Sual: Nikahın bağlanmasına mane olan hallar hansılardır?

Sual: Nikahın bağlanmasına mane olan hallar hansılardır?
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 1. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 2. Övladlığa götürənlər və övladlığa götürülənlər; 3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 4. Ailə Məcəlləsinə əsasən tibbi müayinədən keçməyən şəxslər- (tibbi müayinə)-Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 5. İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

















































