləcəkdilər. 
Bir gün Nuh (ə) öz evində idi. Qoca bir kişi öz əsasının köməyi ilə onun yanına gəldi. Öz kiçik nəvəsini də gətirmişdi. Qoca kişi nəvəsinə dedi:
-Oğlum! Gördüyün bu qoca kişi dəlidir. Böyüyüb, cavanlıq yaşına çatanda ehtiyatlı ol ki, səni aldatmasın və səni Vudd, Süva, Yəğus, Yəuq, və Nəsr bütlərinin pərəstişindən çəkindirməsin.

 Uşaq babasının əsasını götürüb, Nuha (ə) tərəf irəlilədi və əsanı onun başına vurdu. Nuh (ə) ağrı hiss etdi, amma, həmişəki kimi səbir edib, dözdü. O, bir gün onların qəflətdən oyanacaqlarına, həyatın, insanların, ağacların və çayların yaradanı və hər şeyin xaliqi olan yeganə Allaha iman gətirəcəklərinə ümid bəsləyirdi. 
Nuh (ə) belə yaşayırdı. Hətta həyat yoldaşı onun ziddinə çıxıb, kafirlərlə əlbir olmuşdu. Bir oğlundan başqa bütün övladları ona iman gətirmişdilər. Həmin oğlu da zahirdə özünü imanlı göstərir, həqiqətdə isə bütpərəst və imansız idi. Vəhy mələyi enib, Nuha (ə) dedi: 
-Nə qədər dəvət etsən də onların heç biri sənə iman gətirməyəcəklər. Özünü onlardan ötrü əzab əziyyətə salma, çünki, onlar nifrin olunmuş insanlardır. 

Bu zaman Nuh (ə) əllərini göyə qaldırıb, Allahdan istədi ki, yeri kafirlərin çirkinliklərindən paklasın: 
-İlahi! Kafirlərin heç birini yer üzərində saxlama! Əgər onları saxlasan, bəndələrini yolundan azdıracaqlar. Onlardan kafir və günahkar nəsildən başqa bir şey törəməyəcəkdir.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslam
    NUH PEYĞƏMBƏRİN MƏZARI HARADA YERLƏŞİR?
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
    İslam
    İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    Dünya / Siyasət
    Misir Qasımlının vəkili: “Erməni izinin olduğu bir daha
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    Aprel 29-u Bəqi qəbirsanlığının dağıdıldığı gündür.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    Xəbərlər / Dünya
    VİRUSDAN XİLAS YOLU TAPILIR AZƏRBAYCANLI HƏKİM YENİ ELMİ
    İslam
    Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
    Xəbərlər
    Bu il itirdiyimiz MƏŞHURLAR
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. ADƏM (Ə) VƏ HƏVVANIN TÜRBƏSİ
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
DAMİR SULEYMANOV 3 iyul 2021 23:16

Əla

2021 3-iyul, 21:01

Tarix

İslam

Bölmə
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
İslam
NUH PEYĞƏMBƏRİN MƏZARI HARADA YERLƏŞİR?
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
İslam
Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
İslam
İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
İslam
İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
Dünya / Siyasət
Misir Qasımlının vəkili: “Erməni izinin olduğu bir daha
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
Aprel 29-u Bəqi qəbirsanlığının dağıdıldığı gündür.
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
Xəbərlər / Dünya
VİRUSDAN XİLAS YOLU TAPILIR AZƏRBAYCANLI HƏKİM YENİ ELMİ
İslam
Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
Xəbərlər
Bu il itirdiyimiz MƏŞHURLAR
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
İslam
İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. ADƏM (Ə) VƏ HƏVVANIN TÜRBƏSİ
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum