• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 25-iyul, 19:55

İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)


İbrahimin (ə) imamət məqamından söz açan ayədə imamın vücudunun əhəmiyyəti qısa şəkildə qeyd olundu. Lakin mövzu yüksək əhəmiyyətə malik olduğundan burada ayrıca, geniş araşdırmanı lazım görürük.

Ümumiyyətlə, peyğəmbərlərin gəlişindəki məqsəd, yaxud vücudunun zərurəti haqda deyilənlər imamlara da aiddir.

Xacə Nəsrəddin Tusi "Təcridul-etiqad” kitabının "Nübüvvət” fəslində peyğəmbərlərin besətinin səbəbini açıqlayarkən doqquz səbəb qeyd etmişdir. Biz burada onları qısaca nəzərdən keçirəcək və görəcəyik ki, onların çoxu məsum imamlara da şamildir.

1. Əqli mərifətin nəqli yolla qüvvətləndirilməsi. Belə ki, insan əql qüvvəsilə bir çox nəzəri və əməli həqiqətləri dərk etsə də, bəzən qəlbində şübhələr baş qaldırır. Bu isə bir şeyə inam və imanın qarşısını alır. Amma əqlin hökmləri ilahi və məsum rəhbərlərin bəyanı ilə təsdiq edildikdə, bütün maneələr aradan qalxır, insan qəlbən rahatlıq tapır və hər hansı işə meyli artır.

2. Bəzən insan bir sıra işlərdən çəkinir və qorxur ki, onun əməli Allahın istəyinə əks olsun. İlahi rəhbərlərin icazəsi ilə bu qorxu aradan qalxır.

3. İnsanın bütün əməl və rəftarları "əql yaxşı-pisi dərk edir” ölçüsünə yerləşmir. Çox olar ki, əql bir işin yaxşı, yaxud pis olduğunu dərk etməsin. Yaxşını pisdən ayırd etmək üçün ilahi rəhbərlərə ehtiyac duyulur.

4. İnsan ilahi rəhbərlər olmadan, yalnız öz düşüncəsi ilə xeyir-ziyanını dərk etməyə qadir deyildir.

5. İnsan ictimai bir varlıq olduğundan fərdlər bir-birləri ilə həmkarlıq və bir-birlərinə kömək etmədən həyatın problemlərini həll etməyə qadir deyillər. Şübhəsiz, bütün fərdlərin hüquqlarını qoruyan, onları düzgün istiqamətləndirən qanunlar olmadan ictimai ədalət bərpa olunmayacaq, istənilən nəticə əldə edilməyəcək. Bu qanunları tam mənada düzgün ayırd və icra edə bilən kəs yalnız agah, pak, məsum ilahi rəhbərlər ola bilər.

6. İnsanlar kamilliyi dərk etmək, elm və maarifə yiyələnib fəzilətlər qazanmaq baxımından bir-birlərindən fərqlənirlər; bəziləri buna tam qadir, bəziləri isə acizdirlər. İlahi rəhbərlər birinci qrupa təkan verir, ikinci qrupa kömək edirlər ki, hər ikisi mümkün kamala çatsın.

7. Ümumiyyətlə, insan həyatı elm, sənət və digər sahələrlə sıx əlaqədardır. İlahi rəhbərlər isə onların inkişafında çox güclü mühərrikdirlər.

8. İnsanlar öz əxlaqi səciyyələri ilə bir-birlərindən fərqlənirlər. Onların düzgün təlim-tərbiyəsində pak və məsum kəslərə ehtiyac vardır.

9. İlahi rəhbərlər itaətlə bağlı savab və mükafat, günahla bağlı cəza və əzabdan tam agahdırlar. Onların əməllərin aqibəti ilə bağlı xəbərdarlıqları hər hansı vəzifənin düzgün yerinə yetirilməsində güclü amil sayılır.("Şərhi-təcrid”, səh. 271 (ixtisarla).)

İmamət məqamı nübüvvətin davamı olduğu üçün qeyd edilən səbəblərin çoxu məsumlara da aiddir.

Qurani-kərimdə bütün bunlar, hətta onların ən üstün üç qismi ixtisarla verilmişdir: "təlim”, "tərbiyə” və "ədalətin icrası”. Bir çox ayələrdə onlara toxunulmuş və bir ayədə İslam peyğəmbərinin (s) besət fəlsəfəsi belə bildirilmişdir:

"Yazıb-oxumaq bilməyən ərəblər arasından onların özlərindən olan bir peyğəmbər göndərən Odur! Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları saflaşdırar, onlara kitab və hikmət öyrədər. Hərçənd, əvvəllər açıq-aşkar azğın yolda idilər!” ("Cümə” surəsi, ayə: 2)

Bu ayədə Peyğəmbər (s) və imamların ən mühüm vəzifəsi olan "təlim” və "tərbiyə” məsələsinə işarə edilmişdir.

Başqa bir ayədə buyurulur:

"Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə (səmavi) kitab və tərəzi (haqqı batildən ayırd edən ədalətli qanunlar) nazil etdik ki, insanlar ədaləti bərqərar etsinlər.” (Hədid” surəsi, ayə: 25.)

Bu ayədə düzgün təlim-tərbiyə üçün zəmin yaradan ictimai ədalət məsələsinə toxunulmuşdur.

Adətən, hakim təbəqə mövqe qazanmaq, yaxud bir qrupun mənafeyinə xidmət fikrində olduğu üçün kütlənin mənafeyini bu yolda qurban verir. Yalnız pak və ilahi rəhbərlər bəşərin hüquq və mənafelərini yetərincə müdafiə etmişlər.

Qeyri-ilahi rəhbərlər haqq-ədaləti qorusa da, cəmiyyəti istənilən kamala doğru yönəltsə də müəyyən işlərin dəqiq ayırd edilməsində gücsüzdürlər. Onlar yalnız səthi fərqləri ayırd edə bilirlər. Bu isə böyük əhəmiyyət kəsb etmir. Bu işin öhdəsindən yalnız Allahın sonsuz elm dəryasına bağlı ilahi rəhbərlər gələ bilir.

Yer kürəsinin az qala yarısına yetmiş il hökmranlıq edən marksizm ibrətamiz bir təcrübə idi. Marksizmin əsaslarını möhkəmləndirmək üçün geniş təbliğat vasitələrindən istifadə edilsə də, bu yolda çoxsaylı qəzet və jurnallar çap olunsa da cəmiyyətin problemlərinin həlli, ictimai ədalətin təmini, bəşəriyyətin təkamülü, tarix və ictimai elmlərin düzgün təlimi üçün marksizm yeganə yol sayılsa da müxaliflər müxtəlif yollarla sıradan çıxarılsa da, bu ideyanın məhsulu diktatura və süqutdan başqa bir şey olmadı. Hətta onların bir çox mütəfəkkir və alimləri bu ideologiyanın əsaslarının səhv olduğunu etiraf etdilər!

Bəlkə də, bu qədər mütəfəkkirlərin, alimlərin, təhsil ocaqları və universitetlərin müdafiə etdiyi məktəbin axırda puç olması tarixin misli görünməmiş hadisəsidir. Kim zəmanət verə bilər ki, gələcəkdə insan təfəkküründən doğan digər ictimai və etiqadi məktəblər belə bir taleyə düçar olmayacaq?! Beləcə, Allah tərəfindən hər bir xəta və səhvdən uzaq olduğuna zəmanət verilən peyğəmbər və məsum rəhbərlərin məktəbi bir daha öz zəruriliyini göstərir.

Bir sözlə, bəşəriyyəti kamal və səadətə çatdırmaq istəyən mütəal Allah haqq yola hidayət üçün vəhy qüvvəsi və ismət məqamına malik peyğəmbərlər göndərdiyi kimi, onlardan sonra bu yolu davam etdirəcək məsum canişinlər təyin etmişdir. Şübhəsiz, həmin canişinlər olmadan bu məqsəd həyata keçəsi deyildir. Çünki:

1. İnsan əqli bütün kamal, səadət və tərəqqi yollarını müstəqil olaraq ayırd etməyə qadir deyil.

2. Peyğəmbərin vəfatından sonra mümkündür ki, din müxtəlif təhriflərə məruz qalsın. Deməli, Allahın dinini azğın kəslərin təhrifi, nadanların müdaxiləsi, nəfsə uyanların təfsirindən qorumaq üçün məsum və ilahi rəhbərlərə ehtiyac duyulur.

Bu məsələ "Üsuli-kafi” kitabında imam Sadiqdən (ə) nəql olunan məşhur bir hədisdə belə açıqlanır:

"Hər bir nəsildə biz Əhli-beytdən ədalətli bir şəxs ifrata varanların təhrifini, bidətini , batil əlini və nadanların iftiralarını ondan (İslamdan) uzaqlaşdıracaq!” (Burada məsum imam nəzərdə tutulur.)

İmam Əli (ə) dərin mənalı kəlamlarından birində bu nöqtəyə işarə edərək buyurmuşdur: "İlahi! Doğrudan da, yer üzü heç vaxt Allahın dəlil və nişanələrini batildən qoruyan aşkar, ya gizli ilahi höccətsiz qalmayacaqdır!”("Bidət” sözü lüğətdə yeni zühur edən iş mənasındadır. Dində bidət dedikdə, hər hansı yeni bir saxta (qondarma) işi və sözü şəriət sahibinə aid etmək nəzərdə tutulur. ("Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.))

3. İnsanların yaranış məqsədinə uyğun ilahi hökumətin təşkil olunması yalnız məsumların vasitəsilə mümkündür. Tarixdən göründüyü kimi, dinsiz hökumətlər həmişə fərd, yaxud qrupun mənafeyinə xidmət etmişdir. Təcrübədə sübut olunmuşdur ki, "demokratiya”, "bəşər hüquqları” və "xalq hakimiyyəti” kimi şüarlar asanlıqla kələk və müəyyən məqsədlər üçün vasitəyə çevrilir. Belə vasitələrlə hər hansı bir məqsəd üstüörtülü şəkildə xalqa yüklənilir.

Həqiqətdə bu üç əsas – haqq yolun ayırd edilməsi, peyğəmbər mirasının qorunması və ədalətli hökumət qurulması məsum imamın vücudunun fəlsəfəsini təşkil edir.

Bu məsələ ilə əlaqədar mövzumuzu imam Rizadan (ə) imamətin fəlsəfəsi barədə nəql olunan bir hədis, eləcə də, Əmirəl-möminin Əlinin (ə) "Nəhcül-bəlağə”də buyurduğu bir kəlamla sona yetiririk:

İmam Riza (ə) Mərvdə olarkən cümə günü "Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:

"Şübhəsiz, imamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti("Üsuli-kafi”, 1-ci cild, səh. 32, "sifətül-elm” bölümü, hədis: 2.) və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir...

İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.”(Nəhcül-bəlağə”, qısa kəlamlar: 147)

Əmirəl-möminin Əli (ə) qısa bir kəlamla imamət həqəqətini açıqlayaraq buyurmuşdur: "Müsəlmanların işlərində imamın mövqeyi təsbeh dənələrini bir-birinin kənarında nizamla yığan ipə bənzəyir. Əgər ip qırılsa, onlar dağılar ətrafa və (imam olmasa, cəmiyyət bir-birinə dəyər, nizam-intizam pozular) heç vaxt onları bir yerə yığıb nizamlamaq olmaz!(Xilafət” ərəb dilində başqasının əvəzedicisi olmaq mənasındadır. Xəlifə o kəsə deyilir ki, başqasının ardınca gəlib onun canişini olsun və mövcud boşluğu doldursun. ("Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 156.) (Müt.))

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    İSLAMDA ƏQAİD. 1 -Cİ FƏSİL: İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    İSLAMDA ƏQAİD. QURAN VƏ LÜĞƏTDƏ "İMAM" SÖZÜ
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    Xəbərlər / Səhiyyə
    Konservləşdirilmiş məhsullar ziyanlıdır? - “KASPİ”nin
    İslam
    İSLAMDA ƏQAİD. İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    Xəbərlər
    Evimizə daşınan şübhəli sular - kim nəzarət etməlidir?
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Xəbərlər
    Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    İslamda Ailə
    İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    Səhiyyə
    Ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏR
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İSLAMDA ƏXLAQ. DƏSTƏMAZ.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslamda Ailə
    MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
    Xəbərlər
    Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda
    İslam
    TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANLARINDAKI HİKMƏTLƏR
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
    İslam
    ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    Səhiyyə
    Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza
Ceyhun Mirguseynov 26 iyul 2021 04:54

Allah əcir versin

2021 25-iyul, 19:55

Tarix

İslam

Bölmə
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İSLAMDA ƏQAİD. 1 -Cİ FƏSİL: İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
İslam
İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
İSLAMDA ƏQAİD. QURAN VƏ LÜĞƏTDƏ "İMAM" SÖZÜ
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İslam
İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
Xəbərlər / Səhiyyə
Konservləşdirilmiş məhsullar ziyanlıdır? - “KASPİ”nin
İslam
İSLAMDA ƏQAİD. İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
Xəbərlər
Evimizə daşınan şübhəli sular - kim nəzarət etməlidir?
İslam
İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
Xəbərlər
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
İslam
Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
İslamda Ailə
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
Səhiyyə
Ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏR
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
İSLAMDA ƏXLAQ. DƏSTƏMAZ.
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
İslamda Ailə
MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
Xəbərlər
Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda
İslam
TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANLARINDAKI HİKMƏTLƏR
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
İslam
ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
Səhiyyə
Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum