• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 4-avqust, 03:46

Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin mövlududur.

Əziz RZAZADƏ
Strateq.az
 
Adları ağızdan-ağıza dolaşan, hökmləri sərhəd tanımayan üləmanın həyatı sirr və müəmma yumağıdır. Ayətullah Sistani də bu sırada birincilərdən, bəlkə də, elə birincidir. 
 
Yumağın ipucu
 
Sistani jurnalistlərlə həvəssiz görüşür. O da arada-bərədə. Heç vaxt mediaya müsahibə vermir. Bir və ya iki rəsmi fotosu istisna olmaqla, şəklinin və filmə çəkilməsinə də razı olmur.
Sistaninin gündəlik həyatı barədə Qərb mediası və “beyin mərkəzləri”nin araşdırmalarında bir-birindən ziddiyyətli açıqlamalar var. Müntəzəm görüşlər keçirməklə bərabər, hər səhər bir neçə aparıcı İraq və İran qəzetlərini oxuduğu söylənir; BBC-nin farsca və ərəbcə verilişlərini dinlədiyi də iddia olunur. Vaxtının bu kiçik hissəsini başqa radiolara, əsasən İran dövlət radiosuna həsr etməsi də. Amma televizora əsla baxmır.
Yaxın çevrəsindəki şəxslər onun İran və İraq tarixinə, xüsusilə də son iki əsrdə ruhani sistemlərinin tarixinə çox yaxşı bələd olduğunu deyirlər.
Sistani iqamətgahını heç vaxt tərk etmir. Yalnız bircə dəfə tibbi müalicə üçün Londona getmək qərarına gəldikdə, “sağ əli” olan Seyyid Cavad Şəhristani, – təhlilçi Mehdi Xələcinin iddiasına əsasən, – Britaniya səlahiyyətliləri qarşısında üç şərt qoyub: siyasi vəzifəlilərlə heç bir görüş olmayacaq; ətrafda heç bir jurnalist ayağına dolaşmayacaq; təhlükəsizlik qüvvələri ondan çox uzaqda qalmalı və ona yaxınlaşmamalıdırlar (Şəhristani hətta Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşü də rədd edib).
O, Londondakı xəstəxanada olarkən dünyanın ən böyük siyasi liderləri tezliklə şəfa tapması ismarışı göndərib. O cümlədən Ayətullah Xamnei.
Bu adamın yaşam hekayəti tam müəmmadır. Xəsis məlumatlar və adının çəkildiyi xəbərlər acgözlüklə oxunur. Sistani ilə görüşən son jurnalistlərdən biri fransız “Le Monde” nəşrindəndir. Amma üstündən təxminən 10 ay keçsə də, bu yazını rahat oxumaq mümkün deyil.
“Klik” etməyə tələsməyin. Nəşrin abunəçiləri – 1, qeyriləri 2 avro ödəməklə elektron səhifəni aça bilərlər.
 
Müəmmalı qayıdış
 
1992-ci ildə ustadı Seyyid Əbülqasim Xoyi canını Allaha tapşırandan sonra Nəcəfdə ev dustağı edilən Sistani elə indi də dünyaya hücrəsindən baxır. Sanki virtual ekrandır. Amma həzrət Əlinin (ə.) hərəmindən cəmi iki yüz metr aralıda, Məscide-hindi küçəsində yaşayan ali ruhaninin qapısını hər gün kimsə döyür: sadə möminlər, tələbələr, siyasi fəallar, rəsmilər… 
Xarici siyasətçilərdən mərhum Haşimi Rəfsəncani (sabiq İran prezidenti onu ölkəsinə səfər etməyə dəvət etmişdi, Sistani təklifi qəbul etmədi)
, Rəcəb Tayyip Ərdoğan, Əhməd Davutoğlu…
…Ayətullah Seyyid Əli Hüseyn əl-Sistani İranın şimal-şərq əyalətində, Məşhəd şəhəri yaxınlığında doğulub – 4 avqust 1930-cu il.
Hüseyni şəcərəsindən olan Sistaninin əcdadları XII-XVIII əsrlərdə İsfahanda yaşayıb. Məhəmməd Baqir Mir Damad – I Şah Abbas dönəminin məşhur ruhanisi bu ailəyə mənsubdur. Mir Damadın nəvəsi Seyyid Məhəmməd digər Səfəvi şahı Sultan Hüseynin (1694-1722) zamanında İranın Sistan bölgəsinə şeyxülislam təyin olduqda, ailə bu əyalətə köç edib. “Sistani” künyəsi məhz bu andan yaranıb. Ailədən ilk dəfə Seyyid Əli Məşhədi özünə iqamət seçib.
Xorasanın paytaxtında dünyaya göz açan Ayətullah Sistani ruhani ailənin övladı kimi ilkin təhsildən sonra, 1949-cu ildə Qumda şiə dünyasının böyük alimləri, o cümlədən Təbatəbai Borucerdi və Məhəmməd Höccət Kuhkəmərinin dərslərindən faydalanıb.
Üç il sonra, 1951-ci ildə Nəcəfdə əsasən Ayətullah Əbülqasim Xoyi və Şeyx Hüseyn Hillinin fiqhi və şəriət dərslərinə qatılaraq hər iki alimdən ictihad dərəcəsi alıb.
1960-cı ildə Məşhədə qayıdan Sistaninin bir il sonra yenidən Nəcəfə niyə döndüyü müəmmadır.
Şayiələrə görə, Ayətullah Xoyi onu əvəz edəcək şəxsin təcəllisini məhz Sistanidə – gələcək kürəkənində görüb.
Sistani, həqiqətən, ustadının yerini tutub, amma Səddam rejiminin təzyiqi ilə üzləşdiyindən, əvvəlcə Xəzra məscidində imam-cüməlik, daha sonra 1998-ci ilin ortalarından tədris fəaliyyətini də dayandırıb.
 
Əsas məsləhətçi
 
Nəcəfdə həm ev, həm də ofis olan iqamətgaha Sistaninin oğlu Məhəmməd Rza Sistani rəhbərlik edir, lakin qərbli müşahidəçilər hesab edir ki, Məhəmməd Rza atasının əsas məsləhətçisi deyil. Xüsusən siyasi məsələlərdə. Sistaninin əsas məsləhətçisi Cavad Şəhristanidir. Daha sonra Həmid əl-Həffaf (Beyrutdakı qeyri-rəsmi nümayəndəsi), Mürtəza Kəşmiri (London) və Əhməd Safi ilə Hüseyn Şəhrəsi…
Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Mehdi Xələci “The Last Marja” (“Sonuncu mərcə”) kitabında Sistaninin siyasi aurasına, xüsusilə 1992-ci ildə mərcəiyyətini elan edərkən, İranda tanınmasında kürəkəni Seyyid Cavad Şəhristaninin rolunu qabardıb. Həm də şişirdilmiş şəkildə.
Seyyid Cavad Şəhristani
 
Xələci yazır ki, 1954-cü ildə anadan olmuş və 1975-ci ildə Sistaninin qızı ilə evlənən Şəhristani iki il sonra Quma köçüb. 1983-cü ildə o, Əhli-Beyt İnstitutu yaradıb. İnstitut ənənəvi şiə alimlərinin əlyazmalarını nəşr edir, unudulmuş əsərlərə yeni həyat verirdi. Sistaninin adı da bu müəssisə ilə birgə tanınmazlıq çərçivələrini qırıb. (Halbuki Xoyinin varisi kimi əvvəldən tanınırdı. Onun vəfatından sonra Ayətullah Seyyid Əli Beheşti və Ayətullah Şeyx Mürtəza Borucerdi Sistanini təqlid mərcəsi olduğunu təsdiqləyib, Ayətullah Səbzəvari və Ayətullah Gülpayeqani, Ayətullah Əraki və Ayətullah Ruhaninin ölümündən sonra o, ətrafına geniş müqəllid kütləsi toplaya bilib).
 
Fəqihlərin rəqabəti
 
Nəcəf hövzəsinin Qumdakı üləmadan fərqli baxışlara malik olması yeni kəşf deyil. Bu nə dünən, nə də bu gün yaranan fərqlərdir.
Xələcinin qeydlərinə əsasən, Qumun bəzi nüfuzlu din xadimləri Sistaninin özünü mərcə kimi təqdim etməyə çalışdığını anladıqda, ona qarşı hərəkətə keçiblər. “Came-ye Modarressin-e Hovze-ye İlmiye-ye Qom” Birliyinə üzv olan Abdullah Cavadi Amuli və Reza Ustadi Sistaninin ən qızğın əleyhdarları olublar. “Amma Şəhristaninin müdrik və diplomatik tədbirləri ilə bu səylər baş tutmadı. Cavad Şəhristani Xoyinin şəbəkəsini qismən istifadə etməyə çalışdı. Mərhum Xoyinin əksər nümayəndəsi Sistani nümayəndələrinə çevrildi. Hazırda Sistaninin dünyanın hər yerində 2 mindən çox təmsilçisi var”, – deyə Xələci yazır.
İranlı ruhanilərin Sistaninin təmsilçisinə bu sayaq rəftarının səbəbi bəlkə də onda gizlənir ki, (yenə də Xələcinin iddiasına görə) o, bir vaxtlar Xomeyninin varisi sayılan, sonradan ev dustağı olmuş Ayətullah Müntəziri ilə əlaqə saxlayıb. Hətta sabiq daxili işlər naziri Abdullah Nuri həbsxanadan azad edildikdə, Şəhristani Tehrana gedərək onu ziyarət edib. Eyni zamanda, Əbdülkərim Siruş kimi ruhanilərə rəqib intellektualın uzatdığı əli də geri çevirməyib. Bununla bərabər, “Şəhristani Ayətullah Xamneinin dəftərxanası ilə çox sıx əlaqələr qurur və tez-tez Məhəmməd Məhəmmədi Gülpayeqani ilə təmas saxladığı gizlədilmirdi”.
Doğrudur, Sistaninin keçmişdə İraqda iranlı üləma ilə təmasdan yayındığı söylənir. Amma onun Ayətullah Xomeyni ilə Nəcəfdə, daha sonra Bursada (Türkiyə), sürgün dövründə tez-tez fikir mübadiləsi aparması iddiası var. Bu dostluğa baxmayaraq, Sistani bu gün İran rejiminin əsaslarından biri olan və Xomeyni tərəfindən hazırlanan "Vilayət-e fəqih" konsepsiyasını tənqid etdiyi, həmin modelə zidd olaraq, dövlətin dindən ayrı olması fikrini dəstəklədiyi söylənir.
(Sistaninin özü “Vilayəti-fəqih” nəzəriyyəsi barədə suallara cavab verməkdən çəkinir).
Onun fazil bir ruhani olması inkaredilməzdir. Nəcəfdəki üç digər ali ruhani (Seyyid Həkim, Məhəmməd İshaq Fəyyad, Bəşir Nəcəfi) hörmətini saxlayır, Sistaninin ali mövqeyinə və ya səlahiyyətinə qarşı çıxmırlar.
Sistani ayrılıqda heç bir partiya və ya siyasətçini dəstəkləmir, hökumətin işlərindən məsafədə qalır. Yalnız böhranlı anlarda tərəfsiz hakim kimi "cəkicini masaya vurur".
 
Bakıda – qadağa
 
Sistaninin iqtisadi gücündən danışarkən, sözsüz, o, şiə dünyasının ən zəngin mərcəsidir. Təxmini hesablamalara görə, illik gəliri 500-700 milyon dollara qədər, dünya üzrə aktivləri isə 3 milyard dollardan çoxdur. Bunun sayəsində Nəcəfdə tələbələri və din xadimlərinə yüksək təqaüd və əməkhaqqı ödənir.
Mehdi Xələci yazır ki, Cavad Şəhristaninin Əhli-Beyt İnstitutunu nəhəng kitabxanaları, Şiə Əlyazmaları Mərkəzi də daxil olmaqla, saysız-hesabsız nəşrləri ehtiva edir. 360 min kvadrat metr ərazini satın aldıqdan sonra rəsədxana tikintisi, 800 mənzil və digər sosial rifah layihələri ilə (sahəsi – 100 min kv.metr) Xoyinin Madinətül-Elm və Xamneinin Qum ətrafındakı Mehdiyyə şəhərcikləri ilə rəqabət aparır.
“Quma ilk dəfə interneti gətirən də Şəhristanidir və hökumətdən bir sıra internet provayderləri yaratmaq üçün icazəsi alıb. Onun sayəsində Sistaninin dəftərxanası ilə bağlı İmam Əli İnstitutu (London) kimi dini qurum, Nyu-York, Paris, Şam, Beyrut, Lahor, Kəraçi, Moskva və dünyanın digər şəhərlərində ofis və institutları fəaliyyət göstərir”.
Bakıda da ofis açılmışdı. Bir müddətlik. Şəhristani Şamaxıya səfəri zamanı qarət olunduqdan sonra (30 min $) da missiya davam edirdi. Lakin Azərbaycan hökuməti iraqlı üləmanın fəaliyyətinə isti yanaşmadı. Son təmsilçi, əslən türkmən Mosuli də ofisi qapadaraq Moskvaya köçdü.
 
Mücahid müctəhid
 
Ayətullah Sistani mücahid müctəhiddir. O, Səddam Hüseyn rejiminə qarşı mübarizədə bir neçə dəfə sürgün edilmə təhlükəsi ilə üzləşib, Şəhid Mirzə Əli Qərəvi və Şəhid Şeyx Mürtəza Borucerdi ilə birlikdə həbs olunub, işgəncəyə məruz qalıb. BƏƏS rejimi kəşfiyyat xidmətinin sonradan gün üzünə çıxan sənədlərinə əsasən, ötən əsrin 90-cı illərində Səddam Hüseyn Ayətullah Sistaninin həyatına sui-qəsd planlaşdırıbmış…
Sistani barədə daha nələr varsa artıq, necə deyərlər, təfərrüatdır:
2002-ci ilin sentyabrı – İraqın xarici təcavüzdən qorunmasına dair fitva…
2003-cü ilin apreli – ABŞ-ın İraqa müdaxiləsindən sonra ev dustaqlığının ləğv. Sistaninin tərəfsiz olmağa dair ikinci fitvası…
2004-cü ilin iyunu – Sistani İraqın yeni hökumətini dəstəkləyir…
2004-cü ilin avqustu – Müqtəda Sədrin milisləri Nəcəfdə amerikalı əsgərlərlə döyüşərkən, Sistani müalicə üçün Londona gedir. Daha sonra İraqa qayıdır və atəşkəsə dair danışıqlara başlayır və Sədr onun tələbi ilə razılaşır…
2005-ci ilin fevralı – İraqda keçirilən seçkilərdə “Sistani” Alyansı 4 milyondan çox səs toplayır…
2008-ci ilin dekabrı – Sistani ABŞ qoşunlarının İraqdan çıxmasına dair müqaviləni dəstəkləyir…
2009-cu ilin yanvarı – Əyalət seçkilərində fəal iştiraka səsləyən Sistani namizədlərə tam bitərəflik mövqeyi tutur…
2011-ci ilin martı – İraq rəsmilərindən narazılığını ifadə etmək üçün Sistani onlarla görüşdən imtina edir…
2013-cü ilin martı – Sistani iraqlıların, xüsusilə sünni əhalinin öldürülməsini yasaqlayan fitva verir…
2014-cü ilin iyunu – İŞİD-lə mübarizəyə dair fitva verir…
2017-ci ilin oktyabrı – Sistani mülki kürd əhalisinin qorunması barədə fitva verir…
 
P.S.
Əlavə məlumatların əldə edilməsində köməyinə görə Kənan Rövşənoğluna minnətdarlıq!

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    Xəbərlər
    “ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi
    Xəbərlər
    Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    Xəbərlər
    Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
    İslam
    Şəhid Ayətullah Məhəmməd Baqir Sədr ilə Səddam Hüseynin
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    Səhiyyə
    Ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏR
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANLARINDAKI HİKMƏTLƏR
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    Xəbərlər / Dünya / Siyasət
    İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
    Xəbərlər
    Gəncə terrorunda ana-atasını itirən körpə Nilayın nənəsi:
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    Mədəniyyət
    QAÇAQ NƏBİ FİLMİNDƏN QAÇAQ NƏBİNİN HƏCƏRİ BARƏDƏ
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
    Xəbərlər
    Helikopter bu səbəbdən qəzaya uğrayıb – RƏSMİ
    İslam
    İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    Xəbərlər
    “Bu vəziyyətdə məni kim sevəcək?” deyən qaziyə ərə gedən
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    Xəbərlər
    Bank kartlarımızı dələduzlardan necə qoruyaq? – “Kaspi”nin
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
Arbaeen.az 4 avqust 2021 10:00

ALLAH tәala Seyyidin ömrünә bәrәkәt versin

Dəmir Süleymanov 4 avqust 2021 10:34

Məlumata görə təşəkkürlər 

2021 4-avqust, 03:46

Tarix

İslam

Bölmə
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
“ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi
Xəbərlər
Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
Xəbərlər
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
İslam
Şəhid Ayətullah Məhəmməd Baqir Sədr ilə Səddam Hüseynin
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
Səhiyyə
Ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏR
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
İslam
TİBBİ HƏDİSLƏR TOPLUSU. HƏZMETMƏ ORQANLARINDAKI HİKMƏTLƏR
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
Xəbərlər / Dünya / Siyasət
İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
Xəbərlər
Gəncə terrorunda ana-atasını itirən körpə Nilayın nənəsi:
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
Mədəniyyət
QAÇAQ NƏBİ FİLMİNDƏN QAÇAQ NƏBİNİN HƏCƏRİ BARƏDƏ
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
Xəbərlər
Helikopter bu səbəbdən qəzaya uğrayıb – RƏSMİ
İslam
İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
Xəbərlər
“Bu vəziyyətdə məni kim sevəcək?” deyən qaziyə ərə gedən
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
Xəbərlər
Bank kartlarımızı dələduzlardan necə qoruyaq? – “Kaspi”nin
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum