• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 6-07, 00:31

İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.



Həzrət Peyğəmbər (s) belə buyurur: "Əməllərin dəyəri yalnız niyyətdən asılıdır. " İmam Sadiq (ə) buyurmuşdur: "Möminin niyyəti onun əməlindən daha üstündür". Niyyətin ibadət üçün əsas olduğu məlum bir məsələdir. İbadətlə adətin fərqi isə niyyətdədir. Ümumiyyətlə, niyyət dörd mənada işlənir:

1. Bir çox insanların zehnində olan məna; Onlar belə güman edirlər ki, niyyət hər hansı bir (ibadi) işi həyata keçirməzdən öncə dildə deyilən xüsusi kəlmələrə deyilir. Məsələn: Dəstəmaz almaq istəyən şəxs belə deməlidir: "Tәharətli olmaq üçün dəstəmaz alıram qürbətən iləllah!" Camaat bu kəlmələri hətta sözlərin mənaları onu deyənin qəlbindən keçməsə və özü də nə dediyini dərk etməsə belə niyyət adlandırırlar. Halbuki alimlərin icmasına əsasən, bu mənada olan niyyət bihudə və əsassızdır.

2. Niyyət görüləcək müəyyən bir işin sözlərini dildə deməklə yanaşı onun mənasını zehindən keçirməklə haqqında düşünməkdən ibarətdir. Belə bir mənada olan niyyət niyyətin birinci mənası ilə çox oxşar və bir-birinə yaxındır. Çünki niyyətin səmərəsi ixlas (səmimiyyət) olaraq, riyakarlıqdan nicat tapmaqdir. Lakin müəyyən bir işi görməkdə bir şəxsin hədəfi riyakarlıq olarsa, belə mənaları təsəvvür etmək və zehindən keçirməyin sahibinə heç bir faydası olmaz.

3. Müəyyən bir əməli həyata keçirməklə yanaşı insanın zehnində olan qəsdi; yəni müəyyən bir əməli görməzdən öncə onun səhv və qəflət üzündən
həyata keçməməsi üçün həmin əməli həyata keçirmək üçün niyyet etmosi. "Bu mənanın öncə qeyd edilmiş mәnalardan daha zәif olduğu aydındır". Çünki adi halda müəyyən bir işi görərkən onu həyata keçirmәklә bağlı zehnində qəsd etməyən heç bir ağıllı insan yoxdur. Buna görə də tədqiqatçı alimlərdən biri belə demişdir: "Əgər Allah-taala bizi niyyətsiz iş görmaya mükəlləf etsəydi, bu, insanların bacarığının fövqünda dayanan bir vәzifә sayılardı."

4. İşin görülməsi və həyata keçməsi üçün səbəb və hədəf Niyyətin bu mənası bizim mükәllәf olduğumuz məsələdir. Әgәr insanın görəcəyi işdə hədəfi ondan tələb edilәn әmәlin həyata keçirilməsi olarsa, bu niyyətin mənası və sözləri onun zehnindən keçməsə belә niyyəti düzgün, әmәli li isə məqbul sayılar. Lakin onun hədəfi (riyakarlıq və digər bu kimi) batil və qeyri-ilahi məsələlər olsa, Allaha yaxınlıq onun zehnindən keçsə və niyyət sözlərinin mənası qəlbindən ötsə bela әmәli batil olar.

Belə bir mənada olan niyyət insanın ixtiyarından xaricdir. Çünki öncə qeyd etdiyimiz kimi, niyyətdə məqsәd, insanın uyğun olduğu bir işə diqqәtli olması, habelə görəcəyi işlə dünyəvi və ya üxrəvi hədəfinin təmin olunacağına diqqət yetirməsindən ibarətdir.

İnsan görəcəyi iş vasitəsilә hədəfə çatacağına etiqad bəsləməyənə qədər onu həyata keçirəcəyi barədə diqqətli ola bilməz. Belә bir etiqad hәr zaman və hər bir halda insan üçün müyəssər olmur, aslinda onu əldə etmək üçün öz üzərində işləməli və zəhmət çəkməlidir. "Əlbəttə, qeyd etmək lazımdır ki, insan yalnız etiqada malik olduğu üçün müəyyən bir əməli həyata keçirmir. Əslində hər bir əməli həyata keçirmək üçün iki şərt mövcuddur. Onlardan biri etiqad, digəri isə müəyyən bir əmələ etiqad bəslədikdən sonra ona qəlbən diqqət ye tirmək üçün daha mühüm bir məsələnin onun nəzərini özünə cəlb etməməsidir". Lakin bu iki şərt bütün hallarda müyəssər olmur.

"Deməli, niyyətin hasil olması üçün müəyyən amillər olsa da, müəyyən maneələr də mövcuddur". Həmin amil və maneələrin isə bir sıra özünəməxsus
səbəbləri vardır. Bu səbəblər insanların əməlləri müxtəlif olduğu üçün fərqli dir. Məsələn cinsi ehtiras insana qalib gələndə, nəsil artımı və övladın dünyaya gəlməsi barədə onun düzgün bir hədəfi olmur. Belə bir insan övladın dünyaya gəlməsi üçün evlənmir, yalnız cinsi ehtirasını söndürmək üçün evlə nir. Çünki niyyət, hədəf dəvətinə müsbət cavab sayılır. Belə bir insanın əsas hədəfi cinsi bəhrələnmə olduğundan öz niyyətini övladın yaranmasına doğru yönəldə bilməz. Əlbəttə, belə bir niyyəti yaratmaq üçün müəyyən yollar mövcuddur. Məsələn insanın müqəddəs İslam dininə güclü imanı olduğunda, sonuncu Peyğəmbər (s) ümmətinin say baxımından çoxaldılmasının böyük savaba malik olması, həmçinin ailə və uşağın ehtiyaclarının ödənilməsinin çətin olması təsəvvürünü özündən uzaqlaşdırdıqda, övlad sahibi olmaq üçün qəlbi və zehnində evlənmək üçün müəyyən hərəkətlər yarana bilər. Belə olmadıqda isə övladla bağlı qəlbi və zehnindən keçirdikləri vəsvəsə və əsassız bir şey olacaqdır. Buna görə də bəzi alimlər niyyət hüzuru olmadan həyata keçirilən ibadəti qadağan etmişlər. Onların bu barədə istinad etdikləri dəlil budur ki, əməllərin ruhu onun niyyətindən ibarətdir. Niyyətsiz əməl isə sadiq deyil, əslində riyakarlıq və özünü (boş yerə) zəhmətə salmaq hökmündədir. Odur ki, belə bir əməl insanı Allaha yaxınlaşdırmaz, əslində Allahın qəzəbinə səbəb olar.

Rəvayətə görə, İmam Sadiqin (ə) dostlarından biri həzrətin yanına gəlib, salam verdikdən sonra əyləşdi. İmam Sadiq (ə) ayağa qalxdıqda, o da ayağa qalxdı. Həzrət (ə) mənzilinin qapısına çatdıqda onu evinə dəvət etmədən evə daxil oldu. Bu zaman onunla birgə yol gələn oğlu İsmayıl dedi: "Ata! Nə üçün onu evə dəvət etmədin?" İmam Sadiq (e) buyurdu: "Onu evimdə qarşılamağa hazırlığım yox idi".

İsmayıl dedi: "Amma gərək bir dəvət edəydin, o, bir dəvətlə evə gəlməyəcəkdi ki!" Hәzrət (ə) buyurdu: "Allah-taalanın məni hazır olmadığım işdə israr edən bir kәs kimi tanımasını istəmədim.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 3
  • Oxşar xəbərlər
Seyyidoglu 6 iyul 2021 10:10

👍👍👍👍👍👍

Eımir 6 iyul 2021 12:24

👍👍👍👍👍👍

Aqaəmi👍👍👍👍 7 iyul 2021 01:33

Əla👍👍👍👍👍👍

 

2021 6-07, 00:31

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
Xəbərlər
İlkin Süleymanov son söz deyib
Xəbərlər / Dünya
İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum